Elmar Şahbazov Otaq y oldaşım Pint I


partladı” – deyirdi, mən də: “Bir də belə ova çıxsam



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix26.05.2023
ölçüsü0,51 Mb.
#113141
1   2   3
Otaq-yoldasim-pinti-ELMAR-SAHBAZOV


partladı” – deyirdi, mən də: “Bir də belə ova çıxsam, 
ağzımı...” – dedim. Kəndə gəlib yetişdikdə elə çox sevi­
nirdik ki, sanki illərdi kənddən çıxmışdıq. Həyətə girib 
evin qapısını açdıqda mənim qorxmuş ürəyim sakitləşib 
rahatladı, yenə oldum şir Kənan.


97
***
Evdəkilərə 
ovladıqlarımızı 
fəxrlə 
göstərib 
fərəhlənirdik. Mikayılı axşam yeməyinə qalsın deyə 
buraxmadım. Axşam hər kəs süfrə ətrafında olanda 
ov zamanı başımıza gələn canavar əhvalatını azacıq 
şişirdərək çox gözəl rəvayət elədim. Atam, anam, qar­
daşlarım təəccüblə məni dinləyirdilər. Mikayıl danışdıq­
larımı “hə, hə” deyərək təsdiqləyir, bəzi yerləri məndən 
betər şişirdib danışırdı. Canavar əhvalatının sonunda 
atam mənə: “Atasının oğlu, eynilə mənə çəkmisən, ha­
laldı sənə” – dedi, mən də fərəhlənərək özündənrazı 
bir təbəssüm göstərdim. Atam həmişə içdikdən sonra 
əsgərlik xatirələrindən danışır. O, hərbi müddəti So­
vetin tərkibində olduğumuz vaxt çəkdiyi üçün Sibir 
əyalətində başa vurmuşdu. Atamın dediklərinə görə, ora 
o qədər soyuq imiş ki, tüpürdükdə tüpürcəyi yerə buz 
kimi düşür, “cınq” edirmiş. Atam təkcə elə bu sözləri 
16 dəfə mənə danışıb. Başqalarına da danışdığının sa­
yını demək istəyərdim, amma unutmuşam. Həmin 
axşam 17­ci dəfə həmin söhbətdən edib, soyuq Sibir 
meşələrində gecə növbələrindəki sərgüzəştlərini nağıl 
etdi. Axşam yeməkləri yeyib çaylarımızı içdikdən sonra 
Mikayılı motosikletlə evlərinə apardım. Geriyə qalan üç­
dörd patronu da ona verib, məni qırmayıb gəldiyi üçün 
təşəkkür etdim. Evə döndükdə çox yorğun olduğumdan 
yerimə girib yatdım. Sabah oyandığımda vəfasız Arzu 
yox, rəhmətlik nənəm yadıma düşdü, darıxdım onun 
üçün, buna görə də nənəmin doğma bacısı, yəni atamın 
xalası Bəsdi nənənin yanına getmək istədim. Bəsdi nənə 


98
Mikayılın doğma nənəsi, mənim nənəmin iki bacısından 
biri olan kiçik bacısı idi. Nənəmin atasının oğlu olmur­
muş deyə sonuncu qıza Bəsdi adı qoyublarmış. Bunları 
mənə əziz nənəm sağ olan vaxtları danışmışdı. 
***
Rəhmətlik nənəmin xatirəsi ilə Mikayıla zəng edib 
harada olduğunu soruşdum, o:
– Evdəyəm, bir azdan nənəmi ziyarətə gedəcəyəm, 
– dedi.
Mən:
– Elə mən də nənəni ziyarət etmək istəyirəm, türkün 
məsəli, – deyib güldüm. 
Mikayılın atası – Bəsdi nənənin oğlu – evin böyük 
oğlu olduğu üçün, bizim yerlərin adəti ilə, ayrılıb başqa 
evdə qalırdı, bizim yerin adətinə görə, dədə­nənə obası 
kiçik oğula qalır. Nə isə, dostum, mən yeməyimi yeyib 
evdən ayrıldım. Hardasa telefonla danışdığımızdan bir 
saat sonra Mikayılla kənd məscidinin önündə görüşdük. 
Biz görüşdüyümüz vaxt gördük ki, günorta namazına 
az qalıb, Mikayıla: 
– Bu vaxt möminlərimiz məscidə namaza gəlirlər, 
gəl biz də gedək, pulsuz çay içərik, 100 faiz gələnlərdən 
çay dəmləyən olar, – dedim.
Mikayıl: 
– Hə, gəl gedək, içək, nənəm də bir azdan namaz 
qılacaq onsuz, – dedi. 
Biz məscidə girdikdə kənddən bir neçə əməlisaleh 
adamın oturub çay içərək söhbət etdiyini eşitdik, yuxarı 
səslə möminlər komandasına salam verib, özümüzə çay 


99
süzərək bir qıraqda əyləşib, namaz əhlinin söhbətlərini 
dinləməyə başladıq. Söhbətə qulaq verdikdə eşitdiklərim 
kiminsə şəhərdən ev almağı, filankəsin oğlunun 
filankəsin qızını qaçırması, kimlərinsə görüşü barədə 
maraqlı və şirin qeybətlər oldu. Əməlisaleh insanlar şi­
rin­şirin dünyəvi söhbət lər edirdilər ki, azan eşidildi. 
Məktəbdə zəng vurulan vaxt uşaqlar tələsə­tələsə sinfə 
necə gedirsə, burada da şirin qeybətli, ağsaqqaldan ca­
vanına, hamısı tələsik gedərək dəstəmaz alıb, möhür gö­
türüb başladılar namazlarını qılmağa. Mikayılla bir­iki 
stəkan çay içib Allaha bizə bağışlaması üçün dua edib, 
çay dəmləyənlərə və içənlərin ruhuna salavat çəkərək 
məsciddən çıxdıq. Asta­asta yeriyərək gəldik Bəsdi 
nənənin evinə. Bəsdi nənə məni görən kimi çox sevindi, 
boynumu qucaqlayıb üzümdən öpdü. Bəsdi nənə:
– Nə vaxt gəlmisən, ay oğrəş, – təhqir edərək soruşdu.
Qoca nənələrin belə təhqiri adamın canına lap yağ 
kimi yayılır, dostum.
Bəsdi nənənin yanına gec gəldiyimdən inciməsin 
deyə yalandan: 
– 31 dekabr, heç iki gün tamam deyil gəlmişəm, – 
dedim.
Bəsdi nənə: 
Bəs dünən niyə gəlmədin, ərkansız? – dedi.
Mənsə söhbətdən yayınıb bir az ordan­burdan danış­
dıqdan sonra dünən başımıza gələn əhvalatı bütünlüklə 
Bəsdi nənəyə danışmağa başladım. Canavar əhvalatını 
dinlədikdən sonra Bəsdi nənə:
– Durun gedək məscidə, indi molla məsciddə olar, 
sizə qorxu duası yazdıracam, – dedi.


100
Mən də:
– 
Yox, lazım deyil, biz yaxşıyıq, heç nəyimiz yoxdu, 
nənə, – dedim.
Bəsdi nənə bizə dua yazdırmaq üçün məscidə apar­
maqda çox israrlı idi. Mikayılın “nənəm düz deyir, 
Kənan, gəl gedək, özümüz dua yazdıraq” demə sindən 
sonra Bəsdi nənə sakitləşmişdi.
Nənəmizlə sağollaşıb gedirdik ki, sevimli nənə boy­
nundan asdığı pul kisəsini çıxarıb Mikayıla da, mənə də 
5 manat pul uzadıb:
– 
Birdən pulunuz olmaz dua yazdırmağa, alın bun­
ları, dua yazdırın haaa, – dedi.
Biz də:
– 
Yox, yox, lazım deyil, özümüzün var, – deyib ar­
tistlik eləyə­eləyə pulları alıb cibimizə qoymuş, sağolla­
şıb nənənin evindən ayrılmışdıq. 
7 manat mənim pulum var idi, oldu 12 manat, 3 ma­
nat da Mikayılda var idi, oldu 8 manat. Biz kəndimizdəki 
marketlərdən birinə gedib hərəmizə bir qutu “Sobranie” 
siqareti alıb kəndin qabağındakı kafeyə gəldik. Kafedə 
əyləşdiyimizdə Toğrulla Kərimə zəng edərək kafeyə 
dəvət etdik. Onlar gələndə bizim pivə içdiyimizi görüb: 
“Bu soyuqda pivə içərlər?” – deyə təəccübləndilər. Belə 
demələrinə baxmayaraq, onlar da pivə sifariş etdilər. 
Onlara ova getdiyimizdən, ovladıqlarımızdan, qaba­
rıq halda başımıza gələnlərdən danışdıq. Onları ova 
çağırmamışdıq deyə bizdən bir az incidilər, canavar 
söhbətinə də inanmadılar.


101
İyrənclik
P
ivələyərək vaxtımızı keçirdiyimiz kafedə söhbət 
o yerə gəlib çıxdı ki, başladıq seks həyatından 
danışmağa. Bu mövzuda Kərim kənddəki, özünü müasir 
sanan əxlaqsız və quşbala bir qızla olan xatirələrindən da­
nışdı. Onun dediyinə görə, yay aylarında iki­üç gündən 
bir, gecələr saat birdə­ikidə görüşdüyü qızın yaşadığı 
evin həyətinə gizlincə girib, ona zəng edərək həyətə ça­
ğırırmış. Təndirxanada, hamamda, ya da həyətdəki kol­
kosun, ağacların arxasına, xəlvətə çəkilib dodaqlarını 
öpür, soyundurub qoşa pambıq təpələrini oynadırmış. 
Quşbala qızı buna yamamasınlar deyə o qızla həmişə 
anal sekslə məşğul olur, qız da bunun altında ağrı ilə 
qıvrılır, bu isə saatlarla onun üstündən durmurmuş. 
Saat dörddə­beşdə ondan ayrılaraq evə gəlib ayı kimi 
yatırmış. Seks mövzusunda Toğrul da elə Kərimin oy­
naşdığı qızla bir neçə dəfə olduğunu, bir də bizim kəndə 
qonşu kənddəki dul gəlinlə olan macəralarını nağıl etdi. 
Abırsız dostlarımın haqqında danışdıqları əxlaqsızları 
mən də üzdən tanıyırdım və başqa oğlanlarla da olduq­
larını eşitmişdim. Həmin ehtiras acgözləri ilə, demək 
olar ki, kəndin bütün abırsızları gecələmişdi. Bircə Mi­
kayılla mən gey kimi heç bir şey etməmişdik. Mikayıl­
la mənim seks həyatında yuxuda gördüklərimizdən 
başqa payımız olmadığı üçün susub Kərimlə Toğrulu 
dinləməkdə idik. Onlar bunu bildikdə söhbətin axırında 


102
qərara gəldilər ki, bu gecə bizi çarpayı güləşinə aparsın­
lar. Fahişə yanına getməyə tərəddüdlü olsam da, bunu 
dostlarıma bildirmədim. Mən həm getmək istəyirdim, 
həm də istəmirdim. Getmək istəməyimin səbəbi aydın 
idi. Bütün normal cavan insanlar kimi bu yaşlarım­
da qanım qaynayır, ağlımın bir hissəsi cinsi orqanıma 
işləyirdi, nəticədə cinsi ehtiras hisslərimdən doğan 
ehtiyacımı ödəmək istəyirdim. Getməmək istəyim isə 
hələ də bir qadınla əlaqədə olmadığımdan, bakir oldu­
ğumdan və bu təmizliyimi hansısa bir əxlaqsız qadın­
la, fahişə ilə kirlətməmək düşüncəsindən idi. Hansısa 
bir fahişə ilə özümü çirkləndirmək istəmir, ancaq ailə 
həyatı qurduqdan sonra təmiz bir münasibətə girmək 
istəyirdim. Mikayılın məndən fərqli, qəti olaraq bir 
istəyi var idi, o da getmək və ehtiyacını ödəmək. Onların 
üçünün də getmək istəyini görüb üzərimə gey şübhəsi 
salmamaq üçün həvəssiz onlarla razılaşdım. Doğrusu, 
mənə bu şübhə ilə yanaşmasalar da, bu mövzuda zara­
fatlar edəcəkdilər. Bu da ki mənim üçün heç xoş olma­
yacaqdı. Həm də bir yandan gedəcəkdim deyə nədənsə 
sevinirdim. Pivələrimizi içib sağollaşaraq kafedən ayrı­
lıb getdiyimizdə mən içkinin təsiri ilə evə çatar­çatmaz 
başımı atıb yatmışdım. Onda ayılıb gördüm ki, telefonu­
ma zəng gəlir. Zəng edən Kərim idi. Mənə günorta da­
nışdığımız kimi rayona oynaşmağa gedəcəyimizi, hazır­
laşmağımı, iyirmi dəqiqədən sonra gələcəyini söylədi. 
Əyin­başımı geyinib hazırlaşdıqdan iyirmi dəqiqə son­
ra biz artıq rayon yolunda idik. Rayon mərkəzindən 
400­500 metr aralıda, önünə “Ailəvi İstirahət Mərkəzi” 


103
yazılmış restorana getdik. Məzə qadınları Xala adı ilə 
müraciət edilən insan alverçisi tərəfindən kamuflyaja 
bürünmüş həmin restoranın arxasında donuzdan belə 
ucuz qiymətə – 1 dəfəsinə 25 manat ödəyən müştərilərə 
verilirdi. Biz də müştəri kimi alış­veriş məqsədilə res­
toranın arxa tərəfinə keçib, həmin müqəddəs Xalanın 
yanına getdik. Restoranın arxasında, açıq havada qurul­
muş masanın baş tərəfində Xala ləqəbli insan alverçisi, 
ətrafında 8­9 nəfər həyat işçiləri, bir də Xala ilə rumka­
rumkaya vuran iki nəfər kişi oturmuşdu. Onlara bizim 
nə niyyətlə gəldiyimiz bütün gəlişlər kimi aydın idi. İn­
san alverçisi şeytani gülümsəmə ilə üzünü bizə tutub:
– Seçin, cavanlar, – dedi. 
Sanki müqəddəs Xala qab­qacaq satıcısı, bizə “se­
çin” deyərək göstərdiyi məzə qadınları isə cansız 
əşyalar idi. Satıcının rahatca “seçin” deyə o qadınla­
rı göstərməsindən, onların bu qədər alçaldılmasından 
özüm xəcalət çəkdim. Amma elə görünürdü ki, o söz 
bədənlərini satmaq üçün sıraya düzülmüş arsız qadınla­
ra əzgin deyil, xoş bir ifadə idi. Deyəsən, cansız əşyalar 
kimi işarə edilən qadınlar heç o sözü eşitməmişdilər, 
çünki onlar heç nə duymamış kimi oturub, bizim seçi­
mimizi gözləyirdilər. Biz seçimimizi edib pulu ödəyərək 
qayıracağımız qadınlarla birlikdə restoranın arxa 
tərəfində yerləşən 4­5 otaqlı, evə bənzər obyektin içinə 
girdik. Seçdiyimiz qadınlarla birlikdə hərəmiz, sadəcə, 
ikinəfərlik böyük çarpayısı olan otaqlara keçdik. Mənim 
seçdiyim “qadın” (adlandırmaq olarsa) məndən uzun, 
bir az çəkili, 26­28 yaşlarında olardı. Onun sarıya boyan­


104
mış saçları, balaca, sallaq sinələri, böyük gövdəsi var idi. 
Gözlərimə iyrənc görsənən göbəyi açıq, qısa ətəkli fahişə 
paltarlarını soyunduqdan sonra daha da eybəcərləşdi. 
Həyatımda ilk dəfə idi ki, canlı olaraq vajina görürdüm, 
o çox iyrənc, tikələnmiş ət parçalarının bir yerə yığıl­
ması kimi görünürdü. İlk dəfədi cinsi münasibətə gir­
diyim o vaxt sanki tamaşaya baxmağa getmişdim. Mən 
fahişəyə heç toxunmamış o çığır­bağır salır, məni ehti­
raslandırmağa çalışırdı. Deyəsən, dünyada heç fahişələr 
də işindən zövq almır, o, altımdan canını qurtarmaq 
istəyirdi. Bu işini sevməyən fahişənin hərəkətləri mənə 
çox iyrənc görsənirdi. O anlar: “Bu nədi axı mən edirəm? 
Necə də mənasızdı, heç zövq vermir. Bu zövqə görəmi 
bakirliyimi pozdum, özümü kirlətdim? Əlimlə mastur­
basiya etsəydim, bundan yaxşı olardı” kimi fikirlər ke­
çirdi ağlımdan. Onu qayırdıqca o, altımda öz artistliyini 
edib “öldüm, öldüm” – deyə qışqıraraq məni aldatmağa 
çalışır, mən də daha vəhşicə önə­geriyə hərəkət edərək 
“axı səni kim məcbur edir, öl” – deyə düşünürdüm. Beş 
dəqiqə sonra öz iyrənc hərəkətlərimdən, ən böyük akt­
yorun göstərdiyi tamaşadan zərrə zövq ala bilməyib eh­
tirasımı yana­yana qoyaraq paltarlarımı geyinib otaqdan 
çıxdım. Restoranın önünə keçdikdə Kərimlə Toğrulun 
bir masada əyləşib çay içdiklərini, deyib­güldüklərini 
gördüm. Yanlarına getdiyimdə onlar məni:
– İlanı yuvaya sala bildin? Necə oldu, xoşuna gəldi? 
– kimi gülərək zarafat edib sorğu­suala tutdular.
Mən də onlara:


105
– 
Super, hər şey əla idi, ləzzət elədi, – kimi cavablar 
verdim. 
Görünür, Mikayıla yaman ləzzət eləmişdi, çünki biz 
çıxmışdıq, söhbət edib çay içərək iyirmi dəqiqə ötür­
müşdük, lakin o gəlib çıxmaq bilmirdi. Mikayıl həmin 
vaxtdan on dəqiqə sonra gəldiyində:
– 25 manat verib ikinci dəfə götürdüm, əla idi, – dedi 
və utanmaz­utanmaz güldü. 
Hamımız masa arxasında oturub çay içərkən üzü­
mü dostlarıma tutaraq:
– 
Görəsən, bu qadınlar niyə bu peşəni seçiblər? – 
dedim.
Kərim gülərək:
– Pul qazanırlar də, – dedi.
Mən Kərimə baxaraq:
– Pul qazanmaq istəyirlərsə o qədər iş var ki... hələ 
özü də qadınlara, – dedim.
Toğrul böyük bir cavab verirmiş kimi:
– 
Ay qaqa, deyirəm, tək qadınlardı ki? Üzdəniraq 
kişilər də vurdurmaqla məşğuldu, bilirsən, nə qədər var? 
Düzü­dünyanı götürüblər, at ilxısı, köpək sürüsü, – dedi. 
Mikayıl Toğrulun sözünə qüvvət verərək:
– 
Hələ bu harasıdı? Transı var, geyi var, nə bi­
lim nəyi var, özlərini qoyublar axırıncı yola, – dedi. 
Mən daha söz tapmayıb:
– 
Yəqin ki, xəstəlikdi, – dedim.
Kərim:
– 
Ayə, sənə nə lazımdı? Get vur, kefini çək də. Biz 
səfehlər hara pul xərcləyək bəs? – deyərək güldü.


106
Mən bu söhbətdən bezib:
– 
Hə, yaxşı, siz nə elədiz içəridə, xoşunuza gəldi? – 
deyərək söhbəti dəyişdim.
Beləcə həmin gecəki hünərimizdən söhbət edib çayımı­
zı içdikdən sonra kəndə, kəndə çatdıqdan sonra evləri­
mizə dağılışdıq.
***
Kənddə keçirdiyim sonrakı günlərin gündüzlərini 
qohum evlərində, axşamlarını dostlarımla kafelərdə, 
gecələrini də yatağımda keçirirdim. Yataqda olduğum 
vaxtlar arabir Arzu yadıma düşür, kefim pozulur, içi­
mi çəkib yatırdım. Yəni anlayacağın, dostum, dərslər 
yadıma düşmürdü. Ayın 8, 12, 16, 21, 26­sı, bir də 29­u 
imtahanlarım var idi. Mənsə heç bir imtahana hazır 
deyildim. Ayın 6­sı qatara bilet alıb, ailəmlə, dostla­
rımla sağollaşaraq, hazırlıqsız axşam saat 11 qatarı 
ilə Bakıya yola düşdüm. Səhər saat 7­yə işləmiş qatar 
“28 May”a çatdığında iki şey kefimi pozdu, biri hava­
nın çox ürəksıxıcı görsənməsi, digəri isə Arzu ilə bağlı 
xatirələrin yadıma düşməsi. Kefsiz halda vağzaldan bir­
başa Zabratda kirayələdiyimiz evə getdim. Evin soyuq 
olmağından çox səssiz olması kefsizliyimə qol­qanad ol­
muşdu. Böyük kefsizliklə setkayla həsirlənmiş çarpayı­
ma girib yatdım. Gözlərimi açdığımda Zaminlə Kənanın 
evdə olduğunu gördüm. Görüşüb aynabənddəki 
yerlərimizə oturub rayondakı ab­havadan, Yeni ili necə 
keçirdiyimizdən, nə etdiyimizdən danışdıq. Onların da­
nışdıqlarından, analizimə görə, bu qısa tətilləri mənimki 
kimi maraqlı olmamış, durğun keçmişdi. Maraqlı dedi­


107
yim ov və marixuana idi. Mənim onlara ilk söhbətim 
ov macəramdan olmuşdu. Onlar mənə təəccüblə baxır, 
maraqla dinləyirdilər. Bu macəra söhbətim onların çox 
xoşuna gəlmişdi. ikinci söhbətimdə rayonda çəkdiyim 
həşiş ilə bağlı təəssüratımı bölüşmək var idi. Bu, Kənana 
maraqlı görsənsə də, Zamini daha çox cəlb etmişdi. Belə 
ki, o mənə “rayona yenə gedəndə gətirərsən, mən də 
çəkərəm, heç çəkməmişəm” demiş, mən də gətirəcəyim 
barədə ona söz vermişdim. Səhəri gün Akademiyaya 
Azərbaycan dilindən imtahan verməyə getdim, ayın 
12­si isə tarixdən. Bu fənlərdən imtahanlar çox asan 
oldu mənə. Kursda öyrəndiklərimin bəhrəsini bu imta­
hanlarda bir daha topladım. Bütün imtahanlar qurtar­
dıqda dörd fəndən keçmiş, ikisindənsə kəsilmiş oldum. 
Kəsildiyim fənlərin hərəsinin bir kəsilmə səbəbi və ya da 
bəhanəsi var idi. O fənnin birini sevmir və oxumurdum, 
digər fəndən kəsilməyimə səbəbsə, imtahanına gedəndə 
özümü çox rahat hiss edib, arxayınlaşmağım olmuşdu. 
İmtahanlarla birinci semestr sona yetdi və ikinci semestr 
start götürdü.


108
İkinci semestr
İ
kinci semestrin əvvəllərində dərslərdən, qəm­
kədərdən fərqli bir şey olmasa da, ortalarında yeni 
sevgi sərgüzəştim başladı. Bu sərgüzəştim martın orta­
larında iştirak etdiyim pulsuz ingilis dili danışıq klu­
bunda tanış olduğum Günay adlı qızla közərdi. O gün 
Günayla danışıq klubundan ayrılaraq söhbət edə­edə 
gedib Dənizkənarı bulvarda yerləşən kafelərdən birində 
əyləşdik. Orada bir az ordan­burdan, dərslərdən­
filan söhbət etdik. Kafedə boş­boş söhbətlərdən son­
ra sağollaşıb ayrılmışdıq. Kafedə oturduğumuz vaxt 
“Facebook”dan ona dostluq dəvəti atmışdım, o da ya­
nımdaca dəvəti qəbul etmişdi. Günay da mənim kimi 
1­ci kursda oxuyurdu. Bu, müsbət haldı, yaşı yaşıma uy­
ğun idi yəni. O 1.60 sm boylarında, qara saçlı, iri gözlü, 
iri dodaqlı, cəlbedici bir qız idi. Məni ona ən çox cəlb 
edən iri dodaqları və gözəl bədən fiqurasının olması idi. 
Armudu stəkana baxsan, necə fiquranı nəzərdə tutdu­
ğumu anlayarsan, böyük dal və sinələr. O çox şeyi ilə 
gözlərimi oxşamışdı. Onun dik sinələri, işıldayan gözləri 
tamam ağlımı əlimdən alırdı. Onu sevirdim, yoxsa onun 
bədəninimi əldə etmək istəyirdim suallarını özümə bir 
neçə dəfə vermiş, amma cavabında birtərəfli olmamışdım. 
Günayla tanış olduğum günün axşamı onun “Facebook” 
profilində paylaşdığı nə varsa bəyənib, “Salam, necəsən, 
çatdınmı evə?” – yazaraq mesaj yolladım. Bir az da tele­


109
fonla mesajlaşıb əksər cavanlar kimi səbirsizliklə cavab 
yazmasını gözlədim. Otaq yoldaşlarımla yemək yeyib 
çay içərək, söhbət edərək vaxtı səbirsizliklə ötürürdüm. 
Bu arada mən ikinci semestr başlayanda Zabratdakı 
kirayə evdən – Zamingildən ayrılıb Əcəmiyə, başqa 
dostlarımın yanına köçmüşdüm. Əcəmidəki kirayə 
evin sahibi hazırlıq kursundan sinif yoldaşım Nurlanın 
öz evi idi. Bu evdə Qüdrət, Nurlan və mən – üç nəfər 
yaşayırdıq. Biz üçümüz də bir­birimizlə hazırlıq kur­
sunda tanış olmuşduq. Onların ikisi də məndən arıq və 
uzun idi. Qüdrət ovalsifət, qarayanız idi, Nurlanınsa 
üçbucaq sifəti, sarıya çalan dərisi var idi. Onların ikisi 
də mənim kimi hüquqşünaslıq ixtisası üzrə oxuyurdu­
lar. Qüdrətgillə müəllimlərdən, dərslərdən, qızlardan 
söhbət edib mesajı yazdığımdan bir saat sonra profili­
mi yoxladıqda Günaydan cavab gəldiyini gördüm. O: 
“Salam, yaxşıyam, bəs sən? Hə, çoxdan çatmışam, ma­
raqlandığın üçün çox sağ ol” yazıb sonunda smaylik 
qoymuşdu. Mən də tez: “Mən də yaxşıyam, təşəkkürlər. 
Narahat oldum, dedim görüm bu xanım evə çatdımı­
çatmadımı” yazıb sonuna utanan smaylik qoyub yolla­
dım. O da: “Məni də bu qədər düşünən olarmış” yazıb 
sonuna mənim kimi utanan smaylik qoymuşdu. Beləcə 
hər gün nəsə bəhanə edib yazışaraq bir­birimizə daha da 
yaxınlaşırdıq. Lap əvvəl tanış kimi, sonra dost, ən axır­
da da sevgili kimi danışmağa başladıq. Bunların hamı­
sı biz müasir gənclərin əlində texnikanın inkişafı kimi, 
çox sürətlə baş vermişdi. Dost kimi münasibətdə olan­
da hər həftə sonu ya sinemaya, ya buzda sürüşməyə, 


110
ya bovlinq oynamağa, ya da başqa bu kimi əyləncələr 
üçün görüşür, birlikdə vaxt keçirirdik. Ondan xoşlan­
dığımı, deyəsən, aprel ayının ortalarında “Facebook” 
üzərindən mesajla yazmışdım. O buna görə üç gün 
məni “Facebook”da dostluqdan çıxarıb bloka atmışdı. 
Bundan əlavə iki gün danışdırmayıb naz etdikdən son­
ra etiraf etmişdi ki, o da məndən xoşlanır. Sevgili kimi 
görüşdüyümüz ilk gün mənə çox həyəcanlı gəlmişdi, 
bu sevgili münasibətləri həyatımdakı ilklərdən biri 
idi. Həyatımdakı ilk addımım, ilk sözüm, ilk qarla ta­
nışlığım, ilk tənhalığım, ilk seksim, ilk sevgilim və 
bundan sonra olacaq bütün ilklərim. Günayla sevgili 
münasibətindən başqa bir ilkim də öpüşməyim olmuş­
du. Bu hadisə sevgili olduğumuzda şənbə günü birlikdə 
getdiyimiz qaranlıq sinema zallarından birində baş ver­
mişdi. O ilk öpüş çox qısa sürmüşdü. Həyatımdakı o ilk 
əksər ilklərdən daha ləzzətli, daha ecazkar idi. Qaranlıq 
zalda dodağımı uzadıb onun qırmızı rəngli, böyük do­
daqlarına söykəmişdim. Onun iri dodaqları çox yumşaq 
və isti idi. İsti dodaqlarından yediyi şirin popkornların 
şəkərini dilimdə hiss etdikdə ayaqlarıma qədər keyimiş, 
sağ tərəfimi hiss etməmişdim. Mən o dadı yenə dadmaq, 
o hissi yenə yaşamaq, onun iri, isti dodaqlarından saat­
larla yapışmaq istəyirdim. Günay da bir dəfə mənimlə 
saatlarla öpüşmək istədiyini dilə gətirmişdi. Biz də ra­
hatca öpüşə bilək deyə yeni alternativ axtarıb tapmış­
dıq, ya bir günlüyünə oteldə otaq kirayələyirdik, ya da 
günlük kirayə evləri. İlk kirayəmiz otel otağı olmuşdu. 
Mayın əvvəlləri, gözəl yaz günlərindən biri, səhər saat 


111
10­da görüşüb otaq sifariş etdiyimiz otelə getdik. Otelin 
otağına girər­girməz öpüşməyə başlamışdıq. Dodağımı­
zı ayırmadan yatağa uzanıb bir­birimizi bərk­bərk qu­
caqlayaraq yarım saat eləcə öpüşdük. Damarımdakı qan 
qaynamağa başladıqda onun əynindəki qısaqol köynəyi 
çıxardım. Döşlərini görməyimi əngəlləyən, dağların üs­
tünü qar kimi örtmüş bəyaz sinə geyiminin bağlarını 
tələsə­tələsə, çətinliklə açdım. Həmişə köynəyin altında 
gördüyüm, daha doğrusu, görə bilmədiyim dik sinələri 
günəş kimi gözlərimi qamaşdırdı. Öz köynəyimi də çıxa­
rıb onun sinəsinin ucundan sovurmağa, inək danasını 
yalayan kimi yalamağa, içinə su doldurulmuş şar kimi 
oynatmağa başladım. Üstünə uzanıb sinəsini özümə 
sıxaraq boynundan öpdüyümdə ehtirasdan altımda 
çapalayır, heyvani səslər çıxarırdı. Ehtiras gözlərimi 
bürüdükdə cins şalvarının düyməsini açıb dartaraq 
əynindən çıxardım, öpüşmək məqsədilə kirayələdiyimiz 
otaqda daha niyyətimiz dəyişdi, tamamən lütlənib anal 
seks etməyə başladıq. Hava qaralanadək qan­tər içində 
ancaq sekslə məşğul olduq. Axşam olmamış oteldən 
xoşbəxtcəsinə çıxaraq evə getmək üçün ayrıldıq. Sonra­
kı həftə sonları da kirayələrdə görüşür, öpüşür, sekslə 
məşğul olurduq. Bir fahişə ilə bakirliyimi pozduğum­
dan bir an olsun təmizliyim barədə düşünmürdüm. 
Mənim üçün ancaq ləzzətlər və günahlar var idi, dün­
yamda su pərilərinin göz yaşları dayanmış, qəm dəryası 
qurumuşdu. Xoşbəxtlər dünyasının kralı mən, kraliçası 
isə Günay olmuşdu. Günahlı həyatımda dərsləri tamam 
unutmuş, Akademiyanın yolunu itirmiş, qayıbları sıra­


112
ya düzmüşdüm və bunlara baxmayaraq, kefimi kök tu­
turdum. Günaylı həyatımda məni narahat edən, kefimi 
pozan, sadəcə, bir şey var idi. O da ki sevgilisi olan bir 
qızı, sevgilim ola­ola, hər gördüyümdə kədərlənməyim 
idi. Mən Günayla eşq həyatı yaşasam da, Arzunu hər 
gördüyümdə Günayı unudurdum. Köhnə xatirələr yadı­
ma düşür, Arzunun sevgilisi var deyə təəssüflənir və an­
caq o anlar Arzunun xəyallarına dalırdım. Amma geriyə 
qalan bütün vaxt Günayı, onunla yaşadığım şeyləri 
düşünürdüm. Bu çox qəribə bir hissdir, iki nəfərdənmi 
xoşlanıram mən? Ad da qoya bilmirəm. Bəlkə də şor­
gözlükdür, bilmirəm.


113
Həqiqət
2015­ci ildə Bakıda keçiriləcək olan Avropa oyun­
larına görə şəhərdə yerləşən təhsil müəssisələri 
həmişəkindən tez yay tətilinə gedəcəkdi. Bu səbəbdən 
ikinci semestrin imtahanları may ayına çəkilmişdi. İmta­
hanlar o aya çəkilmişdi ki, mən həmin ay ancaq ehtiras­
larımın dalınca qaçır, dərs oxumur, imtahanlara hazır­
laşmırdım. Həmin vaxt imtahanların aralığında rayona 
getmişdim. Mən kəndə getdiyim vaxtdan üç ay öncə 
Toğrul el­obamızı qorumaq üçün xidmətə, əsgərliyə get­
mişdi. Kərim günün günorta çağı rayondakı kafelərin 
birində dostları ilə birlikdə marixuana çəkib sərxoş hal­
da rayona çıxdığından polis tərəfindən üzərində ma­
rixuana ilə yaxalanıb iki ay inzibati həbsdə olduqdan 
sonra hərbi xidmətə yollanmış, Mikayıl da kənddə tək 
canavar kimi qalmışdı. Kənddə olduğumda Mikayılla 
kafelərdə avaralanıb ancaq içməklə məşğul olmuşdum. 
Şəhərə döndüyüm zaman Kərimin tutulmasından ibrət 
almayaraq Zaminə söz verdiyim kimi özümlə iki baş 
marixuana da gətirmişdim. Onun bir başını Zaminlə 
doldurmağa, digərini isə özüm üçün kimləsə çəkərəm 
deyə elə­belə götürmüşdüm. O elə­belə götürdüyüm 
marixuananı Günayla birlikdə, ondan ayrıldığım gün 
çəkmişdik. Biz marixuananı ona görə çəkməmişdik ki, 
ayrılıq qəmindən yaxa qurtaraq, çəkdikdən sonra ayrıl­


114
mışdıq. Onunla günlük kirayə evlərin birində özümüz 
üçün əylənərkən aldığımız çaxırı içib, daha da dərinliyə 
gömülək deyə cibimdə gəzdirdiyim kibrit qutusuna 
qoyduğum çətənə otunu gilizə dolduraraq çəkmişdik, 
bundan sonra ayrılmışdıq. Ayrılmağımıza səbəb onun 
iradəsiz halda dediyi cümlə olmuşdu. Günayla içib­
çəkdikdən sonra meylə yatağımıza uzanıb öpüşəndə o 
mənə gözləri axa­axa: “Sən yaman yaxşı öpüşürsən, –
deyib gülərək əlavə etdi: – Mövsüm dodaqlarımı yara 
edirdi”. Bu iradəsiz etirafından sonra onu həyatımdan 
birdəfəlik çıxardım. Çünki başqası ilə oynaşmış qadın 
mənim üçün ən dəyərsiz, ən gərəksiz qadındı. Elə bir 
qadını sevə bilməz, ürək rahatlığı ilə həyatımda yaşa­
da bilməzdim. Axı qadının müqəddəsliyi yalnız cinsi 
orqanından ibarət deyil. Onun gözləri başqasına bax­
mışsa, əlləri başqa adamın əllərini tutmuşsa, saçları ilə 
Mövsüm oynamışsa, dodaqlarını başqasına vermişsə, 
daha onun müqəddəsliyi necə olacaq bəs? Daha onun 
mənə məxsusluğu nə olacaq? Nə başqasına baxan göz, 
nə başqa əli tutan əl, nə o ürək, nə o dodaqlar, nə bədən, 
nə də o gözəllik mənə gərəkdi. Bir kişinin qadını öz 
müqəddəsliyini itiribsə, o kişi hər şeyini itirib deməkdir, 
amma xəyanət etmiş kişinin qadını heç nə itirmir, axı 
kişi qadın qədər müqəddəs deyil. Mən nəyimisə itirmək 
istəmirəm, qadınım da nəsə itirməyəcək. Mən, heyif, 
əvvəldən anlamamışdım ki, Günay Kərimin oynaşdığı, 
kənddəki quşbala qızdan heç də fərqlənmir. Sadəcə, biri 
gic, biri isə bic idi.


115
***
Günayla ayrıldıqdan sonra həyatım yenə qəm axa­
rına düşmüş, Arzulu xatirələr canlanmış, su pərilərinin 
göz yaşları sel olmuşdu. Nə yaxşı ayrılıq zamanı im­
tahanlar bitmiş, dərslər qurtarmışdı. Mən yenə kəndə 
– ailəmin, dostlarımın yanına qayıtmışdım. Kəndə qa­
yıtmazdan öncə Zaminlə çəkmək üçün gətirdiyim ma­
rixuananın zibilinə düşdüm. Elə bir zibil ki, ömür boyu 
o zibilin içindən çıxa bilməz, özümü bağışlaya bilməz, 
daim vicdan əzabı çəkərək yaşayardım, ya da yaşaya 
bilməzdim. Həmişə kənddə dostlarımla tütünə qarışdı­
raraq hazırladığımız həşişlər kimi Zaminlə birlikdə ol­
duğumda da gətirdiyim marixuananı tütünlə qarışdırıb 
gilizə dolduraraq hazırladım. Əvvəllər daim birlikdə 
oturub söhbət etdiyimiz kirayə evin aynabəndindəki ya­
şıl üzlü divandan ayağa qalxıb gilizi yaşlayaraq birinci 
özüm çəkdim. Zaminə də necə çəkmək gərəkdiyini ən 
pis müəllimin ən yaxşı danışdığı mövzu kimi öyrətdim. 
Zamin közərən gilizi damağına qoyub çəkdiyim kimi 
tüstünü ciyərlərinə çəkdi, 1­ci nəfəs, 2­ci nəfəs, 3­cü 
nəfəs. Üçüncü tüstünü alaraq həşişi mənə qaytardıqda 
ciyərlərinə çəkdiyi tüstünü çölə üfürüb: “Sinəm sıxılır” 
– dedi. O, tez­tez nəfəs alıb­verərək əllərini alnına tutub 
yerə çöməldi. Əllərini üzündən çəkib qızarmış gözləri 
ilə mənə baxaraq: “Özümü pis hiss edirəm, gözlərim 
qaralır”, – dedi və huşunu itirərək üzüstə göy rəngli, 
nazik xalının üzərinə aşdı. Zaminin bu halını əvvəlcə 
zarafat sanıb çiyinlərindən tutaraq silkələdim. Üzünə 
baxdığımda ağzından bulanıq su gəldiyini gördüm. Za­


116
minin zarafat edəcək halının olmadığını, həqiqətən də 
huşunu itirdiyini gördükdə əllərim əsmiş, özümü itir­
mişdim, çaşbaş qalıb nə edəcəyimi bilmirdim. Əvvəlcə 
onun çiyinlərindən tutaraq möhkəmcə silkələdim, gəl 
ki, o ayılmaq bilmədi, ayılmadı. Özümü birtəhər ələ alıb 
nə edəcəyimi düşündüm. İlkin tibbi yardım kitabından 
təqribi yadımda qalan bir­iki tədbiri sınadım. Əynindəki 
yüngül, yarımqol köynəyi çıxarıb şalvarının belindəki 
kəməri boşaltdım. Belinin altına iki­üç dənə balışdan, 
nalçadan qoyub soyuq suda islatdığım parçalardan 
birini alnına, digərini isə sinəsinin üstünə qoydum. 
Əlimə keçən bir dəftərlə yavaş­yavaş sərinlik verdim. 
Xoşbəxtlikdən təqribən etdiyim iki­üç hərəkət işə yara­
dı. Zamin yavaş­yavaş gözlərini açıb məni həyata qay­
tardı. Onu uzandığı yerdən güclə ayağa qaldırıb təmiz 
havaya çıxardım. Açıq havada gəzdirdiyimdə mədəsi 
bulandı, nə yemişdisə, qusdu­batırdı. Qusduqdan sonra 
eyvandakı krandan üzünə soyuq su vurub yenidən içəri
saldım. Bir­iki stəkan soyuq su içdikdə əhvalı bir azca 
düzəlsə də, başı ağrıyırdı. 30 dəqiqə sonra əvvəlkinə 
nisbətən yaxşılaşdı. Zamin onu saldığım hala görə mənə 
baxaraq, sadəcə, gülümsədi. Kaş gülümsəmək yerinə 
durub yumruq­təpiyin altına salaydı, üzümə tüpürüb 
qovlayaydı. Haqqı da vardı, onu az öncə nə hala sal­
mışdım, o isə mənə, sadəcə, gülümsəmişdi. Bu mənə 
ölümdən də betər idi. O an: “Bir insanı, özü də yaxın 
bir insanı, dostumu zəhərlədim, necə də alçaq bir in­
san, necə də alçaq bir dostam”, – deyə düşünür, özümə 
zərər vermək istəyirdim. Halbuki mən ikinci bir alçaq­


117
lıq edib Zaminin gülümsəməsinə gülümsəyərək qarşılıq 
vermişdim. Üçüncü dəfə alçalmamaqdan ötrü bir daha 
kimisə zəhərləməmək üçün Zaminlə baş verən hadisə 
ilə birdəfəlik marixuananın, narkotik vasitələrinin daşı­
nı ataraq kəndə döndüyümdə dostum Mikayılı da bu 
kimi məşğuliyyətlərdən ayırmağı bacardım. 
***
Kənddə olduğum həmin yay hər dəfə kənddə ol­
duğumda elədiyim şeylərdən əlavə məşğuliyyətlər 
tapmışdım. Bu məşğuliyyətlərim üzgüçülük, boks 
və body­building idmanlarından ibarət idi. Həmin 
məşğuliyyətlərə görə bədənim xeyli inkişaf etmiş, 
hərəkətlərim çevikləşmişdi. Bu məşqlərlə həftənin 2, 
4, 6­cı günləri məşğul olurdum. Saat 10­da rayonumu­
zun olimpiya kompleksinə gedir, 1 saat hovuzda üzür, 
Bölgə üzrə Regionla boks mərkəzində iki saat boksla 
məşğul olur, axırda body­building məşqinə girirdim. 
Axırıncı məşqdən çıxdıqdan sonra iki dənə banan ye­
yir, bir litr süd içirdim, hər hansı bədən inkişaf etdirən 
dərmanlardan qəbul etmirdim. İdmanla məşğul oldu­
ğum üç ay ərzində gündə beş dəfə yemək yeyirdim. 
Nizamlı məşqlərimin ilk iki ayında artıq yaxşı əzələli 
bədən formalaşdırmışdım. Həmin zaman ərzində danış­
dığım mövzular da ancaq idmana aid şeylərdən ibarət 
idi, kimlə söhbət edirdimsə, baş­qulağını xarab edirdim. 
Bu idmanlarla məşğul olmağımın hər birinin öz səbəbi 
var idi. Üzgüçülüklə ona görə məşğul olurdum ki, bəlkə 
zəhmətimə Allahın rəhmi gəldi, bir az uzana bildim. 
Boksla ona görə məşğul olurdum ki, bu həm uşaqlıqda 


118
məşğul olduğum idman növü idi, həm də elə uşaqlıqda 
düşündüyüm kimi pis insanlardan özümü müdafiə 
etmək məqsədi daşıyırdı. Body­buildinglə, demək olar 
ki, mənasız yerə, özümü qızlara, camaata idmançı biri 
kimi göstərmək məqsədilə məşğul olurdum. Belə bax­
dıqda elə üzgüçülüklə məşğul olmağım da göstəriş xa­
rakteri daşıyırdı. Biri boyumun uzun olması ilə özümü 
göstərmək məqsədi daşıyırdı, digəri isə idmançı olaraq. 
İndi boyumun uzun olmasını özümə o qədər də komp­
leks etmir, başımın içini yeni biliklərlə doldurmağa 
çalışır və bunun daha önəmli olduğunu düşünürəm. 
Söhbətimin canı həmin yay avaralanmayıb ən azından 
fiziki inkişafıma yönələn şeylərlə məşğul olduğumu çat­
dırmaq idi. Yay ərzindəki bir məşğuliyyətimi deməyi 
unutdum. Bu məşğuliyyətim də bədii kitablar mütaliə 
etmək idi. O zaman həyatımda ilk dəfə idi ki, bədii kitab 
oxuyurdum. Bu ilkimi yaşadıqda son qənaətim “mən 
də belə kitablar yaza bilərəm” olmuşdu və oxuduğum 
kitablardan xeyli maraqlı məlumatlar əldə etmişdim.
***
Yaydan sonra yenə dərslər, yenə imtahan, yenə 
Arzu... Bunların üçü də canımı sıxır, üçündən də uzaq 
olmağa çalışır, amma ola bilmirdim. İkinci kursda oxu­
duğumda kirayə evi dəyişmişdim, Nərimanovda, kur­
sdan dostum olan Əhmədlə birlikdə qalırdım. Burada 
kirayə evlər baha olduğundan bir mənzildə beş nəfər 
yaşayır, aylıq kirayəni beş nəfər arasında bölürdük. 
Beşliyə daxil olan digər kəslər Əhmədin tələbə yoldaşla­
rı idi. Əhməd vasitəsilə onlardan ikisi ilə dostlaşmışdım. 


119
Biri ilə isə yola gedə bilmir, hey mübahisə edirdik. Bu 
evdəki söhbətimizin əksəriyyəti, demək olar ki, hamısı 
ancaq dinlə, Allahla bağlı idi. Ən çox da içəndən sonra bu 
mövzuda söhbətlər etməyə başlayırdıq. Mən Əhmədə 
Allahın varlığını anlatmağa çalışdıqda onun anladığı­
nı bilir, ancaq bununla razılaşmaq istəmədiyini anla­
yırdım. Axı Allah olsa, azadlığını itirəcək, istədiklərini 
ürək rahatlığı ilə edə bilməyəcəkdi. Axı Allah olsa, 
fahişələrlə cinsi münasibətə girə bilməyəcək, içki içə 
bilməyəcək və İncildə, Quranda qadağan olunan digər 
şeyləri edə bilməyəcəkdi. O, bəlkə də, varlığına inanmaq 
istəmədiyi Allaha hörmətdən belə edirdi. Biri var Alla­
hın varlığına inanan və qadağan edilmiş şeyləri edənlər, 
biri də var Allahın varlığına inanmayıb qadağan edilmiş 
şeyləri edənlər. Belə baxdıqda ikincisi daha yaxşıdır. 
Çünki o, ən azından Allahın qadağan etdiyini bilə­bilə 
hörmətsizlik edib onu etmir. Amma birincisi isə Alla­
hın var olduğunu anlayır, nəyi qadağan etdiyini bilir 
və buna məhəl qoymadan öz istədiyini edir. Mən Allah 
deyiləm, kimsənin ürəyindən keçəni oxuyum, niyyətini 
bilim, fərqli düşüncələr, fərqli niyyətlər ola bilər və mən 
hər düşüncəyə, hər niyyətə uyğun hər şeyi hər zaman 
tamamilə bilə bilməz, əhatə edə bilmərəm. Amma özüm 
şahid olduğum bir şey var – bu, Əhmədin oxuduğu elmi 
bir kitabdan Allahı tapması, qadağan olunmuş hər şeyə 
son verməsi və mənim çaşqınlığımda şübhələrimə ay­
dınlıq gətirməsidir. Yenicə Arzu ilə barışıb sevgili oldu­
ğum, Əhmədin Allaha qayıtdığı bir vaxt ağlımda qaran­


120
lıq qalan, həmişə müzakirə etdiyimiz mövzuya aydınlıq 
gətirmək üçün o mənə belə bir sual verdi: 
Arzunu niyə sevirsən?
Mən çaşqın halda:
Axı mənim münasibətimin bu mövzu ilə nə əlaqəsi, 
ay Əhməd? – dedim.
Əhməd gülümsəyərək səmimiyyətlə: 
Əlaqəsi var, sən, sadəcə, suallarıma cavab ver, – 
dedi. Yenə soruşdu: – Hə, de görüm, niyə sevirsən?
Mən Arzunu niyə sevdiyimi bilərək:
Həm tərbiyəli, həm də gözəl olduğu üçün, – dedim.
Əhməd sanki elə bu cavabı gözləyirmiş kimi, nə 
tələsmədən, nə də gecikmədən:
O qədər tərbiyəli, həm də gözəl qız var, axı niyə onu 
sevirsən? – deyə bir az çaşdırıcı sual verdi.
Mən:
Burada nə var ki, mənim o xoşuma gəlir, onu 
sevirəm, – dedim.
Bu sözü dediyimdə cavabımda nəyinsə çatışmadığını 
hiss edirdim. Əhməd yenə səmimiyyətlə gülümsəyərək:
Elə mən də onu soruşuram, axı niyə o xoşuna gəlir? 
O qədər tərbiyəli, gözəl qız ola­ola?! – soruşdu.
Mən də axır təslim olub, bir az pərt olmuş halda:
Bilmirəm, – dedim.
Əhməd yenə də bu sözü gözləyirmiş kimi:
Hə, Kənan, bax bu bilmədiyin şey sənin taleyindir, 
sən ona bilmədən boyun əymisən, – dedi.
Mən:
Axı mən onun tərbiyəsini, gözəlliyini sevib, iradəmlə 
bunlara görə seçimimi etmişəm, – dedim.


121
Əhməd:
Özün də dediyin kimi, o bildiklərin sənin iradəndən, 
bilmədiklərinsə taleyindən asılıdır. Allahın yazısı var, 
biz isə ona bilmədən boyun əyirik, necə ki sən indi 
edirsən, – dedi.
Əhmədə həmin vaxt bəhanələr gətirib razılaşmasam 
da, sonradan mənə onun dedikləri aydın oldu və onunla 
razılaşdım.
***
İndi, dostum, sənin ağlındakı sual, yəqin ki, Arzu 
ilə necə, nə zaman sevgili olduğumuzdur. Buna sənin 
üçün, həm də öz istədiyim üçün aydınlıq gətirim.
İkinci kursun ortalarında Arzunun dostu, mənim də 
tələbə yoldaşım olan Nigar xanımla “WhatsApp”da ya­
zışırdım. O mənə: “Salam, Kənan, necəsən? Sabah Bakı 
Dövlət Universitetində “sahibkarlıq fəaliyyəti” ilə bağlı 
hüquqi təlim olacaq, gəlmək istəyirsənmi?” – yazmış­
dı. Mən də hal­əhval tutduqdan sonra: “Hə, gələrəm, 
onsuz da bikarçılıqdı, bizdən başqa kimlər gələcək?” – 
yazmışdım. Nigar: “Bizim tələbələrdən bir mən, bir də 
Arzu” – yazıb cavabımı gözləmədən arxasınca: “Hə, bir 
də Arzunun qardaşı, keçən kurs sinemada tanış olduğu­
muz oğlan” – yazmışdı. Onun yazdığını oxuyanda san­
ki sinəmə nəsə sancdılar, bir əcaib hiss keçirib, ağlımda 
yaranan şübhəyə aydınlıq gətirmək üçün tələsik: “Nə 
vaxt? Hansı oğlan?” – yazdım. Sonrakı yazışmalarımız­
da hər şey mənə aydın olmuşdu. Sən demə, birinci kur­
sun axırlarında Arzu ilə qol­qola girib bizə sarı gələn oğ­
lan Arzunun özbəöz qardaşı imiş. Bunu anladıqda həm 


122
çox sevinir, həm də çox təəssüflənirdim. Sən demə, bir 
ilə yaxın mən boş­boşuna vaxt itirir, xəyaliliklə özümə 
əzab verir, Arzunun sevgilisi olduğunu düşünürdüm. 
Onunla bağlı xatirələri unutmaq üçün hər iyrəncliklərə 
əl atır, min bir oyundan çıxırdım. Necə axmaq olduğu­
mu, hər şeyi anlamadan, bilmədən qərar verdiyimi dü­
şünürdüm. Bu yazışma ilə yaxın keçmişdə baş verənləri 
heç olmamış kimi unudub yeni hisslər yaşamağa baş­
ladım. Birinci kursda sinemaya getməzdən əvvəlki 
hisslərim yenə qəlbimdə canlandı. Arzuya qarşı olan saf 
məhəbbət hissi bir daha qəlbimdə közərib şiddətlə alov­
landı. Sabahı gün hazırlaşıb Nigarın dediyi yerdə onlar­
la görüşüb, getdik Bakı Dövlət Universitetinə. Sinemada 
eybəcər görünən, qoyuna bənzətdiyim, nifrət etdiyim o 
oğlan indi yaraşıqlı, alicənab, mehriban bir oğlan kimi 
görünürdü gözlərimə. Bir il ərzində Arzu ilə olan soyuq 
münasibətimdən sonra ona bu dəfəki səmimi yanaş­
mam onu çox sevindirmişdi. Əlbəttə ki, buna mən də 
çox sevinirdim. 


123
Sevgi
N
igarın mesajları günəş tək doğub qaranlıqla­
rı aydınlaşdırdıqda qərar vermişdim ki, daha 
vaxt itirmədən, heç nədən, kimsədən çəkinmədən Ar­
zuya sevdiyimi söyləyəcəyəm. Elə bu qəti qərarımla 
Akademiyada olduğumuz bir vaxt ona yaxınlaşıb bir 
neçə dəqiqəsini mənə ayırmasını söylədim. O da məni 
qırmayıb bir neçə dəqiqəsini mənimlə bölüşdü. Ar­
zuyla bir kənara çəkilib, həyəcanlı olmasam da, onun­
la əyləndiyimi düşünməsin deyə özümü həyəcanlı 
göstərərək qəlbimdə hayqıran sözləri dilimə gətirdim:
– Arzu, bunu sənə necə deyəcəyimi bilmirəm, 
amma demək istəyirəm, özü də haçandır, deyəcəyim 
sözü səmimi qarşılamağını, bir anda qərar verməməyini 
istəyirəm. – O mən danışdıqca dediklərimi başı ilə 
təsdiqləyirdi, sanıram, nə deyəcəyimi anlamışdı. – Sözü 
necə başlayım bilmirəm, e... necə oldu başlayıram, 
amma məni səmimi qarşıla, – deyib, – səndən xoşum 
gəlir, – deyə əlavə etdim.
Mən sözümü bitirdikdə Arzu utanaraq mənə baxıb 
astadan:
– Hə, ola bilər, başqa sözün yoxdursa, gedirəm, – 
dedi.
Mən fikrimi ona tam açmadığımı düşünüb:
– Yəni, Arzu, demək istəyirəm ki, mən həyatımı 
səninlə bölüşmək istəyirəm, ömür boyu səninlə birlikdə 


124
yaşamaq istəyirəm, sən də həyatını mənimlə paylaşar­
sanmı? Amma xahiş edirəm, indi cavab vermə, düşün, 
sonra cavab verərsən, – dedim, çünki onu çox sevir, 
onunla bir ömür yaşamaq istəyirdim və mənə “yox” 
deməsini istəmirdim.
Mən sözümü bitirdikdə o qızararaq:
– Yaxşı, – deyib yanımdan ayrıldı.
Bundan sonra daha da çox əzab çəkməyə başladım, 
onun cavabını səbirsizliklə gözlədim. İki­üç gün sonra o 
mənə cavab verdi: “Yox!” O bunu mesaj yazıb yollamışdı. 
Mesajı oxuduqda gözlərim dolmuş, qıpqırmızı olmuş, 
sarsılmış halda idim. Bilmirdim nə edim, o mənə yox 
demişdi. Həyatını mənimlə bölüşmək istəmirdi. “Onun 
üçün boşunamı sevinib kədərlənirdim? Onu boşuna­
mı bu qədər vaxt düşünürdüm? Yox­yox, belə qurtara 
bilməz, mən onu sevirəm, o mənim qadınım olmalıdır, 
mənim müqəddəsim olmalıdır” – deyə düşünərək Arzu­
ya olan eşq hissimi daha da alovlandırdım. Şıltaq uşaqlar 
kimi dediyimdən dönməyib ağılsız məqsədimin üstünə 
getdim, amma onu incidəcək, narahat edəcək şeylər də 
etmədim. Ondan uzaqlaşmadım, daha doğrusu, uzaqla­
şa bilmədim. Hardasa iki ay arxasınca süründüm. Bəlkə 
yanlış eləyirdim, amma mənə elə gəlmirdi. Qəlbimin 
tutduğu əməlləri ağılsız başla doğru elədiyimi düşünür­
düm. Həm ağlımda bir şey də var idi ki, bəlkə də mənim 
dediklərim ona inandırıcı gəlməyib? Onu aldatdığımı 
düşünür? Həm də bütün səfeh aşiqlər kimi onun da 
məni sevdiyini düşündüyümdən, hətta hiss etdiyimdən 
ondan uzaqlaşa bilmədim. İki ay süründükdən sonra, 


125
axır ki, onun qəlbinə girməyi bacardım, Arzuma yet­
dim. O, həyatına girməyimdən çox məmnun olmuş, ona 
yetmək üçün etdiyim fədakarlıqdan sevinmişdi. Bun­
dan sonrakı həyatını mənimlə bölüşmək istəyir, məni 
itirmək istəmirdi və məni itirməkdən qorxurdu. O bu 
sözləri özü mənə demişdi. Arzu ilə qovuşduğumda 
onu uzun zamandır sevdiyimi, ona bir ildir niyə bunu 
demədiyimi, niyə uzaq durduğumu, soyuq davrandığı­
mı danışıb aydınlaşdırdım. Mən baxan pəncərədən hər 
şeyin görsənmədiyi ona aydın olduqda, mənim davra­
nışlarımın səbəbini duyduqda ürəkdən gülmüş, qarda­
şının sinemaya niyə gəldiyindən danışmışdı. Sən demə, 
“Youtube” olmasaydı, mən bir il öncədən Arzu ilə sev­
gili ola bilərmişəm. Çünki sinemada izləyəcəyimiz fil­
mi Arzu müəllimdən soruşmuş, evə döndükdə film 
söhbətini qardaşına danışmış, qardaşı da “Youtube”dan 
filmin fraqmentini izləyib bəyənibmiş deyə, sinemaya 
gəlmək fikrinə düşübmüş. Sən demə, sinemaya su al­
maq bəhanəsilə girməsəymişəm, qol­qola girib gəldiyi 
qardaşını tələbə yoldaşları ilə tanış etdiyində də boşu­
na kədərləndiyimi, 13 rəqəminin uğursuzluğunun mi­
fik olduğunu anlayacaqmışam. Amma olan olub, keçən 
keçib, ən azından ona sevinirəm ki, yaxşı ki, Arzunun 
qardaşı da hüquqda oxuyur, bu səbəbdən də getdiyi­
miz hüquqla bağlı təlim onun marağını cəlb etmiş və 
təlimdə iştirak etmişdi. Yoxsa mənim üçün həyat hələ 
də Arzusuz davam edəcəkdi. Yetdiyim arzumla birlikdə 
xoş günlərim yenidən başladı, su pəriləri göz yaşlarını 
silib endorfin dənizinə dalaraq xoşbəxtlər ölkəsinə get­


126
di. Akademiyada olduğum bütün vaxtı Arzu ilə birlikdə 
olur, bir parta arxasında əyləşir, yeməyə birlikdə bufetə 
qalxır, birlikdə dərs çalışırdıq. Arzu ilə yalnız Aka­
demiyadan evə getdikdə yollarımız ayrılırdı, bu isə 
məni təəssüfləndirirdi, onunla bütün yolboyu birlikdə 
getmək istəyirdim. Akademiyaya Arzu ilə birlikdə 
gedib­gəlim deyə, yarı yolda ondan ayrılıb başqa 
istiqamətə getməyim deyə, Arzunun ailəsinin yaşadı­
ğı Qəsəbədə, onların evinə yaxın bir ərazidə kirayə ev 
axtardım, ev alqı­satqısı ilə məşğul olan şəxslərə kirayə 
ev axtardığımı dedikdə 30 manat haqq tələb etdiklərinə 
görə bir müddət divardakı elanlara zəng vurub ma­
raqlandım. Qaraçuxurdakı işıq dirəklərinə, dayanacaq­
lara vurulmuş elanlardakı nömrələrə zəng etdiyimdə 
şəhərin digər rayonlarındakı kirayə ev sahibləri ilə da­
nışdığımı, boşuna vaxt itirdiyimi görüb, əlacsız 30 ma­
natımdan keçərək maklerin siyahısındakı kirayə üçün 
verilən evlərdən birini kirayələdim. Bu kirayə ev Qa­
raçuxur qəsəbəsində yerləşən “Otaq yoldaşım Pinti” 
əsərini qələmə aldığım, Pinti ilə yaşadığım həmin evdi. 
Danışıb­dinməz, daim yatmaqla məşğul olan, indi də 
cansız bədəni ilə yataqda uzanıb qalmış otaq yoldaşım 
Pinti ilə tanışlığım Arzu ilə bağlıdır. Dərslərə Arzu ilə 
birlikdə gedib­gəlmək üçün köçdüyüm, bu əsəri qələmə 
aldığım kirayə evdə ürəyimin sıxıldığını, zamanımı 
təklikdə keçirməkdən yorulduğumu anlamış Arzu məni 
təklik sıxıntısından qurtarmaq istəyirdi. Fevralın orta­
larında əsli Antarktidadan olan, Çindən Azərbaycana 
gəlmiş bu otaq yoldaşım ilə Arzu Bakıda, hədiyyə dü­


127
kanlarının birində tanış olmuş, məni təklik sıxıntısından 
qurtarmaq niyyəti ilə dükan satıcısına Pintinin pulunu 
ödəyib fevralın 14­ü Sevgililər günü ona hədiyyə ver­
diyim zaman mənimlə tanış etmişdi. Ağ köynək, qara 
pencək geyinmiş xor rəhbərinə bənzəyən balaca otaq 
yoldaşımla birlikdə aprelin ortalarında qərar verdik ki, 
dostluğumuz münasibətilə bir əsər yazaq, doğrusu, o 
danışmasa da, onun mənimlə razılaşacağına əminəm. 
O dilsiz­ağızsız xor rəhbəri mənim ilham mənbəyimdir. 
Pinti səni çox sevir, Dostum.
Bakı şəhəri, 2016


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə