Elmar Şahbazov Otaq y oldaşım Pint I


partlayıram, fəqət əldən gələn nədir ki? Heç nə. Nə isə



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix26.05.2023
ölçüsü0,51 Mb.
#113141
1   2   3
Otaq-yoldasim-pinti-ELMAR-SAHBAZOV


partlayıram, fəqət əldən gələn nədir ki? Heç nə. Nə isə, 
dostum. Mən bu əhvalatlarla rastlaşdıqdan sonra yeni 
yaranmış olan Dövlət Gömrük Komitəsinin Akademi­
yasının Gömrük işi fakültəsi üzrə hüquqşünaslıq ixtisa­
sına qəbul olmuşam. DGKA­ya qəbul olduğumu mənə 
ilk söyləyən və bu şad xəbərin qarşılığında bir dənə də 


39
olsun şirinlik, bəxşiş­filan istəməyən telefonum oldu. 
Marketdə atamla birlikdə müştəriləri yola saldığım za­
man telefonuma mesaj gəlmişdi. Mesajı oxuduğumda 
hara qəbul olduğum mənə o vaxt məlum oldu. Mesajı 
oxuyan kimi mesajdan əvvəlki halım necə idisə, elə o 
halda, nə sevinmədən, nə üzülmədən, nə də başqa bir 
hiss keçirmədən atama da oxudum. Amma atamın nə 
hiss keçirdiyi gözlərindən oxunurdu. O buna çox sevin­
mişdi və marketə gəlib­gedən bütün kəndçilərimizlə 
söhbətində sözü fırlayıb gətirərək mənim hara qəbul 
olduğumu fəxrlə deyirdi. Mənim sevindiyim də yalnız­
ca bu oldu. Atamın sevinməyi mənim üçün xoş hal idi. 
O mesajı oxuduğumda ağlımdan keçən yalnızca: “Artıq 
11 ildir daşıdığım yükü çiyinlərimdən atdım”, – oldu, 
buna görə də çox rahatlamışdım. Dünyaya göz açan­
dan məktəbə gedən vaxta kimi yaşadığım azadlığı, 11 
ildən sonra bir ay ərzində yenidən yaşayacaqdım və bu, 
şübhəsiz, mənim üçün möhtəşəm idi.


40
Mesajın azadlığı
A
vqust ayı dəhşət isti və yorucu olmasına bax­
mayaraq, mənim üçün ən gözəl aylardan biri 
oldu. O ayda düstur əzbərləmək, test etmək, sınaq­
lara getmək, ümumiyyətlə, oxumaq yox idi. Zeh­
ni əziy yət bitmişdi mənim üçün, ən azından bir ay 
ərzin də. Daha məndən xoşbəxti olmazdı, sanıram.
Həmin aylar kənddə bir qızdan xoşum gəlirdi, doğrusu, 
heç adını da bilmirdim o qızın. Bu adsız gözəl xanım 
haqqında bildiyim, sadəcə, başqa bir rayondan bizim 
qonşu kənddə yaşayan nənəsigilə yayı keçirmək üçün 
gəldiyindən ibarət idi. Adsız gözəlin ritmik yerişi, incə 
səsi, iti danışığı, sarı qıvrım saçları, işıq saçan gözləri, 
balaca burnu var idi və o da mənim kimi balacaboy, 
məndən də balaca idi. Bəlkə də o buna görə mənim daha 
çox xoşuma gəlirdi. Məni gözəlliyi ilə valeh edən, adı­
nı bilmədiyim xanıma ondan xoşlandığımı bildirmək 
istəyirdim. Bunu ona necə deyəcəyimi yüz ölçüb bir 
biçmədən düşünmüşdüm. Çox sadə bir plan qurmuş­
dum. Planıma görə adsızı kimsənin olmadığı bir yerdə 
gördüyüm zaman, əlimə düşəcək ilk fürsətdə, təmkinlə 
yaxınlaşıb, onu sevdiyimi deyəcəkdim. Avqustun 19­u 
günəş səmadan qürub edərək Talış dağlarının arxasın­
da itdiyi bir vaxtda nəzərimdə tutduğum o fürsət əlimə 
düşdü. Ürəyim yerindən çıxacaqmış kimi dəlicəsinə çır­
pınırdı, bəs olacaq qədər həyəcanlanmışdım. İndi deyə 


41
bilməsəm, bir daha deyə bilməyəcəyimi düşünüb, özü­
mü itirmiş halda ona yaxınlaşıb, dilim topuq vura­vura, 
elə birbaşa “səni sevirəm” dedim və bundan çox utan­
dım. Həmin an kaş yer aralanaydı da girəydim yerə. 
Ağıllı­başlı düşünülməmiş bir hərəkət oldu bu. Özü də 
ki, kənd yerində. Demək olar ki, heç tanımadığın bir qıza, 
heç adını bilmədiyin. Bunu etmək özü dəlilik, sarsaqlıq 
idi, mən də bu sarsaqlığı etdim. O gözəl xanım tərəddüd 
içində, gözləmədiyi bir sözdən çalxalanmış halda üzümə 
baxırdı. Olanlar, sadəcə, bir anın içində oldu. Hər şeyin 
necə başlayıb­bitdiyini heç özüm də anlamadım, sadəcə, 
yadımda qalanları deyirəm sənə. O kübar xanım özü­
nü­sözünü toplayıb, sağ olsun ki, yaman mədəni tərzdə 
mənə “eşşək oğlu, eşşək” deyib yanımdan qaça­qaça 
çıxıb getdi. Mən də o arada qeyri­ixtiyari dediyim sözə 
çaşbaş qalıb, əlimi üzümə tutmuş: “Mən nə etdim? Axı 
niyə dedim?” – deyə sayıqlayırdım, deməyimə çox peş­
man olmuşdum. Bu situasiya ilə ilk dəfə idi ki, qarşı­
qarşıya qalmışdım, nə edəcəyimi də bilmirdim. O kü­
bar xanım məni söydüyü sırada ona “bağışla, bağışla” 
dediyim də yadımdadır. O, atamı söyürdü, mən isə 
ona “bağışla” deyirdim. Görürsənmi dünyanın işini? 
Mən ona nə dedim axı? Azar demədim, dərd demədim, 
sadəcə “səni sevirəm” dedim. Kaş deməzdim. Bir atamı 
söydürməmişdim, kişini də söydürdüm. Mənim atam 
müqəddəs insandır, kobud xanım. 


42
Qətliam
B
u xatirəni səhəri gün balıq ovuna getdiyimdə 
təfərrüatı ilə, sənə danışdığım kimi dostlarıma 
da danışmış, lağ obyekti olmağıma baxmayaraq, başıma 
gələnlərə dostlarımla bərabər qəhqəhələrlə xeyli gül­
müşdüm. Dostlarımla balıq ovundan böyük qənimətlə 
geri dönmüş, fəxrlə evdəkilərə nümayiş etdirmişdik. 
Balığa getdiyimizdə ov alətimiz 1.5 metr eni, 3 metr 
uzunluğu olan, iki tərəfinə 2 metr uzunluqda, əllə dart­
maq üçün, nazik, amma davamlı taxta keçirdiyimiz tor 
idi. Ov edəcəyimiz yerə çatdıqda Toğrulla mən evdən 
gətirdiyimiz köhnə paltarlarımızı geyinib kanala gir­
miş, birimiz sağ tərəfdəki, birimiz də sol tərəfdəki tax­
talardan tutaraq toru kanalın içində sürüyürdük. Kanal 
yosundan, mamırdan təmiz olsa da, suyu bulanıq, həm 
də tor sürümək üçün dərin idi. Dərinliyinə baxmaya­
raq, Toğrulla 100 metr kanal boyu toru gah kanalın sağ 
sahilinə, gah da sol sahilinə dartır, balıqları tora salmaq 
üçün əlimizi torla əhatə etdiyimiz sahildə suya çırpır, 
ov alətimizi bulanıq kanal suyundan qaldırıb yoxlayır, 
qurbağa və tısbağadan başqa bir şey ələ keçirə bilmir­
dik. Kərimlə Mikayıl sahil boyu təpələrdən bizi izləyir, 
toru sahilə gətirdikdə arada çaya enərək suyu ayaqla­
rı ilə qarışdırır, uğursuz nəticələrdən təəssüflənirdilər. 
Biz bu kanal boyu cəhdlərimizdən gətirdiyimiz qənimət 
kisəsinə cəmi bir dənə əl böyüklüyündə çapaq ata bil­


43
mişdik. Boş nəticələrlə toru darta­darta kanalı başa vur­
duqda görmüşdük ki, bənd vurulmuş çayın əkinləri 
suvarmaq üçün kanal çəkilmiş hissəsində mənasız 
cəhdlər edirmişik. Bəndi aşaraq yan tərəfləri qamış­
larla, böyürtkən kolları ilə sərhədlənmiş, üstünü azca 
mamır örtmüş, arabir yerlərində yosunlar çıxmış çayın 
sonradan bildiyimiz zəngin hissəsinə keçdik. Ümidsiz 
halda torun ağaclarını çayın bulanıq sularına salıb yana 
dartdıq. Kərim sahilin torla çənbərə aldığımız üçmetrlik 
ərazisində çaya girib, suyu şappıldadaraq bir sağa, bir 
sola qaçdı. Yenə ümidsiz və cəld toru yığaraq çaydan 
çıxardıq. Bu ümidsiz cəhddə çapaq balığından sonra ilk 
8 ov özünü torumuza salmış, canlarını qurtarmaq üçün 
vurnuxurdular, biz də sevincək, tələsik balıqları kisəyə 
doldurub, toru zəngin çay sularına vurub yenə dartır, 
yaxalayır, yenə dartır, yenə yaxalayırdıq. Görməmiş 
kimi 200 metr çay boyu tor çəksək də, gözlərimiz doy­
maq bilmirdi, çayı ələk­vələk edib, tordan keçirərək düz 
bir kisə durnabalığı ovlamışdıq. Tor dartdığımızda bizi 
ən çox bezdirən sağa­sola, üstümüzə­başımıza atılan 
qurbağalar ilə tora ilişən tısbağalar oldu. Hələ yekə bir 
su siçanı da torumuza düşmüşdü. Toğrul vəhşicə dov­
şan dişli, arxa ayaqlarının enli pəncəsi olan, böyük, boz 
siçanın quyruğundan tutaraq tordan çıxarmış, başına 
qaldırıb quru torpağa çırparaq həyatına son vermişdi. 
Mikayıl suya girən böyük bir su ilanını və həmin si­
çanı gördüyündən çaya girmir, bizim tordan çıxarıb 
sahilə atdığımız balıqları kisəyə yığıb, söyüd ağacları­
nın kölgəsində siqaret çəkməklə, Kərim suyu qarışdır­


44
maqla, Toğrulla mənsə çayın dibindəki palçığa bata­ba­
ta tor sürüməklə məşğul olurduq. Evə dönüb qəniməti 
bölüşdürdükdə hərəmizə 11­12 kiloqram durnabalığı 
düşmüşdü. Həzz üçün həyatlarına son verdiyimiz can­
lıların mənə düşən hissəsini qonşulara paylamış, pis 
əməldən azacıq yaxşı əməl qoparmağa çalışmışdım. 
19 avqust hadisəsini tarixdən silsək, avqust ayını 
bütünlüklə nəşəli keçirmişəm. Dostlarımla hər gecə 
çay evlərində, kafelərdə içib­çəkməklə vaxt keçirərək, 
gündüzləri maşınla veyillənib orda­burda gəzib­
əylənərək gündüzlərimi gecə, gecələrimi gündüz edir­
dim. Demək olar ki, hər gecə qəlyan çəkir, pivə, çaxır, 
ya da araq içir, həftədə üç dəfə dostlarımla birgə ma­
rixuana çəkirdim. Əslində elə də çox içmirdim, pivənin 
4­cü bakalı limitim idi. Bu limiti aşanda ürəyim açılır, 
hər yerə qusub­batırırdım, bütün “kayf”ım da ölür­
dü. Buna görə də özümə bir sərhəd müəyyən etmiş­
dim və dörd bakaldan artıq içmirdim. Amma onu da 
deyim ki, pivənin başı əladır. Mədə ağrısı, səhərlər də 
susuzluğu olmasa, zəhrimar tamam əladır. Hə, bir də 
çeşmənin gözü açılıbmış kimi gecəni tualetdə keçirirsən, 
o da pisdir, amma halın qəşəng olur. İçməyən dostlarım 
mənə “niyə içirsən?” dediklərində onlarla: “Yuxu adlı 
bu dünyada ayıq qalmaq düzgün deyil” – deyə zarafat 
edirəm. Əslində mənə mənalı gəlir zarafata dediyim 
bu söz. Səncə də elə deyilmi, dostum? İndi düşünürəm 
ki, əslində doğru deyil. Çox insan yuxuda olduğu za­
man onun yuxu olduğunu bilmək istər. Bilirsənmi 
niyə? Çünki yuxuda hər şey məhdudiyyətsizdir, 


45
düşün dük lərimiz, xəyallarımız kimi. Fəlsəfəyə keçmək 
istəmirəm, söhbətimizə davam edək. Yay tətili içib­çəkə­
rək, gəzib­əylənərək qurtarmaqda, sentyabrın 15­i isə 
yaxınlaşmaqda idi. Dərslərə az qalmışdı, mənsə hələ 
də öz kefimdə kənddə əylənirdim, şəhərdə ev kira­
yələməmişdim. Bu səbəbdən, kirayə ev tapmaq üçün 
sentyabrın 10­u yola düzəlib Bakıya gəldim. 
***
Əksər rayondan şəhərə işləyən taksi sürücülərinin 
etdiyi kimi, əyləşdiyim taksinin sürücüsü də məni 
gətirib Bakıda “20 Yanvar” metrostansiyası yaxınlı­
ğında taksidən endirdi. O vaxtlar bu şəhəri yaxşı tanı­
mırdım, hara necə getmək olar barəsində məlumatım 
yox idi. Bunun arxasınca Bakının Maştağa kəndi yolu 
üzərində yerləşən, qəbul olduğum Gömrük Akademi­
yasına heç çətinlik çəkmədən getdim desəm, ağ yalan 
olar. Taksidən endikdən sonra “20 Yanvar” metrostansi­
yasına girib qatarla bir neçə stansiya getdim, “28 May” 
metrostansiyasında qatardan enib işıqlı dünyaya, aydın­
lıq şəhərə çıxdım. 3­4 nəfər tanımadığım şəhər sakininə 
yaxınlaşaraq Maştağaya necə gedə bilərəm deyə soruş­
dum. Tərsliyə bax, kimdən soruşdumsa, bilmədiyini 
söyləyirdi. Bəlkə onlar da mənim kimi Bakının sakinləri 
deyilmişlər. Burada bir məlumat ala bilmədiyimi görüb, 
çıxdığım kimi “28 May” metrostansiyasından girib bir 
stansiya getdikdən sonra “Gənclik” metrosundan çıx­
dım. Yenə “28 May”da olduğu kimi, bir neçə nəfərdən 
suallar soruşdum. Bir orta yaşlı kişidən “Ulduz” met­


46
rosundan Maştağaya marşrut işlədiyini öyrənib dayı­
nın dediyinə əməl edərək “Ulduz” metrosundan Maş­
tağaya gedən avtobusa əyləşib qəbul olduğum Aka­
demiyaya gəldim. Akademiyanın açılışı mənim qəbul 
olduğum il edildiyindən hələ yeni binası tikilməmiş, 
Gömrük Komitəsinin Tədris mərkəzi binası müvəqqəti 
olaraq Akademiyaya verilmişdi. Çox da böyük olmayan 
bu məkanda 3 kiçik bina bir­birlərinə uzun bir dəhliz 
vasitəsilə birləşir. Dəhlizlə birləşdirilmiş soldakı bina 3 
mərtəbədən, birinci mərtəbəsi sinif otaqlarından, ikinci 
mərtəbəsi müəllimlər və təhsil şöbəsi işçilərinin otaq­
larından, üçüncü mərtəbəsi isə tələbələr üçün olan ya­
taqxanadan ibarətdir. Dəhlizlərin mərkəzində yerləşən 
bina da üçmərtəbəlidir. Bu binanın 1­ci mərtəbəsi rek­
tor statusu almış rəis otağından, rəis müavinlərinin 
və mühasibin otaqlarından, ikinci mərtəbəsi iki sinif 
otağı və kitabxanadan, üçüncü mərtəbəsi isə konfrans 
zalından ibarətdir. Dəhlizə birləşdirilmiş, üçüncü, sağ­
dakı bloksa, digərlərindən fərqli olaraq, bir mərtəbə 
əskik, ikimərtəbəlidir. Bu blokun birinci mərtəbəsində 
idman zalı, tualet və hamam, ikinci mərtəbəsində isə 
yeməkxana, təmizlik və yemək işlərinə baxan xid­
mətçilərin otaqları var. Mən ilk dəfə Zamin və adaşım 
Kənanla həyətində kiçik futbol meydançasından sava­
yı bir şey olmayan həmin yaşıl damlı blokların önündə 
tanış oldum. Mən oraya zar­zor təkbaşına gəlsəm də, 
onlar ataları ilə birgə gəlmişdilər. Onlarla birlikdə Aka­
demiyaya yaxın ərazidə piyada gəzib­dolaşaraq nor­
mal bir kirayə ev tapıb mülk sahibi ilə sövdələşdik. O 


47
zaman lom udmuş, danışıb­dinməyən Kənanla Zamin 
indi­indi dilotu yeyiblər. Biz danışıb­dinməzlərin ataları 
ilə birlikdə kirayə ev sövdələşdikdən sonra ayrılıb uşaq­
lıqdan yaşadığımız doğma diyarlarımıza qayıtdıq. Sent­
yabrın 14­ü atamla birlikdə yükümü maşına vurub Ba­
kının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən, 
qəbul olduğum Akademiyaya yaxın kirayə etdiyimiz 
evə gəldik. Tülkü Zamin məndən bir gün öncədən 
gəlmiş ən yaxşı yatağı özünə götürmüşdü. Mənə də bir 
il üzərində yatmaq məcburiyyətində qaldığım köhnə bir 
yatağı götürmək qalmışdı. Zibil yığını lap köhnələrdən, 
setka ilə həsirlənmiş olanlardan idi, özü də telləri bo­
şalmışdı. Üzərində uzandığım zaman dalım yerə dəyir, 
ayaqlarımla başımsa göydə qalırdı. Ona görə belim hələ 
də ağrıyır.
***
Kirayə tutduğumuz evdə ilk gün valideynlərimiz 
bizə bir xeyli məsləhət vermişdilər. Evdən özümüz üçün 
bişirib­gətirdiyimiz cücəni də yeyib getmişdilər, neynək, 
canları sağ olsun. Onların hər biri məsləhətlərində meh­
riban olmağımızı, yemə yi, qabları, evi təmizləməyi 
sıra ilə etməyimizi tövsiyə edirdilər. Biz də quzu kimi 
sakitcə onların söylədiklərini başımızla təsdiqləyir, 
nə deyirdilərsə, “yaxşı” deyirdik. O məsləhətləri 
dinləməyimizin, “yaxşı” deməyimizin üstündən qoy­
madıq ki, uzun zaman keçsin. Elə bundan 1 ay sonra 
erməni­müsəlman davası başlamışdı artıq. Bir­birimizə 
iyəşir, nə qab yuyur, nə də ev təmizləyirdik. Acdığı­
mız zaman da birnəfərlik bir şey bişirir, kolbasa qızar­


48
dır, kartof qaynadır, ya da evdən gələn hazır, bişmiş 
yeməklərdən isidib yeyirdik. Hələ günün birində ortada 
çirkli bir boşqab var idi. Yuyulmamış boşqabın kimin ol­
duğunu tapa bilmir, bir­birimizə: “Mən o qabda yemək 
yeməmişəm, bunu sən bulamısan, sən də yumalısan”, – 
deyərək mübahisə edirdik. Kimin əməli olduğunu dəqiq 
bilə bilmədiyimiz yağa bulaşmış, çirkli, dilsiz­ağızsız, bu 
günahsız qabı üçümüz də yumaq istəmirdik. Belə bax­
dıqda o qabı yumaq çox da çətin iş deyildi, bir boşqabı 
yumaq nədir ki? Sadəcə, onda dost deyildik, bir­birimi­
zi yeni tanıyırdıq və kimsə kimsənin buladığı hər hansı 
bir qabı yumurdu. Belə baxanda düz edirdik. Ah, eqo, 
özümüzə sığışdıra bilməzdik bunu. Halbuki indi, 2016­
cı ildə mən onların yanındayam, Zamin əsəbiləşib evi 
silib­süpürdü, indi də qabları yuyur. Zamin qız olsay­
dı, 100 faiz zəmanətlə indiyə almışdılar. Yeməklərindən 
yesən, barmaqlarını yalayarsan. Mən o vaxtlar an­
caq yumurta bişirirdim, günün bu günü də yumurta 
bişiri rəm. O isə yeməkdən fantaziyalar yaradır indi.
O günlər mübahisələrdən bezib­usanaraq, təmizlik 
işləri və yemək bişirmək üçün cədvəl qurmaq qərarına 
gəldik və qurduq da. Cədvəli yazıb mətbəx divarına as­
mağımızdan çox keçməmişdi ki, yazdığımız bu nizam­
intizam cədvəlinin müddəalarının mənə sərf etmədiyini 
gördüm, özü də cədvəldəki sıralamanın əksəriyyətini 
özümün yazmağıma baxmayaraq. Özümü didib­
tökərək cədvəldəki sıralamanın dəyişilməsini, mənim 
üçün uyğun olmadığını Zaminə və adaşım Kənana 
söylədim. Axır 3­4 gündü ki, keçmək bilməyən bu 


49
istəyimlə əvvəlki cədvəli cırıb yenisini yazdıq. Lakin bu 
yeni cədvəl də əskisi kimi yararsız oldu. Beləcə biz kons­
titusiyalı monarxiya yaratmış kimi olduq. O cədvəli ba­
yaq yenə gördüm, hələ də vurduğumuz divarda eləcə, 
boş­boşuna asılı qalır. O bizim tarixi cədvəlimiz, ilk qa­
nunumuz oldu. Birlikdə yaşamağımızın üstündən bir 
müddət keçdikdən, bir­birimizə öyrəşdikdən sonra heç 
cədvələ də ehtiyac qalmadı. Biz bir­birimizə öyrəşmiş, 
yavaş­yavaş dostlaşmağa başlamışdıq. Daha yemək 
bişirmək, qabları yumaq, təmizlik etmək üstə mübahisə 
etmirdik. Üçümüz də mədənicə yemək bişir mək dən, 
təmizlik etməkdən üz döndərmişdik. Qablar yığın­yı­
ğın yuyulmağı gözləyir, kim yemək yemək istəsə, qab­
lardan birini yuyur, yeməyini yeyir və yenidən əvvəlki 
yerinə qaytarıb qoyurdu.
Akademiyada da hər şey öz yolunda idi. Qrup 
yoldaşlarımın adını bir­iki həftəyə tam dəqiq öyrənə 
bilmişdim. Doğrusu, əvvəl­əvvəl tələbə yoldaşlarım­
la bir­birimizi yaxşı tanımırdıq, hələ səmimiyyət ya­
ranmamışdı, aramızda soyuq və səmimi olmayan yol­
daşlıq münasibəti vardı. Zaman dərmanı işə düşdükcə 
səmimiyyət yaranırdı, bir­birimizi tanıyır, vaxt ötdükcə 
qaynayıb­qarışırdıq. Bəzi qrup yoldaşlarım mehriban 
idilər. Həftəsonları həmin qrup yoldaşlarımla birlikdə 
Dənizkənarı bulvara, İçərişəhərə dolaşmağa, film 
izləməyə gedirdik. Dərslərin başlanması günündən 3 
ayına qədər hər şey çox xoş, tələbələrin hamısı səmimi 
görünürdü gözə, mən də elə sanırdım ki, yüksək bal 
toplayan, oxuyan insanlar mədəni, səmimi, hörmətli 


50
insanlar olur. Sən demə, oxumaqla, yüksək bal topla­
maqla adam olmaq olmurmuş, cahillər hər yanda olur­
muş. Az öncə dediyim dostluq­mehribanlıq adlı illüzi­
yanın sirri də 1­ci semestrin axırlarına yaxın açılmağa 
başladı, bu vaxtlar kimin kim olduğunu tanımağa baş­
lamışdıq. Bizim qrupun daxilində qruplaşmalar yaran­
mışdı, hər kəs bir tərəfə çəkilmişdi. Mənə görə mənim 
yanımda olanlar və qarşı tərəfin qrupunda olanlar var 
idi. Hə, bir də adət aldığı kimi ikiüzlülük çox yerdə 
olur, əfsus ki, burada da var idi. Hər hansı bir qrupla 
əlaqəsini pozmayıb hamısı ilə mehriban olmağa çalışan­
lar. Elələrini öz mövqeyimdən sevmirəm, sanki Ameri­
kadır o adamlar, bütün dünyaya qaradərili adamlarla, 
əsas ki, müsəlmanlarla yola getdiyini, tolerant olduğu­
nu göstərməyə çalışan, fəqət sevməyən Amerika. Belə 
insanların heç vaxt səmimi dostu olmur. Onlar kimi 
aldatdıqlarını hələ də anlaya bilmirlər. Onlar özlərini 
aldadırdılar, özlərini. Nə isə, Bunlardan yeri gələrsə da­
nışaram. Daha danışmaq istədiklərim, sadəcə, yaşadığım 
bu evə necə gəlib çıxmağım, Arzu və xor rəhbərinə bənzər, 
dilsiz­ağızsız otaq yoldaşım Pinti barəsində aydınlığa 
çıxarmaq istəyirəm səni. İndi isə kitabın əvvəllərində Arzu 
haqqında dediyim yalanları düşünmə və gözünü aç, doğ­
ruları dinlə, bu sözdə nəsə yanlışlıq var. Ən yaxşısı, kitabı 
oxumağa davam elə, dostum.
***
Zaminlə, Kənanla olduğu kimi Arzu ilə də Akade­
miyada tanış oldum. Bəzi türk filmlərindəki kimi ilk 
görüşdən ona aşiq olmamışdım. O vaxt kənddən şəhərə 


51
yeni gəlmişdim, buna görə də gözlərim buqələmun 
gözləri kimi qaynayırdı. Bütün günü parklarda sülənir, 
açıq­saçıq geyinən qadınların çöldə qalmış sinələrinə, 
ayaqlarına, kiçik alətimi oyadacaq çılpaq bədənlərinə 
baxır, evə gəldikdən sonra masturbasiya edirdim. An­
layacağın axmaq­axmaq şeylərlə məşğul olur, gözümün 
önünü görə bilmirdim. Bir müddət sonra masturbasiya­
dan savayı digər iyrənc hərəkətlərimdən yaxa qurtarma­
ğı bacarıb, gözümün önündəkiləri görməyə başladım. 
Zamanla Arzuya qarşı hisslərim yarandı, bu hisslər, 
əlbəttə, cinsi ehtirasdan doğan hisslər deyildi. Bunlar 
pak qəlblərə məxsus saf məhəbbət hissləri idi. Bir qadı­
na qarşı necə belə hisslərin yarandığını soruşacaq olsan, 
buna bir cavab verə bilməyəcəm, deyəsən, bunlar taleyin 
oyunudur. Bildiklərim yalnız onun danışığı, hərəkətləri, 
gülümsəməsi, nə edirdisə mənə xoş gəlməsidir. Arzuya 
qarşı hisslərim elə bir həddə çatmışdı ki, onu, iradəmdən 
asılı olmayaraq, qısqanırdım. Bu məndən asılı deyildi, 
özüm də istəmədən onu qısqanırdım, sevgidən doğan 
qısqanclıqla. Arzu dostları ilə harasa gedəndə “evə tez 
qayıt” demək istəyir, dərsdə həmişə təsadüfən olurmuş 
kimi yanında oturub kimləsə yanbayan oturmaması­
na çalışır, dərsdən çıxanda qəsdən yubanaraq onunla 
birlikdə getmək istəyirdim. Xoşuma gəlməyən geyimi 
olduqda “bu nədir, geyinmisən?” demək ürəyimdən ke­
çirdi. Axı mən bunları ona necə deyərdim? O mənə “sənə 
nə” desə idi birdən, axı mən onda nə deyərdim Arzuya? 
Nə söz tapıb deyə bilərdim ki? Bu onun həyatı idi, öz 
istədiyini də edərdi. Belə bir şey olsa, düşünürdüm ki, 


52
filmlərdəki kimi “çünki səni sevirəm” deyərəm, sonra 
təkrar düşündüm ki, “əşi, Kənan, bu həyatdır, film de­
yil, birdən dönüb desə ki “o sənin problemindir”, onda 
nə deyəcəksən bəs?” Heç başlamamış bir eşqin sonu 
olardı. Hər şey o filmlərdəki kimi asan deyil ki. Ame­
rikan filmlərində olanlar bizim mentalitetdən tamam 
ayrıdır, oğlan bir qızı sevirmi... hə, belədə gedir qızı tu­
tur, dodaqlarını söykəyir dodaqlarına, nə bilim harasını 
əlləyir, axırda gedib çıxırlar yatağa, bir az da yataqda 
güləşdikdən sonra əl­ələ tutub gedirlər, xoşbəxt son. 
Gəl sən onu dalın çatır buralıqda elə görüm də. Şəlaləni 
göstərməyə, butulka söhbətinə qızın qohumlarının gənc 
kadrları namus borcu olaraq, gözlərini qırpmadan, 
başı üstə gələcəklər, bəlkə də çəkib “Youtube”a­filan 
“şərəfsiz adam” başlığı altında atarlar ki, hamı görsün, 
ibrət olsun. Həmin qızın əmisi, dayısı nə edər? Daha 
orasını da özün düşün, dostum. Gör hara gəldim çıxdım 
e... söhbətimin ardını gətirim, mənim əziz və mehriban 
dostum. Arzunu sevdiyimi bir neçə dostuma da demiş­
dim, ağlıma görə ağıllı adamlarla məsləhətləşmişdim. 
Bu günə kimi əli qız əlinə dəyməyən, sevgilisi bir yana, 
qız dostu olmayan bəzi dostlarım: “Nədən qorxursan 
axı, get de, de ki, səni sevirəm, nə bilim, səndən xoşum 
gəlir, qorxma, qaqaş canı, düz deyirəm, nə var axı bur­
da? Pis bir şey etmirsən ki, utanılacaq da heç nə yoxdur, 
get denən” – dedilər mənə. Mən də bu sözlərlə bir xeyli 
havalanıb yüksəldim. Onsuz da ürəyim partlayırdı, bu 
gün­sabah ona yaxınlaşıb sevdiyimi demək istəyirdim. 
İnşallah, avqustun 19­dakı kimi olmazdı, istədiyim kimi 


53
alınardı. Mən yenə ogünkü kimi – avqustun 19­da qərar 
verdiyim kimi özümü hazır hiss etdim, nə deyəcəyimi 
də çoxdan fikirləşmişdim.
***
26 dekabr, 5­ci gün dərsə çox tez getmişdim, Arzu­
nun gəlməsini gözləyirdim. Dərs başlamamış ona onu 
sevdiyimi deyəcəkdim. Eşq etirafı etmək fikrilə, ağılsız 
başımla, eşqlə yanan qəlbimlə həmin gün bir saat Aka­
demiyanın koridorunda Arzunu gözləmişdim, amma 
o gəlib çıxmaq bilməmişdi. O gün Arzu gələnə kimi 
dərsin vaxtı yetişdi, mən də keçib sinifdə, arxa sıralar­
dan birində əyləşdim. Müəllim sinfə girərək salam verib 
tələbələrə məxsus partalarla üzbəüz, sinfin sağ tərəfində, 
pəncərə önündə yerləşən, üzərinə kompüter qoyulmuş, 
müəllimlərə məxsus masanın arxasındakı stulda əyləşdi. 
Masa üzərindəki, müəllimlərin istifadəsinə verilmiş 
kompüterdə Akademiya saytındakı profilinə daxil olub 
jurnalı yoxlamağa başladı. Müəllim öz dəmində adını 
söylədiyində səsini eşitmədiyi tələbələrə qayıb yaza­
yaza digər tələbələrin adlarını çəkməkdə idi, mən isə: 
“Ay kor bəxtim, bu gün özümü toplayıb Arzuya sevdi­
yimi deyəcəkdim” – deyə düşünürdüm ki, qapı açıldı 
və Arzu sinfə girmək üçün müəllimdən icazə istədi. 
Müəllim Arzuya 2 dəqiqə gecikdiyi üçün minnət edərək: 
“Bir daha gecikmə, yoxsa qayıb yazaram” – demədi. 
Amma oğlanlardan hansısa geciksəydi, əminəm ki, 
deyərdi. Bəzi müəllimlər bu mövzuda qızla oğlan ara­
sında fərq qoyurlar. Nəinki bu mövzuda, bir çox möv­
zuda müəllimlər heç də obyektiv deyillər, subyekt nə 


54
cür obyektiv ola bilər ki?! Nə isə, o zaman qapını açanın 
Arzu olduğunu görəndə üzümü təbəssüm canlandırdı. 
Yenə: “İkinci dərsdən sonra 30 dəqiqəlik fasilədə ona 
sevdiyimi deyəcəyəm”, – deyə düşünməyə başladım. 
İkinci dərs fəlsəfə fənn müəllimi, Elçin müəllimin dərsi 
idi. Müəllimin maraqlı tədris metodologiyasına bax­
mayaraq, fəlsəfə mənə hədsiz sıxıcı gəlirdi. İki min il 
əvvəl kimlərinsə bir­birinə dediyi atmacaları mən niyə 
öyrənməliydim axı? Bir azca fəlsəfənin sıxıcı olmasını, 
qalan dərsin 70 dəqiqəsini isə Arzunu düşünməklə bi­
tirdim, son 10 dəqiqədə müəllimin: “Sabah şənbə günü­
dür, bəlkə sinemaya gedək, uşaqlar, çox maraqlı bir film 
var” – deməsində ayıldım. Getmək istəyənlər təsdiq ola­
raq əllərini qaldırmışdılar. Əllərini qaldırmış tələbələr 
sırasında Arzunun da əlini qaldırdığını gördüyümdə 
mən də əlimi qaldırdım. Müəllim neçə nəfər tələbənin 
gedəcəyini saydı, nəticədə mən də daxil olmaqla 
birlikdə sinemaya gedəcək olan tələbələrin sayı 12 nəfər 
oldu. Film “Nizami” kinoteatrının böyük zalında olaca­
ğı üçün sayın çox olmasının heç bir problemi yox idi, 
lap istəsən əlavə yüz nəfər adam yığ get, biz isə cəmi 25 
nəfər tələbəyik, niyə saydı ki? Sinema işini nəzərə alıb: 
“Arzuya onu sevdiyimi sabah desəm, daha yaxşı olar”, 
– deyə düşündüm. Böyük fasilədə Arzuya yaxınlaşıb 
sabah ona bir şeylər söyləyəcəyimi deyəndə israrla nə 
deyəcəyimi öyrənmək istəsə də, ona heç nə deməyib, qız 
kimi utanıb gülümsəyərək: “Sabah deyəcəyəm”, – de­
dim. O, israrından əl çəkib axır mənimlə razılaşmışdı. 
Razılaşmasa idi də, onsuz yenə deməyəcəkdim. 3­cü 


55
dərsi də bitirdikdən sonra evə yollanmaq üçün Arzu ilə 
birlikdə söhbət edə­edə dayanacağa getdik. Oradan da 
avtobusa minib Akademiyadan ayrıldıq. Mənim yolum 
qısa olduğundan təxminən 5 dəqiqədən sonra Arzu ilə 
sağollaşıb avtobusdan endim. Evə çatdığımda Kənanla 
Zamin qoca arvadlar kimi eşq mövzumla əlaqədar mənə: 
“Nə oldu? Nə dedin? Necə dedin?” kimi bir çox suallar 
yağdırdılar. Onların suallarının bitməyəcəyini düşü­
nüb, hələ söyləmədiyimi, sabah sinemaya gedəcəyimizi, 
filmdən çıxdıqdan sonra söyləyəcəyimi burada yazdı­
ğımdan daha təfərrüatlı danışdım. Söhbətimin sonunda 
adaşım Kənan:
– Ə, kişi ol, niyə qorxursan? – dedi, bəlkə də məni 
dəli etmək üçün.
Mən də Kənana:
– Bayaqdan məni haranla dinləyirsən, sabah deyəcə­
yəm də, – dedim.
Üçümüz də buna bir xeyli güldük desəm, yalançı 
olaram, amma güldük.
***
İndi olduğu kimi o zaman da bir xeyli şeir yazır­
dım, ən çox da sevgidən yazırdım, aşiq oldun, belə olur, 
neyləyəsən? Bu şeirlərimi hər kəs bəyənirdi, hər kəsin 
qəlbinə yol tapırdı. Bir Zaminin bibisi oğlu yazıçı, pub­
lisist, dramaturq, şair, Xalq artisti adını almayan, alim, 
professor olmayan Ənvər bəyə bəyəndirə bilmirdim. Elə 
şeirlərimdə bir balaca səhv axtarırdı ki, gözdən salsın. 
Ona oxuduğum bütün şeirlərin hamısında bir yanlışlıq 
axtarırdı. Öz şeirlərində qoyundan­quzudan bəhs et­


56
mirmiş kimi, sadəcə, qafiyədən və yerli­yersiz sözlərdən 
ibarət olan şeirlərini elə ürəklə oxuyurdu ki, sanki 
fəlsəfi, hikmətamiz nəsə yazıb. O gün bu Ənvər bizə qo­
naq gəlmişdi, bunları oradan xatırladım. Qonağımız bir 
paket günəbaxan da almışdı, sağ olsun, nə vaxt gəlsə idi, 
bir paket günəbaxan gətirərdi, heç vaxt əliboş gəlməzdi. 
Mən sabahla əlaqədar həmin gecə həyəcandan yata 
bilməyib, məcburən gecə saat 3­ə kimi Ənvərin oxu­
duğu şeirlərin sehrini görməyə çalışdım, ha çalışdım, 
çox vuruşdum, ancaq bir şeylər görə bilmədim. Onun 
şeirlərində sehr axtarmaq samanlıqda iynə axtarmaq 
kimi bir şeydi, o iynəni axtaransa ya ağıldankəmdi, ya 
da aşiq, eynən mənim kimi. Gecə saat 4­ə işləmiş insanın 
belinə rahatlıq verən, dünyalara belə dəyişməyəcəyim, 
zibilə qalmış yatağıma uzandım. Haradasa saat beşə 
kimi Arzunu, ona sevdiyimi necə deyəcəyimi düşünərək 
yerimin içində fırlanıb­dururdum. Axır nə vaxtsa yuxu 
qapını döymədən, asta­asta, səssizcə içəri girməyi ba­
cara bilmiş, gözlərim yumulmuşdu. Sabahı saat 10­da 
yerimdən qalxar­qalxmaz duşa girib, 4­5 dəfə saçımı 
şampunlayıb yuduğumu rahatlıqla deyə bilərəm. Ha­
mamda baş verən digər əhvalatları qədim avropalı­
lardan, suya həsrət afrikalılardan və dünya üzərində 
yaşayan heç nəsiz­kimsəsiz insanlardan başqa bütün 
insanlar bildiyi üçün daha buraya yazmıram. Ayna 
önünə keçərək bir xeyli saçlarımı sağa­sola, oyan­buya­
na fenləyib, yeni aldığım köynəyimlə cins şalvarımı ge­
yindim, Zaminin ətri ilə, demək olar ki, bir daha çimib, 
hazırlaşaraq evdən ayrılıb dayanacağa getdim. 


57
Böyük Gün
A
vtobusla “Koroğlu” metrostansiyasına çat­
mışdım ki, Elçin müəllim zəng edib harada 
olduğumu soruşdu. Mən də yalandan “28 May” met­
rostansiyasında olduğumu deyib, tələsik metroya gir­
dim. “İçərişəhər”ə gedən qatara minib, “Sahil” metro­
sundan “Nizami” kinoteatrının qarşısına gəldim. Mən 
gəldiyimdə Elçin müəllim, Sənan, Adəm, Əli, Ramil, 
Gülnar və Nərgiz orada dayanmış, digər tələbələrin 
gəlməsini gözləyirdilər. Arzunun burada olmadığını 
görüb film izləməyə gəlməyəcəyini düşündüm. Buna 
görə kimsə Arzunu xoşladığımı hiss etməsin deyə, san­
ki soruşanda Arzudan xoşlandığımı hamı biləcəkmiş 
kimi utanıb­çəkinməyimi gizlədərək, üzümü müəllimə 
tutub etinasızca: “Ülvi, İlkin, Nigar, Arzu hardadırlar 
bəs?” – soruşduğumda Nəcəf də özünü məclisə yetir­
di. Müəllim: “Nigarla Arzu harada olsa gələr, Ülvi ilə 
İlkin bayaq “Ulduz” metrosunda olduqlarını dedilər. 
Onlar da bir azdan burada olarlar” – deyəndə boşuna 
narahat olduğumu, “harda olsa gələr” – deyə düşün­
düm. Həm sevincli, həm də çox həyəcanlı idim. İçimdə 
kəpənəklər uçuşur, ürəyim sürətlə döyünür, gözlərim 
gülürdü. Nə vaxtdır Arzuya demək istədiyim sözü bu 
gün, axır ki, ona deyəcəkdim. O vaxt orada bir anın 
içində necə xəyallar qurduğum yadımdadır, xəyallarım 
o yerə kimi gedib çıxmışdı ki, artıq Arzu ilə evlənmiş, 


58
böyük evimizi romantik edən buxarının qızdırdığı ge­
niş otaqdakı masada uşaqlarımızla birlikdə şam yeməyi 
edirdik. Xəyallar aləmində olsam da, gerçəklikdə dinc 
dura bilmir, tez­tez əlimlə saçımı düzəldib hey ətrafa 
baxır, Arzunun gəldiyini görmək istəyirdim. Gah əlimlə 
qaşlarımı tumarlayır, gah köynəyimi dartışdırır, gah da 
kəmərimin toqqasını sağa­sola çəkir, hövsələsiz təkrar 
ətrafa boylanır, göz gəzdirirdim. Elə dinclik bilmədən, 
səbirsiz ətrafa baxdığımda uzaqdan, piyadalar üçün 
nəzərdə tutulmuş, ağacların kölgələdiyi yol qırağındakı 
səkinin üzəri ilə bir xanımın sevgilisi ilə qol­qola girib 
bizə sarı gəldiyini gördüm. O xanıma qəfil gözüm sa­
taşmışdı və Arzuya bənzətmişdim. Sevgilisi ilə qol­qola 
gələn xanımı bir anlıq Arzuya bənzətdiyimdə az qal­
sın ürəyim çıxacaqdı yerindən, sanki sinəmə iynə batı­
rırdılar, elektrik vurmuş kimi oldum. Bir anda karıxıb 
qalmış, özümü itirmişdim. O xanımın Arzu olmadığı­
nı yəqin edərək özümə gəlib, saçımı düzəldə­düzəldə 
yenə ətrafa boylanmağa davam etdim. Səbirsizliyə, 
həyəcana, yenə xəyallara bürünərək xoşbəxtlər dünya­
sının endorfin dənizinə baş vurdum. Dənizdən çıxıb qu­
rulanaraq az öncə görüb həsəd apardığım cütlük gələn 
yönə təkrar baxdım. Bayaqkı cütlüyün yaxınlaşdığını, 
bizə lap az qaldığını gördüm. Gözlərimə inana bilmir­
dim, bu həqiqətdirmi, yoxsa qorxulu bir yuxudayam? O 
anda gözlərim qaraldı, ürəyim dəlicəsinə döyünməyə, 
yenə məni elektrik vurmağa başladı. Sinəmdə ildırımlar 
çaxır, fırtınalar çuğlayır, xoşbəxtlər dünyasının endorfin 
dənizi donur, su pəriləri ölərək üzə çıxırdı. Gözlərimə 


59
inana bilmədiyimdən onları bərəldərək diqqətlə baxır­
dım. Amma heç bir şey dəyişmirdi. Gözlərim məni aldat­
mırdı. Az öncə gördüyüm o cütlük, Arzuya bənzətdiyim 
o qız elə Arzunun özü imiş. O, sevgilisi ilə qol­qola gir­
miş, bizə tərəf gəlirdi. Gördüklərim qorxulu yuxu kimi 
idi, lənət olsun ki, bu qorxulu yuxudan oyana bilmir­
dim, oyanmaq olmur. Nə edim indi mən? Yuxu deyilən 
həyatdanmı oyanım? Özümü öldürümmü? Bu 13­cü 
adam. Bu 13 rəqəmi həqiqətən uğursuz imiş, uğursuz­
luq oldu mənim üçün. 13 rəqəminin uğursuz olduğu­
nu eşitmişdim, amma inanmamışdım, həqiqət imiş. O 
cütlüyün gəliş səhnəsini çox izləyə bilməyərək su almaq 
adı ilə kinoteatr binasının içinə girdim, ipi qırılmış bu­
zov sayağı hara gedəcəyimi bilmirdim.
***
Mən içəri girəndə izləyəcəyimiz filmə yarım saat 
qalırdı, zamanı itirməyə ən rahat yerin tualet olduğunu 
düşünüb kinoteatr işçilərindən tualetin yerini öyrənərək 
tualetə gedib kranda ovuc­ovuc üzümə soyuq su vur­
dum. Aynaya baxdığımda gözləri qızarmış, üzü pört­
müş, hüzn səhrasının isti qumları üzərində yanan, 
əzilmiş bir insanla rastlaşdım. Aynadakı o adamın sa­
kit, yazıq halına acıyır, hər şeyini itirdiyindən bu dəmdə 
olduğunu düşünür, nəsə bir kömək etmək, dərdini so­
ruşmaq istəyirdim. Onun üzündəki ifadədən qəlbindən 
keçənləri, başına gələnləri oxuduğumdan dərdini soruş­
madan, bir şey demədən, səssiz­səmirsiz tualetdən çıxıb 
bilet satılan yerə gəldim. Kinoteatr binasının əsas giriş 


60
qapılarının açıldığı böyük zalda müəllim və tələbələrin 
bir qıraqda toplaşdığını, Arzunun da sevgilisi ilə yanba­
yan tələbələrlə birlikdə dayandığını görüb məyus­məyus 
onlara yaxınlaşdım. Müəllim mənə: “Film indicə başla­
yacaq, bayaqdan səni gözləyirik, al, bu biletin, tələsin, 
uşaqlar, gedək”, – dedi. Biz də müəllimin dediyini edib, 
ikinci mərtəbəyə qalxaq deyə pilləkənlərə sarı getdik. 
Arzunun mənə üçüncü salamında onu eşidə bilmiş, 
sakitcə salamını qaytarmışdım. O, eybəcər sevgilisinin 
yanından bir dəqiqə də olsun ayrılmayır, qolundan qop­
mayır, filmi izləmək üçün sevinclə, həvəslə irəliləyirdi. 
Mənimsə hər şeyə həvəsim ölmüşdü, heç film izləmək 
havasında deyildim, evə qayıtmaq istəyirdim. Onsuz da 
film izləmək üçün gəlməmişdim ki, mənim niyyətim Ar­
zuya onu sevdiyimi demək idi, o isə sevdiyi ilə gəlmişdi. 
Bundan pis daha nə ola bilərdi ki? Təsirləndiyim o dram 
teatrın tamaşasından sonra göz yaşlarımı silmək üçün 
daha orada durmaq istəmirdim. Amma özümü məcbur 
edib müəllimə hörmətsizlik olmasın deyə zala girib 
biletdə göstərilən yerə əyləşdim. Sanki o gün mənim ta­
lesizlik günüm idi. Arzu sevgilisi ilə gəlib düz solumda 
əyləşdi – 500 nəfərlik oturacaqlı, o böyüklüyündə zalda. 
İlahi, nə bədbəxt adamam mən!
İşıqlar sönüb zalı qaranlığa qərq etdikdə zalın bö­
yük ekranı açılaraq bir şam kimi ətrafı işıqlandırdı. Si­
nemada olan digər filmlərin fraqmentləri göstərildikdən 
sonra izləyəcəyimiz film başladı. Hər kəsin fikri filmdə, 
mənimsə fikrim Arzu və onun qoyun sevgilisində idi. 
Elçin müəllimin dərsdə tələbələrə maraqlı dediyi film, 


61
sən demə, ruhlardan bəhs edən qorxu filmi imiş. Dərsdə 
müəllim bunu bizə deməmişdi. Mən də nə müəllimdən 
soruşmuş, nə bu günlə bağlı filmlərə Sinemanın saytın­
dan baxmış, nə də ki, film başlayanadək əlimdəki biletə 
diqqət yetirmişdim. Başım o qədər dağınıq idi ki, heç 
nəyə fikir vermirdim. Yalnızca fikrim solumda oturan­
larda, Arzu və onun qoyun sevgilisində idi. Mən özümü 
ölü kimi hiss edir, “Kaş filmə gəlməzdim, heç bunların 
şahidi olmazdım”, – deyə düşünür, filmə gəlməyimə 
it kimi peşman olmuş, boğula­boğula yerimdə oturur­
dum. Mən bura Arzu üçün gəlmişdim. Arzu isə sevgilisi 
ilə gəlmişdi – necə də xoşbəxt adamam mən! O gün hər 
şey sanki üst­üstə gəlirdi. Filmin 34­üncü dəqiqəsində, 
qorxulu bir epizod gəldiyi sırada Arzunun o yanında­
kı zibilə necə sığındığını görmək ömrümdən ömür aldı. 
Sanki bunları qəsdən, mənə acıq vermək üçün edirdilər. 
Bu artıq görmək istəmədiyim, sərhədlərimi aşmış, mən 
10 yaşında, gördüklərimsə 18+ səhnə idi. Daha bu qədəri 
yetmişdi mənim üçün. Qaranlıq zalda oturacağımdan 
qalxıb, birbaşa qapıya yönəlib zalı tərk etdim. 
***
Zaldan bayıra, işıqlı dünyaya çıxsam da, dün­
ya gözlərimdə qaralmış, üzərinə gün düşməyən so­
yuq Ay səthinə bənzəyirdi. Oradan üstümdə min 
tonluq yük varmış kimi əzilə­əzilə, bütün arzularım, 
düşündüklərim, xəyallarım məhv olmuş halda birbaşa 
Zabratda kirayə tutduğumuz evə qayıtdım. Evə çat­
dığımda, yaxşı ki, nə Zamin vardı evdə, nə də Kənan, 


62
çox şükür ki, Ənvər də çıxıb getmişdi. Onlara bu gün 
Arzuya sevdiyimi söyləyəcəyim barədə bir şeylər de­
mişdim. Əgər evdə olsaydılar, söhbətə tutacaqdılar, 
mən də onların bu barədə sorğu­sualına tab gətirə 
bilməyəcəkdim. Çarəsiz halda onlara puç olmuş eşqim 
barədə, yaxud başqa şeylərdən danışmağa nə məndə 
hal qalmışdı, nə də bir söz. Gördüklərimdən sarsıl­
mış, istəklərimin bu qədər tez bitməsindən tükənmiş, 
qəmimi boğazımdan keçirə bilməyib udqunmaqdan 
yorulmuşdum. Heç olmasa bir müddətlik yaşadıqla­
rımdan, gördüklərimdən, həqiqətlərdən doğan ağrılı 
əzabdan, ümumiyyətlə, dünyadan uzaqlaşmaq üçün, 
sadəcə, başımı atıb yatmaq istəyirdim. Nəhayət ki, bu 
gün bir istəyim ürəyimcə oldu – evə girməyimlə yata­
ğa girməyim bir oldu. Sadəcə, başımı balışa qoyduğu­
mu, Arzunun o qoyunu qucaqlamasını düşündüyümü 
xatırlayıram, ondan sonra məni dərin yuxu aparmışdı. 
Oyandığımda gecə saat 3 idi, bir az yerimin içində fır­
lanıb, uzandığım vəziyyətdə yataqda telefonumu axtar­
dım. Yerin içindən, qarnımın altından tapdığım telefo­
numa baxdığımda 2 dəfə Elçin müəllimdən, 2­3 dəfə də 
Ramillə Sənandan zəng gəldiyini gördüm. Onlar mənə 
təxminən günorta saat 4­də zəng etmişdilər, əks zəng 
etmək üçünsə heç də uyğun bir vaxtda oyanmamış­
dım. Uyğun zamanda oyansaydım da, zəng etməzdim, 
çünki mənim üçün əhəmiyyətli deyildi və onların niyə 
mənə zəng etmələrinin səbəbini anlamaq çətin deyildi. 
Onların filmdən xəbərsiz çıxıb getdiyim üçün “Sən hara 
getmisən? Niyə getmisən?” kimi gic­gic suallarına ca­


63
vab verməyə niyə zəng edim, özümü yorum ki? Zəng 
edənlərin adlarını oxuduqdan sonra interneti açıb “Face­
book” profilimi yoxladım. Bu, demək olar ki, hər gün əl­
üzümü yumazdan əvvəl adət etdiyim şeylərdən biri idi, 
“Facebook” profilimdə mesajlar bölməsinə girdiyimdə 
mesaj yazanlar siyahısında Arzunun da adı var idi. Si­
yahıdakı adları oxuduqda Arzudan başqa 3­4 nəfərin 
də mesaj yazdığını gördüm. Bu gün gördüklərimlə 
xəyal qırıqlığından, Arzuya əsəbi olduğum üçün onun 
mesajına baxmaq istəmirdim, onun da yazdıqları zəng 
edənlərin niyyəti kimi aydın idi mənə – boş və mənasız. 
Mesaj yazanlardan digərləri Ramil, Sənan, Ülvi və Ni­
gar idi. Nədənsə ərinməyib boş və mənasız suallara elə 
boş və mənasız cavablar yazmaq keçdi ağlımdan. Dü­
şündüyümü edib Ramil, Sənan və Ülvinin yazdıqları­
nı oxuduqdan sonra üçünə də bir bəhanə taparaq eyni 
bəhanəni yazıb yolladım. Nigar qız olduğu üçün ona 
oğlanlara yazdığımdan fərqli, səmimiyə bənzər, şirin 
bir bəhanə uydurub, mədəni oğlanların yazdığı tərzdə 
bir az uzun cavab yazdım. Nigardan sonra növbə Ar­
zunun yazdığına gəlmişdi, amma saatlar öncə gör­
düyüm mənzərə Arzuya qarşı olan sevgimi tamamən 
məhv etmiş, əvəzindəsə yerinə bir böyük boşluq və bu 
boşluqdan doğan əzablı kədər qoymuş, əzab verən bu 
kədər də ona qarşı nifrət oyatmışdı qəlbimdə. Mənim 
məlul qəlbimin onun yazdığı şablon və mənasız sözləri 
oxumağıma taqəti çatmazdı, infarkt keçirərdim, dos­
tum. Mən daha naşad qəlbimə çəkdiyi ağrılardan artıq 
ağrı vermək, daha da əzab çəkmək istəmirdim. Elə ağrı­


64
əzabla dolu nifrət hissi ilə Arzunun yazdığı mesajı oxu­
madan telefonu söndürüb bir qırağa atdım.
***
Həmin gecəyarısı oyandığımda sadəcə bir şey üçün 
sevinmişdim. Sevindiyim o şey də ki, oyandığım vaxt 
Zaminlə Kənanın xorul­xorul yatdıqlarını görmək oldu. 
Sevindim, çünki oyandığım vaxt da onlarla bir şeylər 
danışmağa halım yox idi, yalnız sakitcə qəlbimi parça­
layan əzabı çəkmək, əzabın verdiyi acıyla həzz almaq 
istəyirdim. Bunlar bir yana, onu da deyim ki, həmin vaxt 
telefonu bir qırağa tolazlayıb qaçaraq tualetə getməyib, 
yerimdə azca da uzanıb qalsaydım, yatağı isladacaq­
dım. Yatarkən belə əynimdən çıxarmadığım şalvarımın 
kəmərini tələsə­tələsə açaraq, özümü zorla düşüncələri 
tüğyan etdirən məkana çatdırıb, yanğınsöndürənlərin 
əksinə yanmayan yerləri isladaraq, içimdə alovlanan 
yanğını söndürdüm, beləcə sidik kisəsindəki qalmaqal, 
böyrəklərdəki üsyan, kəmərdən aşağıdakı xaos yatdı, 
mən də yüngülləşib rahatlaşdım. Kəmərimi düzəldib, 
şalvarın zəncirbəndini dartaraq qapını bağlayıb evə 
girmişdim ki, tualetdən çıxıb əlimi yumadığım yadı­
ma düşdü. Ah, lənət olsun, bu küləkli, soyuq gecədə 
yenidən qayıdıb yaşadığım kirayə evin əsas qapısını 
açaraq eyvana çıxıb, yenə sol tərəfə istiqamət alaraq kra­
nın yanına dönüb üşüyə­üşüyə əlimi yumalı idim. Əlimi 
yumaq üçün həmin yerə təzədən getməyə ərindiyimdən 
özümə: “Onsuz əlimi vurmadım ki, şalvardan tutmuş­
dum, təmizdi əlim. Lap belə dəysin, öz orqanımdı da, 


65
nə olacaq axı?!” – deyərək təskinlik verdim. Şalvarımın 
cibindən əzilmiş siqaret qutusunu çıxarıb, içindən bir 
siqaret götürərək gedib aynabəndin başına qoyulan, qol 
söykənəcəyi qırılmış, yaşıl üzlü, qəhvəyi naxışlı divanda 
əyləşdim. Biz adətən yemək yeyəndə, çay içəndə, filmə 
baxanda, söhbət edəndə burada otururduq. Yataq otağı­
na isə ya kitab oxumağa, ya da bir­birimizdən gizlin por­
novideolara baxmaq üçün, bir də yatmaq üçün keçirdik. 
Üzərində yayxanmaqdan fətirə dönmüş, kirdən boz 
rəngə çalan, iki kiçik nalçadan birini divanla belimin 
arasına, birini də altıma qoyaraq yerimi rahatlayıb ba­
yaqdan bəri damağıma qoyduğum siqareti yandırdım. 
Qutudan neçə siqaret götürüb çəkdiyim yadımdan çıx­
dığı üçün siqaret qutusunu açıb, geriyə qalan siqaretləri 
saymağa başladım, siqaretimi ona görə saymırdım ki, 
mən buna adət etmişdim. Ona görə sayırdım ki, səhərə 
qədər bu zəhrimar mənə çatar, ya çatmaz. Sayı nəzərə 
alıb fasilə aralığını nizamlaya bilim ki, siqaretim səhərə 
qədər bitməsin, axı gedib siqaret almağım üçün biz qa­
lan evin yaxınlığında 24 saat işləyən bir market yox idi, 
həmin vaxt isə gecə saat dörd. Ancaq səhər saat səkkizi­
filan gözləməli idim. Belə bir vəziyyətdə siqaretə insa­
nın çox ehtiyacı olur, insanın sinirlərini sakitləşdirir, 
əsəblərini cilova ala bilir. Həm də o bəzən dərdinə 
sakitcə yanacaq tək ortağın, dərdini açıb­demədən səni 
hər nəfəs aldığında anlayacaq sirdaşın, hər nəfəs alıb­
verdiyində közərə­közərə, yana­yana özünü tükədəcək 
dostun olur. Hələ belə vaxtlarda, kefinin olmadığı bir 
vaxtda zəhrimar yağlı yemək üstündən çəkilən kimi 


66
çəkilir sinəyə. Siqaret çəkə­çəkə yenə dünən olanla­
rı düşünməyə başladım. Gələn cütlükləri təsadüfən 
gördüyümdə xanımı Arzuya bənzətməyimi, sonra o 
xanımın elə Arzunun özü olduğunu gördüyümü, sine­
mada sevgilisini necə qucaqladığını xatırladım. Orada 
keçirdiyim ağrılı­acılı hissləri düşünərək bir daha o gecə 
yaşadım. Sanki o hadisələr yenidən başıma gəldi, yenə 
qol­qola gəlir, yenə o adamla deyib­gülür, yenə onu qu­
caqlayır. O qorxunc mənzərə hər gözümdə canlandığın­
da beynimdə qaranlıqda sürünürmüşəm kimi, məni ələ 
salırmışlar kimi, Allahın ən aciz bəndəsi olduğum kimi 
bir hiss yaranır, gözlərim dolur, əllərim titrəyir, özümü 
bərbad hiss edirdim. Birinci tədris ilində oktyabrın orta­
larından başlayaraq məni hər gün səhər tezdən yatağım­
dan çıxarıb bəzəyib­düzəyən, sevinclə o ali təhsil oca­
ğına aparan, sevmədiyim maraqsız dərslərdə əksər oğ­
lan tələbələrin nəzərə aldığı qayıb limitini gözləmədən, 
dərsi öyrənməyəndə müəllimin sıfır yazmağına baxma­
yaraq, bütün dərslərdə iştirak etməyimə səbəb, kitabı 
önümə qoyduqda xəyallara dalıb oxuya, dərslərə hazır­
laşa bilməməyimə səbəb Arzuya olan saf eşqim idi. İndi 
isə artıq o sevgi, o eşq yox idi. Bəlkə də var idi, amma o 
sevginin üstündə ondan daha böyük olan nifrət hissi da­
yanmışdı. Nifrətimin yanında zərrə olan sevgimlə daha 
nə dərsə getmək, nə də onun üzünü görmək istəyirdim. 
Onsuz da dərslərdən o qədər sıxılıb təngə gəlmişdim 
ki, heç Akademiyaya getmək istəmirdim. Oxuduğum 
Akademiya yeni yarandığından özünəməxsus müəllim 
heyəti yox idi. Bu səbəbdən də buraya Bakı şəhərində 


67
yerləşən bir sıra universitetlərdən xüsusilə seçilmiş, 
tədris etdiyi fənni üzrə yaxşı mənada fərqlənən, adlı­
sanlı müəllimləri dəvət etmişdilər, həmin müəllimlər də 
dərslərə çox ciddi və tələbkar yanaşırdılar. Buna mənəvi 
baxımdan deyə bilərəm ki, tələbələrin yaxalarından 
yapışıb öyrətdiklərini tələb edirdilər. Hətta hüquq 
fənnindən dərs deyən bir müəllim var idi ki, kürsüyə 
çıxıb dərsi sətir­sətir, sözbəsöz, əla danışanda 10 ballıq 
qiymətləndirmə üzrə maksimum ya 8, ya 9 yazırdı. Bu­
nun səbəbini soruşduqda isə: “Heç kim 10­a layiq deyil, 
heç mən özüm də”, – deyirdi. Bir dəfə müəllim yenə belə 
deyəndə: “Belədirsə, 10­u çıxarsınlar, 9 ballıq sistemlə 
qiymətləndirmə olsun, ay müəllim”, – dedim, uşaqla­
rın hamısı buna gülüb və özlərinə sərf edən söz olduğu 
üçün zarafata basıb mən deyəni təsdiq etdilər. Daha mən 
müəllimlərin belə sıxma­boğmasından yorulub­bezmiş, 
üzləşdiyim bu kimi hallarla həvəsdən düşmüşdüm, 
üstəgəl 27 dekabrda sinemada olanlardan sonra nə dərsə 
getmək istəyirdim, nə də oxumaq. Ayağa qalxıb ətrafı 
vurub dağıtmaq, hər şeyi salıb­sındırmaq, dəli kimi ba­
ğırmaq, başımı götürüb buralardan, bu şəhərdən arxama 
baxmadan qaçaraq ayrılmaq istəyirdim. Sanki, dostum, 
illərdir o qızı sevirdim, ona elə möhkəm bağlanmışdım 
ki. Özünü bir mənim yerimə qoy və elə düşün ki, birini 
aylar yox, illərdir tanıyırmış kimi, illərdir onu sevirmiş 
kimi tanımısan və sevmisən. İndi isə sanki aylarım yox, 
illərim puç olmuş, o illərin bağı çürüyüb qopmuş, məhv 
olmuşdu. Məni oxuduğum o yerə, çürüdüyüm bu evə, 
bu qəsəbəyə, bu şəhərə bağlayan bir bağ yox idi artıq, 


68
yox olmuşdu. Yaşadığım hadisədən doğan hisslərin 
qəlbimdəki izi, onların mənə təsiri ilə sarsılmış, ağılsız 
başla düşündüklərim mənə o zaman heç də məntiqsiz 
görsənmirdi. Tələbə olmamışdan beş il əvvəl vaxtımın 
çox hissəsini oxumaqla keçirib, son iki ildə hazırlaşdı­
ğım kurs yataqxanasında gözlərimi korlayıb, gecəmi 
gündüz edərək, min bir əziyyət çəkərək oxuyub, hazır­
laşıb bu tələbə həyatına gəlib çıxmışdım. O zamansa bir 
nakam sevgiyə görə çəkdiyim əziyyətləri puç etmək, 
təhsilə xərclədiyim zamanımı heç etmək, həyatımı 
məhv etmək fikrinə düşmüşdüm, deyəsən. Siqaret 
çəkə­çəkə, olanları düşünərək, parçalanmış hisslərimlə 
birlikdə günəşin həqiqətən də şərq üfüqündən səmaya 
qalxdığını, ətrafı aydınlandırdığını gördüm. Havanın 
buludlu olmasına baxmayaraq, üfüqdən günəşin çıxma­
ğını, kölgələrə həyat verməsini, onu gizlətməyə çalışan 
buludları öz əzəməti ilə necə yavaş­yavaş parçaladığını 
görmək olurdu. Külək usanmadan günəşin parçaladığı 
buludların yerinə yenilərini dartıb gətirir, onun önünü 
qapayır, mübarizəni izləməyə aman vermirdi.
***
Mən düşündüyüm şeylərə görə özümü çox yorğun, 
çəkdiyim siqaretlərə görəsə dilim­dodağım qurumuş, 
yaman susuz hiss edirdim. Mətbəxə keçib iki stəkan su 
içərək gecəyarısı ayrıldığım yatağıma döndüm. Bir az 
yerimin içində sağa­sola fırlanıb rahat səth tapdıqda 
telefonu atdığım yeri əlimlə gəzib­axtardım. Telefo­
nu tapdıqda yenə “Facebook” profilimi açıb mesajlar 


69
bölməsinə girdim. Bu dəfə Arzunun mesajını oxuyub, 
digərlərindən fərqli bir şey yazıbmış kimi nə yazdığını 
görmək istədim. Arzuya olan əsəbim, eşqə olan qəzəbim 
saatlar öncəkinə nisbətən azalmış, beləcə ürəyimlə ba­
carmayıb mesajı açıb oxumağa başlamışdım: “Salam, 
Kənan, film təzə başlamışdı, sən qalxıb getdin, niyə 
elə tez getdin? Film qurtardıqdan sonra müəllim sənə 
zəng etdi, deyəsən, cavab vermədin, bir az narahat ol­
duq, bir də dünən mənə bir şey deyəcəyini demişdin, 
nə deyəcəkdin? Onu da demədən getdin”, – yazmış, 
sonunda kiçik smaylik atmışdı. Mesajı oxuduqdan 
sonra telefonu söndürüb yenə saatlar öncəki əsəb və 
nifrətlə bir qırağa atdım. Onun son yazdığı cümlələr, 
elə bil ki, qəsdən iynələyici yazılmışdı. “Nə deyəcəkdin? 
Demədən getdin”. Telefonu söndürdükdən sonra da bu 
cümlələr beynimdə təkrarlanırdı: “Nə deyəcəkdin? Nə 
deyəcəkdin? Nə deyəcəkdin?”. Öz­özümə ürəyimdə: 
“Nə deyəcəkdim, azar deyəcəkdim, dərd deyəcəkdim, 
nə deyəcəkdim, cəhənnəm ol başımdan, get rədd ol 
deyəcəkdim, nə deyəcəkdim, Arzu, nə deyəcəkdim, səni 
sevdiyimi deyəcəkdim mən, səni sevdiyimi, hə demədən 
getdim, nə edəcəkdim? Gəlib sənə ondan ayrıl, mənimlə 
get deyəcəkdim? Nə deyəcəyimi bilib, sevgilini gözümə 
soxmaq üçün qəsdən götürüb gəlmisən, zibil, axmaq zi­
bilin biri” – deyinə­deyinə son sözləri həm Arzuya, həm 
onun sevgilisinə, həm də özümə aid etmiş, gözü yaşlı, 
bazar günü səhəri açılar­açılmaz yenə yuxuya getmiş­
dim.


70
***
Oyanıb ilk işim olan telefonu götürüb baxdığımda 
saat 16:53­ü göstərirdi. Elə bir vaxt oyanmışdım ki, hava 
bir saatdan bir az keçmiş yenə qaralacaqdı. Yatağımdan 
çıxıb aynabəndə keçdiyimdə Zamin aynabənddəki di­
vanın yanına qoyulmuş kreslolardan birində telefonu 
ilə, Kənansa divanda oturmuş çay içə­içə kompüteri ilə 
oynayırdı. Kənan məni görüb:
– Nə qədər yatırsan, ə? – dedi. 
Zamin də: 
– Dünən axşamçağından yatır, – deyərək Kənanın 
sözünü təsdiqlədi.
Onlar görünüşümdən nəsə məndə işlərin düz 
getmədiyini anlayıb, “Nə olub? Niyə kefin yoxdur?” 
kimi suallar verdilər, mənsə lal kimi səssiz­səmirsiz ge­
dib, mətbəxdən götürüb gətirdiyim fincana çay süzüb 
sakitcə ikinci, boş kresloda əyləşdim. Zamin: 
– Deyəsən, Arzu döyüb bunu, – deyərək kiçik 
gülümsəməylə zarafat etdi.
Kənan: 
– Ə, neynək, düzələr, kef elə, – kimi zarafat­məsləhət 
qarışığı bir şeylər deyib, mənə baxa­baxa gülümsədi.
Mən də:
– Döyülsəm, bundan yaxşı olardı, özüm ölüm... 
Niyə mən filmə getdim axı... Bu dəfə çətin düzəlsin, Bu 
mövzuda başqa sual verməyin mənə, heç kefim yoxdu... 
– deyib fikirli halda təbəssüm göstərməyə çalışaraq üzü­
mü onlara tutdum.
Onlar: “Ə, canın sağ olsun, qızdan çox qız var, sənə 
qız tapılmayacaq? Heç nəyi dərd etmə özünə”, – deyə 


71
bu kimi sözlərlə zarafat edib, kefimi düzəltməyə çalış­
dılar.
Mən də yasa batmış simamla, könülsüz, yalançı bir 
gülümsəmə göstərib, kiçik masanın üzərindən içindən 
3­4 siqaret götürülmüş yeni bir siqaret qutusunu əlimə 
götürdüm. Bu qutunu mən yatan vaxt, ehtimal ki, Za­
min gedib dükandan almışdı, çünki mən gecə bütün 
siqaretləri çəkib qurtarmışdım. Siqaret qutusundan iki 
siqaret çıxarıb, birini Zaminə verərək digərini də dama­
ğıma qoydum. Siqaretləri yandırıb, bir az öncə son qoy­
maq istədiyim söhbəti özüm açıb:
– Sevgilisi var imiş, – dedim.
Kənanla Zamin qeyri­normal bir hadisədən danışır­
mışam kimi təəccüblə mənə baxaraq, sual verməyə baş­
ladılar.
Zamin: 
– Ağlına gələni danışırsan da... Hardan bilirsən? 
Kənan:
– Özü dedi, sevgilim var? 
Mən:
– Gözlərimlə gördüm.
Kənanla Zamin hər ikisi birdən:
– Harda?
Mən:
– Harda olacaq, sinemada. Dünən filmə baxmağa 
sevgilisi ilə bir yerdə gəlmişdi. 
Kənan:
– Neylədin bəs?
Zamin:


72
– Nə eləyəcək, sevgilisi var imiş də.
Mən:
– Bir az filmə baxdım, sonra səbrim çatmadı, çıxıb 
gəldim.
Hə, dostum, onlarla olanlar barəsində uzun­uzadı 
söhbət etdik. Onlar yenə mənə qızların bolluğundan, 
yaraşıqlı oğlan olmağımdan, hər şeyin əla olacağın­
dan danışdılar və bir az yalan, bir az doğru ümidve­
rici sözlərlə məni dirçəltməyə çalışdılar. Yalan, ya da 
doğru olduğunu bilmədiyim sözlər mənə sanki azacıq 
kömək etdi. Söhbət əsnasında siqaretin hamısını çəkib 
bitirdiyimizdən Zaminlə dükana gedib yenə siqaret alıb 
gəldik. Gecə kompüterdə internet üzərindən bir film 
saytına girib, türkcə tərcümə olunmuş, aksiyon dolu 
amerikan filmi izlədikdən sonra, hardasa gecə saat 2­də 
hər kəs öz yatağına getdi. Bu gün ayın 29­u idi, sabah 30­
u, o biri gün isə 31 dekabr – Dünya Azərbaycanlılarının 
Həmrəylik günü, 1 yanvar da Yeni il, iki gündən sonra 
8 gün dərs olmayacaqdı. İki gün sonra doğma kəndimə, 
evimə gedəcəkdim deyə çox sevinirdim, sadəcə, iki 
gün də dözüb səbir etməli idim. 8 günlük dostlarımla, 
ailəmlə birlikdə olmağın, istirahət etməyin mənə çox 
yaxşı gələcəyini düşünürdüm. 2014­cü il tələbə olma­
ğımdan başqa bir şans tanımamışdı, bu il heç düşərli 
olmamışdı mənə. 2014­ü yaman­yaxşı tərk edib Yeni ilə 
nikbin baxışlarla girib bütün kədərimi keçən ildə qoyub, 
xoşbəxt bir yeni ilə başlamağın xəyalları ilə başımı balışa 
qoyub gözümü yumdum. 


73
***
Səhər yatağımın sirkələndiyini hiss edib cəld ya­
taqdan çıxıb ayağa qalxdım. Ətrafa göz gəzdirdiyimdə 
evdə nə varsa sirkələndiyini gördüm. Hər şeyin laxla­
ması, sirkələnməsi, əşyaların öz yerindən başqa yerə 
diyirlənməsi – bunların hamısı zəlzələ əlaməti idi, ya­
man da dəhşətli dalğa idi. Elə bu vaxt Zamin də yatağın­
dan ayağa sıçradı. Mən Zaminə:
– Tez ol, tez ol, ev uçacaq indi, – dedim. 
İkimiz də çaşmış halda bir­birimizə baxırdıq, ada­
şım Kənan isə yatağında öz kefində xorul­xorul yat­
maqda idi. Zaminlə birlikdə:
– Kənan, Kənan, ayə, oyan, – deyə çığır­bağır salıb 
onu oyandırmağa çalışırdıq. Tavandan üstümüzə toz 
tökülür, əşyalar aşaraq sınırdı, divarlarda çat əmələ 
gələrək evi daha da dəhşətli hala salırdı. Çöldə qorxu­
dan doğmuş hay­həşir səsləri otağımızdan aydın şəkildə 
eşidilirdi. Biz də “Kənan” deyə ikinci mərtəbədə çığırır, 
o hay­küy səslərinə səsimizi qoşmuşduq. Birdən Zami­
nin qorxu içində əli ilə çiynimdən yapışıb: 
– Ayə, hey... oyan day, gecikirik, müəllim qayıb ya­
zacaq, geciksək, – dediyini eşitdim.
Gözlərimi açdığımda hər şeyin Zaminin məni 
sirkələyərək “Kənan, Kənan” deməsi ilə beynimin mənə 
oynadığı qorxulu yuxu oyununda olduğumu anladım. 
Saniyələr içində beynimdə film yaranmış, evi xaraba 
qoymuşdum. Şükürlər olsun ki, o gördüklərim həqiqət 
yox, yuxu imiş. Tətilə yaxın bir vaxtda kirayə ev axtar­
maq fikrim yox idi heç. Röyadan gerçək həyata atılıb, 


74
paltarımı geyinib Zamin və Kənanla birlikdə Akademi­
yaya yollandıq. Bir daha heç zaman görmək istəmədiyim 
üz orada mənə görünən ilk üz oldu. Arzu mənə yaxın­
laşaraq: 
– 
Salam, Kənan, necəsən? Filmə getdiyimiz gün 
mesaj yazmışdım “Facebook”dan, oxuyub cavab 
verməmişdin, – deyə gözəl səsi ilə dedi.
Mən də minillik düşmənimlə danışırmış kimi:
– 
Əleykəssalam, yaxşıyam, yuxulu idim, cavab 
yaza bilmədim, – dedim. Arzu:
– 
Hə, anladım, bir də həmin gün nəsə deyəcək din 
axı mənə, onu hələ də deməmisən, – deyib gülümsədi.
Durğun halda, solğun sifətimi ona tutub:
– 
Hə, düzdür, sənə nəsə deyəcəkdim, yadımdan 
çıxdı nə deyəcəyim, yadıma düşsə, deyərəm, indi sinfə 
getməliyəm, sağ ol, – dedim.
Arzu:
– 
Hə, yaxşı, hələlik, – deyib narahat baxışları ilə 
baxıb gü lümsədiyində mən onun yanından tələsik ay­
rılıb dərs olacaq sinfə sarı getdim.
Arzunun “hələlik” deməsinə ilişib öz­özümə: 
“Hələ lik yox, birdəfəlik, Arzu xanım”, – düşündüm. Axı 
o mənə heç nə etməmişdi, mən sarsaq niyə ona kin edir­
dim ki?!
Həmin gün vaxt keçmək bilmirdi, sanki çolaq olmuş­
du, elə yavaş­yavaş keçirdi ki, 1 dəqiqənin 60 saniyədən 
yox, 5 dəqiqədən ibarət olduğunu düşünürdüm. Həmin 
günü sinifdə oturub bütün 90 dəqiqə ərzində dərsi 
dinləməyə səbrim çatmırdı, buna görə də hər dərsin 


75
ortasında icazə alıb sinifdən çıxırdım. 4­5 dəqiqə ko­
ridorda dolanıb sinfə döndüyümdə dərsin bitməsini 
səbirsizliklə gözləyirdim. Bayrama qalan bu son iki gün 
ömrümdə gördüyüm ən uzun günlərin siyahısındadır.
Səhərisi gün Akademiyada Arzu ilə rastlaşdığımda 
salamlaşdıqdan sonra o məndən: 
– 
Deyəcəyin yadına düşmədimi? – sanki bir az zara­
fatyana soruşdu.
Mən də: 
– 
Yox, düşmədi, düşsəydi, deyərdim də, Arzu xa­
nım, – özümdən ixtiyarsız acıqlı halda dedim.
Arzu:
– 
Hə, yaxşı, sağ ol, – deyə bir az pərt olmuş halda 
kiçik, zərif addımlarla məndən uzaqlaşdı.
Onun pis olması, inciməsi mənim heç vecimə də 
deyildi. Axı mənə nə?! Öz­özümə düşünürdüm ki, o da 
əzab çəkməlidir, mənim kimi. Amma bunu niyə düşün­
düyümün səbəbini bilmirdim. Bayramla sərhəddə duran 
sonuncu gün cənuba doğru gedən, bizim kəndin qaba­
ğından keçən axşam qatarına bilet almışdım. Elə bu gün 
bu şəhərdən ayrılıb evə gedəcəkdim, buna görə özümü 
yaxşı hiss edir, evə getmək həyəcanını yaşayırdım, kefim 
kök idi. Qısa zaman ərzində olsa da Bakıdan, dərslərdən, 
pis yatağımdan və Arzudan yaxa qurtarıb vətənimə, 
ata­anamı, qardaşlarımı, kənddəki dostlarımı görməyə, 
həm də istirahətə gedəcəkdim. Kəndimin havası, suyu 
üçün, palçıqlı yolları üçün belə çox darıxmışdım. Həmin 
gün son gün idi deyə müəllimlər çox sıxmırdı bizi, dərsi 
olan müəllimlər, rastlaşdığımız Akademiyanın digər 


76
işçi heyəti qarşıdan gələn yeni il münasibətilə bizi təbrik 
edir, onların adından ailələrimizi də təbrik etməyimizi 
söyləyirdilər. Son dərs bitdikdən sonra tələsik kirayə 
qaldığım evə qayıdıb, ehtiyacım olacaq paltarlarımı, bir 
də çirkli paltarlarımı çantalarıma yığıb kirayə evdən ay­
rılmaq üçün hazırlaşdım.


77
Səfər
K
ənanla Zamin səhəri gün gedəcəklərdi deyə heç 
hara tələsmirdilər. Onlar öz keflərində olsalar 
da, evə getmək üçün səbirsiz, həyəcanlı görünürdülər. 
Onlarla sağollaşıb, çantalarımı götürüb küçəyə çıxdım, 
yüküm çox, həm də ağır olduğundan məcburən bir 
taksiyə əyləşib “28 May”a getdim. Vağzala çatdığımda 
telefonda saata baxıb qatarın hərəkət vaxtına bir saat qal­
dığını gördüm. 1 saat boşluğu qəsdən nəzərə alıb nizam­
lamışdım, çünki yola çıxmazdan əvvəl içmək istəyirdim. 
Ona görə də vağzal yaxınlığındakı kafelərdən birinə 
getdim. Kafedə boş gördüyüm ilk masada əyləşərək bir 
bakal pivə, yanında da noxud gətirilməsini sifariş et­
dim. Həmişə içdiyim qədər, 4 bakal içib, üç qab noxud 
yemiş, 27 dekabr hadisələrini beynimdə canlandırıb za­
manı keçirmiş, özümü qətlə yetirilmiş Pakistan lideri və 
fələstinli uşaqlar kimi hiss etmişdim. Axırıncı bakalı biti­
rib kafedəki saata baxdığımda qatarın hərəkət etməsinə 
10­15 dəqiqə qalmışdı. Tələsik hesabı ödədim, çantala­
rımı götürüb vağzala gəldim. Biletdə göstərilən vaqo­
nu soruşa­soruşa tapmış və vaqon nəzarətçisinin biletə 
nəzərindən sonra öz kupemə girmişdim. Yerim yaxşı 
yer idi, birinci mərtəbədə əlimi­qolumu uzadıb rahatca 
yata bilərdim. İkinci mərtəbədə olduğu kimi yıxılmaq 
təhlükəsi yox idi. Özümlə sürüdüyüm yüklərimi yata­
cağın altındakı yerə sıxışdırıb TQDK imtahanında ümid 


78
etdiyim kimi kupeyə heç olmasa bir qızın gəlməsini 
ümid etdim. Kupedəki ümidlərim puça çıxdı, yer tut­
duğum kupeyə 60 yaşlarında ağsaqqal kişi ilə ağbirçək 
bir qadın gəldi, onlar ər­arvad idilər, deyəsən. Kupedə 
yeri olan 4­cü adamsa uzun boylu, orta yaşlı, başı kuba 
bənzər, saçları bozarmış kişi cinsi idi. Kupeyə bilet alan 
o yaşlı ər­arvadın birinin yatacağı ikinci, birininsə birinci 
mərtəbədə olduğundan yaşlı kişi mənim yerimi göstərib 
üzünə yorğun, halsız ifadəsi verərək: 
– Ay oğul, bura sənin yerindir? – soruşdu məndən,
Mən:
– Bəli, dayı, mənimdir, – deyib növbəti söz üçün 
özümü hazırladım, o yaşlı xeyirsizin nə deyəcəyini bi­
lirdim daha.
Elə o təxmin etdiyim kimi:
– 
Mənim yerim ikinci mərtəbədədir, mən ora çıxa 
bilmərəm, sən cavan oğlansan, bir hə deyib atılıb çıxar­
san, gəl yerimizi dəyişək, – dedi, mən də içimi xıs kəsə­
kəsə, birtəhər gülümsəmə göstərib:
– 
Hə, dayı, problem yoxdur, – dedim.
Yaşlı kişi:
– 
Çox sağ ol, bala, cavan oğlansan, indi heç yatan 
vaxtın deyil, – dedi. 
Bu da dayının təşəkkürü. Mən yenə bir yalançı gü­
lüş göstərərək: 
– Hə, elədir, – deyib yatağımı işğalçıya verib, ikinci 
mərtəbəyə qalxa­qalxa ürəyimdə: “Bilet alanda, lal de­
yilsiz ki, deyin, aşağı yer versin də. Gəlib adamın başını 
bu cür xarab edirsiz. Deyəcəksən, vermirəm, olacaqsan 


79
pis. Elə bir kupe bağlatdırıb yolboyu ər­arvad sevişərdiz 
də”, – deyindim.
Öz yerimi bilərək işğala məruz qoyub, çıxıb ikinci 
mərtəbədəki yeri düzəldib uzanmışdım ki, yaşlı qadın 
suallar yağdırmağa başladı: “Hardansan, bala? Bakıda 
işləyirsən? Nəylə məşğulsan?” Bu kimi filan­filan su­
allar... Hardasa 40 dəqiqəmi o xalanın suallarına cavab 
verərək itirdim. Axır ki, xalanın gözlərinə yuxu gəldi və 
canım qurtuldu, yoxsa səhərə kimi çənə döyməli olacaq­
dım. Elə 5­10 dəqiqə olar başımı atıb gözlərimi yummuş­
dum ki, dili susan bu qadının yatdıqdan sonra burnu da­
nışmağa başlamışdı. Bu canavar xalanın ağzında sanki 
motorlu mişar işləyirdi. İndi gəl səhər altıya kimi döz bu 
səsə. Bunun əri, yazıq kişi, necə dözüb bu səsə bir ömür 
görəsən? Yaxşı ki, qulaqcıqlarım yanımda idi, tez götürüb 
qulaqlarıma keçirərək telefondan bir həzin musiqiyə səs 
verib dinlədim. Daha rahat yata bilərdim, şükürlər olsun.
Gecə saat 3­4 olardı oyandım, dilim­dodağım qurumuş­
du. Ciyərlərimi susuz səhra kimi hiss edirdim, yaman 
susamışdım, yediyim üç qab duzlu noxuddan olma­
lı idi. Su içmək məqsədilə yatağımdan kimsəni nara­
hat etməmək üçün ehmalca enib, vaqon nəzarətçisinə 
yaxınlaşdım. 4­5 stəkan su alıb içdikdən sonra yatağıma 
döndüm. Saat 7­yə işləmiş qatar mən enəcəyim kəndin 
qabağında yerləşən stansiyaya çatmışdı. Evə piyada 20 
dəqiqəlik yol var idi, hava da hələ açılmamışdı. O za­
manlar itdən çox qorxurdum, elə indi də qorxuram
çarəsiz cəsarətimi toplayaraq stansiyadan ayrılıb yola 
düzəldim. Kənddə hürən bütün itlərin səsini eşidir, 


80
yolboyu Allahla bağlı bütün suallarımın üstündən xətt 
çəkib “Bismillahir­rəhmanir­rəhim
1
. Əşhədu ənlə ilahə 
illəllah
2
. Əşhədu ənnə Muhəmmədən rəsulullah
3
. La 
ilahə illəllah
4
. Allahu­əkbər
5
. İyyakə nəbudu və iyyakə 
nəstəin
6
. Ləm yəlid və ləm yuləd
7
. Və ləm yəkul­ləhu 
kufuvən əhəd
8
. Subhanə rəbbiyəl Əla və bihəmdih
9
” 
deyə­deyə evə gedirdim. Evimizə 150­200 metr qalmış 
üşənməyə başladım. Məni vəsvəsə bürüdü, içimə qorxu 
düşdü, sanki kimsə arxadan tutacaqmış kimi bir hiss 
yarandı başımda. Bu qorxu ilə həmin məsafəni qaça­
qaça evə getdim. Evin qapısına çatdığımda qorxularım 
çəkildi və bir anlıq “nənəm məni görüb sevinəcək” deyə 
düşündüm, o fikir saniyələr içində yarandı və yarandı­
ğı kimi də yox oldu. Bir anlıq nənəmin öldüyünü unut­
muşdum. İçəri girib evdə oyaq olanlarla görüşdüm. 
Evdəkilər “ac olarsan” deyib yemək hazırladılar mənə, 
yediklərim mədəmə çatar­çatmaz yuxu qapını döyməyə 
başladı. Qatarda yatmağıma baxmayaraq, özümü yor­
ğun hiss edirdim, buna görə gedib üzərində 3 ilə yaxındı 
ki, rahat yata bilmədiyim yatağıma uzandım. 
1
Bağışlayan və mehriban Allahın adı ilə
2
Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur

Şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir
4
Allahdan başqa məbud yoxdur.
5
Allah böyükdür

Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik
7
O nə doğmuş, nə də doğulmuşdur
8
Onun heç bir tayı, bərabəri, bənzəri yoxdur.

Rəbbim pakdır, ucadır və həmd sahibidir


81
***
Gündüz saat 11­12­də oyanar­oyanmaz kənddəki 
dostlarıma zəng edib zarafatyana vətəndə olduğumu 
dedim, axşam hardasa görüşmək barəsində danışdım. 
Gündüzü evdəkilərlə keçirib axşam sinif yoldaşım, həm 
də yaxın dostlarım Kərim, Toğrul, bir də həm qohum, 
həm də yaxın dostum olan Mikayılla kəndin qabağında­
kı köhnə binada sahmana salınmış kafeyə getdik. Yenə 
həmişəki kimi üçümüzə də pivə, yanında saçaqlı pendir 
və noxud istədik, siqaret çəkə­çəkə 2014­ü necə bitirək 
deyə, əylənmək üçün nə edək deyə söhbət etməyə baş­
ladıq. Mən: 
– Sabah 2014­ün son günüdür, gedək səviyyəli bir 
restorana, yaxşıca yeyib­içək, sonra da qəlyana­filan 
gedərik. – dedim.
Mikayıl: 
– Evdə yemək dolu olacaq, restorana­zada getməyək, 
amma qəlyana gedək, – dedi.
Toğrul:
– Axşam bir az da rayonda fırlanarıq, konsert ola­
caq, baxmağa gedərik, – deyib onunla razılaşaq deyə 
gözünü üzümüzə zillədi.
Biz onun sözünü təsdiqləyib, Kərim nə deyəcək 
deyə Kərimə baxdıq. Kərim bic­bic gülüb: 
– 
Bilet tapşırmışam, Əfqanıstana, – deyib türk 
mahnısı olan: – uçacaqsın, uçacaqsın, havalara uçacaq­
sın... – əlavə edib güldü. Onun nə dediyini anlamaq çox 
da çətin deyildi.
Mən: 


82
– 
Ə, lazım deyil, zibilə salacaqsan bizi, – desəm də, 
Kərimin fikri xoşuma gəlmişdi.
Kərim mən deyənə qarşılıq gülüb:
– 
Qorxma, mənlikdi, kef elə, – deyərək sözünə 
qüvvət verdi.
Pivələrimizi içə­içə sabah nə edəcəyimizdən, 
şəhərdən, ordan­burdan söhbət etdikdən sonra sağolla­
şıb hərə öz evinə getdi. Mən evə çatanda saat gecə 12­yə 
qalırdı. Atam: 
– 
A bala, elə bu gün gəlmisən, tapa bilmirik səni, 
bir yarım saat evdə otur, üzünü görək də, – dedi. 
Bu sözləri eşitdiyim ilk dəfə deyildi. Kursda oxu­
duğum vaxtlarda gəzib­dolanıb gec saatlarda evə 
döndüyümdə də eşitmişdim. Evdəkilərlə birlikdə çay 
içərək televizora baxıb, söhbət etdik. Saat birə qalmış 
artıq evdə hər kəs yatmışdı. Mən gec yatıb, gec qalx­
mağa öyrəşdiyim üçün, həm də pivənin təsirinə çox da 
düşmədiyimdən yuxum gəlmirdi deyə telefonda qurda­
lanmağa başladım. İnterneti açıb “Facebook” profilimə 
baxdığımda hər kəsin yeni il ab­havasında olduğunu 
görürdüm. Həmin günlər kimin statusunu oxuyurdun­
sa, bütün insanlara yeni ildə xoşbəxtlik arzuladığını, 
yeni ildə gözəl günlər dilədiyini, həyatın gözəl olma­
sını arzuladıqlarını görə bilərdin. Statusları oxuduqda 
anladım ki, insanlar bir­birlərini nə qədər çox sevir, lap 
gözlərim yaşaracaqdı, gəl ki, yaşarmadı. Bunların ha­
mısı, sadəcə, adət aldığımızdandı. İnsanlar yalandan 
bir­birlərini elə təbrik edirlər ki, guya bir­birlərini çox 
sevirlər. Əslində isə kütlə nə edir, sən də onu edirsən, 


83
mühitin təsiri. Başqa bir dünyada yaşasaydın, sonra bu 
dünyaya gəlsəydin, bu kütlənin bir­birlərini niyə təbrik 
etdiyini anlamayacaqdın, bunun nə qədər mənasız ol­
duğunu görəcəkdin. Çox qəribədir, il dəyişir öz axarı 
ilə, bu yandan millət bir­birini təbrik edir. Zamanın dili 
olaydı kaş, dönüb bizlərə: “Dəyişən mənəm, sizə nə dü­
şüb? Elə bil bunlar nəsə edib”, – deyə idi. Bizlərə bax 
e... bir, təbrik etmək üçün ayları, illəri gözləyirik, hər 
yeni günə görə niyə təbrik etmirik, görəsən? Bir fikirləş, 
dostum, yanvarın beşidir, hər kəs bir­birini təbrik edir, 
“Neçə belə yanvarın beşinə, bu yanvarın beşi arzulayıb 
içində qalan arzuların yerinə yetsin” – yazır, deyir. Yenə 
təkrar bu sözləri yanvarın altısı yazır, beləcə təkrar­
təkrar hər gün... Çox gülməli olardı, yəqin ki. Bəlkə 
də belə insanlar daha çox mehriban və səmimi olardı, 
hmmm, necə düşünürsən, dostum? Nə isə, düşünməyi 
boş ver, oxumaqda davam elə, daha bitir də bu kitabı, 
hələ bu vərəqdəsən. Həmin gecə saat 3­ə kimi telefon­
da qurdalandıqdan sonra gedib yatağıma uzandım. Bu 
vaxt ağlıma 18+ şeylər gəldi, elə bu vaxtlar nədənsə ağ­
lıma belə şeylər gəlirdi. Bu fikirlərlə yatıb 2014­ün son 
gündüzü saat 11­12­də oyandığımda ağzımdan leş iyi 
gəlirdi. Dünən axşam içdiyim pivə ilə çəkdiyim siqare­
tin təravətindən idi bunlar. Özüm­özümdən iyrənərək 
dişlərimi yuyub­təmizlədikdən sonra susuzluqdan ya­
nan ciyərlərimin dadına şirin çay ilə yetdim. 


84
Sərxoşluq
G
ündüzü boş­bikar keçirərək, arada qohumla­
ra zəng edib Həmrəylik günü münasibətilə 
təbrik edir, ya da tələbə mədəmi nə iləsə doldururdum. 
Nəhayət, axşam saat 7­8­də evdəkilərlə birlikdə bayram 
yeməyini yeyib yola çıxdım. Kərimlə Toğrul maşınla 
gəlib məni yoldan götürdükdən sonra Mikayılgilə gedib 
onu da götürdük. Oradan Toğrul maşınla bizi kəndin 
əhalisindən daha çox insanın olduğu məkana, kəndin 
qəbiristanlığına gətirdi. Qəbiristanlığa çatdıqda Kərim 
cibindən kibrit qutusu çıxarıb içindən bir çay qaşığı 
qədər sellofana bükülü qurumuş ot çıxardı. Sonra bir 
siqaret götürüb dişləri ilə filtrini çıxarıb, yenidən yerinə 
taxıb gilizi ovuşduraraq içindəki tütünü əlinə boşaltdı. 
Tütünün böyük hissələrindən təmizləyib kibrit qutu­
sundan çıxardığı otla qarışdırdı. Bu vaxt Toğrul siqaret 
qutusunun qapağından bir az kağız cırıb yumrulaya­
raq Kərimi gözləyirdi. Kərim tütünlə qarışmış çətənə 
yarpağını ehtiyatla boşaltdığı gilizə doldurub, başını 
yumrulayaraq Toğrula verdi. Toğrul siqaretin filtrini 
yerindən çıxarıb yumruladığı kağızı gilizin filtr çıxa­
rılmış hissəsinə taxdı. Mikayılla mən sakitcə, həyəcan 
dolu nəzərlə onları izləyirdik. Toğrul marixuana dol­
durulmuş gilizi asta­asta tüpürcəyi ilə isladıb, həşiş 
deyilən şeyi hazır vəziyyətə gətirdikdə uşaq həyəcanı 
ilə maşından düşərək yandırıb çəkməyə başladıq. Uç­


85
maq növbəsi mənə gəldikdə onlar kimi, onlar necə 
çəkirdisə, elə etdim. Damağıma qoyaraq siqaret kimi 
sinəmə çəkib bir az gözləyib onların “bir az da gözlə, 
buraxma” deməsinə baxmayaraq, tüstünü çölə buraxır­
dım, iki dəfə belə tüstülədib ötürdüm Mikayıla, hərəmiz 
iki dəfə belə çəkdik. Marixuana doldurduğumuz gilizin 
son közərtisi kağız taxdığımız hissəyə çataraq söndükdə 
bir­birimizdən “hə, nə oldu, tutub?!” deyə soruşurduq. 
Mən o sıra sinəmin sıxıldığını hiss edirdim deyə dönüb 
uşaqlara “sinəm dağıldı ki mənim” dediyimdə başladı­
lar üçü də buna dəli kimi gülməyə. Nədənsə məni də 
gülmək tutdu. Beləcə dördümüz də başladıq dəli kimi, 
möhkəm qəhqəhə ilə gülməyə. Kərim: “Ayə, bunu tu­
tub” – deyəndə qeyri­adi bir ifadə eşitmiş kimi Kərimin 
sözünə də gülüşdük. İçmək fikri ilə kafeyə getmək üçün 
maşına əyləşib, maşınla torpaq yolu eşərək toz­tozanaq 
qaldıracaq bir qazla yola çıxdıq. Maşında uçduğumuz­
da yolboyu nə görürdüksə, gülürdük, özü də ürəkdən 
gülürdük, demək olar ki, biz çöpə gülürdük, dostum. Uça­
uça həmişə adət etdiyimiz kimi kəndin qabağındakı kafeyə 
yox, rayonun mərkəzində yerləşən başqa bir kafeyə getdik. 
Kafeyə gülə­gülə girib bir masa arxasında əyləşib ofisiantı 
səslədik, ofsiant “buyurun” deyəndə bizi yenə dəli gülmək 
tutdu. Bilmirəm, ofisiant da çəkmişdi, nə idisə, o da bizə 
baxıb gülməyə başladı. Mən: 
– Çaxır, bir də snikers gətir, qaqa, – dedim. 
Biz sifariş verdiyimiz çaxırı süzüb içə­içə elə dəli 
kimi gülməkdə davam edirdik ki, başqa masada 
əyləşmiş dostları ilə içki içən biri kobud şəkildə:


86
– Ə, sakit də, nə olub? – dedi.
Toğrul əsəblə üzünü həmin adama tutub:
– 
Yaxşı eləyirik, xoşun deyil, çıx get, – dedi.
Mən çəkdiyimiz zibilə görə özümüzü idarə edə 
bilmədiyimizi anlayıb Toğrula:
– 
Qaqa, düz deyir də, bir az sakit olsaq yaxşıdı, – 
dedim.
Toğrul: 
– 
Yaxşı, çıxaq gedək başqa yerə, – deyib sakitləş mişdi 
ki, az öncə dillənən şəxs gəlib əlini masaya çırparaq:
– 
Nə deyirsiz, ə? – deyəndə diksinib, dördümüz də 
əsəblə ayağa qalxdıq.
Toğrul o adamın hərəkətindən dərhal sonra çaxır iç­
diyimiz stəkanı götürərək həmin adamın başında sındır­
dı. Zərbə almış adam yırğalanaraq yerə yıxılanda onun­
la oturan digər dörd nəfər üstümüzə gəldi. Onlar cılız, 
cansız­bədənsiz göründükləri üçün biz özümüzə daha 
da arxayınlaşdıq. Üstümüzə gələnlərin hərəsini birimiz 
tutub yumruq­dava edirdik. Mən savaşdığım adamın 
bir yumruq qabırğasının aşağısından, boşluqdan, bir 
möhkəm düz zərbə də burnundan vurub yerə sərərək 
Mikayılla əlbəyaxa olanın üstünə cumdum. Digər tərəfdə 
Kərim birini yerə yıxıb, söyə­söyə təpikləyir, Toğrul da 
dördüncü adamı masanın üstünə çaxıb yumruqlayırdı. 
Kafedə olanlar, ofisiantlar bizi ayırmağa çalışanda biz: 
“Burax məni, burax deyirəm!” – deyə qışqırır, bizi tutub 
saxlamaq istəyən adamların əlindən çıxmağa çalışırdıq. 
Savaşdığımız adamlardan çöpə bənzəyənin burnu, 
keçəl olanınsa başı partladığından digər üçü onları da 
götürüb, maşına əyləşərək kafedən getdilər. Mübahisə 


87
etdiyimiz vaxtı əyləşdiyimiz masa aşmış, üzərindəkilər 
düşüb sınmışdı deyə, başqa masada oturaraq bizə yenə 
çaxır gətirməsi üçün ofisiantı çağırdıq. Ofisiant gəlib 
asta tonla:
– 
Administrator polisə zəng edib, tez çıxın gedin 
burdan, – dedi. 
Biz hesabımızı və sınmış qabların pulunu ödəyib, 
ofisianta bəxşiş verib tez kafedən ayrıldıq. Maşına 
əyləşərkən dostlarıma:
– 
Yaxşı ki, burada bizi kimsə tanımır, yoxsa heç 
yaxşı olmazdı, polislər qapımıza gələrdilər, – dediyimdə 
gülərək məni lağa qoydular. 
Bir gün öncəki planlarımızı unudaraq kəndə qayı­
danda da olanları danışıb­gülməkdə davam edirdik, o 
zibil bizə nə etmişdisə, biz hadisələri, olanları dərk edə 
bilmirdik, elə hey gülməklə məşğul idik. Kəndə çatanda 
saat 12­yə 10 dəqiqə işləmişdi. Yeni ilə evimizdəkilərlə 
birlikdə girək deyə hərə öz evinə səpələndi. Ayrılma­
mışdan əvvəl kafedə olanları kimsəyə danışmamaq 
barədə sözləşdik. Evə az qalmış paltarımın yaxasının 
cırıldığının, əlimin cızıldığının fərqinə vardım. Üst­ba­
şımı düzəldərək evə girdiyimdə birbaşa aynanın qarşı­
sına keçdim. Aynada boğazı qızarmış, mübahisə edənə 
bənzəyən birini gördüm. Üzərimdən dava etmiş fikrini 
yayındıra bilərdim, amma gözlərimin içi qızarmışdı. Bu 
alovlu qızartılar kafedə olanda Toğrulun, Kərimin, Mi­
kayılın da gözlərində parlayırdı. Bu qızartılar çəkdiyimiz 
o zibilə görə olmuşdu. Cəld gedib əl­üzümü yuyub qu­
rulanmadan qonaq otağına girdim.


88
D
əyər
A
tam yeni ili, hər il olduğu kimi, yataqda qar­
şılamağa getmişdi. Çoxbilmiş qardaşlarım sağ 
olsunlar, üst­başıma baxıb dava etdiyimi anlasalar da, 
bir söz deməmişdilər. Anam məni görən kimi: 
– Savaşıbsan?! – həyəcanla soruşdu.
Mən də:
– Savaşmamışam e, uşaqlarla qapışırdıq, – deyərək 
bir bəhanə gətirdim.
Anam:
– Bəs yaxan niyə cırılıb? Boğazın niyə qızarıb? – 
deyə soruşdu.
Mən:
– Kərimlə qapışırdıq, əl atdı, yaxamdan tutdu, dart­
dı, belə cırıldı, – deyərək şirin­şirin güldüm.
Anam:
– Nç­nç­nç... nə vacibdi axı, a bala, bi yerdə qala bil­
mirsiz? – dedi.
Mən gülərək:
– İdman edirdik də,– deyib söhbəti zarafata yönəl­
dərək dəyişdim.
Yeni ilə 15 dəqiqə qalmış qardaşlarımın aldığı fişən­
gi, topu­tüfəngi götürüb çölə çıxdıq. Səkkiz atımlıq 
fişəngi aparıb yumşaq torpağa salaraq yerini bərkidib 
yeni il üçün hazır hala gətirdim. Uşaqlıqdan bayramlar­
da atdığım partlayıcılar, raketlər və başqa atəşfəşanlıq 
üçün partlatdığım şeylər çox xoşuma gəlirdi. Yaşımın 
üstünə yaş gəldikcə əylənməyin yaşa baxmadığını, insa­


89
nın hər yaşda uşaq olduğunu anlayırdım. Qardaşlarım 
həyətdə:
– 
Savaşmısan, həəə? – məndən soruşdular.
Mən də onlara: 
– 
Sabah danışaram, – dedim.
Razılaşıb saata baxdığımızda yeni ilə 2 dəqiqə qaldı­
ğını gördük. Cəld dəmir sürahili, mərmər pilləkənlərlə 
yuxarı qaçıb evdən anamı da çağırdım. Yeni ilə saniyələr 
qala fişəngi yandırıb qaça­qaça yanından uzaqlaşıb 
kənardan tamaşaya durdum. Fişəngin gurultu ilə part­
layıb havaya qalxan, kimyanın yaratdığı ulduzun parça­
lanaraq rəngbərəng qığılcımlara dönməsi həqiqətən də 
çox möhtəşəm görünürdü. Düzdür, kənddə şəhərdəki 
kimi yarım saat ard­arda partlayıb göy üzünü tutacaq 
qədər atəşfəşanlıq olmur, amma şəhərdə qalıb onu 
izləmək öz doğmalarımla birlikdə partlatdığımız bu 
aciz fişəngi izləmək qədər gözəl görsənmir mənə. Kənddə 
öz cibimizdən 20­30 manat xərcləyərək aldığımız fişəng 
yüz minlərlə dollar pul xərclənib meqapolislərdə partla­
yan fişənglərdən daha ecazkar görünürdü mənim üçün. 
Fişəngin sonuncu ulduzu yeni ilin ilk gecəsi səmada part­
layaraq közərib yox olduqda anamın, qardaşlarımın yeni 
ilini təbrik edib, yeni ilin ilk gecəsinin yuxusunu almaq 
üçün özümü yun döşəkli, qalın yorğanlı, quş tüklü balı­
şı olan isti yatağıma atdım. Keçən il çəkdiyim və içdiyim 
zibillərə görə bu ildə yuxu gözlərimdən tökülürdü. Başımı 
balışa qoyan kimi yuxu şirin xəyallara apardı məni.
***
Yeni ilin ilk səhəri, yanvarın 1­i oyandığımda yenə 
dünya həmin dünya, yenə Kənan həmin Kənan olaraq 


90
qalır, zaman yenə öz ritmi ilə keçirdi, nə sürətli, nə ya­
vaş. Gündən, aydan, ildən başqa dəyişən bir şeylər yox 
idi. Oyandığım vaxt ilk yadıma düşən bir həftə sonra 
olacaq semestr sonu imtahanlar oldu. İmtahanlar yadı­
ma düşən an sanki sinəmdən basıb sıxdılar məni, içim 
sıxıldı, dostum. Gəl indi altı fəndən imtahana hazırlaş, 
heç imtahana hazırlaşmaq ab­havasında deyildim. An­
caq gəzmək, əylənmək istəyirdim. Yerimdən qalxıb, əl­
üzümü yuyub, həyətdə saxladığımız bal arısından öz 
əllərimlə aldığım bal ilə nahar edib, bu soyuqda hara 
getmək olar, nə etmək olar deyə fikirləşirdim özüm 
üçün. Bikarçılıqdan nə edəcəyimi bilmirdim. Televizo­
ru açıb ən birinci kanaldan başlayaraq yavaş­yavaş ka­
nalları dəyişməyə başladım. Bizim evdə birinci kanalda 
AzTv­dir, hər kəsin evindəki kanal sıralamasında oldu­
ğu kimi. AzTv­də fəvvarələr meydanından fəvvarələri 
göstərirdilər. Digər kanallarımızda konsert və xəbərlər 
gedirdi. Yavaş­yavaş kanalları dəyişərək gəlib türk ka­
nallarına çıxdım, orda da cansıxıcı seriallar, bəzi kanal­
larda xəbərlər gedirdi. Fikir dağıtmaq üçün Akıllı Tv­yə 
atıb bir az gülməli və maraqlı videolara baxdım. Pul­
tun belini sındıraraq yenə kanalı dəyişdiyimdə Yaban 
Tv önümə çıxdı. O vaxt həmin kanalda Norveçdə qara 
bürünmüş şam ağacları ilə dolu meşədə, əlində snay­
per olan bir adamın ova çıxdığını göstərirdilər. O adam 
snayperlə yabanı hinduşka ovlayırdı. Yazıq heyvanın 
öldürülməsi elə maraqlı görsənirdi ki, səbirsizliklə ovçu­
nun hinduşka ovlayacağı anı gözləyirdim. Ovçu şikarını 
görən anda sakitcə soyuq qarın üzərinə uzanır, nəfəsini 


91
çəkib nişan alır və atəş, hinduşkanın isti qanı bəyaz qarı 
qırmızıya boyayır. Mən də qan qoxusu almış balinalar, 
su görüb susayanlar sayağı norveçlini izlədikdə kefimə 
ova getmək düşdü. Bikarçılıqdan onsuz da bilmirdim nə 
edim. Mikayıla zəng edərək dədəsindən qalma köhnə, 
amma işlək olan ov tüfəngini götürüb bizə gəlməsini 
söylədim. Mikayıl bizə gələnə kimi ov dükanlarının 
birindən 15 manata 30­a yaxın dolu patron aldım. Pat­
ron aldığımdan 5­10 dəqiqə keçmiş Mikayıl dədəsindən 
yadigar tüfəngi ilə birlikdə özünü bizə yetirdi. Mən ona 
kəndimizin arxasında, maşınla 10 dəqiqəlik məsafədə 
olan meşəlik əraziyə getməyi təklif elədim. Ora ov üçün 
yaxşı bir yer idi. Kənddən ora ova gedənlər ördək, qaz, 
bildirçin ovlayaraq qayıdırdılar. Bir­iki nəfərin qaban 
ovuna çıxdığını da eşitmişdim. Mən də Yaban Tv­də 
izlədiklərimdən həvəslənərək Mikayılla birlikdə ov 
yerinə getmək üçün hazırlaşdım. Qonşumuz, həm də 
atamın əmisi oğlu olan Rüfət əminin motosikleti var 
idi. Meşəlik əraziyə ova gedəcəyimi Rüfət əmiyə danı­
şaraq ondan bir günlüyünə motosikleti mənə verməsini 
xahiş etdim. Sağ olsun, qırmadı məni, o ikiayaqlı tex­
nikanı, motosikleti mənə verdi. Yanacağının az olması 
ehtiyatı ilə, elə birbaşa yanacaqdoldurma məntəqəsinə 
baş çəkib, işimi ehtiyata alaraq motosikletə yanacaq vu­
rub evə döndüm. Evdən batareya ilə işləyən bir akusti­
ka götürüb, botlarımızı geyindik. Mikayıl ov çantasını 
çiyinlərinə keçirib, fişəng qatarını belinə bağladıqdan, 
mənsə tüfəngi çiynimdən asdıqdan sonra iki yoldaş mo­
tosikletin belinə əyləşərək, düzəldik yola.


92
Vəhşilərin üzləşməsi
T
əxminən 12 dəqiqəyə ov yerinə çatdıq. Ov üçün 
hər kəs səhər tezdən yerindən qalxıb gəlir, biz 
isə günorta gəlmişdik. Motosikleti bir yerdə saxlayıb 
düşdük meşəliyə. Bir az olar meşənin içində addımla­
yırdıq ki, başımızın üstündən, ağacdan bir quş uçub 
getdi. Ovun bolluğunu sezərək Mikayıldan patron alıb 
tüfəngə qoydum. Mikayılla birlikdə səssiz addımlar­
la meşənin içində çox enli hissəsi olan, o qədər enli ki, 
kiçik gölə bənzəyən çaya tərəf gedirdik. Çünki orada 
qazdan, ördəkdən ovlaya bilərdik. 10 dəqiqə yeridikdən 
sonra çayın o enli sahəsinə gəlib çıxdıq. Özümüzə bir 
yer seçib çayın səthində o tərəf­bu tərəfə boylanaraq 
canına qıyacağımız canlıları axtarırdıq. Çayın qarşı 
sahilinə yaxın, bizdən bir xeyli uzaqda üzən bir ördək 
gözümüzə sataşdı. Gətirdiyimiz akustikanı USB ilə te­
lefona qoşub, internetdən yüklədiyim ördək səsini işə 
saldım. Akustikaya səs verərək səbirlə şikarımızın yaxı­
na gəlməsini gözlədik. İnsan alətindən çıxan səsi ça­
yın qarşı tərəfində üzən şüursuz canlı qarşı cinsi sanıb, 
səsini çıxarmağa, yavaş­yavaş bizə sarı üzməyə başladı. 
Biz kol­kosun, qamışların arxasında gizlənib, sakitcə 
ördəyin gəlişini izləyirdik. Ov uzaqda olsa da, çaxmağı 
çəkib tüfəngi onun sinəsinə tuşlamışdım. Nişanı çayın 
səthindəki ördəyə nizamladığımda qanad səsləri məni 
fikrimdən yayındırdı, əcəlinə susamış bir ördək uça­


93
raq gəlib lap yaxınımıza qondu. Çayın səthindəki digər 
ördək də üzərək bizə yaxınlaşmaqda idi. Yeni şikarım 
çaşqınlıq yaratmışdı, bir az tərəddüddən sonra tüfəngi 
bizə yaxın olan ördəyə tuşlayıb tətiyi çəkdim, gurultu 
ilə tüfəng açıldı. Saçmalar ördəyin sinəsini dələrək ca­
nını aldı, yazıq ördək heç çırpınmağa da macal tapma­
dı. Bizə sarı üzən ördəksə tüfəngin səsini eşidər­eşitməz 
uçaraq qaçdı. Ovladığım ördək qamışlara ilişib suyun 
üzərində cansız yatıb qalmışdı. Biz cansız ovu yerindən 
tərpətməyib akustikaya səs verərək ördək gözləməyə 
başladıq. Sıra Mikayılın idi, tüfəngi ona verib böyürtkən 
kollarının arxasında yerə çöməldim. İlk ovdan son­
ra təxminən yarım saat səbir etməli olduq. Axırda 4­5 
ördək uça­uça bizdən 25­30 metr aralı məsafəyə qondu. 
Mikayıl nəfəsini çəkib nişan alaraq tətiyi sıxdı və daha 
bir ördəyin həyatına qəsd etdik. Kaş tüfəngimiz qoşalülə 
ola idi, digər ördəklərin də canlarına qəsd edə idik. Sıra 
yenə mənə gəlmişdi, Mikayıl fəxrlə gülümsəyərək göz 
vurub isti silahı mənə uzatdı, silahı əlimə alıb lüləsinə 
fişəng salmış, səbirsizliklə gözləyirdim. Mənim sı­
ramda uzun vaxt gözləməli olduq, yarım saatdan da 
çox gözlədik, demək olar. Sonunda bir ördəyin çayın 
axını istiqamətində uça­uça keçdiyini gördük. O quş 
elə uçurdu ki, heç qonana oxşamırdı. Ayağa qalxıb 
nəfəsimi çəkərək nişanı ördəyin düz özünə yox, uçdu­
ğu istiqamətə tərəf, ondan azca qabağa, başından bir az 
irəli tuşlayıb, əminliklə məsafəni tarazlayaraq ən yaxın 
məsafədə tətiyi sıxdım, lülədən çıxan qığılcımlar və par­
tıltı səsi, ördək fırlana­fırlana çaya çırpıldı. Sıra yenə 


94
Mikayıla gəldi, tüfəngi ona verib akustikaya nəzarət 
elədim. O da mənim kimi yarım saatdan çox gözləməli 
olsa da, sonunda bir əcəlinə susamış ördək uçaraq gəlib, 
demək olar ki, tüfəngin lüləsinin önündə dayandı. Sanki 
ördək “Vur məni, Mikayıl” deyirdi. O, çox bəxtlidir, daş 
atsa, ördəyi vurardı. Nəfəs dayandı, atəş açıldı və qələbə. 
Dörd ördək ovlamışdıq beləcə, hərəmizə ikisi düşürdü. 
Çaya girərək qamışlara ilişmiş cansız ördəkləri götü­
rüb, çantaya atdıq. Digər əşyalarımızı da çantaya qo­
yaraq evə getmək üçün hazırlaşdıq. Evə dönmək üçün 
tələsməli idik, çünki bir saata hava tamamən qaralacaq­
dı, axşam burada olmaq həyatımız üçün təhlükəli olar­
dı. Bu meşədə çoxlarının canavarla rastlaşdığını eşitmiş­
dik. Hazırlığımızı görüb geriyə, motosikletimizi qoydu­
ğumuz yerə tərəf hərəkətləndik. Qaranlığa gömülməyə 
başlayan meşənin ağacları arasında addımladıqca duy­
duğum bayquş, qarğa səslərindən, ayaqlarımın altında 
sınan çör­çöp səslərindən içimə səksəkə düşdü. Ehtiyata 
Mikayıldan bir patron alıb tüfəngə qoydum, çaxmağı 
çəkib sağa­sola baxaraq vahiməli meşədə addımlamağa 
davam etdik. İki dəqiqə söhbət edə­edə getdikdən sonra 
qorxularım dağıldı, çaxmağı buraxıb tüfəngi belimdən 
asdım. Ovlamağımızdan, necə atəş açdığımızdan da­
nışıb, sevinə­sevinə gedirdik ki, Mikayıl “canavar!” 
deyə qışqırdı. Sanki məni elektrik vurdu. Qorxularım 
əbəs yerə deyilmiş, motosikletə yaxın bir yerdən cana­
var sürüsü keçirdi. Mikayılın səsinə canavarların ha­
mısı bizə sarı çevrildi. Biz canavarların vahiməsindən 
qorxaraq yanımızdakı böyük qarağac ağacının başına 


95
necə çıxdıqsa, yadımda deyil, amma ağaca çıxmışdıq ki, 
o vəhşi heyvanların ağacın altında dövrə vurmalarını, 
bizə baxaraq dişlərini qıcıyıb mırıldamalarını heç unu­
da bilmirəm. İndi də yadıma düşəndə tüklərim biz­biz 
olur. Biz ağacın başında dalımızın qorxusundan boğazı­
mızı cıraraq “kömək eləyin” deyə mənasız yerə, kimsə 
olmayan meşədə qışqırırdıq. Çığırıb­bağırarkən bir­iki 
canavar pəncələrilə ağacın gövdəsindən yapışır, ağaca 
atılıb ətimizi dişlərinə keçirmək istəyirdi. Vəhşilərin 
ağaca çıxa biləcəyini düşünüb elə əsirdik ki, qorxudan 
az qalsın şalvarımıza batıracaqdıq. Mikayıl böyük bu­
dağın üzərində ağlayacaqmış kimi: “Axı onlara nə etmi­
şik ki, bizi parçalayıb canımızı almaq istəyirlər? O qədər 
yeməli şeylər var ki, gərək bizi yeyələr? Gedin, rədd 
olun burdan, rədd olun, zibillər, vəhşilər!” – deyərək sa­
yıqlayırdı. Mən qorxudan doğan həyəcandan belimdəki 
silahın varlığını belə unutmuşdum, qəfil yadıma düşdü 
ki, axı bizim silahımız var. Tüfəngi belimdən götürüb, 
çaxmağı çəkib ağaca dırmanmağa çalışan boz canavara 
nişan alaraq tətiyi çəkdim. Bu atəşlə ağaca dırmanma­
ğa çalışan o vəhşi məxluqu, sadəcə, yaralamağı bacar­
mışdım. Axı bizim patronlar quş ovlamaq üçün idi, o 
vəhşinin həyatına son verə bilməzdi. Kiçik saçmalarla 
yaraladığım canavar, bədənindəki ağrılarla daha da az­
ğınlaşmışdı. Yaralı başımızdakı bütün tükləri dimdik 
edəcək qədər vəhşicəsinə mırıldanıb ağacın başında 
dövrə vurur, yanımıza çıxmağa çalışır, bizi parçalamaq 
istəyirdi. Xoşbəxtlikdən digər canavarlar tüfəngin çıxar­
dığı səsdən qorxaraq qaçıb getmişdilər. Ən azından on­


96
ların getməsindən ürəklənib, yuxarıdan aşağı ilk atəşdə 
əlimdən düşəcək olan tüfəngi bərk­bərk tutaraq Mika­
yıldan dolu patron istədim. Bizim əlimiz necə əsirdisə, 
Mikayılın verməyə, mənim almağa çalışdığım ilk üç­
dörd patronu yerə salmışdıq. Axır dostumdan bir patron 
almağı bacarmış, tüfəngə qoya bilmişdim. Həmin yaralı 
canavara yenə atəş açıb vurdum, o yenə də ayaqda idi. 
Səkkizinci atəş, doqquzuncu atəş, on, on bir. Beləcə düz 
on iki patronu onun parçalayıb yemək instinkti ilə dolu 
başına çaxdım. Axır ki, biz onu yerə sərməyi bacardıq. 
O, yerə yıxılsa da, ölməmişdi, amma hərəkət etməyə də 
halı yox idi. Tüfəngə bir patron da qoyub yavaş­yavaş 
ağacdan yerə sürüşdüm, lüləni vəhşinin başına dayaya­
raq, onu sirkələdim, ayağa qalxmayacağından tamamilə 
əmin olmaq üçün tətiyi çəkib saçmaları onun al­qana bu­
laşmış başına boşaltdım. Mikayıldan alıb cibimə qoydu­
ğum patronla yenə tüfəngi doldurdum. Mikayıl da ağac­
dan düşəndən sonra əlimizdən yerə düşən əşyalarımızı 
yığıb qaçaraq motosikleti qoyduğumuz yerə getdik. 
Biz hardasa bir saata yaxın ağacda qalmışdıq, hava da 
yaman qaralmışdı. Tələsik motosikletə əyləşib sürətlə 
kəndə tərəf sürməyə başladım. Elə mən sürdükcə Mika­
yıl mənə: “Kənan, sürətli sür, day çataq, mənim ürəyim 
Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə