119
albimana (Walckenaer, 1805); Pardosa proxima (C. L. Koch, 1847); Trochosa terricola Thorell,
1856; Chinattus caucasicus Logunov, 1999; Steatoda albomaculata (De Geer, 1778); Xysticus
ninnii (Thorell, 1872)] and 3 genus (Agalenathea Archer, 1951; Nuctenea Simon, 1864; Micaria
Westring, 1851) are recorded for the first time for the fauna of Gyanja-Gazakh region.
РЕЗЮМЕ
Шафа Хасаева
Махир Магеррамов
К ИЗУЧЕНИЮ ПАУКОВ (ARACHNIDA, ARANEAE) ГЕДАБЕКСКОГО РАЙОНА
Гедабекский район, входящий в состав Гянджа-Газахский регион, находится на
среднем и высокогорном поясах Малого Кавказа. При рассмотрении истории изучения
пауков региона выяснено, что проведенные исследовательские работы на территории района
носили поверхностный характер.
Статья подготовлена на основании материала, собранного в Гедабекском районе в
2015-м году. В результате исследований было обнаружено 20 видов пауков из 20 родов,
принадлежащих к 8-ми семействам. Отмечено места находки каждого вида, вычислено
частота встречаемости, по литературным и интернетным данным указано распространение
видов в Азербайджане и в мире. Из них 10 видов [Agalenatea redii (Scopoli, 1763); Nuctenea
umbratica (Clerck, 1757); Micaria albovittata (Lucas, 1846); Arctosa cinerea (Fabricius, 1777);
Aulonia albimana (Walckenaer, 1805); Pardosa proxima (C. L. Koch, 1847); Trochosa terricola
Thorell, 1856; Chinattus caucasicus Logunov, 1999; Steatoda albomaculata (De Geer, 1778);
Xysticus ninnii (Thorell, 1872)] и три рода (Agalenathea Archer, 1951; Nuctenea Simon, 1864;
Micaria Westring, 1851) впервые отмечаются для фауны Гянджа-Газахского региона.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M. Piriyev
120
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
KÖNÜL İBRAHİMOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
konul.ibragimova.79@mail.ru
UOT:
591.104
RÜŞEYM DÖVRÜNDƏ ACLIĞIN 17 GÜNLÜK SİÇOVULLARIN BAŞ BEYNİN
MÜXTƏLİF STRUKTURLARINDA QAYT MÜBADİLƏSİNƏ TƏSİRİ
Açar sözlər: QAYT, Qlu, Asp, QDK, QAYT-T, qida deprivasiyası, aclıq
Ключевые слова: ГАМК, Глу, Асп, ГДК, ГАМК-Т, пищевая депривация, голодания
Key words: GABA, Glu, Asp, food deprivation, starvation
İşin məqsədi rüşeym dövründə aclığa məruz qalmış 17 günlük siçovulların baş beyninin
müxtəlif strukturlarının toxumasında QAYT, Qlu və Asp-ın miqdarını, QDK və QAYT-T-nin
fəallığını öyrənməkdən ibarət idi.
Rüşeym dövründə qida deprivasiyasına məruz qalmış 17 günlük siçovulların öyrənilən baş
beyin strukturlarında QAYT-ın miqdarı kontrol ilə müqayisədə çox, sərbəst Qlu və Asp-ın miqdarı
az olur. QDK fermentinin fəallığı göstərilmiş şəraitdə MSS-nin müxtəlif strukturlarında kontrol ilə
müqayisədə yüksəlir. Bu zaman QAYT-nin fəallığı QDK-nın fəallığından fərqli olaraq kontrolla
müqayisədə, əksinə, azalır.
Antenatal dövrdə orqanizmin məruz qaldığı zərərli və stres amillərin təsiri nəticəsində
postnatal ontogenezdə bir çox biokimyəvi və fizioloji dəyişikliklər yaranır (11). Təsir edən amildən,
onun təsir müddətindən və ağırlığından asılı olaraq baş verən bu patoloji dəyişikliklər uzun müddət
davam edir və bəzən də davamlı ola bilir (8). Həmçinin baş verən dəyişikliklər amilin prenatal
ontogenezin hansı dövründə təsirindən də asılıdır (3). Məməlilərdə enerji defisiti orqanizmin
mübadilə vəziyyətində dəyişikliklərə səbəb olur və iştahanın yüksəlməsi ilə yanaşı gedir. Boğazlıq
dövründə ananın qida tələbatının yüksəlməsi onun embriona verərək itirdiyi enerji ilə əlaqədardır.
Bu səbəbdən boğaz siçanlarda iştaha yüksəlir. Enerji resursların defisiti qida tələbatının yüksəlməsi
nəticəsində bərpa olunur (6).
Müxtəlif zərərli və stres amillərin prenatal ontogenezdə təsiri nəticəsində QAYT mübadiləsin-
də ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər QAYT-ın stres məhdudlaşdırıcı olduğunu göstərir
(7). Aclıq stres amillərindən biri olduğundan (10) onun prenatal ontogenezdə təsiri nəticəsində
QAYT mübadiləsində dəyişikliklər baş verə bilir (13). QAYT mübadiləsində iştirak edən kompo-
nentlər sinir sistemində mübadilə proseslərini dəyişə bilir (4). QAYT və Qlu-nun iştahada mühüm
rolu olduğu müəyyənləşdirilmişdir (18).
Bütün yuxarıdakılara əsasən prenatal inkişafın rüşeym dövründə qida deprivasiyasına məruz
qalmış siçovulların baş beyninin müxtəlif strukturlarında QAYT mübadiləsində iştirak edən kompo-
nentlərin səviyyəsinin (QAYT, Qlu və Asp-ın miqdarının, QDK və QAYT-T-nin fəallığının)
dəyişməsini öyrənməyi qarşımıza məqsəd qoyduq.
MATERİAL VƏ METODLAR
Təcrübələrdə cinsi xətti qeyri-müəyyən olan adi qidalanma rejimi üzrə vivari şəraitində
saxlanılan altıaylıq ağ siçovullardan istifadə olunmuşdur. Erkək və dişi siçovullar cütləşdirildikdən
sonra dişi siçovullar 2 qrupa ayrılmışdır. Birinci qrupa kontrol heyvanlar, ikinci qrupa isə
cütləşdirildikdən sonra aclığa məruz qalmış heyvanlar aid edilmişdir. Mayalanmanın getməsini
nəzarətdə saxlamaq üçün vaginal yaxma hazırlamaq vasitəsindən istifadə olunmuşdur (2).
Hər iki qrup heyvanlardan alınan 17 günlük balalar dekapitasiya olunaraq baş beynin müxtəlif
strukturlarının (baş beyin yarımkürələrinin qabığı, beyincik, beyin sütunu, hipotalamus)
toxumasında QAYT mübadiləsində iştirak edən komponentlərin miqdar və fəallıq göstəriciləri
(QAYT, Qlu və Asp-ın miqdarı, QDK və QAYT-T-nin fəallığı) təyin edilmişdir. Baş beyin
strukturlara Paxinos atlasına görə ayrılıb (15). Aminturşular Dozenin elektroforez (14), Roberts E.,
Dostları ilə paylaş: |