Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   72   73   74   75   76   77   78   79   ...   127

159 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
NAMİQ AĞAMƏMMƏDOV 
AMEA akad. H. Əliyev adına Coğrafiya İnstitutu 
naqamemmedov@ mail.ru  
UOT: 911.3 
PREZİDENT İLHAM ƏLİYEVİN DAĞLIQ  ŞİRVAN  İQTİSADİ-COĞRAFİ  RAYONUNA 
SƏFƏRLƏRİNİN VƏ REGİONDA  SOSİAL İNFRASTRUKTURUN (TURİZM , BANK) 
İNKİŞAFINA TƏSİRİ 
Açar  sözlər:  Prezident  İlham  Əliyev,  Dağlıq    Şirvan    iqtisadi-coğrafi    rayonu,  əhalinin  həyat 
səviyyəsi, turizm infrastrukturunun inkişafı, bank infrastrukturu 
Key  words:  President  Ilham  Aliyev,  economic  and  geographical  region  Daglikh  Shirvan,
 
the 
standard of living,
 
the development of tourism infrastructure, the
 
bank infrastructure 
Ключевые  слова:
 
Президент  Ильхам  Алиев, экономико-географический   район Горный 
Ширван,
 
уровень  жизни  населения,
 
развитие  инфраструктуры  туризма,
 
банковская 
инфраструктура 
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və uzaqgörən 
siyasəti  paytaxtdan  kənarda  yerləşən  iqtisadi-coğrafi  rayonların  inkişafında  əsas  rol  oynayır.  Bu 
istiqamətdə  görülmüş  ən  mühüm  işlərdən  biri  də  regionların  inkişafı  istiqamətində  cənab 
Prezidentin  imzaladığı  Azərbaycan  Respublikası  Regionlarının  sosial-iqtisadi  inkişafının    Dövlət 
Proqramlarının  (2003-2008;  2009-2013;  2014-2018)  qəbulu  haqqındakı  sərəncamlarıdır.Bu 
Proqramın tərkib hissələrindən biri də regionlarda müasir infrastruktur obyektlərinin inşa olunması 
və  əhalinin  həyat  şəviyyəsinin  yüksəldilməsidir. Dağlıq  Şirvan  iqtisadi-  coğrafi  rayonunda  xüsusi 
ilə  bank  və  turizm  infrastrukturu  yeni  təşkil  edilir  və  onun  modernləşmə,xidmət  səviyyəsinin 
yüksəldilməsi ,infrastruktur obyektlərinin restavrasiyası kimi problemləri var. 
 
Son dövrlərdə Dünya ölkələrinin iqtisadi inkişaf səviyyələri qiymətləndirilərkən nəzərə alınan 
əsas  amillərdən  biri  də  əhalinin  sosial  infrastrukturla  təminat  səviyyəsidir.  Xüsusi  ilə  Dağlıq 
regionlarda  əhali  miqrasiyasının  və  təkmərkəzli  inkişafın  qarşısını  almaq  məqsədi  ilə  sosial 
infrastruktur sahələrinin inkişafına diqqət artırılmalıdır. Sosial sahələrin əsas məqsədi əhalinin həyat 
səviyyəsinin  yüksəldilməsinə  şərait  yaradan  maddi  və  xidmət  sferasını  inkişaf  etdirmək,  əhalinin 
təlabatına  uyğun  istehsal,  istehlak,  bölgü  mübadilə  proseslərini  və  əsas  növlərini  yaratmaqdan 
ibarətdir.  Sosial  sfera  insanlar  arasında  bölgü,  istehsal  və  istehlak  münasibətlərini  formalaşdırır. 
Formalaşan münasibətlər fonunda regionda sosial-iqtisadi inkişaf üçün zəmin formalaşır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


160 
 
 
Müasir şəraitdə iqtisadi və sosial inkişafın əsas istiqaməti yaşayış üçün zəruri olan maddi və 
mənəvi  nemətlərin  bolluğunu  yaratmaq  və  onun  daha  ədalətli  bölgüsünü  təsdiq  etməkdir.Sosial 
sahələr mahiyyət etibarı ilə mənəvi dəyərlər yaradır [1]. Bu məqsədlə sosial infrastrukturun bütün 
sahələri dərin islahatlara məruz qalmalı,yenidən qurulmalıdır. Kompleks sosial inkişafa nail olmaq 
ilk  növbədə  inkişafın  regional  aspektlərinə  diqqəti  artırmaqla  həyata  keçirilməlidir.  Bunun  üçün 
regionların  sosial  ehtiyacları  və  sosial  inkişaf  imkanları  elmi  şəkildə  qiymətləndirilməli  və  zəruri 
tədbirlər  həyata  keçirilməlidir.  Regionlarda  sosial  inkişafın  təmin  edilməsi  böyük  ölçüdə  sosial 
infrastrukturun inkişafından asılıdır. Ümumiyyətlə, turizmin inkişafı aşağıdakı istiqamətlərdə sosial, 
iqtisadi  və  texnoloji  əhəmiyyət  kəsb  edir:  1.  Turizmin  təşkili  əsasında  yeni  iş  yerləri  açılır  və 
müəssisələr yaranır. 2. Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir. 3. Yerli 
mallara  daha  çox  istehsal  tələbatı  yaranır.  Yeni  bazar  açılır.  4.  Ölkədə  turizmin  inkişafının  yeni 
infrastrukturu  formalaşır.  Həmçinin,  bütün  xidmət  obyektləri,  kommunal  sahələr  modernləşdirilir. 
5.  Turizmin  inkişafı  ilə  əlaqədar  olan  yeni  ixtisaslar  və  texnologiyalar  meydana  gəlir.  6.  Ətraf 
mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət tərəfindən 
əsaslı işlər görülür. 7. Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir, ona qayğı artır. 8. Dövlət 
səviyyəsində  səhiyyə  xidməti  də  yeni  keyfiyyət  zəminində  inkişaf  etdirilir  və  dünya  standartlarına 
uyğunlaşdırılır. Beləliklə də, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir[2]. 
 
Şamaxı  rayonunda  son  illər  tikinti-quruculuq  işlərinin  geniş  vüsət  alması  rayonun  turizm 
sektorunun  inkişafına  da  müsbət  təsir  edir.  Şəhərdaxili  küçələrə  və  yollara  asfalt  döşənməsi,  yeni 
işıqlandırma  sistemi  quraşdırılması,  səkilərin  abadlaşdırılması  və  digər  quruculuq  işlərinin 
görülməsi  Şamaxının  müasirləşməsinə  səbəb  olmuşdur.  25  kilometrlik  Şamaxı-Pirqulu  yolunun 
yenidən  qurulması,  Pirsaat  çayı  üzərində  uzunluğu  158  metr  olan  körpünün  salınması  və  digər 
yenidənqurma tədbirləri qədim şəhərin abadlığını artırmaqla yanaşı, insanların rahatlığına da zəmin 
yaratmışdır.  Tikinti-quruculuq  tədbirləri  həyata  keçirilərkən  Şamaxının  qədimliyinin,  milli 
memarlıq  üslubunun  qorunmasına  ciddi  fikir  verilir.  Şamaxının  ölkə  paytaxtına  yaxın 
olması da həm yerli, həm də xarici turistlər üçün çox əlverişlidir. 
 
Rayonda 22 turizm obyekti və  5 turist marşrutu fəaliyyətdədir.  Şərədil  kəndi  yaxınlığında 
“Şərədil”  istirahət  mərkəzi  fəaliyyət  göstərir. Dədəgünəş  kəndi  ərazisində müasir “Göyqurşağı” 
istirahət  mərkəzi  fəaliyyət  göstərir.  VIII-XV  əsrlərə aid Gülüstan qalası  və  ən  nəhayət,  XII-XV 
əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) mühüm turizm infrastruktur obyektlərindən 
dir.Turizm  sektorunun  daha  da  inkişaf  etdirilməsi  üçün    müasir  xidmət  səviyyəsi  daha  da  inkişaf 
etdirilməlidir. 
 
Şək.3. Qaleyi-Bəyqurd qalası(Şamaxı rayonu) 
Şamaxı Turizm İnformasiya Mərkəzi  (Şamaxı  şəhəri,  N.Nərimanov  küç.,  80)  turirstlərin  
istirahət mərkəzlərini seçməkdə əhəmiyyətli rol oynayır. 
Hazırda  İsmayıllıdakı  turizm  obyektləri  gün  ərzində  1500-ə  yaxın  qonağı  qəbul  edə  bilir. 
Turizm  sahəsində  çalışanların  peşə  hazırlığının  yüksəldilməsi  üçün  kurslar  təşkil  edilir.  Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə