Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   99   100   101   102   103   104   105   106   ...   164

210 
siyasət iş yerlərinin yaradılması yolu ilə həyata keçirildiyi halda işçi qüvvənin təklifinə uyğun olar 
və bu zaman əmək bazarı daha yaxşı funksiyalaşar, işsizlik  azalar [7]. 
Əhalinin  sosial  vəziyyəti,  dövlətə  və  onun  institutlarına  inam  bilavasitə  yerlərdə  dövlət 
orqanlarının səmərəli funksiyalaşması ilə bağlıdır. Regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaş-
dırılması  məqsədilə  sərmayə  qoyuluşu  fəaliyyətinin  genişləndirilməsi  zəruridir.  Sərmayələrin  cəlb 
edilməsi üçün ölkədə və regionda əlverişli şəraitin yaradılması tələb olunur.  
    
ƏDƏBİYYAT 
   
1. Mehbalıyev S.S., İskəndərov R.K.Əmək bazarı və əhalinin sosial müdafiəsi, Bakı-2002 
2. Azərbaycan Respublikası Yoxsulluğun azaldılması və iqtisadi inkisaf üzrə 
Dövlət Proqramı. 2008-2015. 
3. Rəcəbli.H Azərbaycan Respublikasının sosial müdafiə sistemi, Bakı-2012 
4.  İmanov  Q.,  Əkpərov  R.  Sosial  sistemlərin  keyfiyyətinin  qiymətləndirilməsinin  qeyri-səlis 
modelləri.  Sosial  sistemlərin  modelləşdirilməsi.  LAP  LAMBERT  Academic  Publishing, 
Saarbrücken, Deutschland, 2013. 
5. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı, Elm, 2006, -509s. 
6. Тимофеева Г.В. Государственная социальная политика в РФ на современном этапе: опыт 
рыночных  трансформаций  перспективы  развития.  Вестн.  Волгогр.  гос.  ун-та.  Сер.7, 
Филос. 2012, № 1 (16), с.74-82. 
7.  Институты  реализации  социальной  политики  и  услуг  на  макро  и  микроуровне.  © 
Электронный 
научный 
журнал 
Инженерный 
вестник 
Дона, 
2007–2013. 
http://www.ivdon.ru/magazine/archive/n4p2y2012/1464 
      
ABSTRACT 
A.Rustemov 
A.Talıbov  
DEVELOPMENT OF SOCIOLOGICAL RELATIONS  
IN AZERBAIJAN REPUBLIC 
 
The main aim of the state's economic policy should be to provide the optimal defense of the 
sociological  defense  of  the  citizens  of  the  country.Here,  the  dynamics  of  the  social  sociological 
situation  in  Azerbaijan  have  been  researched  as  a  result  of  the  economic  reforms  and  the  role  of 
these reforms has been assessed in the provision of their life level. 
In this article, emphasizing the positive tendons of sociological politics, ways of solving the 
problems that have emerged have been shown. 
РЕЗЮМЕ 
A.Рустамов 
А.Талыбов  
СОВЕРШЕНСТВОВАНИЕ СОЦИАЛЬНЫХ ОТНОЩЕНИЙ 
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУВЛИКИ 
 
Основная  цель  экономической  политику  государства  является  социальная  защита  в 
оптимальной  форме  граждан  государства.  Здесь  исследовано  динамика  социального 
положения населения в результате экономической реформы проведенного в Азербайджане и 
в обоспечение уровня жизни их были оценены эти реформы. 
В  статье  с  указанием  политических  тенденций  социальной  политики  были  также 
указаны решения возникщих проблем. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
 


211 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
DİLSUZ QASIMOV 
Naxçıvan Dövlət Universiteti 
dilsuzqasimov1949@gmail.com 
UOT: 631 
KƏND TƏSƏRRÜFATININ MADDİ-TEXNİKİ TƏMİNAT SİSTEMİ, ONUN 
TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ 
 
Açar  sözlər:  aqrar  sahə,  islahatların  aparılması,  sahibkarlq  fəaliyyəti,  maddi-texniki 
təminat, aqrolizinq, məhsul istehsalı 
Key words: agrarian sector; reforms; entrepreneurship; material and technical support; 
agroleasing; production  
Ключевые  слова:  аграрная  отрасль,  проведение  реформ,  предпринимательская 
деятельность, материально-техническое обеспечение, агролизинг, производство продукции 
Kənd  təsərrüfatında  maddi-texniki  təminat  sistemi  keçmiş  Sovet  dövlətinin  təsərrüfat-
təşkilat fəaliyyətinin tərkib hissəsi olmaqla, bir neçə inkişaf mərhələsi keçmişdir. Kənd təsərrüfatın-
da elmi-texniki tərəqqinin surətli inkişafı bu sistemin funksiyalarının genişlənməsinə səbəb olmuş-
dur.Lakin uzun müddət mərkəzləşdirilmiş idarəetmə və planlı iqtisadiyyat şəraitində formalaşdırıl-
mış  iqtisadi  mexanizm  və  onun  təkmilləşdirilməsi  cəhdləri  istehsalın  səmərəliliyini  istehsalçı  və 
istehlakçı  arasındakı  tarazlı  inkişafı  təmin  etmədiyi  üçün  tələblə  təklif  arasındakı  nisbət  daha  da 
kəskinləşmişdir.(3) 
1991-ci ildən öz müstəqilliyini qazanmış Azərbaycan respublikası planlı-inzibati sistemdən 
demokratik  prinsiplər  əsasında  qurulan  və  azad  bazar  münasibətlərinə  söykənən  yeni  təchizat 
sisteminə  keçmiş,1995-ci  ildən  başlayaraq  milli  iqtisadiyyatda  ciddi  irəliləyişlər  əldə  edilmiş, 
makroiqtisadi  göstəricilərin  artımına  nail  olunmuş,  iqtisadi  potensialın  bərpasında  və  müasir 
səviyyədə formalaşmasında həlledici rol oynayan sahibkarlıq fəaliyyətinin təməli qoyulmuş, kənd 
təsərrüfatının maddi-texniki təminatı sisteminin inkişafına şərait yaranmışdır. (1) 
Bir  sıra  inkişaf  etmiş  dünya  ölkələrində  -  ABŞ-da  Almaniyada,  Belçikada,  Hollandiyada, 
İtaliyada  və  s.  fermerlərə  istehsal-texniki  xidmət  işini  ixtisaslaşdırılmış  “Texniki  xidmət 
kooperativləri” yerinə yetirir. Respublikamızda kənd təsərrüfatının konkret şəraitini, maddi-texniki 
resurslarla  təchizat  vəziyyətini  və  aparılan  islahatların  nəticəsində  yaradılmış  müxtəlif  növ 
təsərrüfat qurumlarının istehsal-texniki xidmətlərə təlabatının ödənilmə vəziyyətini nəzərə almaqla, 
kənd  təsərrüfatının  mexaniki  vasitələrlə  təchizatı  yerli  şəraiti  nəzərə  ala  bilən  maşınlar  sistemi 
yaratmaq istiqamətində həyata keçirilməlidir. Maşınlar sistemi dedikdə, istehsal prosesinin texnoloji 
mərhələlər  üzrə  tətbiq  olunan  və  bir-birinin  işini  ardıcıl  surətdə  tamamlayan  müxtəlif  maşınların 
məcmusu  başa  düşülür.  Bitkiçilikdə  belə  sistemə:  torpağı  becərən,  gübrə  verən,  toxumsəpən  və 
əkən, əkinə qulluq edən, məhsul yığan,daşıyan və məhsulun satılmasını təmin edən və s. maşınlar 
daxildir.  Maşınlar  sistemi  əl  əməyinin  ardıcıl  sürərətdə  maşınla  əvəz  olunmasını  təmin  edir. 
O,energetika ilə iş maşınları və mexanizmlərinin səmərəli əlaqələndirilməsidir.(2) 
Mövcud  texnikalar  aqrotexniki  tədbirləri  vaxtında  və  keyfiyyətlə  həyata  keçirməyə  imkan 
verir. Yeni maşınlar sistemində traktorların gücünün, iş surətinin və enerji tutumunun yüksəldilmə-
si,  avtomobillərin  və  traktor  yedək  arabalarının  yükgötürmə  qabiliyyətinin  yüksəldilməsi,  kənd 
təsərrüfatı bitkilərinin intensiv və sənaye texnologiyası əsasında becərilməsi məqsədilə maşınların, 
dənli  bitkilər  yığımında  böyük  en  götürümlü  kombaynların,  texniki  bitkilər  üçün  isə  çoxcərgəli 
yığım maşınlarının yaradılması və s. nəzərdə tutulur. 
Kənd  təsərrüfatının  maddi-texniki  təminat  sistemində  planlaşdırma  işini  həyata  keçirərkən 
bir sıra müxtəlif normalardan və iş normativlərindən geniş istifadə edilir. Traktorlara, kombaynlara, 
avtomobillərə və başqa kənd təsərrüfatı maşınlarına olan təlabatı planlaşdırarkən mütərəqqi istehsal 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə