Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   78   79   80   81   82   83   84   85   ...   127

172 
 
təyini  ağır  formalı  hestozların,  preklamsiya  və  onun  inkişafının  qarşısını  almışdır.  Dopegitlə 
müqayisədə effektlilik dərəcəsi və təhlükəsizliyinə görə dibikor və onun dopegitlə birgə kompleks 
şəkildə  təyinini  AH  olan  hamilələr  daha  yaxşı  keçirir.  Dibikorun  istifadəsi  zamanı  AH  olan 
hamilələrdə  arterial  təzyiqin  sutkalıq  göstəricisi  normalaşıb  və  mərkəzi  hemidinamika,  həyat 
fəaliyyəti yaxşılaşıb. 
 
Arterial  təzyiqin  aşağı  salınması  ilə  bitmir,  həm  də  məqsəd  hemodinamiki  homeostaza  nail 
olmaqdir. Hamilələrdə hemodinamiki hemostazın hipotenziv vasitələrlə əldə olunması həmişə dölün 
tələbləri  ilə  üst-üstə  düşmür.  Baxmayaraq  ki,  hipotenziv  preparat  qəbul  edən  hamilələrdə  perinatal 
ölümün  yüksəlməsinə  dair  etibarlı  dəlil  olmasa  da,  hipertenziyaya  nəzarət  perinatal  ölüm 
göstəricisinin azalmasına səbəb olur. AH hamilələrdə medikamentoz müalicə üsulu seçimində onun 
ana  və  dölə  təhlükəsi,  həmçinin  preparatların  teratogen  effekti  əsas  götürülür.  Məlumdur  ki,  tam 
təhlükəsiz preparat mövcud deyil, lakin dölə minimal təsir edə bilən bir sıra preparatlarda məlumdur. 
Antihipertenziv müalicə hamiləliyin uzadılması və beləliklə dölün inkişafının təmini yaradır.  
 
Aparılan  elmi-praktiki  tərəqqi  və  çox  istiqamətli  əsaslı  klinik  müayinələr  hamilələrdə  AH 
nəinki  Azərbaycanda,  eləcə  də  dünyada  onun  təsnifatının  formalaşması  və  hamilələrdə  müxtəlif 
formalarının definizasiyası qlobal problem kimi qalır. Buna görə də arterial hipertenziyalı hamilələrdə 
ürək-damar xəstəliyinin əmələ gəlmə ehtimalını azaltmaq, uzunmüddətli müalicənin yenidoğulmuşda 
təsirini  əldə  etmək  üçün  dərman  preparatlarının  monitorinqini  aparmaqla  onların  səmərəliyini, 
təhlükəsizliyini  qiymətləndirmək  üçün  qadınlarda  uzun  müddətli  klinik  müayinələrin  aparılmasına 
ehtiyac var. Bu baxımdan , arterial hipertaniyanın inkişaf mexanizmi ilə əlaqədar hamiləlik zamanı 
onun  kəskinləşməsi  və  stabilləşməsinin  onun  intensiv  şəkildə  öyrənməyə  və  gələcəkdə  arterial 
hipertenizyalı hamilələrin  aparılmasında yeni aspektlərin öyrənilməsini tələb edir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Abramchenko  V.V.,  Bayko  I.N.  Hamiləlik  və  doğum  patologiyasında  rasional 
farmakoterapiya // Sankt-Peterburq, Nordmedizdat, 2004. 294 
2.
 
Adasheva  T.V,  Demicheva  O.  Hamiləlik  Hipertenziyası;  patogenezi  ,  təsnifatı  ,  müalicədə 
yanaşmalar // ordinator, 2007, № 3, s.48 
3.
 
Abalos  E.,  Dubley  L.,  Steyn  D.W.,Henderson-Smart  D.J.Hamiləlik  zamanı  antihipertenziv 
müalicə.2007-ci  il  sistemli  təhlil.Cochrane  Database,  say  4.  Art  №  4;  CD  002252.DOI; 
10.1002 14651858. CD 002252.pub2 
4.
 
Brown  M.A.,  Roberts  L.  M.,  Mackenzie  C.et  al.  //Hipertensiv  pregnanacy(PRAM  Study) 
2012, v.31, 1 saylı, p.107-119 
5.
 
Hasabe  N.,Kikuchi  K.  Nifedipine  and  Candesartan  Combination  //  J  Hypertenis,  2005, 
v.23,p.445-453 
6.
 
Helewa  M.E.  Kanada  Kardioloqlar  Cəmiyyətinin  konfransının  hesabatı  Anlayışlar, 
qiymətləndirmə və hamiləlik hipertoniyasının pozqunluqları // CMAJ.,1997,v.157,p.715-725 
7.
 
Khan K., Woidlo P., Say L. Et al. Ana ölüm hallarının ÜST təhlili bir baxış // Lancet, 2006 , 
v.367 , p.1066-1074 
8.
 
Leeman L., Fontaine P. Hamiləlik və hipertenziv pozğunluqlar 2008,v.78, // 1 saylı,p.93-100 
9.
 
Podymow  T.,  Avqust  P.  Hamiləlik  hipertenziyasında  antihipertenziv  müalicə.  //2008, 
v.51,p.960-989 update 
10.
 
Von  Dadelzen  P.,  Magee  L.A.  Hamiləlik  hipertoniya-preklampsiya  //  Clin  Obstet  Gynecol 
Antihipertensive. 2005,v.48, № 2, p.441-459 
 
 
 
 


173 
 
РЕЗЮМЕ 
Cовременный подход к терапии артериальной гипертензии у беременныx 
 
Маликаждар Ибрагимов  
Ляман Керимова  
Артериальная  гипертензия  (АГ),  является  намболее  цастым  осложнением 
беременности  и  остается  знацимой  проблемой  патологии  беременности.  Целью  лецения 
является  снижение  риска  развития  осложнений  нормальное  протекание  и  оптимизация 
родоразрещения. Медикаментозное лецение у беременныx имеют, органицено вероятностью 
неблагоприятного влияния на плод. 
      
 
ABSTARCT 
Antihipertensiv treatment arterial hypertension of pregnant women 
 
Malikajdar İbrahimov  
Laman Karimova  
Arterial Hypertension (AH) is this ignificant problem and often found in among pregnancy 
pathology. This caused 20-33% and as much as 40% of maternal deaths according to the results of 
The World Health Organization (WHO) and other researchers respectively. During theoptimization 
of pharmacotherapy for hypertension pregnant women, a new, non-toxic hypotensive and trankviliz 
drugs  are  needed  which  don`t  affect  fetal  development.  Alfametildopa,  labetolol  and  calcium 
antogonistics are used for antihipertenziv treatment of pregnant women. Niferdipin is is widely used 
in  pregnant  in  many  countries  such  as  Australia,  Canada,  England  and  Iran.  Although  both  drugs 
reduce  blood  pressure  and  pulse,  neither  niperdipin  nor  metildopa  is  indicated  as  a  significiant 
effect in fetal cerebral blood circulation and umbilicalaretry. 
 
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə