Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   15   16   17   18   19   20   21   22   ...   127

39 
 
 
Naxçıvan Muxtar Respublikasının  yay otlaqlarının ümumi sahəsi  29736 ha-dır. Bu otlaqlar 
d.s.h.-dən  1700-1800  m-dən  başlayıb,  2900-3200  m-dək  davam  edir.  Muxtar  respublikanın 
ərazisində  qayalıq  bitkiləri  də  geniş  yayılmışdır.  Otlu,  qayalı-daşlı  yamaclarda  kəklikotynun 
çiçəkləyən dövründə  ot örtüyü  əlvan çiçəkli, təravətli  və bəzək xarakterli olur. Buradakı bitkilərin 
əksəriyyəti çoxillikdir. Bu yaylaqlarda həmçinin ağaclar, kollar və yarımkollara da rast gəlmək olar. 
Yay otlaqları 5 rayonun ərazisinə aiddir. Sədərək və Babək rayonlarında yay otlaqları olmadığından 
digər  rayonların  otlaqlarından  istifadə  edilir.  Şahbuz  rayonunda-12926  ha,  Culfa  rayonunda-5156 
ha, Kəngərli rayonunda – 1180 ha, Ordubad rayonunda -9049 ha, Şərur rayonunda isə 1425 ha otlaq 
sahəsi  vardır.  Yay  otlaqlarının  florasında  kəklikotu  növlərinin  əksəriyyətinə  rast  gəlinir.  Ancaq 
təpəlik kəklikotu -Thymus  collonus Bieb. və Koçi kəklikotu-Thymus  kotschianus  Boiss.  növləri 
daha  geniş  arealda  yayılmışdır.  Yay  otlaqlarında  mal-qara  helmimintlərlə  yoluxur.  Bu  da 
heyvandarlıq  təsərrüfatlarına  ciddi  ziyan  vurur.  Müşahidələr  göstərir  ki,  kəklikotulu  sahələrdə 
otarılan heyvanlar helmintoz xəstəliyinə az tutulurlar. Helmintlərə qarşı mübarizə məqsədilə Koçi 
kəklikotunun  efiryağından,  cövhərindən,  ekstraktından istifadə etmək üçün xammal  olaraq  çiçəkli 
yerüstü hissəsi (Herba) ayrı-ayrı rayonların  yay otlaqlarından toplanılmışdır.   
           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil. Koçi kəklikotulu taxıllı-paxlalı-müxtəlifotlu subalp çəməni 
Kimyəvi tərkibinin zənginliyinə və istifadə perspektivliyinə görə Dalamazkimilər fəsiləsinin 
ən geniş işlənən cinslərindən biri kəklikotudur. Cinsin Azərbaycanda 21 (15,s.370-371), Naxçıvan 
MR-də isə 7 növü yayılmışdır (7,s.200-201). Kəklikotu tərkibindəki kimyəvi birləşmələri sayəsində  
dünya üzrə tibb və qida sənayesində ən çox istifadə edilən bitkilərdəndir. Bu bitkinin bioloji aktiv 
maddələri  onun  yerüstü  yaşıl  hissələrində  toplanır  və  çiçəkləmə  fazasında  ən  yüksək  miqdarı 
göstərir. Xalq təbabətində Koçi kəklikotu dəmləməsindən qurdsalıcı vasitə kimi istifadə edilmişdir 
(10).  Kəklikotu  yağında  olan  timol,  karvakrol  və  1,8  sineol  maddələri  əsasən  antiseptik  və 
Dactylis glomerata  L. 
3-4 
100-130 
Çiçək 

Achillea millefolium L. 
3-4 
90-95 
vegetasiya 
II 
Hordeum violaceum Boiss. 

80-95 
Çiçək 
II 
Trifolium pratense L. 
3-4 
16-18 
vegetasiya 
III 
T. medium L, 
2-3 
35-44 
Çiçək 
II 
Lotus corniculatus L. 
3-4 
16-25 
vegetasiya 
III 
Plantaqo atrata Hoppe 

25-30 
Çiçək 
III 
Lathyrus pratensis  L. 
1-2 
34-57 
Meyvə 
II 
Potentilla recta  L. 

12-15 
Çiçək 
IV 


40 
 
antihelmint təsirə malik olduğu öyrənilmişdir (14). Efir yağı ilə zəngin olan kəklikotu bitkisi bir çox 
azərbaycan  alimləri  tərəfindən  də  vaxtaşırı  tədqiq  edilmiş,  onların  sənaye  əhəmiyyəti  və  tibbdə 
tətbiq sahələri araşdırılmışdır (4, 5, 6).  
Azərbaycanda inkişaf edən kəklikotu növlərinin yerüsu yaşıl hissələrində 0,12%-dən 1,75%-
ə qədər  efir  yağı  olur. Quru və isti  iqlimli  Naxçıvan MR-də kəklikotu  növlərinin efir  yağı  çıxımı 
1,45%-dən  1,75%-ə  (1,80%)  qədər  dəyişir.  Bu  efir  yağlarının  əsas  kompanenti  timoldur  (4,  5).  
Naxçıvan  MR  rayonları  ərazisində  bitən  kəklikotu  bitkisinin  efir  yağı  tumolla  daha  zəngin 
olduğundan,  baytarlıqda  helmintozlarla  mübarizədə  bu  bitkidən  istifadə  edilməsi  məqsədə  uyğun 
sayılır.  Buna  görə  də  regionun  dağ  kserofit,  dağ  bozqır  bitkiliklərində  və  yay  otlaqlarında  geniş 
yayılmış kəklikotu bitkisinin helmintosit təsirini öyrənirik.  
Kəklikotu-Thymus  L.  cinsinin  növlərinə  Naxçıvan  MR-in  dağətəyi,  aşağı,  orta  1100-1600 
yuxarı və yüksək (subalp, alp, subnival)  dağ qurşaqlarında 1800-3200 m d.s. rast gəlinir (9, 11, 12). 
Ərazilərdə  kəklikotu  cinsinin  Koçi  kəklikotu  -Thymus  kotschianus,  Təpəlik  kəklikotu-Thymus 
collinus,  Cənubi  Qafqaz kəklikotu-Thymus  trancaucasicus  Ronn.  və  b.  növlərinə  rast  gəlinir.  Yay 
otlaqlarının  dağ  bozqır  yem  sahələrindəki  fitosenozlarda  kəklikotu  -  gəvənli-müxtəlifotlu,  dağ 
çəmən  fitosenozlarında  taxıllı-kəklikotulu-paxlalı-müxtəlifotlu,  yüksək  dağ  -  bozqır  yem 
sahələrindəki fitosenozlarda isə taxıllı-kəklikotulu-müxtəlifotlu assosasiyalara rast gəlinir (9). Təbii 
otlaq  sahələrində  bitkilik  tiplərində  üstünlük  təşkil  etdiklərindən  müxtəlif  tərkibli  formasiya  və 
assosiasiyalarda  dominant  və  yarımdominant  rol  oynayırlar.  Thymus  kotschyanus  Boiss.-  Koçi 
kəklilotu bozqırlaşmış dağ yem sahələrində fitosenozların əsas dominantı, yüksək dağ çəmən yem 
sahələrində yarımdominantıdır.  
Naxçıvan Muxtar Respublikasının Şərur, Kəngərli, Şahbuz, Culfa və Ordubad  rayonlarının 
yay  otlaq  sahəsində  dəniz  səviyyəsindən  1800-3200  m  yüksəklikdə  Koçı  kəklikotu  bitkisi  ən  çox 
ehtiyata  malikdir.  Generativ  dövrün  ilkin  mərhələsində  kütləvi  çiçəkləmə  fazasında  efir  yağının 
miqdarı  daha  yüksək  olduğundan,  tədqiq  ediləcək  bitkilər  bu  fazada  toplanmışdır.  Bitkilərdə  efir 
yağının  miqdarı  geoloji  və  ekaloji  amillərdən  çox  asılı  olduğundan,  hər  bir  bölgədən  toplanmış 
bitkilər ayrı-ayrı kisələrə  yığılaraq üzərində bölgələrin  adı  qeyd edilmişdir. Toplanmış materiallar 
kölgəli  yerdə  açıq  havada  qurudularaq  kağız  kisələrə  yığılmışdır.  Efir  yağının  əldə  edilmə 
üsullarından  ən  geniş  yayılanı  hidrodistilyator  metodudur.  Tədqiqat  zamanı  Klevenger  aparatında 
hidrodistilyasiya metodundan istifadə edilmişdir. Bunun üçün 2 litrlik şüşə kolbaya 100 q quru bitki 
xammalı  və  1  litr  su  tökülərək  qızdırıcı  üzərində  4  saat  müddətində  qaynadıldı.  Qaynama 
nəticəsində  ayrılan  su  və  efir  yağı  buxarı  soyuducu  boruda  mayeləşərək  üzərində  bölgülər  olan 
kapilyar boruya toplandı. Kəklikotunun efir  yağı sudan yüngül olduğu üçün  su üzərində qalır. Bu 
proses  3  dəfə  təkrarlandıqdan  sonra  kapilyar  boyuda  toplanan  efir  yağının  həcmi  ölçüldü.  Alınan 
nəticəyə  görə  hər  100  q  quru  bitkidə  olan  efir  yağının  çıxımı  faizlə  hesablanaraq,  qeyd  edildi. 
Alınan efir yağları ayrı - aryılıqda susuz natrium sulfat duzu ilə qurudularaq tünd rəngli, ağzı kip 
bağlanan şüşə qablara yığıldı. Efir yağları  +4°C - də soyuducuda saxlandı. Nəticədə Naxçıvan MR-
in  rayonları  üzrə  yay  otlaqlarının  ümumi  sahəsi,  Koçi  kəklikotunun  toplandığı  yay  otlağı,  dəniz 
səviyyəsindən hündürlüyü və efir yağının miqdarı  müəyyən edildi. (Cədvəl 2, diaqram) 
Cədvəl 2 
Naxçıvan MR-in müxtəlif bölgələrində bitən Koçi kəklikotu növünün  
kütləvi çiçəkləmə fazasında efir yağının toplanma dinamikası    
Rayonlar 
Ümumi 
otlaq 
sahəsi 
Koçi kəklikotu toplanılan 
yay otlağı 
Hündürlük. m.d.s. 
Efir yağının 
çıxımı %-lə  
Şərur   
     1425 
Sarı bulaq, Kələki 
1900-2400 
1,75 
Kəngərli  
1180 
Qazan, Susuz, Kərim 
1800-3000 
1,38 
Şahbuz  
12926 
Dəvəboynu, Batabat  
2000-2800 
1,41 
Culfa  
5156 
Dəmirli, Köndələn, Qayalı 
2600-3100  
1,54 
Ordubad  
9049 
Göygöl, Qovurma dərəsi  
2800 3060  
1,60 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə