Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   106   107   108   109   110   111   112   113   ...   164

224 
5.
 
  Эконометрика. Учебник / Под ред. Елисеевой И.И. — 2-е изд. — М., Финансы и статистика, 
2016, 576 с. 
6.
 
  http://wikipedia.org/wiki. 
ABSTRACT 
 
                                  G.A.Rahımova 
 
ECONOMETRIC ANALYSIS  OF INVESTMENT PROJECTS 
 
In  practice  of  investment  designing  frequently  it  is  necessary  to  analyze  at  once  some 
investment projects with the purpose of optimum accommodation of the limited financial resources. 
In this connection there is a number of problems. 
First, it is a problem of a choice of criterion of efficiency at an estimation of projects. In spite of 
the fact that the priority criterion considers NPV the given problem it is impossible to count settled 
as well as other criteria is not deprived lacks, in particular it  does not give the information about so-
called  “  a  reserve  of  safety  ”.  As  the  project  accepted  by  one  criterion,  can  be  unacceptable 
according to another.  
        According to the article have received development methodical approaches to acceptance of 
investment decisions in conditions of uncertainty. The mechanism of the account of risk in the 
investment designing, including econometric investment designing is generated. 
 
РЕЗЮМЕ 
Г. A. Рагимова  
 
ЭКОНОМЕТРИЧЕСКИЙ АНАЛИЗ ИНВЕСТИЦИОННЫX ПРОЕКТОВ   
 
В  практике  инвестиционного  проектирования  зачастую  приходится  анализировать 
сразу несколько инвестиционных проектов с целью оптимального размещения ограниченных 
финансовых ресурсов.  В связи с этим возникает ряд проблем. 
Во-первых,  это  проблема  выбора  критерия  эффективности  при  оценке  проектов. 
Несмотря  на  то,  что  приоритетным  критерием  считается  NPV  данную  проблему  нельзя 
считать  исчерпанной,  поскольку  он  как  и  другие  критерии  не  лишен  недостатков,  в 
частности он не дает информации о так называемом “резерве безопасности”. Так как проект, 
принятый по одному критерию, может быть неприемлем согласно другому.  
B  статье  получили  развитие  методические  подходы  к  принятию  инвестиционных 
решений  в  условиях  неопределённости.  Сформирован  механизм  учёта  риска  в 
инвестиционном 
проектировании, 
включающий 
эконометрику 
инвестиционного 
проектирования. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 
 
 


225 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
CEYHUN MAHMUDOV 
Naxçıvan Dövlət Universiteti 
ceyhun.ilhamoglu@gmail.com
 
UOT: 338 
KİÇİK VƏ ORTA SAHİBKARLIQ FƏALİYYƏTİNİN  
DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN BEYNƏLXALQ TƏCRÜBƏSİ 
 
Açar  sözlər:  kiçik  və  orta  sahibkarlıq  fəaliyyəti,  milli  iqtisadiyyat,  dövlət  tənzimlənməsi, 
proteksionist siyasət, sosial-iqtisadi inkişaf 
Keywords:  small  and  medium  entrepreneurship  activities,  national  economy,  state 
regulation, protectionist policy, social and economic development  
Ключевые  слова:  малого  и  среднего  предпринимательства,  национальная  экономика, 
государственное  регулирование,  протекционистская  политика,  социально-экономическое 
развитие 
Sahibkarlıq - əsrlər boyu insan həyatının mühüm atributu kimi çıxış edən, yeni təsərrüfat for-
malarının təkmilləşdirilməsinin zəruri komponenti olan, tarixi və sosial dəyərə malik çoxşaxəli təza-
hür  forması  və  ya  şəklidir.  Məhz  dövlətin  bilavasitə  təsiri  ilə  sahibkarlıq  fəaliyyətinin  təkamülü 
müasir inkişaf etmiş dövlətlər üçün xarakterik olan bazar tipli iqtisadiyyatın formalaşmasına səbəb 
olmuşdur.  Hal-hazırda  inkişaf  etmiş  dövlətlərin  böyük  əksəriyyətində  sahibkarlıq  fəaliyyətinin  bu 
və ya digər formada tənzimlənməsi iqtisadiyyatın mühüm elementi olub, bu dövlətlərin sahibkarlıq 
fəaliyyətinə təsir formaları ölkələrin tarixi ənənələrindən, milli xüsusiyyətlərindən, iqtisadiyyatların 
inkişaf səviyyəsindən asılı olaraq müxtəlifdir.  
Kiçik və orta sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi məsələsini araşdırarkən, ilk əvvəl 
dövlətin kiçik və orta sahibkarlığa dəstəyinin səbəbini müəyyənləşdirmək lazımdır. Fikrimizcə, bu 
dəstək və ya himayənin səbəbini müəyyənləşdirmək üçün kiçik və orta müəssisələrlə iri müəssisələ-
rin qarşılıqlı müqayisəsini nəzərdən keçirmək məqsədəuyğundur.   
Qeyd edək ki, hər hansı bir inkişaf etmiş dövlətin əsasını iri müəssisələr təşkil edirsə, onların 
iri həcmli kapitala malik olması elmi-texniki potensiala və istehsal güclərinə əhəmiyyətli dərəcədə 
təsir göstərirsə, kiçik sahibkarlıq isə inkişaf etmiş bazar sisteminin mühüm tərkib hissəsi hesab olu-
nur. Kiçik sahibkarlıq müəssisələrin təşkilinin daha çevik, dinamik və kütləvi formasını əks etdirir. 
Məhz  bu sektorda istənilən ölkənin inkişafının qan damarı hesab olunan milli resursların əsas kütlə-
sinin dövriyyəsi həyata keçirilir. Kiçik sahibkarlığın hüdudları dövlət və digər hökumət orqanları tə-
rəfindən müəyyənləşdirilmiş qanunvericilikdən asılıdır.  
İnkişaf etmiş ölkələrdə kiçik və orta müəssisələr milli iqtisadiyyatın ən mühüm sektorunu təş-
kil  edir.  Əgər  iri  müəssisələr  ölkənin  elmi-texniki  və  istehsal  potensialının  səviyyəsini  müəyyən 
edirsə, kiçik və orta müəssisələr işgüzar həyatın kütləvi forması olub ölkənin sosial-iqtisadi inkişafı-
nın stabilliyini təmin edir. Kiçik və orta müəssisələrin bir sıra ölkələr üçün əhəmiyyətini aşağıdakı 
cədvəl məlumatlarından görmək olar [2] (cədvəl 1.). 
Cədvəl 1. 
2005-2010-cu illər ərzində kiçik və orta müəssisələrin bir sıra ölkələrin  
iqtisadiyyatında xüsusi çəkisi 
Ölkələr 
KOM ümumi məşğul əhali sayında 
xüsusi çəkisi (%) 
KOM ölkələrin ÜDM-də xüsusi 
çəkisi 
Böyük Britaniya 
52 
53-56 
Almaniya  
69 
55-57 
ABŞ 
53 
50-52 
Yaponiya  
78 
52-55 
Macarıstan  
65 
50-52 
Polşa  
60 
50-52 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə