Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   84   85   86   87   88   89   90   91   ...   127

185 
 
РЕЗЮМЕ 
Малик Алиев 
Раль раталогоапататицеского иследованияапендикуляного
 
атроска при диагнозе 
апендицита
 
«О  роли    патолого-анатомического  обследования  аппендикульярного  отроска  в 
уточнении диагноза аппендицита» 
В  статье  содержится  подробная  информация  о  причинах  возникновения,  анотомии 
аппендикса,  патанатомии,  морфогенезе,  патогенезе  болезни  аппендицита,  о  клиническом 
ходе, классификации, симптомах, патогистологическом обследовании. 
Статья  имеет  значение  в  повышении  научных  знаний.  Передача  в  сопоставительной 
форме  патолого-анаточического  обследования  после  аппендектомического  червообразного 
отраска  в  больницах  Нахчыванской  Автономной  Республики  за  последние  два  года 
показывает продвижение вперед работ в этой области.  Поэтому данный материал поможет в 
уточнении диагноза аппедицита. 
Исследование  показывает,  что  проведение  патогистологического  обследование 
значительно улучшает работу по уточнению диагноза аппендицита. 
В  результате  проведенных  обследований  все  прогнозы,  ставленные  врачами  не 
находят своеого подтверждения. Так, из 206 проведенных обследований в 17-ти обнаружено 
несоответствие.  Значит,  в  17-ти  больных  операция  не  нуждалась  в  неотложных 
хирургических  вмещательств.  
Эти  обследования  сыграют  важную  роль  в  уточнении  диагноза  аппендицита  и 
предотвратит возможные ошибки.  
Статья  представляет  ценный  материал  для  студентов  медицинского  факультета, 
резидентов и лечащих врачей.   
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: 
 
Tibb üzrə fəlsəfə doktoru, dose
nt  
M. İbrahimov
 
 
 


186 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
 
GÜLTƏKİN ƏLİYEVA 
AYNA MƏMMƏDRƏHİMOVA 
ZEYNƏB BAĞIROVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 618,5 
ORDUBAD RAYONUNDA HAMİLƏLİKLƏRİN POZULMASININ VƏ  
SƏBƏBLƏRİNİN STRUKTURASI 
Açar sözlər: hamiləliyin pozulması, toksoplazma, ölü döl, abort  
Key words: violation of pregnancy, toxoplasmosis, dead fetus, abortion 
 
Ключевые слова: нарушение беременности, токсоплозмоз, мертвый плод, аборт 
Müasir  diaqnostika  və  müalicə  metodlarının  olmasına  baxmayaraq  hamiləliyin  vaxtından 
əvvəl pozulması hələ də öz aktuallığını saxlayır. 
Hamiləliyin  iki  və  daha  artıq  sayda  pozulması-  təkrari  hamiləlik  pozulması  adlanır. 
Araşdırmalara  görə  hamiləliklərin  40%-i  düşüklə  nəticələnir  və  bu  düşüklərin  50%-nin  pozulma 
səbəbi  xromosom  anomaliyaları  hesab  olunur.  Genetik  səbəblər  isə  4-5%  hallarda  rast  gəlinir. 
Ümumiyyətlə hamiləlik pozulmalarının aşağıdakı səbəbləri vardır: 
1)
 
Anatomik səbəblər: Usaqlığın anomaliyaları düşük riskini artırır. 
2)
 
Hormonal  səbəblər:  Şəkərli  diabet  xəstəliyi  olan  qadınlarda  düşük  ve  qüsurlu  uşaq  ehtimalı 
artar. 
3)
 
Autoimmun səbəblər: 15% hallarda təkrarlanan düşüklərdə antifosfolipid antigen tapılmışdır. 
4)
 
Tromboflebik səbəblər: Dölə geden damarlarda laxtalanmanın artmasıdır. 
5)
 
Infeksion və viral səbəblər: Toksoplazma, Xlamidya, Ureoplazma, CMV və s.  
Hamiləlik pozulmalarının aşağıdakı formaları ayırd edilir: Boş döl kisəsi (Anembriogeniya) 
Abdominal USM ilə 6 həftəlik, vaginal USM ilə 5 həftəlik döl kisəsi görülür. Bu zaman embrion 
ya  ölür,  ya  rezorb  edilir  yəni  sorulur.  Missed  abortus  –  Embrion  öldükdən  2  həftə  keçsə  də 
hamiləliyin  pozulmamasıdır.  Bu  zaman  uşaqlıq  boşluğu  küretaj  edilməlidir.  Spontan  abort  -  Bu 
zaman orqanizmin öz fiziolji mexanizmləri ilə uşaqlığın içərisindəki embrion və onun elementləri 
xaric olur. Spontan abortlar ən çox 6-14 həftə aralığında baş verir. Bəzən spontan abortdan sonra 
uşaqlıq  boşluğunda  embrion,    dölün  hissələri  qalır  ki,  bu  da  natamam  abort  adlanır.  Bu  zaman 
qanaxmanın qarşısını almaq üçün uşaqlıq boşluğu küretaj edilməlidir. 
Tədqiqatın  məqsədi:  Ordubad  rayonunda  hamiləliyi  başa  çatmayan  qadınlar  arasında 
hamiləlik pozulmalarının səbəblərinin strukturası.  
Tədqiqatın obyekti: Ordubad rayon sakini olan, hamiləliyi pozulmuş 82  qadının tibbi kartı. 
Tədqiqat aparılan yer: Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi; Naxçıvan Dövlət 
Universiteti Tibb fakültəsi. 
Tədqiqat işinin müzakirəsi: Apardığımız araşdırmadan aydın olur ki, Ordubad rayonundan 
Naxçıvan doğum mərkəzinə müraciət edən 300 qadından 82 nəfərində hamiləlik pozulmuşdur. Bu 
müraciət edən qadınların 27.5%-ni təşkil edir. 1 hamiləliyi pozulanlar: 28 nəfər - 34% ; 2 hamiləliyi 
pozulanlar: 16 nəfər - 19.4%;  3 hamiləliyi pozulanlar: 2 nəfər - 2.4% ; Hamiləliyi ölü doğuşla və ya 
diri doğulub ölməklə nəticilənənlər: 36 nəfər - 41.5%. 
Səbəblərin strukturası: -82 hamilə qadının hamiləlik səbəblərini araşdırarkən belə nəticəyə 
gəldik ki; Toksoplazması pozitiv olanların sayı- 44 nəfər-53% ; Toksoplazma ilə yanaşı ABO qan 
sistemi üzrə uyuşmazlığı olanların sayı-14 nəfər-17% ; Sadəcə ABO qan sistemi üzrə uyuşmazlığı 
olanların sayı-3 nəfər-3%; Ərində oliqospermiya olanların sayı- 6 nəfər-7%; CMV pozitiv olanların 
sayı-4 nəfər-4.1%;  İersinyoz pozitiv olanların sayı-1 nəfər-1.2%; Ornitoz pozitiv olanların sayı- 2 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə