Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   69   70   71   72   73   74   75   76   ...   127

153 
 
4.
 
Ahmad  P.,   Azooz  M.M.,  Prasad  M.N.V.,  edit.  Salt  Stress  in  Plants:  Signalling,  Omics  and 
Adaptations, 2013, 470 p. 
 
5.
 
Yokoi  S.,  Bressan  R.,  Hasegawa  P.  Salt  Stress  Tolerance  of  Plants.  JIRCAS  Working 
Report, 2002, pp 25-33 
6.
 
Məmmədov Q.S., Xəlilov M.Y., Məmmədova S.Z. Aqroekologiya, Bakı, Elm, 2010, 552 s.
 
7.
 
Drincovich M., Casati P., Andreo C. NADP-malic enzyme from plants: A ubiquitous enzyme 
involved in different metabolic pathways // FEBS Lett., 2001, v.490, p.1–6  
8.
 
Мамедов  З.М.  Физиологические  функции  малик-фермента  у  растений  //  Вестник 
Бакинского Государственного Университета, серия естественных наук, 2008, № 4, с. 60-70 
9.
 
Mirzəyeva B.Q., Məmmədov Z.M. Duz stresinin arpa cücərtilərinin köklərində qlükozo-6-
fosfatdehidrogenaza fermentinin aktivliyinə təsiri. AMEA Botanika İnstitutun Elmi Əsərləri
2011, XXXI, s. 377-380 
10.
 
Mirzəyeva  B.Q.,  Məmmədov  Z.M.  Duzluluq  stressinin  buğda    cücərtiləri  köklərinin 
dekaboksilləşdirici  malatdehidrogenaza  fermentinin  aktivliyinə  təsiri.  AMEA,  Gəncə 
Regional Elmi Mərkəzi, Xəbərlər Məcmuəsi, 2012, s. 9-12 
ABSTRACT 
Basti  Mirzayeva 
Comparative study of the impact on the dynamics of malat dehydrogenase (decarboxylating) 
and glucose-6-phospate dehydrogenase activity  of wheat seedlings roots under salt stress 
The impact of salt stress created by NaCl, Na
2
SO
4
,
  
NaHCO
3
 and Na
2
CO
3
 salt solutions on the 
dynamics  of    enzyme  activity  malate  dehydrogenase  (decarboxylating)  (MDHD,  EC  1.1.1.40)  and 
glucose-6-phospate  dehydrogenase  (G6PDH,  EC  1.1.1.49)    activity    of  wheat  (Triticum  aestivum
seedlings  roots  were  studied.  It  was  suggested  that  in  salt  stress  conditions  created  by  NaCl,  and 
Na2SO4  solutions    for  the  adaptation  process  of  wheat  seedlings  roots  is    mainly  used  MDHD 
enzyme activity, whereas in salt stress conditions created by NaHCO3 and Na2CO3 solutions  for the 
adaptation process is  mainly used MDHD enzyme activity and their metabolite. In the early stages of 
the development of seedlings roots this processes is managed by the function of G6PDH. 
РЕЗЮМЕ 
Басти Мирзоева 
Сравнительное исследование действия солевого стресса на динамику активности 
малатдегидрогеназы декарбоксилирующей и  глюкозо-6-фосфатдегирогеназы 
проростков пшеницы 
Проведено  сравнительное  исследование  действия  солевого  стресса,  созданного 
различными  концентрациями  NaCl,  Na2SO4,  NaHCO3  и  Na2CO3  на  динамику  активности 
малатдегидрогеназы  декарбоксилирующий  (МДГД,  EC  1.1.1.40)    и    глюкозо-6-
фосфатдегирогеназы (Г6ФДГ, EC 1.1.1.49) в корнях проростков пшеницы (Triticum aestivum). 
Установлено,  что  в  условиях  солевого  стресса,  созданного  солями  NaCl  и  Na2SO4  для 
адаптационных  процессов,  главным  образом,  используется  функционирование  МДГД,  а  в 
условиях  солевого  стресса,  созданного  солями  NaHCO3  и  Na2CO3-  Г6ФДГ.  На  ранних 
этапах развития корней проростков пшеницы для осуществления этой функции привлекается 
преимущественно Г6ФДГ-ная активность. 
NaCl,  Na2SO4  условия  солевого  стресса,  порожденные  решениями  в  основном 
пшеницы  росток  DMDH  фермента  адаптация  эта  среда,  NaHCO3  и  Na2CO3  решения 
условиях  солевого  стресса,  созданных  активности  фермента  Q6PDH  в  основном 
используется  метаболиты  мнений,  высказанных  ими.  Ростки  на  ранних  этапах  развития 
деятельности в интересах фермента Q6PDH в осуществлении этой функции будет выделена. 
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor T. Əliyev
 
 
 


154 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
COĞRAFİYA 
ƏNVƏR İBRAHİMOV
 
AMEA Naxçıvan Bölməsi 
enveribrahimov@mail.ru 
 
UOT: 581.9; 630 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MEŞƏ EKOSİSTEMİNDƏ YAYILAN 
AĞAC VƏ KOLLARIN COĞRAFİ TƏHLİLİ 
Açar sözlər:  Meşə ekosistemi, ağac və kollar, coğrafi elementlər, areal tipləri 
Key words: Forest ecosystem, trees and shrubs, geographical elements, areal types 
Ключевые слова: Лесная экосистема, деревья и кустарники, географические элементы, 
ареальные типы 
Müasir dövrdə bitkilərin botaniki-coğrafi və tarixi sistemlərinin öyrənilməsi, növlərin  yayılma 
və genezisi məsələlərinin təhlili, areal tiplərinin dəqiqləşdirilməsi olduqca vacib məsələdir. Növün areal 
tipi tədqiq olunan regionun florası ilə bu regionu əhatə edən böyük ərazilərin florası arasındakı əlaqəni 
əks etdirərək növlərin tarixi baxımdan miqrasiya yollarını müəyyən etməyə imkan verir. 
2004-2015-  ci  illər  ərzində  aparılan  tədqiqat  işlərinin  nəticələrinə  və  ədəbiyyat  məlumatlarına 
əsaslanaraq  Naxçıvan  Muxtar  Respublikası  meşə  ekosistemində  yayılan  ağac  və  kolların  taksonomik 
təhlili araşdırılmışdır.  Müəyyən  olunmuşdur  ki,  Naxçıvan  Muxtar  Respublikası  meşə  ekosisteminə 
49 fəsilə, 102 cinsdə cəmlənmiş, 352 takson ( 346 növ, 4 variasiya və 2 forma) daxildir.. Bunlardan 
da  108- i ağac, 147- si kol, 45- i yarımkol, 28-i kolcuq, 19- u yarımkolcuq və 5- i isə liandır (2, s. 
82-92;  6,  s.  60-77;  4,  s.  120-124;  5,  s.  43-201).  Onların  coğrafi  təhlili,  məkanca  yayılmaları  və 
genezisi məsələlərinin tədqiqi mühüm əhəmiyyət daşıyır. Ona görə də floranın təhlili zamanı onun 
areal  tiplərinin  tərkibinə  hansı  coğrafi  elementlərin  daxil  olduğunu  aşkar  etmək  olduqca  vacib 
məsələdir. 
Naxçıvan  Muxtar  Respublika  florasının  əmələ  gəlmə  mərkəzi,  botaniki-coğrafi 
rayonlaşdırma  və  təsnifləndirmə,  floranın  coğrafi-genetik  elementlərinin  tədqiqi  məsələlərinə  bir 
çox  tədqiqatçıların  əsərlərində  rast  gəlirik  (1,  s.  10-12;  8,  s.  39-44;  9,  s.  9-10).  A.A.Qrossheym 
«Анализ Флоры Кавказа» (6, s. 37-14) və «Флора Кавказа» (7, c. I-VII) əsərlərində hər bir bitki 
növü  üçün  coğrafi  tiplər  göstərilmişdir.  Müəllif  Naxçıvan  MR  florasının  xüsusiyyətlərini  nəzərə 
alaraq bu ərazini sərbəst  floristik  vilayət  kimi  İran əyalətinə daxil etmişdir. Son zamanlar Qafqaz 
regionunda coğrafi təhlil üçün N.N. Portenier (10, s. 76-84; 11, s. 26-33) sistemi əsas götürülür. Bu 
sistem borulu bitkilər üçün tərtib olunmuşdur.  Eyni zamanda N. N. Portenier sistemi fitoxorionlar 
konsepsiyası  və  müstəqil  flora  rayonlaşmasında  növlərin  yayılma  xüsusiyyətləri  üzərində 
qurulmuşdur.  N.N.  Portenier  qeyd  edir  ki,  coğrafi  elementlər  fitoxorionların  müxtəlif  səviyyədə 
birləşdirilməsidir.  Müəllif  flora  daxilində  yayılmış  xarakterik  nümayəndələrin  xorion  və  xüsusi 
nüvələrin müəyyən arealda optimal həyat şəraitinə uyğunlaşmasını əsas göstərici hesab edir. 
Naxçıvan  Muxtar  Respublikasının  meşə  ekosistemində  yayılan  ağac  və  kolların  coğrafi 
təhlili aparılarkən növlərin 64 areal tipində paylanması müəyyən olunmuşdur (Cədvəl 1). 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə