216
görülən tədbirlər sənaye məhsulunun artmasına gətirib çıxartmışdır. Kənd təsərrüfatı, onun
xammalına əsaslanan emal müəssisələrinin yaradılması, tikinti materialları istehsalının inkişafında
baş verən müsbət dəyişikliklər muxtar respublikanın iqtisadi potensialının möhkəmlənməsinə təsir
göstərmişdir Təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi, sənaye müəssisələrinin bərpa
olunması və yenidən qurulması, müəssisələrin dünya standartlarına uyğun texnologiyalarla təmin
olunması, güzəştli kreditlərin verilməsi, yerli və xarici bazarlara çıxış imkanlarının sadələşdirilməsi
artımla müşahidə olunmuş, sənaye Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yerə sahib olmuş
və təkcə 2016-ci ildə 942 milyon manatlıq sənaye məhsulu
istehsal olunmuşdur ki, bu da 1995-ci ilə
nisbətən 103 dəfə çoxdur (4).
Regionun tikinti materiallarının böyük miqdarda ehtiyatına malik olması, burada tikinti
məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin olunmasına imkan yaradır.
Tikinti sektorunun ümumi daxili məhsulun tərkibində ikinci böyük yerə sahib olmasının əsasında
tikinti məhsulları sənayesinin inkişafının mühüm rolu var. Ötən il ərzində əsas kapitala yönəldilən
investisiyaların həcmi 997 milyon manata qədər yüksəlmişdir ki, bu da 1995-ci ilə nisbətən 327
dəfə çoxdur. Vəsaitin böyük hissəsinin tikinti-quraşdırma işlərinə sərf olunması tikinti məhsulunun
həcminin dinamik şəkildə artması və kənd yerlərində infrastrukturun yenilənməsi ilə
nəticələnmişdir (4).
Müstəqillik illərində muxtar respublikada tikinti sənayesinin surətli inkişafından, bu il 50
yaşını qeyd edən, Naxçıvan Dövlət Universitetinə də böyük pay düşmüşdür. Ötən dövr ərzində
universitetdə geniş tikinti-quruculuq işlərinin aparılması sayəsində, hazırda 108 hektarlıq ərazisində
16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Universitet
Xəstəxanası, Olimpiya İdman Mərkəzi, 2 stadion, Baytarlıq Təbabəti klinikası və müasir tipli
Tələbə evi mövcuddur. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli
sosial xidmət mərkəzi, müasir tipli universitet qonaq evi tikilərək istifadəyə verilmişdir (6).
Sənaye məhsulunun həcminə görə iqtisadi rayonlar arasında öncül yerlərdən birini tutan
Naxçıvanın surətlə inkişaf edən sənaye sektoru artıq milli iqtisadiyyatımızın yüksək gəlir gətirən
perspektivli sahəsinə çevrilmişdir. Muxtar respublikanın gələcək inkişafı üçün sənaye sahəsində
dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin
edilməsi, strukturunun təkmilləşdirilməsi, modernləşdirilməsi və səmərəliliyinin artırılmasıdır.
Sənaye parkının yaradılması göstərilən hərtərəfli xidmət, stimullaşdırma tədbirlərin həyata
keçirilməsi ilə rəqabət qabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına,
istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən effektiv istifadəyə və beləliklə, sənayenin
kompleks inkişafını tənzimləməyə imkan verəcək. Bu iqtisadi siyasətin reallaşması formalaşan
təsərrüfat strukturlarının artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki
şəxslərin sahibkarlıqla məşğul olması, qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə
müşayiət olunacaq. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında
qurulmuş belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması
ilə sosial baxımdan da mühüm əhəmiyyət kəsb edir.
Deməli, muxtar respublikanın sosial-iqtisadi inkişafının təməlində dövlətin sosial yönümlü
iqtisadi siyasəti, o cümlədən hər bir vətəndaşın maddi rifahının artırılması, iqtisadiyyatın dövlət
tənzimləmə mexanizmlərinin liberallaşdırılması, azad rəqabət, sahibkarlıq və investisiya mühitinin
daha da yaxşılaşdırılması, muxtar respublikanın iqtisadi təhlükəsizliyinin təminatı üçün aparılmış
kompleks
işlər dayanaraq, sənayenin də perspektiv inkişafı üçün geniş yollar açır.
ƏDƏBİYYAT
1.
Allahverdiyev H.B., Qafarov K. S., Əhmədov Ə.M. İqtisadiyyatın dövlət tənzimlənməsi, Bakı;
BDU, 2002, 448 s.
2.
Əjdərov T. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan sənayesinin inkişaf istiqamətləri, Bakı;
BDU, 2000, 258 s.
3.
Nuriyev Ə.X. Regional siyasət və idarəetmə, Bakı; Elm, 2004, 348 s.
217
4.
http://www.şerqqapısı.az/index.php/iqtisadiyyat/12032-dövlət-programlar-çərçivəsində-həyata-
keçirilən-tədbirlər-əldə-olunan-nailiyyətləri-şərtləndirən-əsas amillərdən-biridir
5.
http://statistika.nmr.az/ Naxçıvan MR DSK
6.
http://ndu.edu.az/az/content/19/ Naxçıvan
Dövlət Universiteti
ABSTRACT
Mehriban Imanova
THE MAIN DEVELOPMENT FEATURES OF THE
INDUSTRY OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC
In the scientific article the effectiveness of the state policy in the field of regional
development tasks broad interpretation,as a result of the implementation of state programs have
been adopted as successes achieved in the autonomous republic's economy has been analyzed,
industry`s future development directionsis shown.
In the article described the objectives of regional policy, analyzed the importance of
industrialization in the balanced regional development. The scientific article, as well as state and
regional distribution of economic subjects were explained by statistical indicators of industrial
production,
Noted that, the financial support, organizational activities within consumers, organizing
internal business operations and the efficient use of personnel are important factors in the improving
strategic development
of industrial enterprises
PEЗЮМЕ
Мехрибан Иманова
ОСНОВНЕ ХАРАКТЕРИСТИКИ РАЗВИТИЕ
ПРОМЫШЛЕННОСТИ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
Государственная политика в области региональных задач в области развития в статье
и комментариев по широкому кругу эффективности была принята в результате реализации
государственных программ были проанализированы в результатах, достигнутых в экономике
автономной республики, будущие направления развития отрасли представлены. В научный
статье, а также было объяснено статистическими показателями состояние и региональное
распределение экономических субъектов промышленного производства.
Статья описывает цели региональной политики, сбалансированного регионального
развития, проанализированы важность индустриализации. В научный статье, а также было
объяснено статистическими показателями состояние и региональное распределение
экономических субъектов промышленного производства.
Отмечено, что финансовое обеспечение, организационная работа проводимая с
клиентами, организация внутреннего бизнес-процесса и эффективное использование
персонала считаются факторами, играющими важную роль в стратегическом развитии
промышленных предприятий.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov