Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   83   84   85   86   87   88   89   90   ...   127

182 
 
 
a – kəskin appendisitin başlanğıcı. Selikli qişanın lakunalarında 
yerləşmiş ekssudativ ilk “üçbucaq” defektlər (ilk affekt); 
b – kəskin appendisit follikullarının hiperplaziyalaşması 
Hər  iki  mərhələdə  çıxıntıda  üzvi  və  destruktiv  dəyişikliklər  müşaiyət  olunmadığı  üçün 
proses  geridönən  hesab  edilir  və  cərrahi  müdaxilə  tələb  olunmur  (konservativ  müalicə  və  s. 
tədbirlər ilə aradan qaldırıla bilər).  
 Lakin, təxminən bir sutka sonra iltihabı prosesin diffuz şəkildə divar boyunca yayılması ilə 
əlaqədar çıxıntıda destruktiv dəyişikliklər də başlanır. 
 
b)  Destruktiv  appendisit  –  ilk  ağrı  tutmalarından  bir  sutka  sonra  başlanır.  Səthi 
defektlərdəki  iltihabı  proses  irinli  iltihab  şəklində  selikli  qişa  boyunca  yanlara  doğru  yayılaraq 
soxulcanabənzər çıxıntını toxumasını əhatə edir ki, buna da fleqmanoz irinli appendisit deyilir. Bu 
zaman  çıxıntı  makroskopik  olaraq  şişmiş,  tutqun  və  doluqanlı  görünür,  üzəri  fibrinoz  iltihabla 
əlaqədar  ağımtıl-boz  ərplə  örtülü  olur,  müsariqə  doluqanlı  və  şişkin  olur.  Çıxıntını  kəsdikdə 
mənfəzində irinli ekssudat görünür, divarı doluqanlı və ödemli, neytrofil qarışıqlı limfo-leykositar 
elementlərlə infiltrasiya olunmuş,  şişkinləşmiş olur.   
Diffuz fleqmanoz dəyişikliklər fonunda selikli qişada çoxlu xırda irinciklər – apostemalar 
da  əmələ  gələrsə,  buna  apostematoz  appendisit  deyilir.  Fleqmanoz  appendisit  zamanı  həm  də 
selikli  qişada  çoxlu  yaralanmalar  əmələ  gələrsə,  fleqmanoz-  yaralı  appendisit  törənir.  Bütün 
irinli-destruktiv dəyişikliklər sonradan çıxıntıətrafı toxumaya da keçərək  periappendisit, çıxıntını 
əhatə  edən  müsariqəyə  də  keçərək  mezenteriolit  törədir.  Bunların  nəticəsində  isə  appendikulyar 
arteriyanın  trombozu  baş  verir  ki,  bu  da  çıxıntının  nekrozlaşmasına  və  qanqrenasına  səbəb  olur 
qanqrenoz  appendisit.  Soxulcanabənzər  çıxıntı  çox  şişkinləşmiş,  yaşılımtıl-boz  rəngdə  irinli-
fibrinoz  ərplə  örtülmüş  olur;  çıxıntının  mənfəzində  irinli  möhtəviyyat  görünür;  selikli  qişa 
bütünlüklə zədələnmiş və yaralanmış olur, toxuma qalınlaşmış, ödemli və irinli olur, divarındakı 
nekrozlaşmış  toxuma  elementləri  arasında  çoxlu  mikrob  koloniyaları,  neytrofil  qarışıqlı  limfo-
leykositar infiltrasiya, damarlarında trombozlar görünür.  
Soxulcanabənzər çıxıntıda olan destruktiv  proseslərin proqressivləşməsi və irinli prosesin 
yaxınlığındakı üzv və toxumalara  yayılması nəticəsində kəskin appendisitin ağırlaşması baş verir. 
Adətən  fleqmanoz-yaralı  appendisit  zamanı  yaraların  birinin  divarının  deşilməsi  nəticəsində 
çıxıntının  perforasiyası  meydana  çıxır.  Çıxıntının  mənfəzindən  kənara  tökülən    möhtəviyyat  
adətən sağ qalça çuxuru  nahiyəsində piyliklə əhatə olunmuş məhdud irinli peritonit, və yaxud da 
yayılmış irinli peritonit törədir. 


183 
 
 
a – fleqmonoz appendisit (irin infiltrasiyası seroz qişaya yayılmışdır); 
b – qanqrenoz appendisit (çıxıntıda perforasiya) 
 
Çıxıntının  spontan  amputasiyası  əsasən  qanqrenoz  appendisitin  ağırlaşması  zamanı  rast 
gəlinir.  Fleqmanoz  apendisit  zamanı  girəcək  hissənin  bağlanması  və  çıxıntının  distal  hissəsində 
möhtəviyyatın yığılıb qalması nəticəsində çıxıntının empiyeması əmələ gəlir. İrinli iltihabı proses 
periappendikulyar  sahəyə  keçərsə  periappendisit,  kor  bağırsaqətrafı  sahəyə  keçərsə  peritiflit, 
müsariqə  damarlarına  keçərsə  irinli  tromboflebit,  irinli  tromboarterit,  irinli  limfangit,  qapə 
venasının şaxələrinə yayılarsa irinli pilefilebit baş verir.  
Keçirilmiş  kəskin  appendisitin  fəsadı  kimi  xroniki  appendisit  inkişaf  edir.  Xroniki 
appendisit  soxulcanabənzər  çıxıntının  atrofik  və  sklerotik  dəyişiklikləri  ilə  xarakterizə  olunur. 
Xroniki  appendisitin  kəskinləşməsi  zamanı  appendiksdə  diffuz  sklerotik  və  atrofik  dəyişikliklər 
fonunda doluqanlılıq, ödem və neytrofil qarışıqlı limfo-leykositar infiltrasiya müəyyən olunur. 
 
Xroni ki  appendisit (mikroprepar at )  
 
 
Naxçıvan Muxtar Respublikasında son illərdə Səhiyyə Nazirliyinin göstərişinə görə bütün 
appendektomiyalardan  sonrakı  çıxıntının  Məhkəmə  Tibbi  Ekspertiza  və  Patoloji  Anatomiya 
Birliyinin  patohistoloji  laboratoriyasında  mikroskopik  müayinəsinin  aparılması  tapşırılmışdır. 


184 
 
Məqsəd  diaqnozların  düzgünlüyünün  dəqiqləşdirilməsi  və  gələcək  fəsadların  qarşısının  alınması 
olmuşdur.  Həmin  laboratoriyanın  verdiyi  məlumata  görə  2016-cı  ilin  on  ayı  ərzində  Naxçıvan 
şəhərindəki xəstəxanaların cərrahiyyə şöbələrində kəskin appendisit diaqnozu qoyulmuş  xəstəyə 
cərrahi  müdaxilə  edilmiş  və  götürülmüş  206  biopsiya  materialı  (appendektomiyalardan  sonra 
çıxarılmış kor bağırsaq çıxıntısı) patohistoloji laboratoriyada mikroskopik müayinə olunmuşdur.  
Alınan nəticələr aşağıdakı kimi olmuşdur: 
1.
 
Kəskin kataral appendisit------17 
2.
 
Qanqrenoz appendisit-----------33 
3.
 
Fleqmanoz appendisit-----------156   
 Bu rəqəmlər müvafiq olaraq 2015-ci ildə belə olmuşdur: 
1.
 
Kəskin kataral appendisit------21 
2.
 
Qanqrenoz appendisit----------36 
3.
 
Fleqmanoz appendisit----------148      
Alınan nəticələri analiz edərkən məlum olur ki, müayinə edilən 206 biopsiya materialından 
17-sində  uyğunsuzluq  aşkar  edilmişdir.  Belə  ki,  17  xəstədə  cərrahi  müdaxiləyə  təcili  ehtiyac 
olmamasına  baxmayaraq,  appendiks  cərrahi  müdaxilə  vasitəsilə  çıxarılmışdır.  Hansı  ki,  onlar 
konservativ  müalicə  ilə  sağlamlaşa  bilərdilər.  Bu  uyğunsuzluqlar  olan  müayinələrin  nəticələri 
müvafiq  xəstəxanalara  göndərilmiş  və  müzakirələrin  aparılmasında  iştirak  etməklə  məsləhətlər 
verilmişdir ki, gələcəkdə bu səhvlərə yol verilməsin. 
 
ƏDƏBİYYAT 
 
1.
 
C.Hüseynov. Ümumi patoloji anatomiya. Tibb institutu üçün dərslik. Maarif, Bakı, 1977 
2.
 
C.Hüseynov. Xüsusi patoloji anatomiya. Tibb institutu üçün dərslik. Maarif, Bakı, 1977 
3.
 
Ə.B.Həsənov.  Patoloji anatomiya. Ali tibb təhsili tələbələri üçün dərslik.  Bakı, Elm, 2003 
4.
 
R.S.Cotran, V.Kumar, S.L.Robbins. “Robbins pathologic basic of disease”,1999 
5.
 
A.И.Струков, В.В.Серов. “Патологическая анатомия”, 1995 
6.
 
В.В.Серов, M.A.Пальцев. “Патологическая анатомия”, 1998 
7.
 
M.A.Пальцев, Н.M.Аничков. “Патологическая анатомия”, 2001 
8.
 
M.Topçubaşev. Xüsusi cərrahiyyə. Ali tibb təhsili tələbələri üçün dərslik 
ABSTRACT  
Malik Aliyev 
 
About the role of anatomic pathology examination of appendix in the specifying of appenticitis 
diagnosis. 
In this article there are broad information about the causes of appendicitis and anatomy
patonomy, morphogenesis, patogeness, clinical, leatures, classification, symptoms, patohistological, 
examinations of appendix. 
The article is significant for increasing of educational knowledge. In the article anatomic 
patalogy examination of the next appendix after appendectomy is given comperatively in the 
hospitals of Nakchivan Autonomous Respublic in the last two years and it shows that the matters 
have been improved in this direction. That is why this article will help to specify the diagnosis of 
appendicitis in future. 
It  seems  that  performing  of  patohistological  examinations  has  developed  the  specifying  of 
the diagnosis of appendicit much more 
It is clean that are diagnoses by doctors are not confirmed, so in the 17 of 206 examinations, 
there is discovered incompatibility and 17 patients needn’t first and surgery intervention. 
These examinations will play great role in the preventing of making mistakes in specifying 
of the diagnosis of appendicitis. 
The article is significant material for medical students, residents and treating doctors. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə