Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   39   40   41   42   43   44   45   46   ...   127

89 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
FATMAXANIM NƏBİYEVA 
                                                                             AMEA Naxçıvan Bölməsi 
E-mail: fatmakhanym_58@mail.ru 
UOT: 581.6 
SCROPHULARIACEAE  FƏSİLƏSİNİN BƏZİ CİNSLƏRİNƏ DAXİL OLAN NÖVLƏR VƏ 
ONLARDAN SƏMƏRƏLİ İSTİFADƏ İMKANLARI 
 
Açar sözlər:  fəsilə,  cins, növ, faydalı, dekorativ, dərman bitkiləri 
Ключевые слова: семейства, род, вид, полезный, декоративный, лекарственные растения  
Key words: family, genus, species, useful, decorative, medicinal plants 
Naxçıvan Muxtar Respublikasının bitki örtüyü - alp çəmən və xalıları, subalp çəmənləri və 
hündürotluq,  meşə  (Liginosa),  arid  meşə  və  seyrək  meşəlik,  kolluq,  dağ  kserofit  (friqana),  dağ 
bozqır  (qariqa),  petrofil  (qaya-töküntü),  psammofil  (qumluq),  səhra,  yarımsəhra,  efemerli-qalyant 
(rəngli  torpaq  bitkiliyi),  qammada,  su-bataqlıq  (Aguiherbosa),  sinantrop  (adventiv,  kosmopölit), 
aqrofitosenoz və efemerli subtropik olmaqla, 17 bitkilik tipi ilə formalaşmışdır. Bu bitkilik tipləri 
Araz  çayı  vadisi  ilə  Qapıcıq  dağı  arasında  600-3906  metr  məsafədə  şaquli  zonallıq 
qanunauyğunluğu üzrə yerləşmişlər. Ərazinin bitki örtüyü faydalı bitki sərvətləri ilə zəngindir. Belə 
ki, ərazi florasında 30 böyük faydalı bitki qrupları ayrılmışdır. Burada yem, qida, dərman, kosmetik
efiryağlı,  aşı  maddəli,  flavanoidli,  vitaminli,  bal  verən,  qlükozidli,  kitrəli  və  b.  qruplar  üstünlük 
təşkil edir.  
Tədqiq  etdiyimiz  Scrophulariaceae  Juss.  fəsiləsinin  Qafqazda  30  cinsə  aid  252  növün, 
Azərbaycanda  23  cins,  158  növün  (bunlardan  20-si  Azərbaycan,  27-si  Qafqaz    endemikləridir),  o 
cümlədən muxtar respublika ərazisində 18 cinsə aid 88 növünün yayıldığı qeyd edilmişdir [4, s. 451-
549;  8,  s.  415-546].  Tədqiqatlar  zamanı,  təbii  şəraitdə  müşahidələr  aparılmış,  bir  sıra  geobotaniki 
tədqiqatlar    həyata  keçirilmişdir.  Bununla  yanaşı,  "Флора  Азербайджана",  “Флора  Кавказа“  və 
digər  çox  saylı  təyinedicilərdən,  S.K.  Çerepanovun  (1995),  T.H.  Talıbov  və  Ə.Ş.  İbrahimovun 
əsərlərindən,  Herbari  fondundakı  faktik  materiallardan  və  s.  istifadə  edilmişdir  [1,  s.  188-192;  2,  s. 
620-625; 5, 7, 8, s. 415-546]. Əsas tədqiqat materialı kimi ədəbiyyat mənbələrinə, Herbari fondlarının 
materiallarına,  çöl  tədqiqatları  zamanı  əldə  olunmuş  faktik  materiallara,  yeni  floristik,  fitosenoloji 
tapıntılara istinad olunmuşdur.  
2016-cı  ildə  ədəbiyyat  mənbələrinin  araşdırılması  nəticəsində  müəyyən  edilmişdir  ki, 
Azərbaycan florasında verilməyən aşağıdakı növlər: Euphrasia tatarica Fich.et Spreng. [8, s. 522]; 
E.  petiolaris  Wettst.  Qafqaz  florasında  Naxçıvan  üçün  verilir,  Azərbaycan  florasında  bu  növ 
göstərilmir [4, s. 535]; Pedicularis armena Boiss. və Pedicularis caucasica M.B. Qafqaz florasında 
(4, s. 544) və S.K. Çerepanovun “Сосудистые растения России и сопредельных Государств (в 
Пределах  большого  СССР)”  əsərində  [8,  s.  522]  ayrı-ayrı  növlər  kimi  verilir,  Azərbaycan 
florasında bu növ göstərilmir (həmçinin, Scrophularia L. (+2), Verbascum L. (+1), Veronica L. (+2) 
cinlərində də dəyişiklik olmuşdur).  
Beləliklə,  fəsiləyə  8  növ  əlavə  edilsə,  onda  muxtar  respublikanın  florasında  18  cins,  96 
növün olduğu dəqiqləşdirilir. Məqalədə, Keçiqulağıkimilər – Scrophulariaceae Juss.  fəsiləsinin 4 
cinsinə (Anthirrum L., Bungea C.A. Mey., Chaenorrhium (DC.) Reichenb, Digitalis L.) daxil olan 5 
növün  bioekoloji,  fitosenoloji  xüsusiyyətləri,  yayılması,  əhəmiyyəti  və  perspektiv  növlərindən 
səmərəli istifadə imkanları haqqında məlumat verilir (diaqram 1, 2).  


90 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Diaqram 1. Növlərin cinslər üzrə paylanması 
 
Antirrhinum  L.,  Bungea  C.A.Mey.,  Digitalis  L.  cinsləri  monotip  olmaqla  1  növlə, 
Chaenorhium (DC.) Reichenb. cinsi isə 2 növlə təmsil olunmuşdur. Növlərdən 3-ü birillik, 2-si isə 
çoxillikdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Diaqram 2. Növlərin həyat formaları 
Tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  fəsiləyə  daxil  olan  bitkilər  arandan  başlamış 
yüksək dağ qurşağına kimi müxtəlif ekoloji şəraitdə təsadüf olunur. Bu bitkilərin bir çoxu  dərman, 
bəzək, bal verən və s. olmaqla faydalı növlərdir. 
Antirrhinum  majus  L.  –  İri  qurdağzı.  Çiçəkləri  qısa  saplaqlıdır,  axırıncılar  yarpaqlaşmış 
salxımlı  çoxillik  ot  bitkisidir.  Kasacıq  ayrı-ayrı  dərin  5-dilimlidir.  Tacı  enli  borulu  ikidodaqlıdır, 
yuxarı  dodaq  ikiqanadlıdır,  aşağı  dodaq  isə  üçqanadlıdır.  Erkəkcik  4-dür.  Sütuncq  uzundur. 
Qutucuq iki bərabər olmayan yuvalı çəp yumurtavaridir. Toxumları yumurtavaridir, yastı nazikdir, 
nahamardır  və  ya  torlu-qırışlıdır.  Aralıq  dənizi  ölkələrində  və  şimali  Amerikada  yayılmış  50-dən 
çox növündən Qafqazda və Azərbaycanda, o cümlədən Naxçıvan MR-də 1 növü becərilir [2, s. 188; 
4, s. 485; 8, s. 457].  
Qurdağzı ən geniş Şimal yarımkürəsində, xüsusilə Şimali Amerikada yayılmışdır. Rusiya və 
qonşu  ölkələrdə,  əsasən  bağlarda,    geniş  gül  ləklərinin  (qazonların)  dizaynında  istifadə  olunur. 
Yabanı  formada  22  növünə  rast  gəlinir.  Onların  ziqomorf    formalı  mavi,  sarı,  bənövşəyi  parlaq 
rəngli  çiçəkləri  qurd  ağızını  xatırladır.  Əsasən  dekorativ  (geniş  şəkildə),  əkin  və  dərman  kimi 
əhəmiyyətlidir.  
- Qurdağzı çayından  köp zamanı və qaraciyər xəstəliklərində içilir;  
0
2
4
6
8
10
12
14
birillik
çoxillik
0
0.5
1
1.5
2
2.5
Antirrhinum L. - Qurdağzı
Bungea C.A.Mey. - Bungeya
Chaenorhium (DC.) Reichenb. - Xenorinum
Digitalis L. - Üskükotu


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə