Tibbi biliklərin əsasları



Yüklə 1,49 Mb.
səhifə1/4
tarix29.11.2023
ölçüsü1,49 Mb.
#141930
  1   2   3   4
cream-pastel-palette-healthcare-center-characters-XL

Tibbi biliklərin əsasları

Açıq zədələnmələr.Yaralar

Yer üzərində hər bir canlı, o cümlədən insanlar ömür boyu müxtəlif səbəblərdən zədələnmə və yaralanmalara məruz qalırlar. Dinc şəraitdə yaralar 96 % məişət, nəqliyyat və idman zədələnmələri zamanı törənir. Mexaniki təsirdən dəri və selikli qişaların eləcə də, onların altında yerləşən toxumaların və ayrı-ayrı üzvlərin tamlığının pozulmasına açıq zədələnmələr yaxud yara deyilir.

Yaranın 3 əsas əlaməti var:


Qanaxma
Yara kənarının aralanması
Ağrı

Ağrı

Ağrı hissiyatı yara nahiyəsində sinirlərin kəsilməsi və inkişaf edən toxumarası ödemlə sinir uclarının sıxılması nəticəsində meydana çıxır. Yara nahiyəsində ağrıların intensivliyi, davametmə müddəti və bədəndə törətdiyi dəyişikliklər ağrı reseptorlarının çox olmasından (dəri, büzdüm, sümgüslüyü, barmağın ucu) və iri sinir kötüklərinin zədələnməsindən asılıdır.

Qanaxma

zədə təsirindən toxumalardakı qan və linfa damarlarının divarının tamlığı pozulur və damardan axan qan linfa yara kanalı ilə dəri və selikli qişa səthinə axır. Zədələnmiş damarın anotomik qurluşundan və diametrindən asılı olaraq qanaxmanın intensivliyi zəif və ya güclü ola bilər. Məsələn; damar şəbəkəsi çox güclü olan nahiyələrdə (baş, sifət, boyun, əllər) iti alətlə vurulan yaralarda iri və orta damarların divarı zədələndikdə qanaxma güclü olur. Əzilmiş didilmiş yaralarda, hipotoniya vəziyyətində, magistral qan damarları sıxıldıqda qan zəif axır.

Yara kənarının aralanması

Yaranın ölçüləri ilə təyin edilir. Yaranın böyük və kiçikliyi dərinin elastik liflərinin istiqamətindən də asılıdır. Dəridə yerləşən kobud lifli toxumalarının istiqamətinə (buna Langer xətti deyilir) paralel törənən kəsiklərdə yara kənarının aralanması kiçik, şaquli törənmiş kəsiklərdə isə yara kənarının aralalanması böyük olur. Dərinin bu xüsusiyyəti nəzərə alınaraq plastik və kosmetik cərrahlıqda kəsiklər langer xəttinə paralel, irinliklər açıldıqda isə yara kənarının aralanmasının geniş olması üçün kəsiklər Langer xəttinə şaquli aparılmalıdır.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə