Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   75   76   77   78   79   80   81   82   ...   127

166 
 
Naxçıvan Muxtar Respublikası Dövlət  Statistika Komitəsinin məlumatlarına əsasən, hazırda 
muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,1 
faizi şəhər, 70,9 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadrat kilometrə düşən 
əhalinin  sayı  80  nəfər  olub  ki,  bu  da  1  yanvar  1996-cı  illə  müqayisədə  19  nəfər  çoxdur    (1). 
Əhalinin  sağlamlığına  diqqət  edilməsi  və  onun  rifahının  müntəzəm  yüksəlişi  ölüm  hallarının 
azalması ilə nəticələnmişdir. Bu məsələdə tibbi xidmətlərin rolu da unudulmamalıdır. Əgər 1995-ci 
ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olubsa, hazırda bu göstərici 4,5 nəfər 
təşkil edir (1). 
Doğumun artımı ilə bağlı olaraq muxtar respublika əhalisi içərisində  gənclərin ümumi sayı da  
artmışdır.  2014-cü  ildə  doğulan  körpələrdə  gözlənilən  ömür  uzunluğunun  1995-ci  ildəki  müvafiq 
göstəricidən 7  yaş artaraq 76 yaşa çatması səmərəli demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu 
nəticəsidir.  2016-cı  ilin  yanvar  ayındakı  məlumatlara  əsasən,  Naxçıvan  Muxtar  Respublikası  üzrə 
əhalinin orta  yaş həddi 32 yaş təşkil edir. Ən  yüksək orta  yaş həddi Naxçıvan şəhərində 33,6  yaş  
olmuşdur. Yeni  doğulan körpələr   üçün  gözlənilən ömür uzunluğu 78,2  yaş, o cümlədən oğlanlar 
üçün 76,2 yaş, qızlar üçün 80,2 yaş təşkil etmişdir (1). 
Əhalinin 2009-cu il siyahıya alınmasının məlumatlarına əsasən, muxtar respublika əhalisinin 
tərkibi 99,6 faiz azərbaycanlılar, 0,4 faiz isə digər millətlər dən ibarət olmuşdur. Lakin ana dilində 
danışanlar əhalinin 100 faizini təşkil etmişdir.  
Muxtar  respublikada  əhalinin,  xüsusilə  ana  və  uşaqların,  əmək  qabiliyyətli  yaşda  olanların 
ölüm  səviyyəsinin  ardıcıl  surətdə  azaldılması  yolu  ilə  ömür  müddətinin  uzadılmasına,  əhalinin 
bütün  qrupları üçün sağlam  həyat  tərzinin təmin  edilməsinə, ana və uşaqların sosial  müdafiəsinin 
gücləndirilməsinə  nail  olunub.  Məşğulluq  öz  mahiyyəti  etibarilə  əmək  qabiliyyətli  əhalinin  daim 
yaşayış vasitələri ilə təmin olunmasına, insanın özünün və ailəsinin maddi-mənəvi təminatına imkan 
verir  və  cəmiyyətin  sosial-iqtisadi  inkişafında  iştirakına  əlverişli  şərait  yaradır.  Həmçinin, 
məşğulluq  əmək  qabiliyyətli  əhalinin  işsizliyinin  aradan  qaldırılmasının  maddi  əsasını  təşkil  edir. 
Çox sadə bir səbəbdən: əmək qabiliyyətli əhalinin məşğulluğu ilə işsizliyin arasında qarşılıqlı əlaqə 
və  qarşılıqlı  asılılıq  mövcuddur.  Belə  ki,  məşğulluq  artdıqca  işsizlik  azalır,  əksinə,  işsizlik 
çoxaldıqca  əmək  qabiliyyətli  əhalinin  məşğulluq  səviyyəsi  aşağı  düşür.  Bir  kateqoriya  kimi 
məşğulluq  əmək  qabiliyyəti  olanların,  yəni  əmək  resurslarının  işlə  təmin  olunması  deməkdir. 
Keyfiyyətli və kəmiyyətli işlə təmin olunma - məşğulluq əmək qabiliyyətli adamların arzu, istək və 
istehlakına maddi zəmin yaradır. Məhz buna görə də məşğulluq nəinki sosial-iqtisadi, habelə siyasi 
bir  məsələdir.  Bundan  əlavə,  əmək  qabiliyyəti  olan  və  işləmək  istəyənlərin  işlə  təminatı,  yəni 
məşğulluğunun təmin edilməsi əhalinin artımı kimi təbii bir proses olaraq təbiət qanunlarının tələbi 
əsasında baş verir. Bu artım həm də cəmiyyətin mövcud quruluşu və ictimai istehsalın forması ilə 
sıx  əlaqədardır,  daha  doğrusu,  birbaşa  bağlıdır.  Odur  ki,  cəmiyyətdə  hər  bir  problem  kimi 
məşğulluq  da  tənzimlənməlidir.  Məlumdur  ki,  əmək  qabiliyyətli  əhali  işlə  təmin  edilmirsə,  bu, 
cəmiyyət üçün mənfi haldır. Çünki işçi qüvvəsi və ya əmək ehtiyatlarının istifadəsi həm də mühüm 
sosial problemin həlli deməkdir. 
 
Bununla bağlı ölkəmizdə, o cümlədən Naxçıvan MR-də əhalinin məşğulluğunu daha  yüksək 
səviyyədə təmin etmək məqsədilə bir sıra davamlı və əsaslı tədbirlər həyata keçirilir. İlk növbədə, 
yeni istehsal və xidmət müəssisələri yaradılır, mövcud müəssisə və xidmət müəssisələrinin istehsal 
və  xidmət  sahələri  genişləndirilir,  özəl  sektorun  inkişafına  geniş  meydan  verilir.  Bu  sırada  qeyri-
neft  sektorunun  inkişafına  xüsusi  diqqət  verilməsi  də  xüsusi  vurğulanmalıdır.  Bütün  bu  və  digər 
amillər  muxtar  respublikada  məşğulluğun  təminatçısına  çevrilmişdir.  Nəticəsi  göz  qabağındadır  - 
keçən  ilin  11  ayı  ərzində  2938  nəfər  iş  axtaran  qeydə  alınmış  və  onların  2488  nəfəri  müxtəlif 
sahələrdə işlə  təmin olunmuşdur. Bu sırada başqa mühüm fakt: işə düzələnlərin 1014 nəfəri  gənc, 
560  nəfəri  qadınlardır.  Bundan  əlavə,  göstərilən  müddətdə  392  nəfər  peşə  hazırlığı  kurslarına 
göndərilmiş  və  onların  300  nəfəri  müxtəlif  peşələrə  yiyələndikdən  sonra  işə  qəbul  edilmişdir. 
Ümumiyyətlə,  son  10  ildə  Naxçıvan  Muxtar  Respublikasında  58,4  mindən  çox  yeni  iş  yeri 
yaradılmış, iqtisadi fəal əhalinin sayı 24,7, məşğul əhalinin sayı 30,1 faiz çoxalmış, işsizlərin sayı 
minimuma endirilmişdir. 


167 
 
 
Ölkəmizin  hər  yerində  olduğu  kimi,  Naxçıvan  Muxtar  Respublikasında  da  sosial-iqtisadi 
həyatın, mənəvi-mədəni mühitin yaxşılaşdırılmasında qadınların roluna, onların cəmiyyətdəki sosial 
mövqeyinə  ciddi  əhəmiyyət  verilir.  Müstəqillik  dövründə  qadın  hərəkatı  daha  da  genişlənmişdir. 
Qadınlarla  bağlı  dövlət  siyasəti  beynəlxalq  norma  və  prinsiplər  nəzərə  alınaraq  ümummilli  lider 
Heydər  Əliyevin  tövsiyə  və  məsələlərinə  uyğun  aparılır.  Muxtar  respublikada  bütün  təbəqələrdən 
olan  qadınların  ictimai-siyasi  həyata  cəlb  olunmasında,  onların  sosial  fəallığının  artırılmasında 
1995-ci ildə yaradılmış Naxçıvan Muxtar Respublikasının Qadınlar Məclisi mühüm rol oynamışdır 
(4,  208  s).  Qadınlar  Məclisi  muxtar  respublika  qadınlarının  ictimai-siyasi  həyatında  daha  fəal 
olması  üçün  bir  sıra  tədbirlər  hazırlayıb  həyata  keçirmişdir.  Qadınların  sosial  fəallığını,  ictimai-
siyasi  həyatda  iştirakını  artırmaq  üçün  son  vaxtlar  onlar  idarəetmə  strukturlarına  daha  geniş  cəlb 
olunurlar.  Muxtar  respublikada  ən  yüksək  inzibati  və  təsərrüfat  vəzifələrində  qadınlar  uğurla 
fəaliyyət göstərirlər. 
“2016-2020-ci  illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin  məşğulluğunun artırılması 
üzrə  Dövlət  Proqramı”  muxtar  respublikanın  əmək  bazarında  tələb  və  təklifin  müəyyənləşdiril-
məsini, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini, əmək bazarının tələbinə müvafiq olaraq 
iş axtaranların peşə hazırlığının təşkilini, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə 
ardıcıl  işlərin  görülməsini,  işçilərin  əmək  hüquqlarının  təmin  edilməsini,  iş  axtaranların  təşkil 
olunacaq  peşə  kursları,  ictimai  işlər,  habelə  vakansiyalar  barədə    məlumatlandırılmasını  nəzərdə 
tutur. 
Muxtar  respublika  əhalisinin  62,3  faizini  35  yaşadək  olan  gənc  nəsil  təşkil  edir.  Muxtar 
respublikada  gənclərin  asudə  vaxtlarının  səmərəli  təşkili,  yaradıcılıq  potensialının  üzə  çıxarılması 
diqqət mərkəzində saxlanılır (5, səh 376). Muxtar respublikada əmək bazarının tənzimlənməsində 
və  əhalinin  səmərəli  məşğulluğunun  təmin  edilməsində  2007-2010-cu  illərdə  məşğulluq 
strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə 
Dövlət  proqramlarının  uğurlu  icrası  mühüm  rol  oynayıb.  Belə  ki,  1996-cı  ildən  bu  günə  kimi 
muxtar respublikada 85 min 861 yeni iş yeri açılıb. Bunun da 59 min 90-ı və ya 68,8 faizi daimi iş 
yerləridir. Əgər 1995-ci ilin sonuna məşğulluq xidmətlərində rəsmi işsiz statusu alanların sayı 5 min 
211  nəfər  təşkil  edirdisə,  hazırda  bu  göstərici  sıfır  səviyyəsinə  endirilib,  əmək  bazarında  sabitlik 
təmin olunub (1). 
Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi  bütövlüyü  uğrunda,  Çernobıl  Atom  Elektrik 
Stansiyasındakı qəzanın ləğvində iştirak edən və 1941-1945-ci illər müharibəsində əlil olmuş 448 nəfərə 
avtomobil verilib, 191 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunub. Bildirilib ki, 
məhdud fiziki imkanlı 4 min 695 nəfər müxtəlif texniki bərpa vasitələri ilə təmin olunub, 2 min 808 
nəfərə protez-ortopedik xidmət göstərilib, bu kateqoriyadan olan 2 min 205 nəfər respublikanın müxtəlif 
sanatoriya  və  pansionatlarında  müalicə  məqsədilə  göndərişlərlə  təmin  ediliblər.  Ahıl  vətəndaşlara 
göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlibdir. Hazırda tək yaşayan 
və hərəkət qabiliyyəti məhdudlaşmış 478 ahıl vətəndaşa əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən 
evlərində, 14 ahıla isə ahıllar evində sosial xidmət göstərilir (1). 
Sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası,  onların  cəmiyyətə  inteqrasiyası  daim 
diqqət mərkəzindədir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 
defektoloji  bölmə,  kinekt  və  əmək  terapiyası  otaqları,  Naxçıvan  Uşaq  Bərpa  Mərkəzində 
multisensorlu  terapiya  otağı  yaradılıb.  Məhdud  Fiziki  İmkanlılar  üçün  Naxçıvan  Regional 
İnformasiya  Mərkəzində  görmə  və  eşitmə  məhdudiyyəti  olan  uşaqlar  üçün  brayl  və  daktilo 
əlifbasının tədrisi üzrə kurslar təşkil olunub. Onlara audio və elektron kitabxana xidməti göstərilir. 
Beləlilkə, cəmiyyətin özəyi hesab olunan ailələrə diqqət və qayğı onların strukturuna da əhəmiyyətli 
dərəcədə təsir göstərir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə