26
Elmi əsərlər 01.2010 ARDNŞ-nin Neftqazelmitədqiqatlayihə İnstitutu
mərtəbə və işlənmə mərhələlərinin
bazis və qaytarma obyektlərinə ayrıl-
masıdır. Qeyd etmək lazımdır ki, bu
obyektlərin ehtiyatları eyni səviyyədə
işlənilməmişdir. Qalıq ehtiyatın həm
kəsiliş, həm də sahə boyu qeyri-
bərabər paylanması
səbəblərindən biri
də quyuların işlənmə müddətlərı
arasında olan kəskin fərqdən ibarətdir.
Əsas fərq, yataqlar tükənmə rejimində
işləndiyi üçün, işlənmə müddətinin
olduqca uzun (75-120 il), fərdi yataq-
da isə quyuların işlənmə müddətinin
az olmasıdı (orta hesabla 10-15 il). O
cümlədən, çoxlaylı
yataqda hip-
sometrik, daha dərində olan fərdi
yataqdakı fonddan çıxmış quyuların
yuxarıdakı yataqlara qaytarılması da
həmin yataqlardakı ehtiyatın qey
-
ri–bərabər mənimsə
nilməsinə səbəb
olur. Yəni yuxarıda yerləşmiş ya
-
taqlarda daha çox quyu istismarda işti-
rak etdiyi üçün (qaytarma quyu larınnın
hesabına ) qalıq ehtiyatı azalır (şək.1).
Şək.2-də Bibiheybət yatağı
timsalında 01.01.2009-cu
il tarixinə
hər bir fərdi yataq (işlənmə obyekti)
üzrə bir quyuya ehtiyatın kəsiliş boyu
paylanmasi sxemi verilmişdir. Həmin
qrafikdən görünür ki, vahid həcmə və
ya 1 quyuya düşən qalıq çıxarıla bilən
ehtiyatın miqdarı dərinlik artdıqca
artır. Belə ki, məhsuldar qatın alt hor-
zontlarında qalıq ehtiyatın
xeyli art-
ması (potensial imkanlardan birinin
aşkar olunması) işlənmənin başa çat-
dırılması layihələrinin tərtibində öz
əksini tapmalıdır. Bu isə işlənmə sis-
teminin daha səmərəli aparılmasına
imkan verir (şək.3)
[
5
]
.
Fərdi yataqları,
strukturun
-
dan asılı olaraq, yatağın məhsuldar
sahəsi üzrə əsas üç zonaya ayırmaq
olar (şək.1). Bu zonalar bir çox hallar-
da öz aralarında lay rejimləri və
onların qarşılıqlı nisbətləri baxımın-
dan da fərqlənirlər. Belə ki, birinci
zona daha
çox həll olmuş qaz və qrav-
itasiya rejimində, ikinci orta zona,
həm yatağın yuxarı hissəsindən, həm
də orta zonadan aşağıdakı sahələrdən
neftin bu zonaya sıxışdırılması ilə
səciyyələnir (qarışıq rejim) və
nəhayət,
üçüncü zona struktur üzrə
hipsometrik baxımdan daha aşağıda
yerləşməklə, çox zaman subasqı
rejimin üstünlüyü ilə fərqlənir.
Bununla əlaqədar olaraq bu zonalar öz
aralarında həm də neftvermə əmsal
-
larının qiymətləri ilə də
fərqlənirlər.Zonalar arası fərqi təşkil
edən
digər əsas amil, həmin zonaların
məhsul darlığı və işlənmə müddəti ilə
bağlıdır. Birinci zonanın tam istismarı
üçün lazım olan müddət yatağın tam
işlənməsi üçün lazım olan müddətin
30-50 %-ni təşkil edirsə, üçüncü zona
üçün bu müddət 50-70 % təşkil edir.
İkinci zonanın iş müddəti yatağın tam
işlənməsi müddətinə bərabərdir.
Bununla bağlı
olaraq həmin zonalar
üzrə ehtiyatın mənimsənilməsi üçün
lazım olan quyuların sayı da öz
aralarında kəskin fərqlənir.
Dostları ilə paylaş: