Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   101   102   103   104   105   106   107   108   ...   164

214 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
MEHRİBAN İMANOVA 
Naxçıvan Dövlət Universiteti 
Marketinq05@mail.ru 
UOT: 338 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏNAYESİNİN  
ƏSAS İNKİŞAF XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözlər: dövlət siyasəti, balanslaşdırılmış siyasət, özəl sektor, sənayeləşmə, sənaye parkı 
Key  worlds:  public  policy,  balanced  development,  private  sector,  industrialization, 
industrial parks 
Ключевые слова: государственная политика, сбалансированного развития, частный 
сектор, индустриализация, промышленные парки 
Ulu  öndər  Heydər  Əliyevin  strateji  xəttinin  uğurla  davam  etdirilməsi  nəticəsində  həyata 
keçirilən  çevik  və  balanslaşdırılmış  siyasətin  məntiqi  nəticəsi  olaraq  bu  gün  muxtar 
respublikamızda bütün sahələrdə canlanma müşahidə olunur. Dünyada baş verən iqtisadi böhran və 
qlobal maliyyə bazarlarındakı qeyri-sabitliyin mövcud olmasına baxmayaraq, muxtar respublikada 
2016-ci  il  makroiqtisadi  sabitliyin  təmin  olunduğu  bir  il  oldu.  Bunun  əsasında  ölkə  prezidentinin 
rəhbərliyi  altında  həyata  keçirilən  sosial-iqtisadi  siyasət  dayanır.  Bu  günə  qədər  qəbul  olunmuş 
Dövlət  Proqramları  çərçivəsində  həyata  keçirilən  tədbirlərin  uğurla  reallaşdırılması  nəticəsində 
infrastrukturun köklü şəkildə yenilənməsi və bütün sahələrə investisiya qoyuluşunun artırılması əldə 
olunan  nailiyyətləri  şərtləndirən  əsas  amildir.  Bu  müddət  ərzində  muxtar  respublikada  saysız 
istehsal və sosial yönümlü obyektlər tikilib istifadəyə verilmişdir.  
Ümumi inkişaf dinamikası və əhalinin maddi rifahı daha çox Ümumi Daxili Məhsul, onun 
adambaşına düşən səviyyəsi və əhali gəlirləri ilə ölçülür. Ümumi Daxili Məhsul iqtisadi fəaliyyətin 
təkmilləşdirilmiş  ölçüsü  olub  insanların  yaxşı  yaşaması  üçün  lazım  olan  əsas  şərtlərdən  biridir. 
Əhalinin  orta  gəlir  və  xərclərini  ifadə  edən  adambaşına  düşən  Ümumi  Daxili  Məhsul  hər  bir 
vətəndaşın  iqtisadi  rifah  ölçüsü  olub,  insanların  alıcılıq  qabiliyyətini  müəyyən  edir.  2016-ci  ildə 
əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun həcmi 2 milyard 500 milyon manatdan 
çox olmuşdur. Görülən kompleks tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcminin ötən ildə 
1995-ci  ilə  nisbətən  57  dəfə  artırması  adambaşına  düşən  ümumi  daxili  məhsulun  müvafiq  dövrlə 
müqayisədə  44  dəfə
 
artması  ilə  nəticələnmişdir.  Onun  hər  bir  nəfərə  düşən  həcmi  isə  5  min  771 
manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq göstəricisinə nisbətən 3,4 faiz çoxdur (4). 
Sahibkarlığın  inkişafına  böyük  diqqətin  göstərilməsi,  iş  adamlarının  beynəlxalq  bazarlara 
çıxması  üçün  əlverişli  imkanların  yaradılması  aparılan  siyasətin  məqsədyönlüyündən  xəbər  verir. 
2016-cı  ildə  bank  və  kredit  təşkilatları  tərəfindən  sahibkarlığın  inkişafı  məqsədilə  17  milyon 
manatdan  çox  kredit  verilmişdir  ki,  bu  da  1995-ci  illə  müqayisədə  68  dəfə  çox  deməkdir.  Təkcə 
2016-cı ildə muxtar respublikada 33 hüquqi və 2173 fiziki şəxsi qeydiyyata alınmışdır. 2016-cı ildə 
47  yeni  istehsal  və  xidmət  sahəsi  fəaliyyətə  başlamış,  nəticədə  istehsal  olunan  məhsul  növlərinin 
sayı 366-ya çatdırılmışdır. Halbuki, 1996-cı ildə muxtar respublikada cəmi 10 adda məhsul istehsal 
olunurdu (5). 
1990-cı  ildə  keçmiş  ittifaqın  dağılması  ilə  əlaqədar  olaraq  respublikalar  arasında  mövcud 
olan əlaqələrin kəsilməsi, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibəsi və bazar 
iqtisadiyyatına keçidlə əlaqədar olaraq qarşıya çıxan problemlər ölkə iqtisadiyyatında olduğu kimi 
Naxçıvan  iqtisadi  rayonuna  da  öz  mənfi  təsirini  göstərmişdir.  Muxtar  respublikanın  blokada 
şəraitində  olması  isə  sosial-iqtisadi  inkişafa  daha  böyük  zərbə  vururdu.  İqtisadi  rayonda  sənaye 
məhsulunun  həcminin  azalması  ilə  yanaşı,  onun  sahə  strukturunda  da  geriləmə  baş  vermiş,  bu 
azalma  yeyinti  sənayesində  özünü  daha  çox  göstərmişdir.  Sonrakı  illərdə  sənaye  istehsalının 


215 
böhrandan  çıxarılması  üçün  mühüm  tədbirlər  görülmüş,  qəbul  olunmuş  Dövlət  Proqramlarının 
reallaşdırıması  sənayenin  inkişafına  güclü  təkan  vermiş,  2014-cü  ildə  2000-ci  ilə  nisbətən 
mədənçıxarma  sənayesində  10,3  dəfə,  emal  sənayesində  73,2  dəfə,  elekrik  enerjisi,  qaz  və  suyun 
istehsalı və bölüşdürülməsi sahəsində 17 dəfə artım əldə olunmuşdur (5). Hazırda muxtar respub-
likada  sənayenin  sahə  strukrurunda  əsas  yerə  sahib  olan  yeyinti  sənayesi  içki  və  tütün  də  daxil 
olmaqla  bir  sıra  qida  məhsullarının  istehsalını,  yüngül  sənaye  isə  toxuculuq,  tikiş,  dəri,  dəri 
məmulatlar və ayaqqabı istehsalını əhatə edir. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı 
və faydalı qazıntı hasilatı xüsusi yer tutur.  
Tarixə  nəzər  salarkən  görürük  ki,  Naxçıvan  Muxtar  Respublikası  aqrar  iqtisadiyyatdan 
sənaye  istehsalına  qədər  uzun  bir  inkişaf  yolu  keçmiş  və  2008-ci  idən  etibarən  ilk  dəfə  olaraq 
sənaye  məhsulunun  istehsalı  kənd  təsərrüfatı  məhsulunun  istehsalını  ötüb  keçmişdir.  Bunun 
səbəblərindən  biri  sənayenin  baza  şərti  olan  xammal  baxımından  muxtar  respublikanın  böyük 
üstünlüklərə malik olmasıdır. Muxtar respublikanın müasir iqtisadi potensialı və sahib olduğu həm 
əkinçilik, həm heyvandarlıq, həm də mədən xammalları  Naxçıvanın öz imkanları hesabına, təkcə 
iqtisadi deyil, həm də sosial aspektlərlə bağlı olan sənayeləşmənin  daha  da surətlənməsinə imkan 
verir.  Təbii  sərvətlərin  son  məhsula  çevrilməsi  iqtisadi  rayonun  iqtisadi  inkişafında  əsas 
məsələlərdən  biridir.  Çünki  ucuz  qiymətə  istehsal  etdiyimiz  hər  hansı  kənd  təsərrüfatı  məhsulunu 
xaricə ucuz qiymətə satıb əvəzinə baha qiymətə emal olunmuş hazır məhsulu almaq iqtisadiyyata 
həmin  fərq  qədər  ziyan  verirsə,  həmin  məhsulu  özümüz istehsal  edib  son  məhsula  çevirməklə  öz 
əhalisini ucuz məhsulla təmin edib ümumi daxili məhsulu artırmaq iqtisadiyyata bir o qədər xeyir 
verir.  Emal  müəssisələrinin  sayı  artıqca  istehsal  artır,  daxili  bazar  formalaşır,  rəqabət  yüksəlir, 
əhalinin  məşğuluq  səviyyəsi  yaxşılaşır  və  alıcılıq  qabiliyyəti  yüksəlir,  daha  çox  istehsal  olunan 
məhsul  almaqla  istehsalçını  stimullaşdırır  və  nəticədə  sosial-iqtisadi  inkişaf  yüksəlir.  Beləcə, 
dövlətin  iqtisadi  imkanlarının  artması  isə  daha  yeni-yeni  layihələrin  həyata  keçirilməsinə  şərait 
yaradır (1; 57).     
Onu  da  qeyd  etmək  lazımdır  ki,  sənayenin  qurulub  inkişaf  etdirilməsi  üçün  xammalın 
hamısının  ölkədə  olması  vacib  deyil.  Çünki  sənaye  məhsullarının  gətirdiyi  qazanc  xammallara 
ödənilən  xərclərə  görə  çox  yüksəkdir.  Bu  gün  Avstraliya,  Kanada  və  Rusiya  kimi  çox  az  ölkələr 
xammalın  çoxunu  öz  ölkələri  hesabına  təmin  edir.  Yaponiya,  Almaniya,  İngiltərə,  Hollandiya, 
Belçika  kimi  bir  çox  sənayeləşmiş  ölkələr  xammal  ehtiyaclarının  böyük  hissəsini  ixrac  hesabına 
ödəyir (2;86). 
 Xammalın  hazır  məhsula  çevrilməsi  enerji  mənbələrinin  mövcudluğundan  asılıdır,  yəni 
sənaye üçün lazım olan əsas amil elektrik enerjisidir. Enerji istehsalının çox olması sənayeni inkişaf 
etmiş olmasının əsas göstəricisidir. Ötən əsrin 90-cı illərində enektrik enerjisi qıtlığından çox böyük 
çətinliklər yaşayan muxtar respublika bu gün özünü nəinki elektrik enerjisi ilə tam təmin edir, hətta 
tələbatdan  artıq  elektrik  enerjisini  ixrac  istiqamətində  yönəltməklə  valyuta  əldə  edir.  Son  illərdə 
Naxçıvanda  istifadəyə  verilən  elektrik  stansiyaları  Naxçıvanın  enerji  təhlükəsizliyinin  tam  təmin 
edilməsi üçün geniş imkanlar yaratmışdır. Hazırda muxtar respublikada alternativ və bərpa olunan 
enerji  mənbələrinin  yaradılması  istiqamətində  müvafiq  tədbirlərin  həyata  keçirilməsi  nəticəsində 
yeni  Günəş  elektrik  stansiyasının  quraşdırılması  enerji  təhlükəsizliyinin  daha  da  möhkəmləndiril-
məsinə şərait yaradacaqdır. 
Xammal  mənbələri  ilə  sənaye  müəssisələrinin  bir-birinə  yaxın  olması  məhsuldarlıq 
baxımından  əhəmiyyətlidir.  İstehsal  olunan  malların  daxili  və  xarici  bazara  nizamlı  şəkildə 
çıxarılmasında  nəqliyyat  sisteminin  böyük  rolu  var.  Ümumiyyətlə,  sənayenin  inkişafında 
əhəmiyyətli  nəqliyyat  sistemi  dənizyolu  və  dəmiryoludur.  Ona  görə  də  bütün  sənayeləşmiş 
ölkələrdə fabriklər daha çox dəmiryolları ilə daxili bölgə bazarlarına bağlanmış
 
olan liman fənərləri 
ətrafında  toplanmışdır.  Bakı-Tbilisi-Qars  dəmir  yolunun  Naxçıvana  qədər  uzadılması  nəqliyyat 
blokadasının  aradan  qaldırılması  və  istehsal  olunan  məhsuların  dünya  bazarına  çıxarılması  üçün 
əlverişli bir layihə hesab edilir. 
Ümumi Daxili Məhsulun tərkibində malik olduğu paya görə 28 faizlik xüsusi çəkiyə qədər 
yüksələn  sənaye  sahəsində  aparılan  uğurlu  islahatlar  nəticəsində  bu  sahədə  surətli  inkişafa  nail 
olunmuşdur. Sənayenin strukturunun təkmilləşdirilməsi, emal müəssisələrinin inkişafı istiqamətində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə