Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   77   78   79   80   81   82   83   84   ...   127

170 
 
DAT > 90-95 mm.c.s olan hipertenziyalarda ; SAT > 170 mm.c.s və DAT >  110 mm.c.s olduqda 
isə təcili hospitalizasiyası göstərişdir [9]. 
Ana  və  dölün  daim  monitorinqi  vacib  olduğundan  ambulator  şəraitdə  bunu  təşkil  etmək 
mümkün  olmadığı  üçün,  həmçinin,  vaxtında  doğuşa  yardım  məsələsində  qərar  qəbuluna  ehtiyac 
olduğundan dərhal hospitalizasiya vacib şərtdir. 
 
Real  klinik  praktikada  antihipertenziv  preparatların  seçimində  əksəriyyət  həkimlər 
hamilələrdə arterial təzyiqi aşağı salmaq üçün səmərəsiz və təhlükəli sayılan – rauntain, bendazol, 
papaverin, drotartaverin, papazol, angiotenzin fermentinin ingibitorlarından istifadə edirlər. 
 
Hamilələrdə arterial hipertenziyanın müalicəsi xüsusi olub, dərman müalicəsinin dölə mənfi 
təsir  etmək  ehtimalını  nəzərə  alaraq  risk  dərəcəsinə  görə  fərdi  seçilməlidir.  Hamilələrdə  arterial 
hipertenziyanın  medikamentoz  müalicəsi  xüsusi  diqqət  tələb  edir.  Bu  cəhətdən  döl  və  embrionun 
təhlükəsizliyi (həm ekspermental, həm də uzunmüddətli klinik müşahidənin nəticəsi), hamiləlik zamanı 
AH patogenezi , hamiləlik və doğuşun normal gedişinə təsir etməməsi, minimal dozada olan müxtəlif təsir 
mexanizminə malik kombinə edilmiş preparatlardan istifadə nəzərə alınmalıdır. Belə tələblərə cavab verən 
preparatlar  mərkəzi  α2-adrenoreseptorların  aqnositləri  (metildopa,  klonidin);  α-/β-  adrenoreseptorların 
blokatorları  (labetalol);  daxili  simpatomimetik  aktivlikli  β-adrenoreseptorların  blokatorları  (oksprenolol, 
pindolol);    selektiv  (metoprolol,  atenolol);  Ca  kanalının  blokatorları    (nifedipin,  isradipin,  diltiazem, 
verapamil); α-adrenoreseptorların blokatorlarıdır (prazozin) [5;10]. 
 
Beləliklə,  hazırkı  zamanda  arterial  hipertenziyanın  start  müalicənin  iki  istiqamətdə 
aparılması  mümkündür:  monoterapiya  və  aşağı  dozalı  kombinəedilmiş  terapiya.  Qeyd  edək  ki, 
kombinəedilmiş  müalicədə  dərman  preparatlarının  lazım  gələrsə  miqdarı  və  ya  dozasını  artırmaq 
olar. Aşağı və orta risk qrupuna daxil olan xəstələrə start müalicə monoterapiya seçilə bilər. Aşağı 
dozada iki preparatın kombinə olunan şəkildə istifadəsi  yüksək və  yuxarı risk qrupuna daxil olan, 
fəsadların gözlənə biləcəyi ehtimal olunan xəstələrdə üstünlük verilir. Monoterapiyada axtarış əsas, 
optimal preparat üzərində qurulur, kombinəolunmuş müalicəyə keçid isə əvvəlki preparatın effekti 
olmadığı  halda  mümkündür.  Kiçikdozalı  kombinəolunmuş  terapiya  ilə  müalicəyə  müxtəlif  təsir 
mexanizminə  malik  effektli  preparatların  kombinasıyasından  istifadə  kimi  baxılır.  Hər  bir 
yanaşmanın  özünün  çatmamazlığı  və  üstünlükləri  var.  Əsasən  kiçikdozalı  monoterapiya  preparat 
düzgün seçilərsə, xəstənin başqa dərman qəbul etməsinə ehtiyacı yoxdur.  
 
Hamilələrdə antihipertenziv müalicəsində istifadə olunan metildopa (aldomet, dopeqit) ana 
və dölə mənfi təsir etməyən birinci xətt preparatdır. Preparat sutkada 0.75-4 q dozada 3-4 dəfə təyin 
olunur.  Metildopanın  maye  tutma  xüsusiyyətini  nəzərə  alsaq,  preparatın  uzun    müddətli  təyini 
zamanı  bəzən  diuretiklərlə  birgə  istifadəsi  məqsədəuyğundur.  Bu  preparatdan  bir  aydan  artıq 
istifadə  mikroalbuminuriya  və  ümumi  periferik  damar  müqavimətində  nəzərə  çarpacaq  dərəcədə 
artım  qeyd  olunur.  Bu  baxımdan  hamilələrdə  ağır  böyrək  və  qaraciyər  çatmamazlığı  zamanı 
preparatdan  ehtiyatla  istifadə  etmək  lazımdır.  Real  klinik  təcrübədə  metildopa  ilə  müalicədə  12-
22%  halda  əlavə  təsir,  həyat  keyfiyyətinin    aşağı  düşməsi  və  metildopaya  qarşı  zəif  uyğunlaşma 
müşahidə olunur. 
 
Arterial  hipertenziyalı  hamilələrin  müalicəsində  kalsium  kanallarının  blokatorlarından, 
əsasən dihidropridin qrupundan olan nifedipindən (adalat, korinfar) daxilə 10-20mq  gündə 4 dəfə 
adi formada və ya 20-40 mq gündə 1 dəfə uzadılmış təsir formasında tətbiq olunur. Nifedipin DAT 
110  mm.c.s  və  yuxarı  olan  xəstələr  üçün  seçim  preparatdır.  Preparatın  adi  formada  sublinquval 
tətbiqi  hipertonik  krizlərin  təcili  qarşısını  alır.  Nifedipinin  10%-li  məhlulunun  infuziya  şəkilində 
vena  daxili  istifadəsi  (infuzon,  adalat)  dünyanın  bir  çox  ölkələrində  -Kanadadan  Avstraliyaya  , 
İngiltərədən İrana kimi hamilələrdə qan təzyiqinin kəskin yüksəlməsi zamanı geniş istifadə olunur. 
Qeyd edək ki, nifedipinin zəif tokolitik təsirini unutmaq olmaz. Onun köməyi ilə nəinki yüksək qan 
təzyiqini azaltmaq, həm də vaxtından əvvəl doğuş təhlükəsinin qarşısını uğurla almaq olur [5]. 
 
Tədqiqat zamanı 7-14 gün ərzində preparatın hipotenziv aktivliyini öyrənmək məqsədilə AT 
və  preklamsiyalı  qadınlarda  arterial  təzyiqin  24  saat  monitorinqini  aparmışlar.  Hər  iki  qrupda 
qənaətbəxş  hipotenziv  effekt  alınmaqla  bərabər  arterial  təzyiqin  sutkalıq  ritmində  müxtəlif 
dəyişikliklər  qeydə  alınıb.  Preklampsiyalı  qadınlarda  nifedipinin  hipotenziv  effekti  metildopa,  β-


171 
 
blakatorlar  və  onun  kombinasiyası  ilə  müqayisə  edilmişdir.  Hamiləliyin  22-24  həftəsində  AH 
hamilələrdə və gələcəkdə preklamsiya inkişaf edən xəstələrdən ibarət hər iki qrupda arterial təzyiq 
əhəmiyyətli  şəkildə  azalmışdır.  Ağırlaşmamış  AH  hamilələrdə  USM-nin  doplerroqrafiyasında 
göbək  və  uşaqlıq  arteriyalarında  nəbz  indeksinin  azalması  qeyd  olunur.  Preklamsiya  inkişaf  edən 
hamilələrdə  fetoplasentar  qan  dövranında  göstəricilər  dəyişilməyib.  Hər  iki  preparat  anada  qan 
təzyiqi  və  nəbzi  normal  səviyyədə  saxlasa  da,  nə  nifedipin,  nə  də  metildopa  dölün  beyin  qan 
dövranına və göbək arteriyasına əhəmiyyətli təsiri qeyd edilməyib. 
 
Arterial  hipertenziyalı  hamilələrin  müalicəsində  məqbul  preparatlardan  biri    β  blakator 
sinfidir.  Bu  preparatların  yaxşı  keyfiyyəri  hipotenziv  təsiri  tədricən  əldə  etmək,  trombositlərin 
funksiyasındada  sabitləşmə  və  plazmanın  həcminə  mənfi  təsir  etməməsidir.  Atenalol  sutkada  50-
100  mq,  metaprolol  sutkada  100  mq,  oksprenalol  sutkada  160  mq  və  pindolol  sutkada  10-30  mq 
qəbul olunur. Daha geniş istifadə olunan α və β blakatorlardan labetatol (trandat) sutkada 200 mq-
dan  800  mq-dək,  hətta  trandat  sutkada  2400  mq  olmaqla  hamilələrə  təxirəsalınmaz  vəziyyətlərdə 
vena daxilində yeridilir. 
 
Arterial hipertenziyalı hamilələrin əksəriyərinə b-adrenoblakator qrupundan üstünlük verilən 
preparat  –metaprololdur  (Eqilok  –Retart).  Kontrol  qrupda  metaprololun  təyini  ilə  əlaqədar  dölə 
mənfi təsir edə bilən hər hansı bir fəsad– dölün bətndaxili inkişaf ləngiməsi, yenidoğulmuşlarda baş 
verən  hipoqlikemiya,  tənəffüsün  zəifləməsi,  bradikadikardiya  və  hipotenziya  kimi  ağırlaşmalar 
haqqında məlumat əldə edilməyib. 
 
Kombinə  olunmuş  terapiyada  müxtəlif  təsir  mexanizminə  malik  preparatların  təyini  bir 
tərəfdən  arterial  təzyiqi  aşağı  salmağa  nail  olunursa  ,  digər  tərəfdən  əlavə  təsirlərin  miqdarını 
azaltmağa  imkan  yaradır.  Kombinəolunmuş  müalicə  həm  də  arterial  təzyiqi  yüksəldən 
kontrarequlyasiya  mexanizmlərinin  müqavimətini  qırır.  Antihipertenziv  preparatlara  bir  talbetdə 
fiksəedilmiş birləşməsi xəstələrin müalicəyə inamını artırır. AT>160-100 mm.c.s olması çox yüksək 
risk olub, tam dozada kombinəolunmuş müalicədən istifadəyə start verilir. 25-20% xəstələrdə AT 
nəzarət  üçün  iki  dərman  preparatı  ilə  nəticə  əldə  etmək  olmur.  Belə  halda  üç  və  daha  çox 
preparatların kombinasiyasından istifadə olunur. 
 
Kombinəolunmuş  müalicənin  isə  bir  sıra  üstünlüyü  var:  müxtəlif  istiqamətli  təsirə  malik 
preparatların  AH  patogenetik  mexanizminin  inkişafına  təsir  etməklə  antihipertenziv  effekti 
gücləndirmək  hesabına  sabit  şəklində  arterial  təzyiqli  xəstələrin  sayını  artırmaq,  az  dozalı 
kombinəolunmuş preparatların hesabına əlavə təsirlərin sayını azaltmaq və bu effektlərin qarşılıqlı 
şəkildə zərərsizləşdirilməsi, daha effektli nəticələrlə risklərin sayını azaltmaq və ürək-damar sistemi 
ağırlaşmalarının  qarşısını  almağı  təmin  etmək.  Lakin,  kombinəolunmuş  müalicə  minimum  iki 
dərman  preparatın  istifadəsi  müxtəlif  təyinə  görə  tamamilə  bölünə  bilər.  Hesab  olunur  ki,  zəif 
gedişli  AH  hamilələrdə  kombinəolunmuş  preparatlardan  istifadə  arterial  təzyiq  fonunda  daha  az 
dozaya malik preparatlardan istifadə imkanı əldə etmək, arzuolunmaz əlavə təsirlərin əmələ gəlmə 
ehtimalını  azaltmaq,  bəzi  halda  onların  qarşılıqlı  zərərsizləşdirilməsi  və  ananın  daha  səmərəli 
orqanproteksiya əldə etməsidir. 
Arterial  hipertenziyası  olan  hamilələrin  müalicəsində  dopeqit,  dibikor  və  bu  preparatların 
birgə  istifadəsi  zamanı  sistolik  və  diastolik  təzyiqin  sutkalıq  indeks  göstəricisinin  normal  və 
subnormala  qədər  təkmilləşməsi  qeyd  olunub  (Sutkalıq  indeks  SAT  7.3  –  11.3%,  sutkalıq  indeks 
DAT  9.2-14.4%)  Dopegitin  sutkada  375  mq  və  diboikorun  sutkada  1000  mq  –dan  iki  dəfə  30 
günlük kurs müalicəsi SAT daha çox enməsi (başlanğıcından 6.3%), DAT (başlanğıcından 8.14%) 
və  zaman  indeksi  SAT  (başlanğıcından  54.9%)  qeyd  olunub.“Dibikor”  qrupunda  nəzərəçarpan 
bradikardiya  efekti  4.3%  başlanğıca  nisbətən  çox  qeyd  olundu.  Dibikorun  16-20  və  32-36  həftə 
hamiləlikdə  sutkada  1000  mq-dan  iki  dəfə  30  günlük  kurs  müalicə  mərkəzi  hemodinamikanı 
yaxşılaşdırmış, zərbə indeksi və fraksiya artımı 15-20 ml artmışdır. Hamiləlirin 16-20-ci və 32-36-
cı  həftəsində  dibikorun  sutkada  1000  mq-dan  iki  dəfə  30  günlük  kurs  müalicəsində  uşaqlıq  – 
plasenta  və  döl  qan  dövranının  yaxşılaşması,  dölün  hipotrofiyasının  qarşısının  alınması 
“dopeqit+dibikor”  qrupunda  12%  qədər,  “dibikorda”  16%  kimi,  “Dopegit”  qrupu  ilə  müqayisədə 
23.3%  təşkil  edib.  Dibikorun  dopeqitlə  birgə  təyini  yüngül  və  orta  dərəcəli  AH  olan  hamilələrdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə