Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   67   68   69   70   71   72   73   74   ...   127

149 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
BƏSTİ MİRZƏYEVA  
Bakı Dövlət Universiteti 
basti.mirzoeva1984@gmail.com 
UOT: 581.19 
DUZ STRESİNİN BUĞDA TOXUMLARI  CÜCƏRTİLƏRİ KÖK SİSTEMİNİN 
QLÜKOZO-6-FOSFATDEHİDROGENAZA VƏ DEKARBOKSİLLƏŞDİRİCİ 
MALATDEHİDROGENAZA FERMENTLƏRİNİN AKTİVLİK DİNAMİKASINA 
TƏSİRİNİN MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ 
Açar  sözlər:  duz  stresi,  buğda  cücərtiləri,  qlükozo-6-fosfatdehidrogenaza,  dekarboksilləşdirici 
malatdehidrogenaza 
Key words:
 
salt stress, wheat sprouts, glucose-6-fosfatdehidrogenaza
 
 
Ключевые слова: соль стресс, ростки пшеницы, глюкоза-6-fosfatdehidrogenaza
 
 
Təbii  resursların  tükənməsində  neqativ  rol  oynayan  ən  mühüm  faktorlardan  biri  duzluluq 
stressidir (1). Torpaq duzluluğunun bitkilərin böyümə və məhsuldarlığına təsirinin qiymətləndirilməsi 
və duzluluq faktorunun təsirinin zəiflədilməsi qlobal əhəmiyyət kəsb edən problemlərdəndir. FAO-nun 
(Qida və Kənd Təsərrüfatı Beynəlxalq Təşkilatının) məlumatlarına görə Yerin torpaq sahəsinin 6 %-i, 
yəni 400 milyon hektar torpaq sahəsi bu və ya digər dərəcədə şoranlıq faktorunun təsirinə məruz qalmış 
və bu cür sahələrin həcmi getdikcə  artmaqdadır  (2). Şoranlıq problemi Azərbaycan üçün də aktual və 
əsas  problemlərdən  biridir.  Əldə  olan  məlumatlara  görə  Azərbaycan  üçün  bu  göstərici  661.9  min 
hektara bərabər olub,  ölkə ərazisi əkin sahələrinin 46.6 %-ni təşkil edir (3). 
Duz  stresi  torpaq  məhlulunda  osmotik  potensialı  azaltmaqla  su  ilə  yaxşı  təmin  olunmuş 
torpaqlarda  belə  su  defisiti  yarada  bilir,  bitkilərin  kök  sistemi  tərəfindən  ətraf  mühitdən  suyun 
udulması 
prosesini 
çətinləşdirir. 
Bundan 
əlavə, 
duz 
stresi 
ionların 
hüceyrədaxili 
kompartmentalizasiyasına təsir göstərməklə bitki toxumalarında süni ion defisitinə səbəb ola bilir (4). 
Duzluluğun bitki  orqanizminə təsiri kompleks xarakter daşıyır və bitki  metabolizminin  bir 
sıra aspektlərini əhatə edir. Onun təsiri sayəsində bitkilərdə osmotik, ion və oksidəşdirici stress kimi 
fəsadlar  yaranır ki, bu da öz təzahürünü bitkilərin böyümə və inkişafının zəifləməsində,  və nəticə 
etibarı  ilə,  onların  məhsuldarlıq  göstəricisinin  əhəmiyyətli  dərəcədə  azalmasında  tapır.    Duzluluq 
şəraitində  məhsuldarlığın  aşağı  düşməsinin  əsas  səbəbi  bu  faktorun  individual  və  bir-biri  ilə  sıx 
bağlı olan metabolik proseslərə kəskin neqativ təsiri ilə bağlıdır (4). 
Streslə,  o  cümlədən  duz  stressi  ilə,  bağlı  aparılan  tədqiqatlar    göstərir  ki,  onun  bitki 
metabolizminə təsiri bitkilərin tipindən və genotipindən asılı olaraq kəmiyyət və keyfiyyətcə özünü 
müxtəlif  dərəcədə  büruzə  verə  bilir.  Lakin,  şübhəsiz  ki,  əlverişsiz  şəraitə  cavab  və  ya  ona 
uyğunlaşma yeni genlərin və onların yeni məhsullarının yaranması ilə yox, təkamüldə formalaşmış 
genomun fəaliyyətinin yeni şəraitə uyğun şəkildə tənzimlənməsi yolu ilə həyata keçirilir (5).  
Torpaqda şoranlığı yaradan, bitkilərin, o cümlədən kənd təsərrüfatı bitkilərinin, böyümə və 
inkişafına  neqativ  təsir  göstərməklə  onların  məhsuldarlığını  məhdudlaşdıran  əsas  duzlar  sırasına 
torpağın tipindən asılı olaraq NaCI, Na
2
SO
4
, NaHCO
3
 və Na
2
CO
3
 duzlarını aid etmək olar (6).  Ona 
görə  də  biz  adları  çəkilən  duzların  mühüm  kənd  təsərrüfat  əhəmiyyəti  kəsb  edən  buğda  bitkisi 
toxumların  cücərtilərinin  böyümə  və  inkişafı  ilə  əlaqədar  onların  kök  sistemlərinin  Q6PDH  və 
DMDH  fermentlərinin  aktivlik  dinamikasına  təsirini  tədqiq  etmək  qərarına  gəlmişik.  Hər  iki 
ferment  bitki  hüceyrələrinin  reduksiyaedici  potensialının  formalaşmasında  və  bir  sıra  metabolik 
proseslərin  gedişində    mühüm  əhəmiyyət  kəsb  edən  requlyator  fermentdir  (7,  8).    Eksperimentlər 
cücərtilərin  inkişafının  ilk  dövrlərində,  birinci  7  günü  ərzində  aparılmışdır.  Məlum  olduğu  kimi, 
məhz  bu  periodda  bitkilər  ətraf  mühitin  əlverişsiz  şəraitinə,  o  cümlədən,  duz  stresinə  qarşı  daha 
həssas olduqlarında ona qarşı cavab reaksiyalarını da izləmək daha asan olur. 
 


150 
 
Tədqiqatın material və metodları 
Təcrübələr 3, 5 və 7  günlük buğda (Triticum aestivum)   cücərtilərinin kök sistemi üzərində 
aparılmışdır. Toxumların becərilməsi, duz stressinin yaradılması, Q6PDH (9) və DMDH (10)  ferment 
preparatlarının  alınması  əvvəlki  məqalələrdə  təsvir  olunmuş  metodlara  əsasən  həyata  keçirilmişdir. 
Fermentlərin  aktivliyi  spektrofotometrik  üsulla,  340  nm  dalğa  uzunluğunda,  NADP-in  reduksiya 
olunma  sürətinə  əsaslanaraq  təyin  edilmişdir.  Ferment  vahidi  kimi  bir  dəqiqə  müddətində  1nM 
NADPH yarada bilən fermentin miqdarı götürülmüşdür. Dəqiqlik göstəricisi, P < 5 %  az olmuşdur.  
Nəticələr və onların müzakirəsi 
Aparılan tədqiqatlarda əsas məqsəd  buğda  cücərtilərinin  kök  sisteminin duz stresi şəraitində 
becərilməsi  ilə  əlaqədar  Q6PDH  və  DMDH  fermentlərinin  aktivlik  dinamikasını  izləmək,  kök  
sisteminin  duz  stresinə  müdafiə  məqsədi  ilə  yaratdığı  cavab    reaksiyasına  adları  çəkilən  fermentlərin 
cəlb olunması və onların bu prosesdə iştirak dərəcəsi haqda məlumatlar əldə etmək olmuşdur. 
        Aşağıdakı  cədvəldə  Na-izokationlu  duzlarının  müxtəlif  qatılıqlı  məhlullarının  buğda 
cücərtilərinin  7  günlük  inkubasiya  müddətində  kök    sisteminin  inkişafı  ilə  əlaqədar  qlükozanın 
oksidləşməsinin pentozofosfat yolunun requlyator fermenti sayılan Q6PDH və malat mübadiləsində 
həlledici rol oynayan DMDH fermentlərinin aktivlik dinamikasında baş verən dəyişikliklər, və kök 
sisteminin inkişafının müxtəlif mərhələlərində Q6PDH- ın DMDH-a nisbəti  göstərilmişdir.  
      Cədvəldən göründüyü kimi, kontrol variantda Q6PDH fermentinin aktivliyi becərilmə müddəti 
ilə əlaqədar tədricən azalmağa doğru meylliliklə xarakterizə olunmuşdur. Belə ki, distillə suyunda 
becərilmiş buğda cücərtilərinin kök sisteminin toxumalarında ən  yüksək  aktivlik eksperimentlərin 
əvvəllərində, yəni 3 günlük cücərtilərin köklərində müşahidə olunmuş və 164 nMol/dəq/q yaş çəki -
yə  bərabər  olmuşdur.  Sonrakı  ölçmə  mərhələlərində  bu  rəqəm  5  günlük  cücərtilərin  kök  sistemi 
toxumalarında  3  günlük  cücərtilərin  kök  sistemi  toxumalarına  nisbətən  14,  7  günlük  cücərtilərin 
köklərinə nisbətən isə 24 vahid qədər azalmış, yəni başlanğıc aktivlikdən əslində müvafiq olaraq  91 
% və 84 % aktivlik qalmışdır. 
NaCI, Na
2
SO
4
, Na
2
HCO
3
 və Na
2
CO
3
 duzu məhlullarının buğda toxumları cücərtiləri   köklərinin 
sitoplazmatik G6PDH və DMDH fermentlərinin aktivlik dinamikasına və Q6PDH/ DMDH aktivlik 
göstəricisinə təsiri 
Variantlar 
Q6PDH aktivliyi 
DMDH aktivliyi 
Q6PDH/ DMDH 
3 gün 
5 gün 
7 gün 
3 gün 
5 gün 
7 gün 
3 gün 
5 gün 
7 gün 
Kontrol 
164 
150 
137 
43 
65 
92 
3.81 
2.31 
1.49 
NaCI 
25 mM 
50 mM 
75 mM 
100 mM 
 
185  
209 
235 
231               
 
170 
210 
208 
181 
 
161 
156 
131 
104 
 
48 
56 
59 
65 
 
76 
88 
92 
95 
 
121 
130 
126 
101 
 
3.85 
3.73 
3.98 
3.55 
 
2.24 
2.39 
2.26 
1.91 
 
1.33 
1.20 
1.04 
1.03 
Na
2
SO
4
 
25 mM 
50 mM 
75 mM  
 
188 
220 
156 
 
177 
222 
133 
 
163 
159 
101 
 
52 
65 
69 
 
80 
82 
93 
 
132 
163 
104 
 
3.61 
3.38 
2.26 
 
2.21 
2.71 
1.43 
 
1.23 
0.98 
0.97 
Na
2
HCO
3
 
25 mM 
50 mM 
75 mM  
 
190 
174 
153 
 
160 
141 
114 
 
151 
 92 
 88 
 
50 
56 
53 
 
71 
61 
45 
 
110 
63 
36 
 
3.80 
3.11 
2.89 
 
2.25 
2.31 
2.53 
 
1.37 
1.46 
2.44 
Na
2
CO
3
 
25 mM 
50 mM 
75 mM  
 
185 
133 
130 
 
165 
125 
102 
 
156 
 82 
 71 
 
47 
53 
49 
 
67 
55 
43 
 
103 
48 
35 
 
3.94 
2.51 
2.65 
 
2.46 
2.72 
2.37 
 
1.51 
1.71 
2.03 
 
 
Duz  məhlullarının  buğda  toxumlarının  cücərmə  və  inkişafına  təsiri  özünü  Q6PDH 
fermentinin aktivliyi səviyyəsində büruzə verir. Duzlar tərəfindən yaradılan nisbətən mülayim stress 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə