Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   80   81   82   83   84   85   86   87   ...   127

176 
 
 
Əgər xəstənin parametirləri III zonada yerləşirsə, bu xəstədə ən ağır peritonit olması, qarın 
boşluğunda  olan  iltihab  ocağının  tamamilə  aradan  qaldırılmaması  və  ya  yeni  iltihab  ocağının 
formalaşması,  xəstənin  vəziyyətinin  katastrofik  olması  və  təkrarı  sanasiyanın-relaparotomiyanın 
zəruriliyi  müəyyən  edilir.  Ona  görə  də,  bu  zona  «demarkasion  və  ya  relaparotomiya  zonası» 
adlandırılmışdır. 
       
Şəkil 1.  Çoxkomponentli proqnostik qrafik. 
Proqnostik qrafikin I zonası keçmiş Sovetlər İttifaqında qəbul olunmuş və hamı tərəfindən 
istifadə olunun təsnifata əsasən məhdud və diffuz peritonitlərin reaktiv fazasına, II zona diffuz və 
yayılmış  peritonitlərin  toksik  fazasına.  III  zona  isə  yayılmış  peritonitlərin  toksik  və  terminal 
fazalarına,  bu  zonadan  yuxarı  isə  müxtəlif  ocaqlı  irinliklırin  formalaşması  ilə  keçən 
septikopiemiyaya və POÇ uyğun gəlir.   
MPİ  üzrə  peritonitin  I  ağırlıq  dərəcəsi  Sovetlər  İttifaqında  qəbul  olunmuş  peritonitlərin 
təsnifatına  əsasən  məhdud  və  diffuz  peritonitlərin  reaktiv  fazasına,  bizim  təklif  etdiyimiz 
çoxkomponentli proqnostik qrafikin isə I zonasına, yəni terapevtik zonaya uyğun gəlir.    
 
MPİ  üzrə  peritonitin  II  ağırlıq  dərəcəsi  Sovetlər  İttifaqında  qəbul  olunmuş  peritonitlərin 
təsnifatına  əsasən  diffuz  və  yayılmış  peritonitlərin  toksik  fazasına  və  bizim  təklif  etdiyimiz 
çoxkomponentli proqnostik qrafikin isə II zonasına, yəni intensiv terapevtik zonaya uyğun gəlir. 
 
MPİ  üzrə  peritonitin  III  ağırlıq  dərəcəsi  Sovetlər  İttifaqında  qəbul  olunmuş  peritonitlərin 
təsnifatına  əsasən  yayılmış  peritonitlərin  toksik  və  terminal  fazalarına  və  bizim  təklif  etdiyimiz 
çoxkomponentli  proqnostik  qrafikin  isə  III  zonasına,  yəni    demarkasion  və  ya  relaparotomiya 
zonasına uyğun gəlir. 
 
Klinik  tədqiqatlar  Azərbaycan  Tibb  Universitetinin  Ümumi  cərrahlıq  kafedrasında, 
Naxçıvan Respublika xəstəxanasının,  Ə. Nağıyev adına Naxçıvan şəhər  xəstəxanasının, Naxçıvan 
Dövlət  Universitetinin  klinik  xəstəxanasının  və  Naxçıvan  Diaqnostika  Müalicə  Mərkəzinin 
cərrahiyyə  şöbələrində  1989-2013-cü  illərdə,  yayılmış  peritonitlə  müalicə  almış,  16-82  yaşlı  348 
xəstəni  əhatə  edir.    Xəstələrin  202  nəfəri  16-40  yaşında  olan  şəxslər  olmuşlar.  Xəstələrin  35,3% 
(123 nəfər) xəstəliyin  başlanmasından 24 saatsan çox keçən bir müddətdə əməliyyat  olunmuşdur. 
Xəstələrdən    202-sı  (58,0%)  kişilər,    146-sı  (42,0%)  isə  qadınlardan  ibarət  olmuşdur.  Peritonitin 
etioloji faktorları 2-ci cədvəldə göstərildiyi kimi olmuşdur.  


177 
 
Cədvəl 2. 
Xəstələrin peritonitin nozoloji səbəbinə görə bölünməsi 
Peritonitin səbəbi 
Cəmi 
Mütl 

Kəskin destruktiv appendisit 
69 
19,8±2,1 
Perforativ qastroduodenal xora 
62 
17,8±2,1 
Kəskin destruktiv xolesistit 
56 
16,1±2,0 
Qeyri-onkogen mənşəli kəskin bağırsaq keçməzliyi  
52 
14,9±1,9 
Qarın boşluğu üzvlərinin travmatik zədələnmələri 
41 
11,5±1,7 
İrinli salpingit və pioovarium 
39 
11,2±1,7 
Əməliyyatdansonrakı peritonitlər 
17 
4,9±1,2 
Kəskin nekrotik pankreatit 

1,7±0,7 
Boğulmuş yırtıqlar 

1,4±0,6 
Yekun 
348 
100 
 
Alınan  nəticələrin  müzakirəsi:  Relaparotomiya  əməliyyatından  sonra  sağalmış  xəstələrin 
tədqiqi  göstərir  ki,  bu  xəstələrdə  relaparotomiya  əməliyyatı  proqnostik  qrafikin      parametirlərinin 
yarıya qədəri III zonaya keçdikdən 1-3 gün sonra, yaxud parametirlərin yarıdan çoxunun III zonaya 
keçdiyi  1-2-ci  günlərdə  aparılmışdır.    Parametirlərin  1/3  hissəsindən  azı  demarkasion  zonadan 
yuxarı  keçdikdə,  qalan  hissəsi  həmin  zonada  məhdudlaşdıqda  belə  ilk  1-2-ci  günlərdə  aparılan 
relaparotomiyalar, əksər hallarda sağalma ilə nəticələnir.    
Beləliklə  müəyyən  etmişik  ki,  peritonitli  xəstənin  parametrlərinin  1/3  hissəsi  aşağıdan 
yuxarıya istiqamətlənmişdirsə, xəstəyə yuxarıda olan zonaya uyğun yardıma başlamaq lazımdır. Bu 
parametirlərin  ½  hissəsi  yuxarıdakı  zonaya  keçmişdirsə,  onda  yalnız  yuxarıdakı  zonaya  uyğun 
tədbirlər  görmək lazımdır. Əks təqdirdə patoloji prosesin  inkişafı nəticəsində digər parametirlərin 
də yuxarıdakı zonaya keşməsinə səbəb olar ki, bu da həmin zonaya uyğun tədbirlərin gecikməsinə 
və qeyri qənaətbəxş proqnoza səbəb ola bilər. 
 
Əməliyyatdan  sonrakı  dövrdə  348  xəstədən    81-i  (23,3%-i)  ölmüşdür.  Bu  MPİ  üzrə 
aşağıdakı kimi olmuşdur:  
 
MPİ  üzrə  I    ağırlıq  dərəcəsi  141  xəstədə  olmuşdur  ki,  bu  xəstələrin  hamısı    (100%) 
sağalmışdır. MPİ üzrə II  ağırlıq dərəcəsi 119 xəstədə olmuşdur ki, bu xəstələrdən 30-da (25,2%-i) 
peritonit  letallıqla  nəticələnmiş,  89-u  (74,8%-i)  isə    sağalmışdır.  MPİ  üzrə  III  ağırlıq  dərəcəsi  88 
xəstədə  rast  gəlinmişdir  ki,  bu  xəstələrdən  51-də  (58%-i)  peritonit  letallıqla  nəticələnmiş,  37-i 
(42,0%-i) isə  sağalmışdır.  
 
Əgər MPİ üzrə peritonitlərin ağırlıq dərəcəsinin təyini günün tələblərinə cavab versə idı MPİ 
üzrə  II    ağırlıq  dərəcəsində  olan  119  xəstədən  30-u  yox,  34-ü,  MPİ  üzrə  III  ağırlıq  dərəcəsi  rast 
gələn 88 xəstənin hamısı ölməli idi. Beləliklə bizim tədqiq etdiyimiz 348 xəstənin 81-də (23,3%-i) 
yox, 122-də (35%-də) peritonit letallıqla nəticələnməli idi. 
 
Nəticə:  
 
1. Çoxkomponentli proqnostik qrafik peritonitlərin yayılmasına və fazasına uyğun olan real 
ağırlıq dərəcələrini müəyyən etməyə imkan verir.  
 
2. Hər ağırlıq dərəcəsinə uyğun olan müalicə prinsipləri və əyrinin dişciklərinin bir zonadan 
digərinə tərədüdlərinin miqdarına uyğun bu prinsiplərin dəyişməsinin vacibliyi sübut olunmuşdur. 
 
3.  Proqnostik  əyrinin  dişciklərinin  yarısı  relaparotomiya  zonasına  keşdiyi  ilk  gündə,  digər 
irinlik  ocaqlar  (abses,  destruktiv  bronxo-pnevmoniya,  hipostatik  pnevmoniya  və  s.)  olmadıqda, 
qarın boşluğunu sanasiya etmək məqsədilə relaparotomiya gostəriş olmasını diktə edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə