Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   73   74   75   76   77   78   79   80   ...   127

161 
 
səbəbdən turizm müəssisələrində keyfiyyət, müştəri xidmətləri baxımından mühüm irəliləyişlər var. 
Bu isə turistlərin marağını daha da artırır.  
 
Banklar ölkədəki əsas sosial infrastruktur sahələrindən biridir,onların inkişafı həm paytaxtda, 
həm  də  regionlarda  iqtisadi  inkişafa  mühüm  təsir  edir.  Hazırda  respublikada  inkişaf  etmiş,  bazar 
prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi 
Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir.  
İsmayıllı  rayonu  ərazisində  aşağıdakı  bank  infrastruktur  obyektləri  fəaliyyət  göstərir  və  xalqa 
xidmət edir: 
Cədvəl 1 
İsmayıllı rayonunda fəaliiyyət göstərən banklar 
S/S  Bankın adı 
Ünvan 

“Kapital Bank”ın İsmayıllı filialı 
M.F.Axundov küçəsi-53”A” 

Azərbaycan  Beynəlxalq  Bankı  Göyçay  filialının 
İsmayıll şöbəsi 
Cavanşir küçəsi 21”A” 

“Muğan Bank” ASC-nin İsmayıllı filialı 
M.F.Axundov küçəsi-21 

“Kredo Bank” ASC-nin İsmayıllı filialı 
Nizami küçəsi-27 

“Xalq Bank” ASC-nin İsmayıllı filialı 
Heydər Əliyev prospekti-97 

“Zamin Bank” ASC-nin İsmayıllı filialı 
Heydər Əliyev prospekti-34 

“AccessBank” İsmayıllı filialı 
H. Əliyev pr., 100 

“Unibank” İsmayıllı filialı 
Filial  İsmayıllı  şəhəri,  M.F.Axundov  
küçəsi, 18A 
Sahibkarlığın inkişafı, bank-maliyyə işinin daha da təkmilləşdirilməsi məqsədi ilə rayonda 6 bank 
filialı və 2 bank olmayan kredit təşkilatı açılmışdır. 
Cədvəl 2 
Rayonda fəaliyyət göstərən bank filiallarının ünvanları 
S/S Bank filialı 
Ünvanı 

“AGBank”ın Şamaxı filialı 
S.Ə.Şirvani 67 

“Beynəlxalq Bank”ın Şamaxı filialı 
M.Ə.Rəsulzadə 85 

“Dəmirbank”ın Şamaxı filialı 
N.Nərimanov 66 

“XalqBank”ın Şamaxı filialı 
Şəhriyar 1 

“KapitalBank”ın Şamaxı filialı 
Gənclər 33 

“Rabitəbank”ın Şamaxı filialı 
Gənclər 15 

Aqrar-Kredit Şamaxı filialı 
Azadlıq 33 

FINCA Şamaxı filialı 
N.Nərimanov 66 
 
 
Bankların  inzibati  rayonların  əhalisinin  məşğulluğunun  təminatında  və  rayonların  iqtisadi 
inkişafının təşkilində rolu və əhəmiyyəti danılmazdır. 
 
Hər  hansı  bir  ölkədə  və  ya  regionda  yüksək  keyfiyyətli  insan  kapitalı  istehsal  amillərindən 
istifadədə yüksək məhsuldarlıq, istehsalda daima yenilikçilik, yüksək texnologiya deməkdir ki, bu 
da müasir dövrdə iqtisadi rifahın təməlidir. Belə ki, İEÖ-də bir işçiyə düşən kapital miqdarı, iş vaxtı 
və işçi sayında bir dəyişiklik olmadığı halda istehsalda əldə etdikləri artım yalnız insan kapitalının 
yüksəlməsi hesabına baş verir [4]. 


162 
 
 
Qobustan  rayonunda  turizmin  inkişafı  üçün  potensial  mövcuddur.  Burada  ən  maraqlı  və 
turistlər  üçün  cəlbedici  obyekt  şəhərin  yaxınlığındakı  dərədə,  Söyünlü  kəndində  yerləşən  Mağara 
labirintləridir (kürələr). Burada xalq arasında "Ağlayan qaya" deyilən çox orijinal bir təbii hadisəni 
müşahidə  etmək  mümkündür.  Rəvayətə  görə,  qayadan  axan  “gözyaşları”  həlak  olmuş  əsgərlərin 
analarının  gözyaşlarıdır.  Mağaralar  orta  əsrlərdə  Azərbaycanda  tayfa  müharibələri  və  yadelli 
işğalçıların  basqınları  zamanı  süni  yolla  genişləndirilmiş  və  yaşayış  üçün  uyğunlaşdırılmış  təbii 
qalereyalar  sistemidir.  Qobustan  rayonunun  inzibati  mərkəzi  olan  Qobustan  şəhəri  rayonun  əsas 
magistral yolunun yaxınlığında, Mərəzə yaylasında yerləşir. Məşhur Şıx düzü kurqanları, eramızdan 
əvvəl I-VIII əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim 
insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı Diri Baba türbəsi (15-ci əsr), şəhərin mərkəzində 
yerləşən  Şah  Abbas  karvansarayının  qalıqları  göstərir  ki,  ən  qədim  dövrlərdə  bu  yerlərdə  insan 
məskənləri olub. Qədim dövrlərdən burada xalçaçılıqla məşğul olublar. Yerli “Mərəzə”, “Çuxanlı”, 
“Çemcemli”  xalçalarının  naxışları  bütün  dünyada  məşhurdur.  “Nəbur”  xalçalarını  isə  eyniadlı 
kənddə hələ də əl ilə toxuyurlar.Qobustan kiçik şəhərdir. Burada mehmanxana yoxdur. Ona görə də 
burada  otaq  və  ya  xüsusi  ev  kirayələmək  olar.  Ev  sahibləri  xörək  bişirmək  qayğılarını  da  öz 
üzərlərinə götürə bilərlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Kapital Bank”ın Qobustan filialı Qobustan şəhəri, H.Əliyev pros. 153 ünvanında yerləşməklə 
mühüm  əhəmiyyətə  malikdir.Ağsu  rayonunda  1  şəhər  (Ağsu  şəhəri),  78  kənd  vardır.  Bu  yaşayış 
məntəqələri 24 ərazi icra nümayəndəliyini və 32 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, 
Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur. 
 
 
 
 
 
 
 
 
 


163 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müasir  zamanda  kiçik  biznesin  əsaslı  qərarlaşmasında  yeni  institusional  sistemlərdən  və  iqtisadi 
mexanizmlərdən  geniş  istifadə  edilməkdədir.  Bu  sırada  fəaliyyət  başlanğıcında  çətinliklər  çəkən 
kiçik  sahibkarlığa  ilkin  dəstək  olaraq  icarə  əsasında  kommunikasiya  vasitələri,  komputer,  ofis 
texnikası,  inventarlar,  iş  və  istehsal  otaqları  ayıran  biznes  inkubatorları  regional  aspektdə 
institusional 
infrastrukturun 
əlverişli 
inkişafını, 
industriyanın 
qabaqcıl 
sahələrinin 
formalaşdırılmasını,  yerli  elmi-texniki  və  istehsal  potensialının  yüksəldilməsini  təmin  edən 
texnoparkların  yaradılması  və  genişləndirilməsi  daha  çox  iqtisadi  effektlidir  [3].  Ağsu  rayonunda 
turizmin  inkişafı  üçün  geniş  imkanlar  vardır.  Buraya  rayonun  relyef,  iqlim,  tarixi  baxımdan 
zənginliyi və s.aiddir. Ağsu şəhərində 3 km aralıda  yerləşən Şeyx Dursun məqbərəsi 1457-ci ildə 
ucaldılmışdır.  Eləcə  də  Şeyx  Mezid  məqbərəsinin  adını  çəkmək  olar  ki,  daha  zəngin  görkəmi 
bundan  əvvəl  adını  çəkdiyimiz  abidənin  memarlıq  simasını  kölgədə  qoyur.  Şeyx  Mezid 
məqbərəsinin  fasadının  və  interyerinin  tərtibatında  müxtəlif  rəngli  kaşıdan  istifadə  edilmişdir. 
Şəhərdən  bir  qədər  cənub-qərbdə  "Ağ  Gunbəz"  məqbərəsi,  Ağsunun  şərqində  –  XVIII  əsrə  aid 
tikililərin xarabalıqları, Gürcüvan kəndində isə Qız Qalası turistlər üçün maraqlı obyektlər sayılır. 
 
Ağsu  rayonunda  əhalinin  pul  –kredit  və  digər  ödənişlərinin  həyata  keçirilməsi  məqsədi  ilə 
müxtəlif təyinatlı banklar fəaliyyət göstərir:                  
Cədvəl 3 
Ağsu rayonunda fəaliyyət göstərən bank filialları 
S/S Bank filialı 
Ünvanı 
1  “Beynəlxalq Bank”ın Ağsu filialı 
Ağsu,Səməd Vurğun,3 
2  “Dəmirbank”ın Ağsu  filialı 
M.Ə. Rəsulzadə küçəsi 62 
3  “KapitalBank”ın Ağsu filialı 
Heydər Əliyev,109 
4  “Rabitəbank”ın Ağsu filialı 
M.Ə.Rəsulzadə küçəsi 
5  FINCA Ağsu filialı 
Ağsu, M.V.Vidadi küç. 
 
             İnzibati  rayonda  fəaliyyət  göstərən  bank  və  kredit  təşkilatları  əhalinin  pul-kredit  təminatı   
üçün  mühüm  imkanlar  açır  və  bu  da  sosial  infrastruktur  kimi  əhalinin  sosial  rifah  halını 
yaxşılaşdırır. 
 
Təklif  olaraq qeyd etməliyəm ki, Dağlıq  Şirvan  iqtisadi cografi rayonunda tədqiq olunan 
vacib  infratruktur  sahələrinin  inkişafını  daha  da  sürətləndirməklə  əhalinin  məşğulluq  səviyyəsini 
qaldırmaq olar. Bu da əhalinin iqtisadi səbəblərdən kənara miqrasiyasını azaltmaqla bölgənin sosial-
iqtisadi inkişafına güclü təkan verə bilər. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə