145
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 7 (80)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 7 (80)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 7 (80)
VAQİF HƏSƏNOV
ƏDİLƏ MAHMUDOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
QƏRİBƏ MUSAYEVA
Azərbaycan Dövlət Iqtisad Universiteti
UOT: 54
N-BENZOİLAMİNSİRKƏ TURŞUSUNUN BƏZİ EFİRLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ
Açar sözlər: N-benzoilaminsirkə turşusu, mono- və di- efir, oksidləşməyə və yeyilməyə qarşı aşqar,
sintetik yağ, pentaeritrit efiri.
Key words:
N-benzoilaminoacetic acid, mono- and di-ether ,anti-wear additives, syntetik oil,
pentaeritrit ether
Ключевые слова: N-бензоиламиноуксусная кислота,
моно- и диэфиры, антиокислительные,
противоизносные присадки , синтетическое масло,пентаэритритовый эфир.
Son illər mühərrik quruculuğu sahəsində böyük nailiyyətlər qazanılmışdır. Mühərriklərin belə
inkişafı, həmin mühərriklərdə işlədilən yağların və yanacaqların keyfiyyəti ilə əlaqədardır. Hazırda yağ və
yanacaq kimi işlədilən bu məhsullar bir sıra kompleks xassələrə malik olmalıdırlar.Əgər əvvəllər
aviasiya
texnikasının normal işini təmin etmək üçün 120°-180° C temperaturda işləyə bilən mineral yağlar tətbiq
olunurdusa, müasir aviasiya texnikası 220°-250° C temperaturdan yüksək temperaturda işləyən sürtgü
materialları tələb edir.
Bununla əlaqədar son zamanlar ənənəvi neft yağlarının keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı
sintetik əsaslı yağların işlənib hazırlanmasına böyük diqqət yetirilir. Bu yağların mineral yağlara nisbətən
bir sıra üstün xassələrə(aşağı donma temperaturu, yüksək özlülük əmsalı, aşağı uçuculuq, yüksək
termooksidləşmə stabilliyi və s.) malik olması, bunların müxtəlif növ müasir mühərriklərin istismarında
tətbiq edilməsinə imkan verir[1-3].
Ədəbiyyat icmalının ümumiləşdirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, sintetik yağlara çox
funksiyalı aşqar kimi karbon turşularının bir sıra törəmələri geniş tətbiq tapmışdır [4,5]. Tədqiqat işində də
əsas məqsəd tərkibində əlverişli funksional qrup və atom saxlayan N-benzoilaminsirkə turşusunun bir sıra
efirlərinin sintezi və bu birləşmələrin sintetik yağlarda oksidləşməyə və yeyilməyə qarşı aşqar kimi tətbiq
edilməsi olmuşdur. Bu məqsədlə N-benzoilaminsirkə turşusunun kation dəyişdirici qətran KU-2
katalizatorunun iştirakı ilə biratomlu alifatik, aromatik, doymamış spirtlərlə qarşılıqlı təsirindən müvafiq
mono- efirləri və ikiatomlu alifatik spirtlərlə qarşılıqlı təsirindən di- efirləri sintez edilmişdir. Reaksiyalar
aşağıdakı sxem əsasında məlum metodla aparılmışdır:
zoilaminsirkə turşusunun mono- efirlərinin sintezi üçün başlanğıc maddə kimi
N- benzoilaminsirkə turşusu və müxtəlif spirtlər: izoamil, oktil, dodesil, 1,3 dihidroksi propil,1,4-
dihidroksibutil, 1,6 dihidroksiheksil spirtləri, p-üçlübutilfenol, allil spirti, dietilenqlikol, 1,3 dihidroksi
propil,1,4-dihidroksibutil, 1,6- dihidroksiheksil spirtləri və həlledici olaraq toluol hazır reaktiv kimi
götürülmüşdürBeləliklə, N-benzoilaminsirkə turşusunun səkkiz mono- və dord di- efiri sintez edilmiş,
sintez şəraiti müəyyən edilmiş, fiziki-kimyəvi sabitləri təyin edilmişdir.(cədvəl 1,2). Sintez edilmiş
maddələrin quruluşları İQ- spestroskopiya metodu ilə təsdiq edilmişdir. İQ- spekterləri 4000-400 sm
-1
sahəsində KBr, NaCl, LiF, prizmalarından istifadə olunmaqla çəkilmişdir(şəkil 1,2).Sintez edilmiş
maddələrin spektrlərində karboksil qrupu üçün xarakterik olan (COOH 960 sm
-1
) udulma zolağı
C
6
H
5
-CONHCH
2
COOH
C
6
H
5
CONHCH
2
COOR (I-VIII)
R= i-C
5
H
11
; n-C
8
H
17
; n-C
12
H
25
; -(CH
2
)
3
OH ; -(CH
2
)
4
OH ; -(CH
2
)
6
OH ;
C
6
H
5
(CH
3
)
3
-OH ; CH
2
=CH-CH
2
-
2C
6
H
5
CONHCH
2
COOH
(C
6
H
5
CONHCH
2
COO)
2
(IX-XII)
=(CH
2
)
3
; (CH
2
)
4
; (CH
2
)
6
; (CH
2
)
2
O(CH
2
)
2