Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   65   66   67   68   69   70   71   72   ...   127

145 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
VAQİF HƏSƏNOV 
ƏDİLƏ MAHMUDOVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
QƏRİBƏ MUSAYEVA 
Azərbaycan Dövlət Iqtisad Universiteti 
UOT: 54 
 
N-BENZOİLAMİNSİRKƏ TURŞUSUNUN BƏZİ  EFİRLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ 
Açar sözlər: N-benzoilaminsirkə turşusu, mono- və di- efir, oksidləşməyə və  yeyilməyə qarşı aşqar
sintetik yağ,  pentaeritrit efiri. 
Key words:
 
N-benzoilaminoacetic acid, mono- and di-ether ,anti-wear additives, syntetik oil, 
pentaeritrit ether 
Ключевые словаN-бензоиламиноуксусная кислота, моно- и диэфиры, антиокислительные, 
противоизносные  присадки , синтетическое  масло,пентаэритритовый  эфир. 
Son  illər  mühərrik  quruculuğu  sahəsində  böyük  nailiyyətlər  qazanılmışdır.  Mühərriklərin  belə 
inkişafı, həmin mühərriklərdə işlədilən yağların və yanacaqların keyfiyyəti ilə əlaqədardır. Hazırda yağ və 
yanacaq kimi işlədilən bu məhsullar bir sıra kompleks xassələrə malik olmalıdırlar.Əgər əvvəllər  aviasiya 
texnikasının normal işini təmin etmək üçün 120°-180° C temperaturda işləyə bilən mineral yağlar tətbiq 
olunurdusa,  müasir  aviasiya  texnikası  220°-250°  C  temperaturdan  yüksək  temperaturda  işləyən  sürtgü 
materialları tələb edir. 
Bununla əlaqədar son zamanlar ənənəvi neft yağlarının keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı 
sintetik əsaslı yağların işlənib hazırlanmasına böyük diqqət yetirilir. Bu yağların mineral yağlara nisbətən 
bir  sıra  üstün  xassələrə(aşağı  donma  temperaturu,  yüksək  özlülük  əmsalı,  aşağı  uçuculuq,  yüksək 
termooksidləşmə stabilliyi və s.) malik olması, bunların müxtəlif növ müasir mühərriklərin istismarında 
tətbiq edilməsinə imkan verir[1-3]. 
 
Ədəbiyyat icmalının ümumiləşdirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, sintetik yağlara çox 
funksiyalı aşqar kimi karbon turşularının bir sıra törəmələri geniş tətbiq tapmışdır [4,5]. Tədqiqat işində də 
əsas məqsəd tərkibində əlverişli funksional qrup və atom saxlayan N-benzoilaminsirkə turşusunun bir sıra 
efirlərinin sintezi və bu birləşmələrin sintetik yağlarda oksidləşməyə və yeyilməyə qarşı aşqar kimi tətbiq 
edilməsi  olmuşdur.  Bu  məqsədlə  N-benzoilaminsirkə  turşusunun  kation  dəyişdirici  qətran  KU-2 
katalizatorunun iştirakı ilə biratomlu alifatik, aromatik, doymamış spirtlərlə qarşılıqlı təsirindən müvafiq 
mono- efirləri və ikiatomlu alifatik spirtlərlə qarşılıqlı təsirindən di- efirləri sintez edilmişdir. Reaksiyalar 
aşağıdakı sxem əsasında məlum metodla aparılmışdır: 
 
 
zoilaminsirkə turşusunun mono- efirlərinin sintezi üçün başlanğıc maddə kimi 
 
 
 
N-  benzoilaminsirkə  turşusu  və  müxtəlif  spirtlər:  izoamil,  oktil,  dodesil,  1,3  dihidroksi  propil,1,4- 
dihidroksibutil,  1,6  dihidroksiheksil    spirtləri,  p-üçlübutilfenol,  allil  spirti,  dietilenqlikol,  1,3  dihidroksi 
propil,1,4-dihidroksibutil,  1,6-  dihidroksiheksil    spirtləri    və  həlledici  olaraq  toluol  hazır  reaktiv  kimi 
götürülmüşdürBeləliklə, N-benzoilaminsirkə turşusunun   səkkiz  mono- və dord di- efiri sintez edilmiş,  
sintez  şəraiti  müəyyən  edilmiş,  fiziki-kimyəvi  sabitləri  təyin  edilmişdir.(cədvəl  1,2).  Sintez  edilmiş 
maddələrin  quruluşları  İQ-  spestroskopiya  metodu  ilə  təsdiq  edilmişdir.  İQ-  spekterləri  4000-400  sm 
-1
  
sahəsində  KBr,  NaCl,  LiF,  prizmalarından  istifadə  olunmaqla  çəkilmişdir(şəkil  1,2).Sintez  edilmiş 
maddələrin  spektrlərində  karboksil  qrupu  üçün  xarakterik  olan  (COOH    960  sm
-1
)  udulma  zolağı 
C
6
H
5
-CONHCH
2
COOH  
  
       
  
 
 
   C
6
H
5
CONHCH
2
COOR    (I-VIII)                                                                                                              
 
R=  i-C
5
H
11
 ; n-C
8
H
17
 ; n-C
12
H
25
 ; -(CH
2
)
3
OH ;  -(CH
2
)
4
OH  ;  -(CH
2
)
6
OH ;                              
C
6
H
5
(CH
3
)
3
-OH ;  CH
2
=CH-CH
2

                                   
    2C
6
H
5
CONHCH
2
COOH   
   
 
  
   
 
 
  (C
6
H
5
CONHCH
2
COO)
2
 
 
   (IX-XII)                                                                                                              
            
 
 
=(CH
2
)
3
  ; (CH
2
)
4
  ; (CH
2
)
6
 ; (CH
2
)
2
O(CH
2
)
2
     


146 
 
müşahidə  edilmir.N-benzoilaminsirkə  turşusunun  sintez  edilmiş  efirlərinin  spektrlərində  mürəkkəb  efir 
C=O üçün valent titrəyişləri 1740-1760 sm
-1
) sahəsində, efirlərin C-O qrupu üçün valent titrəyişləri faktiki  
 
olaraq qarşılıqlı təsir edən iki:  C-C(=O)-O və O-C-C assimmetrik titrəyişdən ibarətdir. Bu zolaqlar 1300-
1000 sm
-1
 sahəsində müşahidə edilir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə