18
KĠMYA VƏ ƏTRAF MÜHĠT
Müasir ekologiyanın elmi istiqamətlərdən biri kimyəvi
ekologiyadır.
1950-ci illərdən başlayaraq ətraf mühitin kimyəvi tərkibi sürətlə
dəyişməyə doğru istiqamət aldı. Buna səbəb ikinci dünya
müharibəsində istifadə olunan silahların dağıdıcı təsirindən başqa,
sənayenin sürətli inkişafı, məhsuldarlığı artırmaq, ziyanvericilərlə və
bitki xəstəlikləri ilə mübarizə məqsədi ilə kənd təsərrüfatının
kimyalaşdırılması, sintetik liflərin və polimerlərin daimi artan istehsalı,
nüvə enerjisinin hərtərəfli tətbiqi və nəhayət urbanizasiya prosesinin
artan inkişafı da daxil olmaqla, nəqliyyat vasitələrinin çoxalması,
təbiətin güclü çirklənməsi problemini yaratmışdır.
Sənaye istehsalının durmadan inkişafı nəticəsində məhsullar bütün
dünyada yayılmağa başlamış və beləliklə də onların tərkibində olan
kimyəvi birləşmələr istehsal zavodlarından çox uzaqlara daşınmışdır.
Beləliklə, biosferin Kimyəvi tərkibi get-gedə dəyişmişdir ki, bu da öz
növbəsində, planetimizdə yaşayan canlılara və bitki örtüyünə bir başa
təsir etmişdir.
İnsan, öz fəaliyyətinin genişləndiyi bir zamanda ekosistemdə gedən
kimyəvi proseslərə diqqəti artırmaqla, canlılarla ətraf mühitin qarşılıqlı
təsirini öyrənərək, atmosfer, hidrosfer və litosferin fiziki və kimyəvi
metodlarla öyrənilməsini ekoloji kimyanın əsas problemlərindən biri
kimi qarşıya qoymuşdur.
Biosistemdə yaranmış qarşılıqlı təsir mexanizmi müasir ekoloji
kimyanın predmeti olub, canlı və cansız təbiətin öyrənilməsində xüsusi
əhəmiyyət kəsb edir.
Ekoloji sistemi çirkləndirən maddələrin və onların çevrilmə
məhsullarının tərkibini müəyyən etmədən ətraf mühitin çirklənməsinin
qarşısını almaq mümkün deyildir. Buradan da ekoloji kimyanın əsas
predmeti müəyyənləşir.
Kimya-maddələrin xassələri, çevrilmələri və bu çevrilmələri atom-
molekul səviyyəsində öyrənən bir elm olduğundan, deyə bilərik ki,
ekoloji kimya isə-ətraf mühitdə gedən kimyəvi prosesləri və bu
proseslərin yarada biləcəyi təhlükləri müəyyən edir.
Ekoloji kimya dedikdə – ətraf mühitin kimyası nəzərdə tutulur. Bu
19
qısa və hərtərəfli izahı ilk dəfə Con Bokris özünün «Ətraf mühitin
kimyası» əsərində vermişdir.
Ətraf mühitin fiziki və kimyəvi xassələri öyrənildikcə məlum olur
ki, ana təbiətin özündə belə Günəş sisteminin yaranmasından indiyə
qədər canlı varlıqlara təhlükə yaradan kimyəvi çevrilmələr və proseslər
labüd olmuşdur.
İnsanlar isə öz məişətlərini yaxşılaşdırmaq məqsədi ilə yaratdıqları
və inkişaf etdirdikləri texniki inqilablar nəticəsində bu ekoloji
təhlükəni bir neçə dəfə artırmışlar. Bu antropogen dəyişikliklər
nəticəsində bir qrup bitki və heyvan növləri sıradan çıxmaq üzrədir və
«qırmızı kitaba» düşmüşdür.
Təbiətdə gedən bioloji və kimyəvi proseslər çox yavaş getdiyindən
canlı orqanizmlər buna adaptasiya oluna bilirlər. Antropogen
çirklənmələr isə çox sürətlə gedir və canlılar buna uyğunlaşmağa
macal tapmırlar.
Məsələn, Yer atmosferində oksigenin 1%-dən hazır ki, 21%
çatması üçün 1,5 milyard il keçmişdir ki, bu da hər 200-300 min ildə
0,004% təşkil edir. İnsan fəaliyyəti nəticəsində isə təxminən 200 il
ərzində atmosferdə CO
2
miqdarı 0,003%-dən 0,004% çatdırılmışdır ki,
bu da böyük təhlükə hesab olunan və sonrakı fəsillərdə izahı veriləcək
«Parnik effekti» yaratmışdır.
Antropogen çirklənmə nəticəsində yüksək dərəcəli zəhərli maddələr
alınır ki, təbiət onların utilizasiyasını həyata keçirməkdə aciz olur.
Pestisidlər,
defolyantlar,
insektisidlər,
antidetanatorlar
belə
maddələrdir.
Müasir cəmiyyət bir sıra kimyəvi yolla alınan məişət əşyaları,
dərman preparatları və digər çoxsaylı sintetik materiallar olmadan
keçinə bilməz. Odur ki, ətraf mühitin çirklənməsini kimyəvi məhsullar
yaratsa da, bir növ kimyanı «günahlandırmaq» ədalətsizlik olardı.
Lakin, ətraf mühit diqqətlə öyrənildikdə onun çirklənməsinin
qarşısını almağın yolları da icad edilir. Kimya zavodları qurularkən elə
texnologiya seçilə bilər ki, onun zəhərli tullantıları minimuma
endirilərək atmosferə, hidrosferə və biosferə yayılmasının qarşısı alına
bilsin.
Bu ekotexnologiya adlanan proseslər bəşəriyyətin təhlükəsizliyinin
ömrünü bir neçə dəfə artıra bilər. Ətraf mühitə yayılan zəhərli
20
maddələri ekotoksikologiya öyrənir. Bu elm sayəsində biosferdə canlı
varlıqların təhlükəsiz yaşaması üçün şərait yaratmaq mümkün olur.
Ekoloji kimya digər təbiət elmləri ilə birlikdə fəaliyyət göstərir və
daha effektivli olur. Biologiya, zoologiya, anatomiya, sosiologiya,
geologiya, fizika, riyaziyyat (modelləşmə), kənd təsərrüfatı elmləri və
digər elmlər ekoloji kimyanın ayrılmaz hissəsi olub, onun qarşıya
qoyduğu problemlərin həll olunmasında əvəzsiz xidmət göstərirlər.
Ekoloji kimyanın üç əsas vəzifəsi vardır ki, onların həyata
keçirilməsi ətraf mühitin qlobal çirklənməsinin qarşısını ala bilər:
1.Atmosfer və hidrosferə ayrılan əlavə məhsulları minimuma endirən
enerji və kimya texnologiyasını hazırlayıb tətbiq etmək; 2.Zavod və
fabriklərdə əmələ gələn qazların atmosferə keçməsinin qarşısını alan
tutucular təklif etməklə, zəhərli maddələrin su hövzələrinə axıdılma-
sının qarşısını almaq; 3.Ətraf mühiti çirkləndirən maddələri vaxtında
aşkar etməklə, onların gələcək çevrilmələrini proqnozlaşdırmaq yolu
ilə texnoloji proseslərə nəzarət etmək.
Sual və tapşırıqlar
1.Ətraf
mühitin çirklənməsində kimyanın rolunu necə
qiymətləndirmək olar?
2.Müasir ekoloji kimyanın xidməti nədən ibarət olmalıdır?
3.Təbii və antropogen çirklənməni fərqləndirən cəhətləri göstərin.
4.Ekoloji kimyanın əsas vəzifələrini izah edin.
___________________
ƏTRAF MÜHĠTĠN ÇĠRKLƏNMƏSĠ
Ekoloji kimya, başqa elm sahələrində olduğu kimi bir sıra terminlər
lüğətinə, məfhum və təriflərə malikdir ki, onlardan ən vaciblərini
göstərmək lazımdır.
Ətraf mühitin təyin oblastlarından biri çirklənmədir. Bu məfhum
altında tərkibindən, xassəsindən, fiziki halından asılı olmayaraq, təbii
mühiti korlama başa düşülür.
Təbii yolla və insanlar tərəfindən ekosferaya yayılan zəhərli
Dostları ilə paylaş: |