Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   40   41   42   43   44   45   46   47   ...   127

91 
 
-  Sarılıq  və  böyrək  xəstəliklərində  qumluq  solmazçiçəyi  və  qarğıdalı  saçağı  qarışığı  ilə  birgə 
istifadə olunur;  
-  Çiçəklərindən  dəmlənmiş  çay  nəfəs  daralması,  şiş  (su  toplanması),  baş  ağrısı  zamanı  içilir; 
Həmçinin hemoroid və müxtəlif xoraların müalicəsinə kömək edir.  
Bungea C.A.Mey. - Bungeya 
B.  trifida  (Vahl.)  C.A.  Mey.  –  Üçdilim  b.  Gövdəsi  kökündən  çoxsaylıdır,  dik  və  ya  artan, 
sadə,  6-23  sm    hündürlükdə,  əsasında  ağaclaşmış  çoxillik  bitkidir.  Ən  aşağı  yarpaqları  xallıdır 
(pulludur),  qəhvəyidir,  uzunsov  və  ya  lansetvaridir,  kənarları  tüklüdür,  sonrakılar  yaşıldır, 
lansetşəkillidir,  bütövdür,  yuxarıdakılar  xəttidir,  qarşı-qarşıyadır,  qalanlar  darxətli  iti,  dərin 
üçbölümlüdür.  Çiçəkləri  oturaqdır,  sıx  sünbül  çiçəkqrupunda  toplanmışdır,  çiçək  altlığı  uzundur, 
darxəttidir. Kasacıq pərdəlidir, 8 damarlı və xəttidir, itidir, sərtvaridir, xeyli tacdan uzundur. Çiçək 
tacı  20-30  sm  uzunluqdadır,  sarıdır,  qısa  sıx  tüklüdür,  yuxarı  və  aşağı  dodaqlar  demək  olar  ki, 
eynidir,  aşağı  itiləşmiş  hissə  ilə  üç-bölümlüdür.  Qutucuq  sərtdir,  uzunsov-yumurtavaridir,  uzun 
itiləşmişdir,  dimdiklə  birgə  16  mm-dək  uzunluqdadır.  IV-VI  aylarda  çiçəkləyir,  V-VII  aylarda 
meyvə verir [8, s. 546].  
Aşağı  və  orta  dağlıq  qurşaqlarda  –  quru  gilli,  daşlı  və  qayalı  yamaclarda  və  töküntülərdə 
yayılmışdır. Monotipdir. Turan-Ermənistandan təsvir edilmişdir. Coğrafi tipi: Önasiya [2, s. 188; 4, 
s. 549; 8, s. 457]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bungea trifida (Vahl.) C.A. Mey. – Üçdilim bungea 
 
Chaenorhinum (DC.) Reichenb. – Xenorinum. 
Çiçək tacı çox da böyük deyil, açıq ağızlı ikidodaqlıdır, əsasından mahmızlıdır.  Erkəkcik 4-
dür. Qutucuq yuxarıda üçdişcikli dəlikli və ya kəsikli açılır. Toxumlar yumurtavaridir. Qarşı-qarşıya 
bütöv yarpaqlı və qoltuqaltı çiçələri ilə birillikdirlər. Dünyada (Avropa, Aralıq dənizi ölkələri, Ön 
Asiya) yayılmış 20 növü vardır. Qafqazda və Azərbaycanda, o cümlədən Naxçıvan MR-də  2 növü 
yayılmışdır [2, s. 188; 4, s. 485-486; 8, s. 457-459].  
Ch.  persicum  (Chav.)  O.  &  B.Fedtsch.  -  İran    x.  Birillik  yaşıl  bitkidir.  Gövdəsi  düz,  dik, 
sadə,  15-16  sm  hündürlükdədir.  Yarpaqları  qalın,  aşağıdakılar  oval  və  ya  uzunsov,  qısa  saplaqlı, 
küt,  bütövkənarlı,  sonrakılar  uzununa  uzunsov,  lansetvari  və  ya  xətti,  kütvari  və  ya  iti,  zəif 
sallanmışdırlar.  Çiçəkləri  qısa  saplaqlıdır.  Çiçək  acı  10-13  mm  uzunluqdadır,  göy  və  ya 
göyümtüldür.  Qutucuq  iridir,  kürəşəkillidir,  tüklüdür,  yuxarıda  itiucludur.  Toxumu  uzunsovdur, 
eninə (köndələn) çuxurludur.  


92 
 
Naxçıvanın dağlıq ərazilərində, aşağı və orta dağ qurşağında – quru daşlı yamaclarda, gilli 
və  daşlı  çöküntülərdə,  quru  çay  yataqlarında,  əhəngdaşlı  yerlərdə  yayılmışdır.  (IV)V  ayda 
çiçəkləyir, V-VI ayda meyvə verir. İrandan təsvir edilmişdir. Coğrafi tipi: Önasiya. 
Ch. minus (L.) Lange (Chaenorhinum viscidum) - Kiçik xenorinum. 20-70 sm hündürlükdə 
birillik  bitkidir.  Gövdəsi  dikdir,  aşağı  hissədə  çılpaq,  yuxarıda    budaqlı,  vəzili-tüklüdür.  Uzun 
saplaqlı  çiçəkləri  bənövşəyi-ağımtıl  və  ya  ağımtıl-çəhrayıdır.  Qutucuq  12-17  mm  uzunluqda, 
yumurtavari,  tüklüdür.  Toxumları    uzununa  tillidir  (torludur),  tünd  qəhvəyi  rənglidir.  VI-X  ayda 
çiçəkləyir,  VII-XI  ayda  meyvə  verir.  Mərkəzi  Avropadan  təsvir  edilmişdir.  Coğrafi  tipi: 
Cənubipaleoarktika. 
Bu  bitki  heyvanlar  tərəfindən  yeyilə  bilər,  lakin  insanların  saglamlığına  zərər  verə  bilər. 
Xenorinumun  gözəl  çiçəkləri  dekorativ  məqsədlər  üçün  istifadə  edilir.  Bəzək  bitkisi  kimi  bütün 
Azərbaycan rayonlarında becərilir. 
Digitalis L. –Üskükotu 
Şimal yarımkürəsində, əsasən Aralıqdənizi vilayətlərində yayılmış 36 növü vardır. Qafqazda 
4, Azərbaycanda 2, Naxçıvan MR-də 1 növünə rast gəlinir [2, s. 189; 4, s. 524-527; 8, s. 512-515].  
D.  ferruginea  L.  -  Paslı  üskükotu.  Çoxillik,  çılpaq  bitkidir.  Gövdəsi  uzundur,  50-150  sm 
hündürlükdə  düzdür,  sadədir.  Kökətrafı  yarpaqları  tərslansetvaridir,    daralmış  saplaqşəkillidir, 
gövdə  yarpaqları  oturaqdır,  uzunsov-lansetvaridir,  bütöv-kənarlıdır,  itiucludur,  aşağıdan  yuxarıya 
doğru getdikcə ölçüləri kiçilir. Çiçəkqrupu uzun sünbülvari sıx salxımdır, çiçəkləri qısa saplaqlıdır. 
Çiçəkaltlığı lansetşəkilli, iti, kasacıqla eynidir və ya ondan uzundur. Kasacıq 7-10 mm uzunluqda, 
zəngvari, çılpaq, dərili tərsyumurtavari-ellipsşəkilli dəyirmi kütdür, kənarlarıvəzili-tüklüdür. Çiçək 
tacı 15-20 mm uzunluqda, sarı, qəhvəyi damarlıdır, vəzili tüklüdür; yuxarı dodaq qısa ikidilimlidir, 
aşağı  dodağın  orta  dilimi  uzanmışdır.  Qutucuq  7-10  mm  uzunluqdadır,  yumurtavari,  itidir,  2 
şrımlıdır.  Toxumları  1,5-2  mm  uzunluqdadır,  uzunsovdur,  dəlik-dəlikdir.  İyul-avqust  aylarında 
çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.  
Aşağı  və  orta  dağlıq  qurşaqlarda  -  meşələrdə  yayılmışdır.  İtaliyadan  təsvir  edilmişdir. 
Coğrafi tipi: Şərqi Aralıqdənizi qədim. 
MDB  ölkələrində  yarpaqlarından  ürək  xəstəliklərində  istifadə  üçün  müxtəlif  preparatlar  
(diqalen-neo) alınır, həmçinin xalq təbabətində istifadə edilir. Qan dövranı çatışmazlığı, taxikardiya 
aritmiyalarının  I, II və III mərhələlərində və ürək çırpıntısı zamanı istifadə olunur. Bundan başqa, 
ürək dekompensasiyasının yüngül formalarında kiçik dozada həbdən istifadə oluna bilər.  
 
Azərbaycanda olmayan bəzi növləri: Digitalis grandiflora Mill. və Digitalis ciliata Trautv. - 
sarılıq, tənəffüs yollarının  infeksiyalarında istifadə edilir.  
Scrophulariaceae Juss. fəsiləsinə daxil olan növlərin bir çoxu endemik növlərdir və bir coxu 
dünya ölkələrinin “Qırmızı Kitab”larına düşmüşdür. Naxçıvan MR-in “Qırmızı Kitab”ına fəsilənin 
3  cinsi  4  növü  daxil  edilmişdir    [2,  s.  620-625;  3].  Fəsilə  növlərindən  20-si  Azərbaycan,  27-si 
Qafqaz  endemikləridir. 
ƏDƏBİYYAT 
1.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri 
(Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, Əcəmi, 2008, 350 s.     
2.
 
Talıbov  Tariyel,  İbrahimov  Əliyar.  Naxçıvan  Muxtar  Respublikasının  Qırmızı  kitabı.  II 
cild. Naxçıvan, Əcəmi, 2010, 676 s. 
3.
 
Антирринум // http://dizaynland.ru/odnoletnie-rasteniya/antirrinum-lvinyj-zev  
4.
 
Гроссгейм А.А. Флора Кавказа. Т.7. Ленинград, Наука,1967,  894 c.  
5.
 
Ибрагимов А.Ш. Растительность Нахчыванской Автономной Республики и ее народно-
хозяйственное значение. Баку, Элм, 2005, 230 с.    
6.
 
Львиный зев (англ.): информация на сайте GRIN   
7.
 
Черепанов С.К. Сосудистые растения России и сопредельных Государств (в Пределах  
 
большого  СССР).  С.-Петербург, Мир  и семья-95, 1995, 991 c. 
8.
 
Флора Азербайджана. Т. 7. 1957,  647 c. 
9.
 
www.ebitki.com (Türkiyənin şifalı bitkiləri). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə