Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   79   80   81   82   83   84   85   86   ...   127

174 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
İSA ABDULLAYEV 
Naxçıvan Dövlət Universiteti 
UOT: 616,381 
PERİTONİTLƏRİN REAL AĞIRLIQ DƏRƏCƏSİNİN, MÜALİCƏ TAKTİKASININ VƏ 
PROQNOZUNUN  TƏYİN  EDİLMƏSİNDƏ ÇOXKOMPONENTLİ PROQNOSTİK 
QRAFİKİN ƏHƏMİYYƏTİ 
Açar sözlər: Peritonit, ağırlıq dərəcəsi, müalicə taktikası,  proqnozu  
Key Words: Peritonitis, complication degree, treatment tactics, prognosis 
Ключевые слова: Перитонит, степени тяжести, тактика лечения, прогноз 
Problemin aktuallığı. Peritonitlər abdominal cərrahlığın aktual və diqqət mərkəzində olan 
problemlərindən  biri  olaraq  qalmaqda  davam  edir.  Yayılmış  peritonitlər  (YP)  zamanı  ölümə  20–
43,5% hallarda təsadüf edilir, septik şok və poliorqan çatmazlığı (POÇ) fonunda isə ölüm hətta 70 – 
100%-ə çatır (1, 5).    
 
Peritonitlər zamanı xəstəliyin ağırlıq dərəcəsinin, aparılan müalicə tədbirlərinin effektliyinin və 
xəstəliyin  proqnozunun  müəyyən  edilməsi  daim  cərrahların  və  reanimatoloqların  tadqiqat  obyekti 
olmuşdur (2, 12) 
 
 İltihabı xəstəliklərin, o cümlədən peritonitlərin gedişi xusuyətlərini müəyyən etmək üçün ilk 
dəfə  1941-ci  ildə  Y.Y.Kalf-Kalif  tərəfindən  leykositar  intoksikasiya  indeksi  (11),  sonradan  isə 
orqanizimin  rezistentliyi  indeksi  (7)  təklif  olunmuşdur  ki,  bu  göstəricilər  ekspress  proqnostik  test 
kimi  və  müxtəlif  müalicə  metodlarının  müəyyənləşdirilməsi  məqsədilə  yalnız  təxirəsalınmaz 
hallarda istifadə edilməyə başlanmışdı.  
Qanda orta molekul  çəkili  toksinlərin  (Князев Ю.В., Лещенко А.П.,  Саплина О.И.   1980) 
histamin  və  serotoninin(9,  16),  alfa-1-proteinazanın  (3,  18  ,19)  miqdarının  müəyyən  edilməsinin 
ciddi proqnosyik əhəmiyyət kəsb etməsi aşkar edildi. Digər müəlliflər qarın boşluğundan xaric olan 
ekssudantın  optiki  sıxlığına  və  qarın  boşluğunun  elektrotermometriyası  üsuluna  əasasən  prosesin 
gedişinə nəzarət etməyi və müəyyən proqnozlar verməyi təklif etmişdilər (8). 
Son  zamanlar  immunoloji  reaktivliyə  (10,  17),  qarın  boşluğunda  aşkar  edilən  mikroblarının 
xarakterinə  (14),  bir  və  ya  bir  neçə  orqan  və  sistemdə  baş  verən  çatışmamazlığa,  portal  sistemdə 
olan bakteriemiya və endotoksinemiya göstəricilərinə əsasən (4) daha düzgün və etibarlı proqnostik 
nəticələr  əldə  edilmişdir.  ABŞ-da  «APACHE  -11»  adlı  sistem  vasitəsilə  11  fizioloji  parametrə 
əsasən hər bir peritonitli xəstənin «ölüm riski» müəyyən edilir (6, 13, 17, 20).  
 
O.M.Pansıryev  28  göstəricidən  istifadə  edərək  mürəkkəb  riyazi  hesablama  tələb  edən  iki 
proqnostik  xətti  diskriminant  funksiya  əldə  etmişdir  (12,  13).  Keçmiş  Sovetlər  İttifaqında  qəbul 
olunmuş və keçmiş sosialist ölkələri tərəfindən istifadə olunun təsnifata əsasən peritonitlər yayılma 
dərəcəsinə  görə  məhdud,  diffuz  və  yayılmış,  gedişi  xüsusiyyətlərinə  görə  isə  reaktiv,  toksik  və 
terminal  fazalara bölünərək təsnif olunurdu (15) lakin belə təsnifat  əvvəlcədən heç bir proqnostik 
fikir söyləməyə imkan vermirdi.  
 
Peritonitlərin  ağırlıq  dərəcəsini  və  proqnozunu  müəyyənləşdirmək  məqsədilə  hal-hazırda 
geniş  surətdə  istifadə  olunan  digər  sistem  Manheymin  peritoneal  indeksi  (MPİ)  adlanır.  MPİ 
endogen  intoksikasiyanın  səviyyəsini  müəyyən  edir.  Bu  indeks  M.Linderin  rəhbərliyi  ilə 
Manheymin bir qrup cərrahı tərəfindən irinli peritonitlərin gedişini və nəticəsini proqnozlaşdırmaq 
məqsədi ilə təklif edilmişdir.  Bu şkala ilk dəfə 1987-ci ildə dərc edilmiş və 15 parametrdən ibarət 
olmuşdur.  Sonradan  müəlliflər  öz  diaqnostik  dəqiqliyini  saxlayan,  lakin  8  risk  faktorundan  ibarət 
olan  yenidən  işlənmiş  indeksi  təklif  etmişlər  (15,  21).  MPİ  1999-cu  ildə  Rostov-Donda  keçirilən 
“Təxirəsalınmaz  cərrahiyyə”  və  “İrinli  cərrahiyyə”  birləşmiş  plenumunda  peritonitlər  zamanı 
etibarlı  proqnostik  şkala  kimi  praktik  cərrahiyyədə  istifadə  olunması  məsləhət  görülmüşdür. 
Manheymin peritoneal indeksi 1-ci cədvəldə göstərilən risk faktorları əsasında tərtib olunmuşdur.  


175 
 
Cədvəl 1 
Manheymin peritoneal indeksi 
№  Risq faktoru 
Balla ifadə olunmuş 
ağırlıq dərəcəsi 

50 yaşdan yuxarı 


Qadın cinsi 


Orqan çatmamazlığının olması 

  4 
Bəd xassəli şişin olması 

 
 
 

24 saatdan çox davam edən peritonit 

 
 
 

Peritonitin mənşəyi yoğun bağırsaq olduqda 


Diffuz peritonit 


Ekssudat: 
– şəffaf 
– bulanıq-irinli 
– nəcisli-çürüntülü 
 


12 
 
MPİ üzrə peritonitin ağırlığının üç dərəcəsi ayırd edilir.  Əgər MPİ 20 baldan azdırsa bu I 
ağırlıq dərəcəsi hesab olunur və bu ağırlıq dərəcəsində letallıq sıfıra bərabər olmalıdır. Əgər MPİ 
20-dən  30  bala  qədər  olarsa  bu  II  ağırlıq  dərəcəsi  kimi  qəbul  olunur  və  II  ağırlıq  dərəcəsində   
letallıq    29%-ə  bərabər  olmalıdır.  Əgər  MPİ  30-dan  yuxarı  olarsa  bu  III  ağırlıq  dərəcəsi  hesab 
olunur və MPİ üzrə III  ağırlıq dərəcəsində   letallıq 100%-ə bərabər olmalıdır.   
 
 Mövcud  üsulların  xəstənin  real  vəziyyəti  haqqında  dinamik  məlumat  vermək  imkanı 
olmaması      (keçmiş  Sovetlər  İttifaqında  qəbul  olunmuş  təsnifat,  MPİ),    müasir  texniki  laborator 
təchizatına  ehtiyacı  olması  («APACHE  -11»),  mürəkkəb  hesablamalar  tələb  etməsi 
(O.M.Pansıryevin  xətti  diskriminant  funksiyaları),  uzun  müddətə  və  daha  başa  gəlməsi,  bizi 
peritonitli  xəstələrin ağırlıq dərəcəsi,  müxtəlif müalicəvi  tədbirlərin  vaxtında həyata keçirilməsinə 
dair göstərişləri və xəstəliyin hər bir xəstə üçün necə nəticələnəcəyinə əvvəlcədən proqnoz verməyə 
imkan verən coxkomponentli proqnostik qrafik işləməyə sövq etmişdir (şəkil 1.).   
İşin  məqsədi:    Yayılmış  peritonitlər  zamanı  çoxkomponentli  proqnostik  qrafikin  tətbiqi 
yolu ilə müayinə anında peritonitlərin real ağırlıq dərəcəsini təyin etmək, ağırlıq dərəcəsinə uyğun 
olan  müalicə  taktikası  seçmək  və  beleliklə  əməliyyatdan  sonrakı  ağırlaşmaları  və  ölüm  faizini   
azaltmaqdan ibarətdir.  
Tədqiqatın  material  və  metodları:  Çoxkomponentli  proqnostik  qrafikdə  absis  oxu 
üzərində  1-dən 13-ə qədər rəqəmlərlə nömrələnmiş, orqanizmin bir cox fərdi parametirləri, ordinat 
oxu  üzərində  isə  bu  parametirlərin  göstəricilərinin  peritonitin  müxtəlif  ağırlıq  dərəcələrində  necə 
dəyişdiyi  əks  olunmuşdur.  Sıra  ilə  götürüldükdə,  bu  parametrlər  nəbz,  temperatur,  cərrahi 
müdaxilədən  sonrakı  günlərin    sayı,  xəstənin  yaşı,  leykositoz,  EÇS,  dilin,  qarnın  vəziyyəti, 
bağırsaqların peristaltikası, qarın boşluğundan xaric olan ifrazatın xarakteri, tənəffüs, arterial təzyiq 
və diurez haqqında məlumat verir.  
 
Göründüyü  kimi,  bu  parametirlər  sutka  ərzində  dəfələrlə  dəyişə  bilər  və  onların
 
müəyyən 
edilməsi üçün heç bir mürəkkəb texniki avadanlıq və laborator tədqiqat üsuluna ehyiyyac yoxdur. 
Xəstənin parametirləti qrafik üzərində qeyd olunaraq bir-biri ilə birləşdirildikdə peritonitin ağırlıq 
dərəcəsini əks etdirən əyri alınır. 
Ordinat oxu üzrə qrafik 3 zonaya bölünür. I zona terapevtik zona adlandırılmışdır. Xəstənin 
parametirləri bu zona hüdudlarında məhdudlaşırsa, onda orta ağır dərəcəli peritonit  olması və adi 
konservativ müalicə tədbirləri aparmağa ehtiyyacı olması müəyyən edilir.  
 
Əgər  xəstənin  parametirləri  II  zonada  –  intensiv  terapevtik  zonada  məhtudlaşırsa,  xəstədə 
ağır  dərəcəli    peritonit  olması  və  onun  intensiv  terapiya  tədbirlərinə  ehtiyac  yarandığı  müəyyən 
edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə