15
XX əsrin əvvəllərində ekologiya botanikadan və zoologiyadan
ayrılaraq sərbəst bir elm kimi inkişaf etməyə başladı. Artıq 1910-cu
ildə ekologiya özlüyündə autekologiya və sineekologiya sahələrinə
ayrıldı.
1913-20-ci illərdə ekoloji elmi cəmiyyətlər yaradıldı və xüsusi
jurnallar buraxıldı, Ekologiya bir fənn kimi universitetlərdə tədris
olunmağa başladı.
Hazırda öyrənilən ekologiya 1920-1940-cı illərdə təşəkkül tapdı və
bir elm kimi özünün obyektini müəyyənləşdirərək xüsusi metodlar və
konsepsiyalar yaratmış oldu.
1930-cu illərdə ingilis alimi Ç.Elton ekologiya elmində yeni
istiqaməti-populyasiya ekologiyasını yaratdı.
1940-cı illərin əvvəllərində ekologiyada yeni təsəvvürlər yaranmağa
başladı. İngilis alimi, botanik-ekoloq A.Tensli (1871-1953) yeni bir
istiqamətin – «ekosistemin» əsasını qoydu. «Ekosistem» dedikdə –
müxtəlif orqanizmlərin birgə yaşayış» qaydalarının məcmuu, eləcə də
onların yaşayış təminatını ödəyən üzvi və qeyri üzvi aləmin təsir
mexanizmi nəzərdə tutulur.
Ekositstemləri öyrənən amerika alimi R.Lindman 1942-ci ildə öz
tədqiqatlarını ümumiləşdirərək yeni konsepsiya irəli sürmüşdür: «Bu
elə bir sistemdir ki, burada fiziki- kimyəvi-bioloji proseslər müəyyən
zaman və məkan daxilində baş verir».
Ekologiya tarixində XX əsrin ən böyük alimlərindən biri olan, rus
təbiətşünası V.Ġ.Vernadskinin'>V.Ġ.Vernadskinin (1863-1945) rolunu qeyd etməmək
olmaz.
O, «biosfer» təlimini yaradaraq canlı varlıqların mövcud olma
sahəsini müəyyən edərək, onun qanunauyğunluq formalarını,
davamlılığını və inkişafını göstərmişdir.
Biosfera-möhtəşəm ekosistem olub, ekoloji qanunlar əsasında
fəaliyyət göstərir.
«Biosfer» terminini elmə ilk dəfə fransız bioloqu J.B.Lamark
gətirərək, Yer planetində yaşayan bütün canlıları nəzərdə tutmuşdur.
Onun «biosferası» atmosfer, hidrosfer və biosfer nəzərə alınmadan
mövcud idi.
V.İ.Vernadskiyə görə isə biosferada olan canlılar onları əhatə edən
aləmlə daimi əlaqədə olub bir sistem təşkil edir ki, insanlar da bu
16
kompleksin ayrılmaz hissəsidir.
1944-cü ildə V.Ġ.Vernadski yeni təlim «noosferanı» yaratdı. Bu
biosferin yeni inkişaf mərhələsi olub, insan zəkası və əməyi ilə
təşəkkül tapır.
1950-ci illərdə ekologiya, miqdari analiz metodlarının inkişafı
sayəsində dəqiq elmlər sırasına daxil oldu. Bu üsullar vasitəsilə riyazi
modelləşmə nəticəsində dəqiq proqnozlaşdırma aparmaq olar.
Biosistemin qiymətləndirilməsində energetik yanaşma Amerika
ekoloqları Q.Odum və Y.Odum tərəfindən fəal sürətdə inkişaf
etdirilmişdir.
Miqdari analiz üsulunun köməyi ilə 1964-cü ildə hazırlanmış
«Beynəlxalq Bioloji Proqram» (BBP) əsasında planetimizin ümumi
məhsuldarlığı hesablanmış, Yer kürəsi əhalisinin artım səviyyəsi
hesablanaraq, onların artan tələbatlarının miqdarı və norması
müəyyənləşdirilmişdir.
Bu proqramda təbiətin mühafizəsi problemi, ekoloji qanunlar
əsasında onun resurslarından ağıllı istifadə mexanizmi-bəşəriyyətin
ümdə məsələsi kimi qarşıya qoyulmuşdur.
1968-ci ildə Parisdə YNESKO-nun dövlətlərarası konfransı
keçirilərək, biosfer ehtiyatlarından səmərəli istifadə məqsədilə «İnsan
və biosfer» proqramı qəbul edilmişdir.
1974-cü ildə Haaqa şəhərində Ekoloqların I Beynəlxalq konqresi
çağrılmış və Ekoloqların Beynəlxalq Cəmiyyəti (EBC) yaradılmışdır.
1988-ci ildə Cenevrə şəhərində (İsveçrə) «Mərkəz» - xeyriyə
təşkilatı yaradılmış və «Bizim ümumi gələcəyimiz naminə» şüarı ilə
fəaliyyətə başlamışdır.
1992-ci ildə Rio-de-Janeyro (Braziliya) şəhərində Birləşmiş
Millətlər təşkilatının təşəbbüsü ilə 179 ölkənin təmsil olunduğu
konfransda ətraf mühitin qorunması problemi gündəliyin əsas mövzusu
olmuşdur. Konfransda xeyli məruzə və çıxışlar edilərək yekun nəticə
çıxarılmışdır: «Bəşəriyyətin davamlı inkişaf yolu strategiyası
hazırlanmalı və bu da insanlar, cəmiyyətlər arasında və təbiətdə
harmoniyanın yaranmasına yönəldilməlidir».
Azərbaycan Respublikasının Milli Məclisi «Ətraf mühitin
qorunması haqqında» qanun qəbul etmişdir. Buna baxmayaraq 20%
torpaqlarımız ermənilər tərəfindən zəbt edildiyindən həmin ərazilərdə
17
meşələrin kütləvi qırılması nəticəsində ekologiya qarşısı alınmaz
dərəcədə pozulmuşdur.
Mətbuata sızan məlumatlar onu göstərir ki, ermənilər Atom elektrik
stansiyasının radioaktiv tullantılarını məhz işğal zonalarında basdırır
və Araz çayının kütləvi çirklənməsi nəticəsində qapalı Xəzər dənizi
ekoloji çirklənməyə məruz qalır.
Ekologiyanın inkişaf tarixini təhlil etdikdə bir neçə mərhələnin
mövcudluğu aşkar olur: birinci mərhələdə bioloji tədqiqatların
aparıldığı illər aşkar edilir ki, bu dövrdə ayrı-ayrı orqanizmlər arasında
əlaqə araşdırılaraq ətraf mühitlə sıx bağlılıq tədqiq edilmişdir; 1920-ci
ildən başlayan ikinci mərhələdə «ekologiya» termini orqanizmlərin
simbioz yaşayış tərzini araşdıraraq, onların həyat sistemində təbiətin
ekoloji təmizliyinə diqqət yönəlmişdir, 1950-ci ildən başlayan üçüncü
mərhələdə «ekosistem» və «biogeosenoz» məfhumları yaranaraq,
ekologiyanın bir elm kimi formalaşması baş vermişdir; 1970-ci ildən
başlayan dördüncü mərhələdə qlobal ekosistem tədqiqat obyektinə
çevrilmiş və biosferin problemləri təhlil edilmişdir, XX əsrin sonu və
XXI əsrin əvvəli artıq planetimizdə yaranan qlobal problemləri təhlil
edərək, bəşəriyyətin diqqətini məhv olmağa doğru gedən biosferin
qorunmasını hər bir fərdin, hər bir dövlətin ümdə vəzifəsi hesab
etməyə yönəltmişdir ki, bu da hələlik sonuncu və beşinci mərhələ
hesab olunur.
Sual və tapşırıqlar
1.Ekologiya bir elm kimi nə vaxt yaranmışdır?
2.Onun bir elm kimi təşəkkül tapmasında hansı alimlərin xidməti
olmuşdur?
3.Ekologiya elminə tərif verin. Ekologiya nəyi öyrənir və hansı
elmlərlə sıx əlaqəsi vardır?
Dostları ilə paylaş: |