214
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
MEHRİBAN İMANOVA
Naxçıvan Dövlət Universiteti
Marketinq05@mail.ru
UOT: 338
NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏNAYESİNİN
ƏSAS İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: dövlət siyasəti, balanslaşdırılmış siyasət, özəl sektor, sənayeləşmə, sənaye parkı
Key worlds: public policy, balanced development, private sector, industrialization,
industrial parks
Ключевые слова: государственная политика, сбалансированного развития, частный
сектор, индустриализация, промышленные парки
Ulu öndər Heydər Əliyevin strateji xəttinin uğurla davam etdirilməsi nəticəsində həyata
keçirilən çevik və balanslaşdırılmış siyasətin məntiqi nəticəsi olaraq bu gün muxtar
respublikamızda bütün sahələrdə canlanma müşahidə olunur. Dünyada baş verən iqtisadi böhran və
qlobal maliyyə bazarlarındakı qeyri-sabitliyin mövcud olmasına baxmayaraq, muxtar respublikada
2016-ci il makroiqtisadi sabitliyin təmin olunduğu bir il oldu. Bunun əsasında ölkə prezidentinin
rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət dayanır. Bu günə qədər qəbul olunmuş
Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlərin uğurla reallaşdırılması nəticəsində
infrastrukturun köklü şəkildə yenilənməsi və bütün sahələrə investisiya qoyuluşunun artırılması əldə
olunan nailiyyətləri şərtləndirən əsas amildir. Bu müddət ərzində muxtar respublikada saysız
istehsal və sosial yönümlü obyektlər tikilib istifadəyə verilmişdir.
Ümumi inkişaf dinamikası və əhalinin maddi rifahı daha çox Ümumi Daxili Məhsul, onun
adambaşına düşən səviyyəsi və əhali gəlirləri ilə ölçülür. Ümumi Daxili Məhsul iqtisadi fəaliyyətin
təkmilləşdirilmiş ölçüsü olub insanların yaxşı yaşaması üçün lazım olan əsas şərtlərdən biridir.
Əhalinin orta gəlir və xərclərini ifadə edən adambaşına düşən Ümumi Daxili Məhsul hər bir
vətəndaşın iqtisadi rifah ölçüsü olub, insanların alıcılıq qabiliyyətini müəyyən edir. 2016-ci ildə
əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun həcmi 2 milyard 500 milyon manatdan
çox olmuşdur. Görülən kompleks tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcminin ötən ildə
1995-ci ilə nisbətən 57 dəfə artırması adambaşına düşən ümumi daxili məhsulun müvafiq dövrlə
müqayisədə 44 dəfə
artması ilə nəticələnmişdir. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 771
manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq göstəricisinə nisbətən 3,4 faiz çoxdur (4).
Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara
çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlüyündən xəbər verir.
2016-cı ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə 17 milyon
manatdan çox kredit verilmişdir ki, bu da 1995-ci illə müqayisədə 68 dəfə çox deməkdir. Təkcə
2016-cı ildə muxtar respublikada 33 hüquqi və 2173 fiziki şəxsi qeydiyyata alınmışdır. 2016-cı ildə
47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, nəticədə istehsal olunan məhsul növlərinin
sayı 366-ya çatdırılmışdır. Halbuki, 1996-cı ildə muxtar respublikada cəmi 10 adda məhsul istehsal
olunurdu (5).
1990-cı ildə keçmiş ittifaqın dağılması ilə əlaqədar olaraq respublikalar arasında mövcud
olan əlaqələrin kəsilməsi, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibəsi və bazar
iqtisadiyyatına keçidlə əlaqədar olaraq qarşıya çıxan problemlər ölkə iqtisadiyyatında olduğu kimi
Naxçıvan iqtisadi rayonuna da öz mənfi təsirini göstərmişdir. Muxtar respublikanın blokada
şəraitində olması isə sosial-iqtisadi inkişafa daha böyük zərbə vururdu. İqtisadi rayonda sənaye
məhsulunun həcminin azalması ilə yanaşı, onun sahə strukturunda da geriləmə baş vermiş, bu
azalma yeyinti sənayesində özünü daha çox göstərmişdir. Sonrakı illərdə sənaye istehsalının
215
böhrandan çıxarılması üçün mühüm tədbirlər görülmüş, qəbul olunmuş Dövlət Proqramlarının
reallaşdırıması sənayenin inkişafına güclü təkan vermiş, 2014-cü ildə 2000-ci ilə nisbətən
mədənçıxarma sənayesində 10,3 dəfə, emal sənayesində 73,2 dəfə, elekrik enerjisi, qaz və suyun
istehsalı və bölüşdürülməsi sahəsində 17 dəfə artım əldə olunmuşdur (5). Hazırda muxtar respub-
likada sənayenin sahə strukrurunda əsas yerə sahib olan yeyinti sənayesi içki və tütün də daxil
olmaqla bir sıra qida məhsullarının istehsalını, yüngül sənaye isə toxuculuq, tikiş, dəri, dəri
məmulatlar və ayaqqabı istehsalını əhatə edir. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı
və faydalı qazıntı hasilatı xüsusi yer tutur.
Tarixə nəzər salarkən görürük ki, Naxçıvan Muxtar Respublikası aqrar iqtisadiyyatdan
sənaye istehsalına qədər uzun bir inkişaf yolu keçmiş və 2008-ci idən etibarən ilk dəfə olaraq
sənaye məhsulunun istehsalı kənd təsərrüfatı məhsulunun istehsalını ötüb keçmişdir. Bunun
səbəblərindən biri sənayenin baza şərti olan xammal baxımından muxtar respublikanın böyük
üstünlüklərə malik olmasıdır. Muxtar respublikanın müasir iqtisadi potensialı və sahib olduğu həm
əkinçilik, həm heyvandarlıq, həm də mədən xammalları Naxçıvanın öz imkanları hesabına, təkcə
iqtisadi deyil, həm də sosial aspektlərlə bağlı olan sənayeləşmənin daha da surətlənməsinə imkan
verir. Təbii sərvətlərin son məhsula çevrilməsi iqtisadi rayonun iqtisadi inkişafında əsas
məsələlərdən biridir. Çünki ucuz qiymətə istehsal etdiyimiz hər hansı kənd təsərrüfatı məhsulunu
xaricə ucuz qiymətə satıb əvəzinə baha qiymətə emal olunmuş hazır məhsulu almaq iqtisadiyyata
həmin fərq qədər ziyan verirsə, həmin məhsulu özümüz istehsal edib son məhsula çevirməklə öz
əhalisini ucuz məhsulla təmin edib ümumi daxili məhsulu artırmaq iqtisadiyyata bir o qədər xeyir
verir. Emal müəssisələrinin sayı artıqca istehsal artır, daxili bazar formalaşır, rəqabət yüksəlir,
əhalinin məşğuluq səviyyəsi yaxşılaşır və alıcılıq qabiliyyəti yüksəlir, daha çox istehsal olunan
məhsul almaqla istehsalçını stimullaşdırır və nəticədə sosial-iqtisadi inkişaf yüksəlir. Beləcə,
dövlətin iqtisadi imkanlarının artması isə daha yeni-yeni layihələrin həyata keçirilməsinə şərait
yaradır (1; 57).
Onu da qeyd etmək lazımdır ki, sənayenin qurulub inkişaf etdirilməsi üçün xammalın
hamısının ölkədə olması vacib deyil. Çünki sənaye məhsullarının gətirdiyi qazanc xammallara
ödənilən xərclərə görə çox yüksəkdir. Bu gün Avstraliya, Kanada və Rusiya kimi çox az ölkələr
xammalın çoxunu öz ölkələri hesabına təmin edir. Yaponiya, Almaniya, İngiltərə, Hollandiya,
Belçika kimi bir çox sənayeləşmiş ölkələr xammal ehtiyaclarının böyük hissəsini ixrac hesabına
ödəyir (2;86).
Xammalın hazır məhsula çevrilməsi enerji mənbələrinin mövcudluğundan asılıdır, yəni
sənaye üçün lazım olan əsas amil elektrik enerjisidir. Enerji istehsalının çox olması sənayeni inkişaf
etmiş olmasının əsas göstəricisidir. Ötən əsrin 90-cı illərində enektrik enerjisi qıtlığından çox böyük
çətinliklər yaşayan muxtar respublika bu gün özünü nəinki elektrik enerjisi ilə tam təmin edir, hətta
tələbatdan artıq elektrik enerjisini ixrac istiqamətində yönəltməklə valyuta əldə edir. Son illərdə
Naxçıvanda istifadəyə verilən elektrik stansiyaları Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin
edilməsi üçün geniş imkanlar yaratmışdır. Hazırda muxtar respublikada alternativ və bərpa olunan
enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində
yeni Günəş elektrik stansiyasının quraşdırılması enerji təhlükəsizliyinin daha da möhkəmləndiril-
məsinə şərait yaradacaqdır.
Xammal mənbələri ilə sənaye müəssisələrinin bir-birinə yaxın olması məhsuldarlıq
baxımından əhəmiyyətlidir. İstehsal olunan malların daxili və xarici bazara nizamlı şəkildə
çıxarılmasında nəqliyyat sisteminin böyük rolu var. Ümumiyyətlə, sənayenin inkişafında
əhəmiyyətli nəqliyyat sistemi dənizyolu və dəmiryoludur. Ona görə də bütün sənayeləşmiş
ölkələrdə fabriklər daha çox dəmiryolları ilə daxili bölgə bazarlarına bağlanmış
olan liman fənərləri
ətrafında toplanmışdır. Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması nəqliyyat
blokadasının aradan qaldırılması və istehsal olunan məhsuların dünya bazarına çıxarılması üçün
əlverişli bir layihə hesab edilir.
Ümumi Daxili Məhsulun tərkibində malik olduğu paya görə 28 faizlik xüsusi çəkiyə qədər
yüksələn sənaye sahəsində aparılan uğurlu islahatlar nəticəsində bu sahədə surətli inkişafa nail
olunmuşdur. Sənayenin strukturunun təkmilləşdirilməsi, emal müəssisələrinin inkişafı istiqamətində
Dostları ilə paylaş: |