Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   82   83   84   85   86   87   88   89   ...   127

180 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
MALİK ƏLİYEV  
Naxçıvan Dövlət Universiteti 
UOT: 616.346 
APPENDİKULYAR ÇIXINTININ PATOLOJİ ANATOMİK MÜAYİNƏSİNİN 
APPENDİSİTİN DİAQNOZUNUN DƏQİQLƏŞDİRİLMƏSİNDƏ ROLU 
Açar  sözlər:  appendiks,  soxulcanabənzər  çıxıntı,  ilkin  affekt,  apendisit,  destruktiv  dəyişiklik, 
angionevrotik, qanqrenoz, perforasiya, spontan amputasiya 
Key  words:  appendix,  verminous  protrusion,  first  affect,  appendicit,  destructive  changes,  
angioneurotic, gangrenous,  perforations, spontaneous amputation    
Ключевые  слова:,
 
аппендикc,  червообразного  отраска,  первый
 
эффект,  аппендицит 
деструктивные изменения, гангренозный, перфорации, мутиляция                                 
Appendisit  -  appendiksin  yəni,  kor  bağırsağın  soxulcanabənzər  çıxıntısının  iltihabıdır. 
Appendisit özünəməxsus patogenezə, klinik və morfoloji xüsusiyyətlərə malikdir. 
Appendisit  əhali  arasında  çox  geniş  yayılmış  cərrahi  xəstəlik  olmaqla,  bütün  yaş 
qruplarında, xüsusilə uşaq və cavan yaşlarda daha çox təsadüf olunur.  
Appendisitin  əmələ  gəlməsində  və  xəstəliyin  gedişində  appendiksin  (soxulcanabənzər 
çıxıntının)  divarlarının quruluşu,  uzunluğu,  qarın  boşluğunda  tutduğu  vəziyyət,  qonşu  orqanlara 
olan münasibəti və s. böyük əhəmiyyətə  malikdir. Appendiks kor bağırsağın içəri-arxa səthindən, 
ileo-sekal bucağın yaxınlığından və bəzən də həmin bucağın özündən başlanır. Yoğun bağırsağın 
hər üç zolağı bilavasitə appendiksə keçərək, onun boylama əzələ liflərini təşkil edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Appendisitin etiologiyasında bağırsaq mikroflorası (xüsusilə bağırsaq çöpləri, enterokoklar 
və  s.)  ilə  əlaqədar  autoinfeksiya  mühüm  rol  oynayır.  Lakin,  enterogen  mikroorqanizmlərin 
soxulcanabənzər  çıxıntının  mənfəzinə  düşməsi  və  öz  patogenliklərini,  virulentliklərini  üzə 
çıxarmaları  üçün  appendiksin  özündən  irəli  gələn  bəzi  şərtlər  və  müəyyən  appendiksdaxili 
əlverişli  şərait  tələb  olunur.  Bunlara  çıxıntının  mənfəzinə  sərt  qida  möhtəviyyatının,  bərk 
konsistensiyalı  bitki  qalıqlarının,  nəcis  daşının  düşməsi  və  ilişib  orada  qalması,  appendiksin 
mənfəzinin  və  ya  girəcəyinin  spazmı,  innervasiyanın  pozulması,  qan  dövranının  pozulmasını  və 
ödemi aid etmək olar.  
 
 
 
 
 
 
 
 


181 
 
 
Appendiksin inkişaf mexanizmini ən yaxşı “İlkin affektin proqressivləşməsi nəzəriyyəsi” 
izah edir (L.Aşoff). Bu nəzəriyyəyə görə appendiksin əyrilikləri, atoniyası və ya peristaltikasının 
pozulması  ilə  əlaqədar  yad  cisim  xarakterli  bağırsaq  möhtəviyyatları  (sərt  konsistensiyalı  qida 
qalıqları,  nəcis  və  öd  daşları,  qurd  toplantıları  və  s.)  çıxıntının  mənfəzində  ilişib  qalır  və  onun 
obtürasiyasına,  keçməməzliyinə  səbəb  olur.  Bu  isə  çıxıntının  selikli  qişasının  epitel  qatının 
zədələnməsinə,  eroziyasına  gətirib  çıxarır  və  nəticədə  selikli  qişada  olan  mikroorqanizmlər  bu 
zədələnmiş nahiyədən çıxıntının divarına daxil olur, orada öncə ocaqlı affekt şəklində, sonra isə 
diffuz  şəkildə  fleqmanoz  appendisit  əmələ  gətirir.  Həm  də  obtürasiya  olunmuş  çıxıntıda  davam 
edən  selikli  şirə  ifrazı  ilə  əlaqədar  mənfəzdaxili  təzyiq  yüksəlir,  çıxıntının  divarı,  o  cümlədən 
venoz damarları sıxılır, çıxıntının qan dövranı kəskin pozulur və appendiksin işemik zədələnməsi 
baş verir.   
Digər  bir  nəzəriyyə  -  “Angionevrotik  nəzəriyyə”yə  görə  (Q.Rikker)  soxulcanabənzər 
çıxıntının  divarında  öncə  innervasiyanın  pozulması  ilə  əlaqədar  damarların  və  əzələ  qatının 
spazmı  baş  verir,  çıxıntının  qan  və  limfa  dövranı  pozulur,  hemostaz  və  limfostaz,  diapedez 
qansızmalar  meydana  çıxır  və  nəticədə  çıxıntının  divarında  toxumanın  ağır  distrofik  və 
nekrobiotik  dəyişiklikləri  baş  verir,  mikroorqanizmlərin  mənfəzindən  divara  daxil  olması  və 
patomorfoloji  dəyişikliklər  törətməsi  üçün  əlverişli  şərait  yaranmış  olur.  Bütün  bunlara 
baxmayaraq hələ də appendisitin etiopatogenezi tam şəkildə açıqlanmamış qalır.  
Klinik gedişindən və digər kliniki və morfoloji xüsusiyyətlərindən asılı olaraq appendisitin  
aşağıdakı formaları  ayırd edilir: 
I.Kəskin appendisit: 
1.
 
Sadə appendisit 
2.
 
Səthi appendisit 
3.
 
Destruktiv appendisit 
a.
 
Fleqmanoz appendisit 
b.
 
Apostematoz appendisit 
c.
 
Fleqmanoz-xoralı appendisit 
d.
 
Qanqrenoz appendisit 
II. Xroniki appendisit 
Kəskin  appendisitin  başlanması  klinikada  sağ  qalça  çuxuru  nahiyəsində  ağrı  tutmaları 
şəklində təzahür olunur. Bu nahiyədə ağrılı palpasiya, ürəkbulanma və qusma, subfebril hərarət və 
leykositoz  kimi  simptomlarla  müşaiyət  olunur.  Kəskin  appendisit  öz  gedişi  dövründə  adətən  3 
mərhələ keçirir:  
a) Kəskin sadə appendisit  (kəskin kataral appendisit)- ilkin ağrı tutmalarından sonra bir 
neçə  saat  ərzində  formalaşır,  morfoloji  cəhətdən  yalnız  dissirkulyar  dəyişikliklərlə  xarakterizə 
olunur,  çıxıntının  mikrosirkulyator  qan  və  limfa  dövranı  kəskin  şəkildə  pozulur,  onun  distal 
hissəsində qan və limfa durğunluğu, ödem əmələ gəlir, toxumanın intramural sinir elementlərində 
distrofik dəyişikliklər meydana çıxır. 
 
b)  Kəskin  səthi  appendisit  –  çıxıntının  distal  hissəsində  selikli  qişanın  örtük  epiteli 
səthində  eroziya  şəklində  defektlər  və  bu  defektdən  başlanğıc  götürən  xırda  irinli  ekssudativ 
iltihab ocaqları yaranır. Bu konusvari ocaqların eroziyalı əsası selikli qişanın səthində, zirvəsi isə 
əzələ qatında yerləşir. Kəskin səthi apendisit zamanı çıxıntı şişmiş, tutqun və doluqanlı olur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə