Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   90   91   92   93   94   95   96   97   ...   127

198 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
RAUF CABBAROV 
Naxçıvan Dövlət Universiteti 
UOT: 616,31 
NAXÇIVAN ŞƏHƏRİNDƏ YAŞAYAN YERLİ ƏHALİ ARASINDA KARİYESLƏ 
PARODONT XƏSTƏLİKLƏRİNİN YAYILMASI VƏ İNTENSİVLİYİ 
Açar sözlər:  Kariyes, parodont xəstəlikləri, epidemiologiya, flüor, parodontit, gingivit
 
Key words: Dental caries, periodontal disease, epidemiology, fluoride, periodontal disease, gingivitis
 
Ключевые  слова:   Кариес,  заболевание  пародонта,  эпидемиология,  фтор,  пародонтит, 
гингивит
 
Son illər aparılan  epidemioloji  müayinələr  dünyanın  müxtəlif regionlarında ayrı-ayrı  yaş  
qruplarında dişlərin  kariyesi ilə  parodont toxumaları xəstəliklərinin yüksək  səviyyədə  yayılmasını 
və intensivliyinin getdikcə artmasını  göstərir. Stomatoloji  xidmətin  problemlərindən  profilaktik 
tədbirlərin  effektivliyinin  artırılması stomatoloji  yardımın  təkmilləşdirilməsi və bununla  əlaqədar 
taktiki    və  strateji  məsələlərin  həll  edilməsi  üçün    əhali    arasında  (müxtəlif  coqrafi-iqlim  zonalar 
yaşayış  regionu  nəzərə  alınmaqla)  əsas    stomatoloji    xəstəliklərin    profilaktikası  üzrə    idarəçilik  
qərarlarının optimal  variantlarının  hazırlanması  mühüm əhəmiyyət  kəsb  edir
 
 
Bu  vaxta  qədər  müxtəlif  coğrafi-iqlim  zonalarında  yaşayan  əhali  arasında  stomatoloji  
xəstəliklərin  yayılmasının monitorinqi məsələləri (istifadə edilən suyun  minerallaşması dərəcəsi, 
sosial-gigiyenik  xarakteristikası  və    stomatoloji  xəstəliklərinin  fərdi  profilaktikası  üzrə    bilik  və 
bacarıqların  səviyyəsi nəzərə alınmaqla) öyrənilməkdə davam edir. 
Bir  sıra  müəlliflər  kariyesin  və  parodont  xəstəliklərinin  yayılması  səviyyəsinin, 
intensivliyinin  öyrənilməsi  zamanı  aşkar  etmişlər  ki,  dişlərin  kariyesinin  yayılmasında    və  
intensivliyində fərqlər  vardır ki, onlar içməli  suda olan flüorun miqdarı ilə   şərtlənmişdir. Digər 
müəlliflər  isə  hesab    edirlər  ki,  parodont    toxumalarının  xəstəlikləri  ağız  boşluğuna    göstərilən  
qulluqdan asılıdır.Bəzi tədqiqatlarda müəyyən edilmişdir ki, eyni regionda  yerləşmiş və tərkibində  
təqribən eyni  miqdarda flüor olan, ancaq  makro və mikroelementlərin miqdarı ilə  fərqlənən su ilə 
təchiz edilən  yaşayış  məntəqələrinin sakinləri arasında  kariyeslə zədələnmə  səviyyəsində kəskin  
fərqlər  müşahidə  edilir  .Mərkəzi  Elmi-Tədqiqat  Stomatologiya  Institutunun    ekspedisiyalarında 
MDB  sakinlərinin müayinəsi  zamanı  kariyeslə  zədələnmədə əhəmiyyətli fərqlər ortaya çıxmışdır. 
Aparılan müayinələrin gedişində əhalinin kariyeslə zədələnməsi tezliyinə içməli suda olan flüorun 
miqdarı ilə  müqayisədə yaşayış  məskəninin  yerləşdiyi  en dairəsinin daha yüksək təsir  göstərməsi 
aşkar  edilmişdir. Belə ki, yüksək en dairələrində yaşayan əhalinin MDB-nin mərkəzi   hissələrində 
və  daha  cənubda    yaşayan  əhali  ilə  müqayisədə  rast  gəlmə  səviyyəsi  statistik  cəhətdən    daha  
yüksəkdir. Bu  məlumatlar əhaliyə  göstərilən  stomatoloji  yardımın  təşkilinin təkmilləşdirilməsi  
probleminə  coğrafi-iqlim  zonalardan  və  en  dairələrindən  asılı  olaraq  diferensial  yanaşmanın  
aparılmasına,  stomatoloji  yönümlü  kadrlarla  təchiz  olunması  problemlərini    optimal    yolla  həll 
etməyə  (onlardan  səmərəli  şəkildə  yerləşdirilməsi  yolu  ilə)  imkan  verir.  Azərbaycan  
Respublikasında  keçən  əsrin 70-ci  illərindən başlayaraq əhali arasında  stomatoloji  müayinələr  
aparmaqla kariyes və parodont xəstəliklərinin  yayılmasının müxtəlif  səviyyələri aşkar  olunmuşdur 
(Əhmədov  A.A.,  1968;  Kərimov  E.E.,  1968;  Paşayev  Ç.A.,  1982;  Əliyeva  R.Q.,  2001;  Qarayev 
Z.İ., 2004 Pənahov N.A. və b.).  Respublikada  aparılmış  bu  və digər elmi-tədqiqat işləri kariyes 
və  parodont    toxumalarının    xəstəliklərinin    uşaqlar,  məktəblilər  və  digər  yaş    qrupları    arasında  
yayılmasının öyrənilməsi qiymətli elmi-praktik əhəmiyyətə malikdir. 
Naxçıvan şəhəri dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Ərazisi 191,82 km
2
, əhalisi  
88,0  min  nəfərdir  (01.01.2013-cü  il).  Azərbaycanın  ən  qədim  şəhərlərindəndir.  Naxçıvan  şəhəri 
Naxçıvan  düzündə,  Naxçıvançayın  sahilindədir.  İqlimi  kontinentaldır.  Orta  temperatur  yanvarda  -
3,5
0
C,  iyulda  26,9
0
C,  illik  yağıntı  236  mm-dir.  Naxçıvan  şəhərində  yaşayan  yerli  əhali  arasında  


199 
 
aparılmış  klinik-epidemioloji  müayinələr  zamanı  aşkar  edilmiş  kariyes  xəstəliyinin  yayılması  və 
intensivliyi cədvəl 1.-də verilmişdir. 
Cədvəl 1. 
Kariyesin yayılması və intensivliyi 
   
 
 
 
 
 
 
 
 
 
 
 
Müayinə 
olunan-
ların yaşı 
Müayinə 
olunan-
ların sayı 
Kariyes 
%-lə 
χ
2
 



Ç 
kp 
KPÇ 



102 
90 
88,24±3,19 

563 


563 
5,52±0,23 
 

12 
108 
69 
63,89±4,62 
χ
2
=16,91

p< 0,001 
284 
19 

303 
2,81±0,16 
 
t=9,68; 
p< 
0,01 
15 
89 
70 
78,65±4,34 
χ
2
=5,12; 
p< 0,05 
493 
28 
19 
540 
6,07±0,26 
 
t=11,0
2; 
p< 
0,05 
35-44 
87 
84 
96,55±1,96 
χ
2
=11,30

p<0,001 
672 
361 
571 
1604 
18,44±0,46 
 
t=23,5
1; 
p< 
0,01 
65-74 
85 
85 
100,00±0,00 
χ
2
=1,31; 
p>0,05 
803 
31 
853 
1687 
19,85±0,48 
 
t=2,11; 
p< 
0,05 
Cəmi: 
471 
398 
84,50±1,67 

2815  439 
1443 
4697 
9,97±0,15 
 

 
Cədvəldən  göründüyü  kimi,  şəhərin  yerli  əhalisinin  müayinə  olunan  müxtəlif  yaş  qrupları 
arasında kariyes xəstəliyinin yayılması və onun intensivlik göstəriciləri fərqlidir. Belə ki, müayinə 
olunan  471  nəfər  şəhər  əhalisinin  84,50±  1,67%  kariyes  xəstəliyi  aşkar  edilmişdir.  Kariyesin 
intensivlik  göstəricisi  isə  KPÇ  indeksi  9,97±0,15  olmuşdur.  Hər  bir  nəfər  üçün  kariyesli  dişlərin 
sayı  K-5,97,  plomb  sayı  P-0,93,  çəkilmiş  dişlərin  sayı  isə  Ç-3,1  olmuşdur.  Əgər  stomatoloji 
yardımın  səviyyəsini  hesablasaq  görərik  ki,  SYS=9,8%-dir.  Bu  da  o  deməkdir  ki,  hətta  şəhər 
əhalisinə də stomatoloji yardımın səviyyəsi pisdir.  
Ayrı-ayrı  yaş  qruplarına  gəldikdə  kariyesin  ən  yüksək  göstəricisi  yuxarı  yaş  qruplarında 
olmuşdur. 35-44 yaşlarda 96,55±1,96%, 65-74 yaşlarda isə 100,00± 0,00%. 12 yaşlılar arasında bu 
göstərici  ən  az  63,89±  4,62%,  15-  yaşlı  yeniyetmələrdə  78,65±  4,34,  6  yaşlı  şagirdlərdə  isə 
88,24±3,19% olmuşdur. Alınmış nəticələr statistik dürüstdür  t< 0,001. 
Kariyesin  intensivliyinə  KPÇ-indeksinə  gəldikdə  isə  6  yaşlılarda  süd  dişlərində  kp  indeksi 
yüksək  5,52  ±  0,23  olmuşdur.  Bu  uşaqlarda  plomblu  diş  olmamışdır.  12  yaşlılarda  KPÇ  indeksi 
aşağı səviyyədə yuxarı yaşlarda isə çox olmuşdur. Uyğun olaraq 15  – yaşında KPÇ indeksi 6,07± 
0,26,  35-44  yaşında  18,44±  0,46  və  65-74  yaşında  isə  19,85±0,48  olmuşdur.  12  yaşlarında  SYS-
9,3%,  65-74  yaşlarında  isə  2,3%  təşkil  edir  ki,  bu  da  stomatoloji  yardımın  qənaətbəxş  olmadığını 
göstərir. Bu da stomatoloji xidmətin yaxşılaşdırılmasına böyük ehtiyacın olması deməkdir. 
Naxçıvan  şəhərində  yaşayan  yerli  əhali  arasında  aparılmış  klinik-epidemioloji  müayinələr 
zamanı parodont xəstəliklərinin və onun ayrı-ayrı  formalarının müxtəlif yaş qruplarında  yayılması  
cədvəl 2.-də verilmişdir. 
Cədvəldən  göründüyü  kimi,  Naxçıvan  şəhərində  yaşayan  yerli  əhalinin  471  nəfərinin 
stomatoloji  müayinəsi  nəticəsində    58,17±2,27%  parodont  xəstəlikləri  aşkar  edilmişdir.  Parodont 
xəstəliklərinin ən yüksək göstəricisi 86,21±3,70% 35-44 yaş qrupunda müşahidə edilmişdir. 6 yaşlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə