Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   109   110   111   112   113   114   115   116   ...   164

230 
nin  ABŞ-da  tətbiqi  vençurkapitalının  və  vençur  sahibkarlığınınstimullaşdırılmasında  mühüm  əhə-
miyyətə malik olduğunu sübut etdi. [9]. 
Çin  Xalq  Respublikası  hökuməti  kənd  təsərrüfatı  məhsullarının  emalı  sənayesinin  və  qeyri-
kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi, vergi islahatlarının aparılması, taxıl istehsalının hi-
mayə edilməsi yolu ilə kənd təsərrüfatına ünvansız subsidiyalaşdırma göstərir. ABŞ-da yarpaq tütü-
nə qoyulan vergi istisna olmaqla kənd təsərrüfatının spesifik məhsullarına qoyulan bütün növ vergi-
lərin ləğv olunması planlaşdırılır ki, bu addım kəndlilərin hər il 478 mln. dollar həcmində vergi yü-
künün azalmasına imkan verir [10]. 
Qeyd edək ki, yüksək texnologiyaların mənimsənilməsi və inkişafı zonalarında vergi güzəşti 
rejimi təcrübəsindən istifadə olunur ki, bu da kiçik və orta sahibkarlığın innovasiyayönümlü fəaliy-
yətini  stimullaşdırır. Məsələn, Çinin şimal-şərqində  yerləşən Harbində müəssisələr qeydiyyat  tari-
xindən başlayaraq üç il ərzində tamamilə əlavə dəyər vergisindən azad edilir, sonrakı üç il ərzində 
ƏDV-ni 50% güzəştlə təqribən 8,5% həcmində vergi ödəyir. Texnologiya işləyiciləri üçün avadan-
lıq və cihazların idxalı rüsumların ödənilməsindən tamamilə azad edilmişdir.   
Bir sıra hallarda dövlət  satınalmaları  kiçik və orta sahibkarlığın  inkişaf etdirilməsinin təsirli 
aləti ola bilər. Bir çox ölkələrdə dövlət satınalmaları bazarının ÜDM-nin əhəmiyyətli hissəsini təşkil 
etdiyi faktını nəzərə alaraq qeyd edə bilərik ki, yerli kompaniyaların dövlət sifarişlərinə yol tapması 
ehtimalı milli istehsalçıları istehsalı genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə, işçilərin 
sayını artırmağa imkan verən uzunmüddətli müqavilələrlə təmin edir. Buna görə də dünya ölkələri-
nin böyük əksəriyyətində dövlət ehtiyaclarının ödənilməsi üçün satınalmalar bazarı proteksionist si-
yasət səhnəsinə çevrilir. Bu cür ölkələrin əsas arqumenti və ya sübutu vergi ödəyicilərinin pullarının 
milli  sahibkarlığın  himayə  edilməsinə  yönəldilməsi  qənaəti  və  ya  inancıdır.  Cədvəl  2-də  müxtəlif 
ölkələrdə yüngül sənaye sahəsi məhsullarının dövlət tərəfindən satın alınmasına yanaşmalar göstə-
rilmişdir. 
Ümumdünya Ticarət Təşkilatı milli hökumətlərin yerli istehsalçıları dövlət satınalmaları sfe-
rasında ixracçılara məhdudiyyətlərin gətirilməsi yolu ilə müdafiə etmək siyasətini məhdudlaşdırmır.  
Dövlət  müdaxiləsinin  gömrük-tarif  metodları  ölkə  iqtisadiyyatındakı  struktur  dəyi-
şikliklərinstimullaşdırılması  və  daxili  bazarın  qorunması  üçün  idxal  və  ixrac  əməliyyatlarının 
tənzimlənməsinəistiqamətlənmişdir.  Gömrük-tarif  tənzimlənməsi  dövlət  orqanları  tərəfindən 
qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  həyata  keçirilən  təşkilati,  iqtisadi  və  hüquqi  tədbirlər 
məcmusunu  əks  etdirir.  Başqa  sözlə  desək,  gömrük-tarif  tənzimlənməsi  xarici  iqtisadi  fəaliyyətin 
tənzimlənməsini əhatə edir.  
Gömrük-tarif tənzimlənməsinin əsas prinsiplərindən biri dövlət tərəfindən birtərəfli qaydada 
gömrük  rüsumlarının  müəyyənləşdirilməsi  prinsipidir.  Bu  prinsip  gömrük-tarif  münasibətləri  sub-
yektlərinə  rüsumların  ödənilməsi  müddəti  və  həcmi  məsələləri  üzrə  hər  hansı  bir  razılaşma  əldə 
edilməsini və ya müqavilə bağlanmasını qadağan edir. 
Avropa  İttifaqı  ölkələrində  hər  il  Avropa  İttifaqı  Komissiyası  tərəfindən  formalaşdırılan  və 
çap olunan Vahid Gömrük tarifləri fəaliyyət göstərir. Rəsmi nəşrdə qanunvericiliklə müəyyən edil-
miş fərdi (muxtar) və konvension (şərti) rüsum dərəcələri öz əksini tapır. Vahid Gömrük tariflərində 
əmtəələrin böyük əksəriyyəti üçün gömrük tarif dərəcələri 4-25% arasındadır.  
Konvension (şərti) rüsum dərəcəsi və ya konvension gömrük tarifi ÜTT-nin üzvü olan, ən əl-
verişli şərait yaratma rejimindən faydalanan ölkələrin əmtəələrinə tətbiq edilir. Praktik olaraq əlve-
rişli şərait yaratma rejimi tarifləri istənilən mənşədən əmtəələrə tətbiq olunur. Bu tariflər qida məh-
sulları və kənd təsərrüfatı məhsulları üçün fərdi (muxtar) tariflərdən 10-13% aşağıdır. Digər əmtəə-
lər üçün əlverişli şərait yaratma rejimi tarifləri fərdi tariflərdən 25%-dən 70%-dək aşağıdır. 
Avropa İttifaqı tarif imtiyazlarının verilməsinin altı sxeminə malikdir. Onlardan ən ümumisi 
inkişaf etməkdə olan ölkələrə təqdim edilən Ümumi İmtiyazlar Sistemidir. İnkişaf etməkdə olan öl-
kələrdə istehsal edilmiş bütün sənaye malları və yarımfabrikatlardan gömrük rüsumları alınmır. Bu 
imtiyazlar Ümumi İmtiyazlar Sistemi sxemindən çıxarılmış əmtəələrə şamil edilmir.  
 
 
 


231 
Cədvəl 2. 
Müxtəlif ölkələrin hərbi formaların satın alınması məsələsi üzrə siyasəti 
Ölkələr 
İdari 
proteksionizm 
İzah (şərh) 
NATO 
bloku 
ölkələri 
mövcuddur 
NATO-nun hərbi forma satın alınması üzrə siyasəti aşağıdakı 
hallarda “alına bilməz və ya istehsalına icazə verilə bilməz” hərbi 
forma alınması üzrə əlavə məhdudiyyətləri özündə əks etdirir: 

 
NATO-nun rəsmi embarqosu altına girən; 

 
Beynəlxalq konvensiyalara məhəl qoymayan; 
  Hərbi formaya ehtiyacın olmasının əsaslandırılması halında NATO 
bloku ölkələri konkret istehsalçıya formanın hazırlanmasını sifariş 
verə bilər. 
ABŞ 
mövcuddur 

 
Amerikan qanunvericiliyində hərbi ehtiyaclar üçün tamamən ölkədə 
istehsal olunmuş məhsulların alınması tələbi irəli sürülmüşdür. 

 
Bayram və səhra hərbi formaları 100% ölkə daxilində istehsal 
olunmuş amerika istehsalı parçadan hazırlanır. 
Çin 
mövcuddur 

 
Hərbi forma yerli istehsal müəssisələrində hazırlanır. 

 
Sifarişlər dövlətin əsas hesab etdiyi fabriklər  üzrə bölüşdürülür. 
Böyük 
Britaniya 
mövcud  
deyildir 

 
Hərbi uniformanın yalnız 6%-i ölkədə tikilir. 

 
45,5 mln. funt dəyərində hərbi forma (53%) Avropa İttifaqı 
ölkələrində tikilir. 

 
27 mln. funt dəyərində hərbi forma (33,5%) Çin və Cənub-Şərqi 
Asiyada tikilir. 

 
5 mln. funt dəyərində hərbi forma (6%) Hindistanda tikilir. 

 
1,5 mln. funt dəyərində hərbi forma (2%) Şimali Afrikada 
ölkələrində tikilir. 
 
Ümumi  İmtiyazlar Sistemi çərçivəsində inkişaf  etməkdə olan ölkələrdən qida təyinatlı  kənd 
təsərrüfatı məhsullarının idxal edilməsinə rüsumlar 20%-dən 60%-dək aşağı salınmışdır. Bu əmtəə-
lərin zəif inkişaf etmiş ölkələrdən idxalı rüsum ödənilmədən həyata keçirilir. Ümumi İmtiyazlar Sis-
temi  sxemindən  ət,  ev  quşları,  balıq,  süd  məhsulları,  tərəvəz,  şəkər,  şərab,  yarma,  yağlı  toxumlar, 
heyvan yemi və s. tamamilə və ya qismən çıxarılmışdır.  
Ümumi İmtiyazlar Sistemi sxemi bütün inkişaf etməkdə olan ölkələrə - Afrika, Sakit okean və 
Karib hövzəsi ölkələrinə tətbiq edilir. Bununla yanaşı sərbəst ticarət haqqında bir sıra razılaşmalar 
(Norveç, İslandiya, İsveçrə, İsrail ilə), assosiasiya sazişi (Türkiyə, Malta, Macarıstan, Polşa) fəaliy-
yət göstərir.  
Bazar iqtisadiyyatlı ölkələrdə həyata keçirilən dövlət investisiya siyasətinin təhlili göstərir ki, 
investisiya  siyasəti  investisiya  fəaliyyəti  üçün  ümumi  şəraitin  yaradılması  ilə  məhdudlaşmır,  eyni 
zamanda,  iqtisadiyyatın  üzünmüddətlimaliyyələşdirilməsi  sisteminin  yaradılmasında  dövlətin  fəal 
rolunu nəzərdə tutur.  
Qeyd  edək  ki,  xarici  ölkələrdə  iqtisadiyyatın  dövlət  maliyyələşdirilməsi  müxtəlif  metod  və 
mexanizmlərin  köməyi  ilə  həyata  keçirilir.  Məsələn,  İtaliya  və  Finlandiya  üçün  sənayenin  dövlət 
subsidiyalaşdırılması  xarakterikdir.  Bu  ölkələrdə  dövlət  dəstəyi  birbaşa  maliyyələşdirmə  şəklində 
ixraca kömək etməyə istiqamətlənmişdir. Bu məqsədlərin həyata keçirilməsi üçün İtaliyada “Saçe” 
dövlət sığorta şirkəti yaradılmış və daha sonra 1998-ci ildə əmlak və təşkilati müstəqilliyə malik xa-
rici ticarət əməliyyatlarının sığortalanması üzrə Dövlət institutuna çevrilmişdir.  
Fransa  və  Almaniyada  dövlətin  iqtisadi  siyasəti  regional  iqtisadi  fərqliliyin  taraz-
laşdırılmasınayönəldilmişdir. Bu ölkələrdə, həmçinin pul vəsaitlərinin bölüşdürülməsininsahəvi və 
daha  səmərəli  hesab  edilən  regional  metodundan  istifadə  edilir.  Fransada  dövlət  və  region 
münasibətləri  müqavilə  əsasında,  regionların  iqtisadi  inkişafına  dövlət  dəstəyi  məqsədilə  milli 
planlaşdırma  sistemi  çərçivəsində  qurulur.  Fransa  və  Almaniya  təcrübəsi  əsasında  –  müxtəlif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə