Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə60/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

 
204 
 
 
 
ON SƏKKĠZĠNCĠ MƏCLĠS 
 
 
 


 
205 
 
 
 
Professor Hamlet Ġsaxanlı: 
 –  Xəzər  Universitəsində 
artıq  il  yarımdır  davam  eləyən 
“Elm  və  Sənət  Məclis”lərinin 
18-ci  toplantısını  açıq  elan  edi-
rəm.  Bir  qayda  olaraq  bizim 
məruzəçilər  seçilmiş,  öz  sahə-
lərinin  liderləri  insanlar  olur. 
Biz onları dəvət edirik, onlar bir 
məruzə  edir  və  məruzə  ətrafın-
da  burada  peşəkar  iştirakçılar 
müzakirələr aparırlar.  
 
Böyük Fuad Köprülü 
 
Bugünkü mövzumuz Azərbaycan ədəbi düşüncəsinə, Azər-
baycan  mədəniyyətinə,  eləcə  də  türk  ədəbiyyatına,  türk  mədə-
niyyətinə birbaşa dəxli olan bir məsələdir. Biz Azərbaycan ədə-
biyyatını  bir  az  kənardan,  amma  yaxından  işıqlandırmaq  fik-
rindəyik, bu mədəniyyətin Türkiyədə araşdırılma tarixinə nəzər 
salmaq istəyirik. Ümumiyyətlə, hər xalq, o cümlədən azərbay-
canlılar  –  Azərbaycan  türkləri  öz  ədəbiyyatının,  musiqisinin, 
memarlığının, sənət dünyasının dünyada tanınmasını arzu edir, 
bununla  da  dünya  mədəniyyətində  öz  sözünü  demək,  onun  iş-
tirakçısı  olmaq  istəyir.  Bu  gün  ədəbiyyatdan  söhbət  açacağıq. 
Belə bir fikir var ki, ilk dəfə dünya ədəbiyyatı və onun konsep-
siyası haqqında fikirləri bir mövzu kimi böyük alman mütəfək-
kiri  və  şairi  Goethe  diqqət  mərkəzinə  çıxarıbdır.  Bütün  türk 
xalqları  ədəbiyyatında  bu  mövzuya  –  bütövlükdə  türk  ədəbiy-
yatı tarixi, türk düşüncə tarixinə ən çox nüfuz edən insan əsər-
lərinə  bələd  olduğumuz  və  bu  mənada  hamımızın  tanıdığımız 
böyük  Fuad  Köprülü  (1890-1966)  olubdur.  Onun  türk  dünya-
sına bütövlükdə, bərabər, müntəzəm nəzər salmaq gücü və ehti-
rası  vardı.  O,  Azərbaycan  ədəbiyyatının  tədqiqi  sahəsində  də 


 
206 
 
 
 
yeni gözəl işlər gördü. Fuad Köprülünün Türkiyədə, Osmanlıda 
yazıb-yaradan  bir  sıra  şairlərin  azəri  kökünü  araşdırması  və  bu 
barədə  qiymətli  yazıları  ədəbiyyatşünaslıq  sahəsində  ən  çox 
ləzzət aldığım əsərlərdən olub. Bütöv türk ədəbiyyatı mövzusu-
nun dərinliyinə və genişliyinə dərindən nüfuz etməyi bacaran bu 
elm adamının, geniş və dərin düşünən ədəbiyyat tarixçisinin, fi-
losofun  abidəvi  yazıları  bu  gün  də  təravətini  və  gücünü  itirmə-
yib. Fuad Köprülünün əsərləri intellektual zövq qaynağı kimi bir 
qürur hissi də doğurur. 1933-cü ildə nəşr etdirdiyi “Anadolu’da 
Türk  dili  ve  Edebiyatının  Tekamülüne  Umumi  Bir  Bakış.  XIII-
XVI Asır” əsərində “lehçe bakımından Azeri dairesine mensup” 
şairlər – Nesimi, Kadı Burhaneddin və onlarca digərləri haqqın-
da söhbət açır, orijinal şərhlər verir. Azərbaycandan Osmanlı sa-
raylarına  gələn  şairlərdən  danışır.  “Bu  Azeri  şairlerinden  bazı-
ları,  bilhassa  Türkiye’de  uzun  müddet  kalanlar,  esasen  edebi 
Azeri lehçesinden pek farklı olmayan Osmanlı lehçesiyle de yaz-
mışlar,” – deyir. 
“Fuzuli,  şiirlerini  Azeri  Türkçesi  ile  yazmakla  beraber, 
Türk  edebiyatının  en  büyük  şairi  olarak  kabul  olunabilir”. 
Fuad  Köprülü  orta  əsrlər  türk  dünyasının  ən  şöhrətli  üç  şairi 
olaraq Nəsimi, Nəvai və Füzulini göstərir. 
“Ozan” və saz şairləri  haqqında sanballı  tədqiqatında da 
F.Köprülü  ümumtürk  ədəbiyyatına  nəzər  salmış,  Azərbaycan 
sahəsini xüsusi diqqətlə izləmişdir.  
1942-ci  ildə  “İslam  Ansiklopedisi”ndə  yazdığı  “Azeri” 
maddəsi Fuad Köprülünün Azərbaycan ədəbiyyatına bir ümumi 
baxışıdır. Konseptual baxımdan əsər çox dünyəvi, məzmun cə-
hətdən zəngindir. Osmanlıcanı Qərbi Oğuz, Azəricəni isə Şərqi 
Oğuz ədəbi ləhcəsi kimi qəbul edən F.Köprülü Azərbaycan ədə-
biyyatını üç böyük Türk ədəbiyyatından biri hesab edir (Osmanlı 
və  Cağatay  ədəbiyyatı  ilə  yanaşı).  O,  “Azeri  edebiyatının,  Os-
manlı edebiyatına nazaran, en zengin ve kuvvetli tarafı halk ede-
biyatıdır,” – deyir. Doğrudan da, “Dədə Qorqud” və “Koroğlu” 
dastanlarının  adını  çəkmək  kifayətdir.  XIII  əsrdən  1930-cu  ilə 


 
207 
 
 
 
qədər  Azərbycan  ədəbiyyatının  xülasəsi  verilmişdir  bu  əsərdə. 
Fuad  Köprülü  ayrı-ayrı  şairlərin  həyat  və  yaradıcılığına  xüsusi 
məqalələr  həsr  etmişdir.  Bunların  içərisində  Həbibi  və  Füzuli 
xüsusilə seçilirlər. 
 
Digərləri: 
 
Təbii ki, “Dədə Qorqud”, “Koroğlu” kimi dastanlar üzə-
rində  çalışan  Türkiyəli  alimlər  bununla  Azərbaycan  xalq  ədə-
biyyatını  da  araşdırmış  olurlar.  Eyni  sözü  Füzuli  kimi  Azəri 
ləhcəsində  yazan  şairlərin  Türkiyədəki  tədqiqatçılarına  da  aid 
etmək olar (Abdulbaki Gölpınarlı – Azərbaycan əsillidir, İsma-
yıl Hikmet, Abdulkadır Karahan...). 
 “Dədə Qorqud” və Orxon abidələrinin tanınmış tədqiqat-
çısı  Muharrem  Ergin  “Azeri  Türkçesi”  əsəri  ilə  Şəhriyarın 
“Heydərbabaya Salam” əsərinin və ona yazılmış nəzirələrin dil 
xüsusiyyətlərini  araşdırdı.  O,  həmçının,  Qazi  Bürhanəddinin 
divanını tam şəkildə nəşr etdirdi və “Dədə Qorqud kitabı” üzə-
rində tədqiqatlar apardı. 
Ahmet Caferoğlu (Əhməd Cəfəroğlu) və M.Ə.Rəsulzadə 
kimi Azərbaycan mühacirləri Türkiyədə Azərbaycan ədəbiyya-
tının araşdırılması və tanıdılması üçün çox iş gördülər.  
Lakin  bəzi  Türkiyəli  tədqiqatçılar  arasında  Azərbaycan 
ədəbiyyatıını “daraltmaq”, onu Osmanlı-Türkiyə ədəbiyyatının 
bir hissəsi kimi təqdim etmək cəhdləri də mövcuddur. Məsələn, 
mən bir neçə il bundan əvvəl  Semih Tezcan və Hendrik Boe-
schoten  tərəfindən  hazırlanmış  “Dədə  Qorqud”un  bir  nəşrini 
görmüşdüm. Əsərin girişində nəticə çıxarmağa çalışırlar ki, bu 
əsərin (daha dəqiq desək, Drezden nüsxəsinin) Azərbaycan ləh-
cəsi ilə əlaqəsi yoxdur.  
 
Anadolu tarixən türklərin birləşdiyi yer olub 
 
Biz  çağdaş  Türkiyə tarixində və ədəbiyyatında Azərbay-
canla bağlılığı  olan, bu istiqamətdə tədqiqatlar aparan  insanla-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə