Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə56/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

 
191 
 
 
 
mürəkkəbdir,  məntiqlə  izah  edilən,  anlaşılan  deyil”  kimi  başa 
düşülməlidir. Burada Rusiyanın istisna rola malik olduğu, bə-
şəriyyətin inkişafında öz xüsusi fərqli yolu olduğu da önə çə-
kilir  (bunu  slavyanofillər  xüsusi  vurğulamışlar).  Amerika  Bir-
ləşmiş  Ştatlarına  məxsus  istisnaçılıq  (American  Exceptiona-
lism)  da  eyni  şəkildə  şərh  oluna  bilər.  Polifonik  musiqi  və 
Ü.Hacıbəyli məsələsi isə tarixin bir hissəsini (orta əsrləri) aşağı 
qiymətləndirməkdən,  rus-sovet  dövrünə  istisna  önəm  qazan-
dırmaq cəhdindən, həmçinin sevimli şəxsiyyəti daha da böyük 
görmək istəyindən doğur. Qəliblər belə yaradılır, onları dəyiş-
mək  asan  olmur.  Əslinə  qalanda  isə  Azərbaycan  muğamı  (və 
başqa  şərq  xalqlarının  bənzər  musiqisi)  polifonik  musiqidir, 
bunun yaşı  yüzilliklərlə deyil, daha böyük – min və daha çox 
illərlə  ölçülə  bilər.  Böyük  Ü.Hacıbəyli  isə  Azərbaycan  musi-
qisi ilə Qərb musiqisini sintez etdi, Azərbaycan musiqisinə ye-
ni güc qazandırdı!
Avropadan  qat-qat  böyük  (ərazi  və  əhalicə)  və  cürbəcür 
Orienti  (Asiya  və  Afrikanı)  avropalılar  monolit,  həmcins  bir 
məkan kimi görməyə başladılar. E.Səid “Culture and İmperia-
lism” adlı əsərində (1993) tarixi tədqiqatların Qərbin tarixə ba-
xışı təsirində qaldığını, Qərbin bu sahəni bir standart, kanonik 
şəklə saldığı fikrini də irəli sürürdü. Ona görə Qərbin üstünlü-
yü populyar mədəniyyət, bədii əsərlər, tarixi ritorika (bəlağət), 
fəlsəfə  və  coğrafiya  kimi  sahələrə  hopur,  hörülür,  tikilir  və 
güclü təsir gücü nümayiş etdirir.  
Əlbəttə ki, imperializm, kolonializm, stereotip, yaradılmış 
bilik və fikirlərin iqtisadi və hərbi üstünlük əldə etməyə haqq 
qazandırması,  siyasətə  güc  verməsi  məsələlərində  mühüm  fi-
kirlər irəli sürən orientalizm geniş əks-səda doğurdu. Lakin, o, 
güclü  tənqiddən  də  kənarda  qalmadı.  “Orientalizm”in  kifayət 
qədər ziddiyyətli olması, E.Səidin peşəkar, obyektiv şərqşünas-
ları  az  yada  salması,  bir  çox  şərqşünasların  Şərq-Qərb  qarşı-
durması  deyil,  Şərq-Qərb  əməkdaşlığı  uğrunda  çalışdıqlarını 
vurğulamaması, populyar mədəniyyətlə elmi, akademik orien-
talizmi bir-birinə qarışdırması, Şərqdə ciddi koloniyalar  yarat-


 
192 
 
 
 
mayan alman orientalistlərini təhlilə cəlb etməməsi, Oksidenta-
lizmi (Şərqlilərin Avropanı önyarğı ilə görmələri, tam materia-
list  Qərb  və  müdrik,  ruhi  Şərq  tezisi),  bir  çox  mürəkkəb  fikir 
və hadisələri mütləqləşdirməsi  və  ya sadələşdirməsi  kimi  mə-
sələlər bir çox tanınmış (və çox tanınmamış) alim və intellek-
tualların tənqidinə məruz qaldı.  
 
 “Edvard Səid gözəl alim olmaqdan başqa,  
çox fəal siyasi xadim və mübariz olub” 
 
Solmaz Rüstəmova Tohidi: 
 – Əziz qonaqlar, əziz məclis 
iştirakçıları!  
Hamlet  müəllim  xarici  sə-
fərdə olduğu üçün, əvvəlcədən xa-
hiş etmişdi ki, bugünkü qonağımızı 
mən  təqdim  edim.  Bu  gün  bizim 
məclis  bir  az  xudmanidir.  Amma 
keyfiyyət  baxımından,  mənə  elə 
gəlir ki,  çox  yüksək və məzmunlu məclisimiz var. Qonağımız 
da kifayət qədər tanıdığınız bir insandır. Məclisimizin mövzusu 
da çox maraqlıdır. Hər halda şərqşünaslar və tarixçilər qiymət-
ləndirərlər ki, məclisimiz XX əsrin ən maraqlı alimlərindən biri 
olan Edvard Səidin yaradıcılığına həsr olunub.  
Əvvəlcə qonağımızı təqdim eləyim. Turac Atabəki bizim 
həmyerlimizdir.  30-35  il  bundan  əvvəl  İrandan  Hollandiyaya 
mühacirətə  gedib  və  orada  xarici  əcnəbi  bir  vətəndaş  olmaqla 
kifayət  qədər  yüksək  nailiyətlərə,  mənsəblərə  çatıb.  Hazırda 
Amsterdam  və  Leiden  Universitetlərinin  professorudur.  Ams-
terdamda Beynəlxalq Sosial Tarix İnstitutunda Yaxın Şərq De-
partamentinin  müdiridir.  Xaricdə  və  respublikamızda  kifayət 
qədər tanınmış alimdir. Məncə, onun haqqında daha geniş mə-
lumata ehtiyac yoxdur. Turac bəyin hazırladığı və bu gün sizin 
diqqətinizə  çatdırmaq  istədiyi  mühazirənin  obyekti  –  Edvard 
Səid də kifayət qədər tanınmış və maraqlı insan olub. O, Fələs-


 
193 
 
 
 
tin xristiyanlarındandır. Uşaq olarkən ailəsi  Amerikaya müha-
cirət  edib.  Orada  ingilis  ədəbiyyatı  üzrə  ixtisaslaşıb,  Kolum-
biya  Universitetinin  professoru  olub.  2-3  çox  məşhur  əsərləri 
var  ki,  onlardan  da  biri  “Orientalizm”dir.  Bu  haqda  məruzəçi-
miz məlumat verəcək. Mən bildiyimə görə, Edvard Səid gözəl 
alim  olmaqdan  başqa,  çox  fəal  bir  siyasi  xadim  və  mübariz 
insan  olub.  Ən  əvvəl  Fələstin  xalqının  hüquqları  uğrunda  fəal 
mübarizə  aparıb.  Amma  radikal  mövqedə  yox,  İsrailin  mütə-
rəqqi xadimləri ilə birlikdə bu məsələnin sülh yolu ilə həll edil-
məsi,  iki  xalqın  dinc  və  əminamanlıq  şəraitində  yaşaması  yo-
lunda  böyük  addımlar  atıb.  Turac  bəy  bir  epizod  danışdı  ki, 
Edvard Səid ilk dəfə İsrailə gələndə yəqin ki, Fələstin xalqı ilə 
həmrəyliyini  nümayiş  etdirmək  istəyib  və  bu  məqsədlə  özünə 
bir  mənəvi  borc  bilib  ki,  o  da  bir  daş  götürüb  simvolik  olaraq 
İsrail tərəfə atsın.  
Mən  istəyirəm  ki,  elə  burada  sözü  verək  həmin  insanı 
daha çox tədqiq eləyən Turac bəyə. Bundan sonra qoy söhbəti 
o, davam eləsin. Buyurun, Turac bəy! 
 
“Edvard Səidin fəaliyyəti yalnız prestij,  
ad-san, şan-şöhrət üçün deyildi” 
 
Professor Turac Atabəki: 
 – Çox sağ olun!  
Əvvəlcə mən, özü burada ol-
masa  da,  Hamlet  müəllimə  öz 
minnətdarlığımı  bildirmək  istəyi-
rəm. Hamlet müəllim məndən Ed-
vard Səid ilə bir məruzə etməyimi 
istədi.  
Mən  əvvəlcə  sizə  bir  film 
göstərəcəm.  Bu,  Edvard  Səid  ilə 
bir  müsahibədir.  Burada  onun 
kimliyi  və  tarixşünaslıq  üçün  nə  qədər  əhəmiyyəti  bir  insan 
olduğundan söhbət gedir. Təəssüf ki, bu film ingilis dilindədir. 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə