8
yox idi.
Sənayenin sürətlə inkişafı, nəqliyyat vasitələrinin durmadan artması,
şəhərlərin yaranması və böyüməsi, yaşıl zonaların tələf olması, yaşamaq
təhlükəsini daima artırır.
Urbanizasiya prosesinin sürətlənməsi bu ərazilərdə yaşayan insanların
sağlamlığına mənfi təsir göstərir. Hesablamalar göstərmişdir ki, iri
şəhərlərin insanları əyalət insanlarına nisbətən 5-7 il az ömür sürürlər.
Bunun da əsas səbəblərindən biri onların daimi çirklənmiş hava ilə
tənəffüs etməsidir.
Havanın texnogen çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat
vasitələridir. Hazırda həyatı nəqliyyatsız təsəvvür etmək mümkün
deyildir. Böyük şəhərlərdə, o cümlədən paytaxtımız Bakıda bu ciddi
problemlər yaradır və yaratmaqdadır.
Nəqliyyat mühərrikləri istifadə olunan yanacağın 15-20%-ni faydalı işə
çevirə bilir. Bu proses zamanı havanın oksigeni ölçüyə gəlməz şəkildə
xərclənərək onun yanma məhsulları isə aşağıdakı cədvəldən göründüyü
kimi atmosferi dəhşətli dərəcədə korlayaraq həyatı təhlükə yaradır.
Komponentlər
Yanma zamanı ayrılan qazların
həcm faizi
Azot
74-77
Oksigen
0,3-8
Su buxarı
2-5,5
Karbon qazı
5-12
Dəm qazı
5-10
Azot oksiddləri
0,2-0,8
Karbohidrogenlər
0,4-0,6
Aldehidlər
0,1-0,2
Qurum
0,1-0,4
3,4 benzopren
10-15
Qurğuşun etilat
1-1,5
Benzin yanacaqlarında detanasiyanı aşağı salmaq üçün (oktan ədədi
91, 92, 93, 94, 95 olan benzinlər) qurğuşun etilatdan –Pb(C
2
H
5
)
4
-istifadə
edilir. Onun istehsalı və tətbiqi zamanı atmosferə çoxlu miqdarda
qurğuşun yayılır. Böyük şosse yollarının kənarlarında əkilən bağ və
bostan bitkilərinin tərkibində xeyli miqdarda qurşğuşun olur ki, bu da
zəhərlənmələrə səbəb olur.
9
Ağır elementlər orqanizmə daxil olduqda maddələr mübadiləsini
pozaraq böyrək və qara ciyərdə xərçəng xəstəliyinin əmələ gəlmə riskini
bir neçə dəfə artırır.
Digər tərəfdən tütündə ağır elementlərdən ən çox olanı kadmiumdur.
Siqaret tüstüsündə və külündə toplanan kadmium kəskin zəhər olub ağ
ciyər və mədə xərçəngini əmələ gətirir. Tütünün yavaş yanması zamanı
onun tərkibindəki üzvi maddələr tam yanmayaraq aralıq məhsulları əmələ
gətirir ki, bunlar da «kimyəvi zəhərdən» başqa bir şey deyildir.
Odur ki, 30-40 il siqaret çəkənlər normal həyat sürsə belə siqaret çək-
məyənlərdən 6-8 il az ömür sürürlər.
Yanacaqların daşınması və saxlanması zamanı ətraf mühit korlanır.
Ehtiyatsızlıq üzündən tökülən 300 qram benzin 200 min m
3
havanı
korlaya bilir.
Üzvi həlledicilər istehsal edən kimya zavodları ətraf mühiti korlayan
əsas vasitə kimi qeyd olunmalıdır. Sintetik kauçuk zavodları hər ildə
minlərlə ton aminlər, aldehidlər, xlorüzvi birləşmələr, sinil turşuları,
kükürd və fosfor üzvü birləşmələr və fenollarla atmosferin, torpağın və
suyun çirklənməsinə səbəb olurlar.
Təsadüfi deyildir ki, Sovetlər zamanında Sumqayıt şəhəri dünyanın
ekoloji cəhətdən ən çirkli şəhərlər siyahısına başçılıq edirdi.
Kimya zavodlarında çalışan işçilərin zəhərlənməsinin qarşısını almaq
üçün güclü sorucu şkaflar vasitəsilə zərərli qazları müəssisələrdən
çıxardaraq atmosferə yönəldirlər. Bu zaman tutuculardan istifadə
olunmalıdır. Sovetlər dövründə qənaət üsulundan istifadə xatirinə belə
tutucular quraşdırılmadığından geniş ərazilərin çirklənməsi baş verirdi.
Hazırkı kimya sənayesində həm maye, həm qaz, həm də bərk halda
tullantılar yaranır. Bu tullantılar öz növbəsində havanı, suyu və torpağı
çirkləndirir. Odur ki, zavodlar tikilərkən düzgün texnoloji proses
yaranarsa zəhərli tullantılar olmaz və olsa da cüzi miqdarda yaranar ki,
onun da qarşısını almaq və zərərsizləşdirmək asan olar.
80-ci illərdə dünyanı sarsıdan Çernobıl hadisəsi texnologiyanın düzgün
həyata keçirilməməsindən yaranmışdır. Eyni zamanda qənaət etmək üçün
texnologiyada nəzərdə tutulan qurğuşun qalpaq quraşdırılmamış, nəticədə
radiaktiv məhsullar ətraf mühitə yayılaraq minlərlə insanın məhv
olmasına və on minlərlə insanın sağalmaz xəstəliklərə düçar olmasına
səbəb olmuşdur. 30 km radiusda yayılan radiasiya 100 illər davam
edəcək və bu zonanı «ölü zonaya» çevirəcəkdir.
10
Qeyri üzvi turşuların istehsalı zamanı atmosfer ağıla gəlməz dərəcədə
korlanır. Belə ki, nitroza üsulu ilə 1000 ton sulfat turşusu istehsal olunan
zaman 10 ton azot mono- oksidi, 10 ton kükürd dioksidi atmosferə
buraxılır.
1000 ton polad əridilərkən atmosferə 40 ton zəhərli toz, 30 ton kükürd
qazı, 50 ton dəm qazı yayılır. Kükürd dioksid havada olan su buxarı ilə
birləşərək sulfit turşusu şəklində yer qabığına tökülür ki, bu da həmin
ərazilərdə olan fauna və flora üçün təhlükəli zəhərdir.
Hər 20 ildən bir havaya buraxıln kükürd və azot oksidlərinin miqdarı
iki dəfə artır.
Aşağıdakı cədvəldə kimya texnologiyasının zərərli tullantılarının
tərkibi verilmişdir.
Göründüyü kimi bu sənaye tullantılarının hamısı kimyəvi zəhər olub
ekologiyanın çirklənməsinə səbəb olur.
İstehsal sahəsi
Atmosferi zəhərləyən məhsullar
Turşular:
Nitrat
NO, NO
2
, NH
3
Sulfat-nitroza
NO, NO
2
, SO
2
, SO
3
,H
2
SO
4
, Fe
2
O
3
, toz
Kontakt
SO
2
, SO
3
, H
2
SO
4
, Fe
2
O
3
, toz
Xlorid turşusu
HCl, Cl
2
Quzuqulağı turşusu
NH
3
, NH(SO
3
NH
4
)
2
, H
2
SO
4
Fosfat turşusu
P
2
O
5
, H
3
PO
4
, HF, Ca
3
F(PO
3
)
2
, toz
Sirkə turşusu
CH
3
CHO, SH
3
CO
2
H
Gübrə istehsalı
NO, NO
2
, NH
3
, HF, H
2
SO
4
,
R
2
O
5
, HNO
3
, toz
Superfosfat
H
2
SO
4
, HF, gübrə tozları
Xlor qazı istehsalı
HCl, Cl
2
, Hg
Xlorlu əhəng
Cl
2
, CaCl
2
, toz
Polivinil xlorid qətranı
Hg, HgCl
2
, NH
3
NaCl elektrolizi
Cl
2
, NaOH
Aseton
CH
3
CHO, (CH
3
)
2
CO
Ammonyak
NH
3
, CO
Metanol
CH
3
CO, CO
Kompralaktam
NO, NO
2
,
SO
2
, H
2
S, CO
Süni liflər
H
2
S, CS
2
Yuyucu tozlar
C
6
H
5
OH, CH
2
O, CH
3
OH, toz
Təbiət
bir
sıra qanunauyğunluqlarla özü-özünü təmizləmək
xüsusiyyətinə malikdir. Lakin insan zəkası və əli bu qanunauyğunluğu
Dostları ilə paylaş: |