Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   100   101   102   103   104   105   106   107   ...   164

212 
normativlərinin tətbiq edilməsi və kənd təsərrüfatı işlərinin optimal müddətdə yerinə yetirilməsinin 
nəzərə  alınması  mühüm  iqtisadi  əhəmiyyət  kəsb  edir.  Normalar  regionlar,  eləcə  də  zonalar, 
yarımzonalar, rayonlar və hətta təbii-iqlim şəraitinə görə kəskin surətdə fərqlənən təsərrüfatlar üzrə 
işlənilməlidir.  Yalnız  belə  norma  və  normativlərin  tətbiqi  əsasında  kənd  təsərrüfatının  maddi-
texniki  təminatını  düzgün  planlaşdırmaq  olar.  Eyni  zamanda  kənd  təsərrüfatı  istehsalının  məsrəf 
normaları  və  normativlər  sistemini  işləyib  hazırlayarkən,  bitkiçilik  və  heyvandarlıqda  texnoloji 
proseslərin və əməliyyatların ardıcıllığını və xüsusiyyətlərini nəzərə almaq lazımdır.(2)  
Belə ki, torpağın becərilməsi və onun məhsuldarlığının yüksəldilməsi (şumlama, kultivasiya 
çəkmək,  cərgələrarası  becərmə,  malalama,  dımrıqlama,  torpağın  səthini  hamarlama  və  s.),  habelə 
yeni sahələrin kənd təsərrüfatı dövriyyəsinə daxil edilməsi ilə əlaqədar olan bütün işləri ( sahələri 
yabanı  alaq  otlarından,  kol-kosdan  və  daşlardan  təmizləmək,  sahələri  planirovka  edilməsi  və 
hamarlanması, dağ yamaclarında terrasların salınması və s.) daxil etmək
-torpağın  məhsuldarlığının    yüksəldilməsi  üçün  kimyalaşdırma  üzrə  bir  sira  işlər  (mineral, 
üzvi  və  üzvi-mineral  gübrələrin  səpilməsi,  bitkilərə  yemləmə  gübrələrinin  verilməsi  və  s.) 
meliorasiya və suvarma ( planiroka və nizamlama, bataqlıq sahələrin qurudulması, suvarma və süni 
yağışyağdırma, qoruyucu zolaqların salınması və s.), eləcə də bioloji becərmə zamanı ( faydalı canlı 
orqanizmlərin səpilməsi və s.) üzrə işlər yerinə yetirmək; 
-bitkiçilikdə  yığımdan  sonra  toxumun  səpinə  hazırlanması  və  saxlanması,  səpinqabağı 
torpağın  və  toxumun  kimyəvi  maddələrlə  işlənməsi,  toxumun  səpilməsi,  şitillərin  basdırılması, 
bitkilərə və səpinə qulluq edilməsi, yığım, yığımdan sonra becərmə və məhsulun saxlanılması, kənd 
təsərrüfatı  xammalının  emalı,  otun  və  küləşin  yığılması  və  preslənməsi,  yemlərin 
siloslaşdırılması,mədəni otlaqların yaxşılaşdırılması və s.daxildir
-heyvandarlıqda  əsas  texnoloji  proseslərdən  naxırın  yaxşılaşdırılması  və  çoxaldılması, 
yumurtaların  yığılması,  növlərinə  ayrılması,  yemlərin  hazırlanması  və  yemləmə,  su  təhçizatı, 
cəmənliklərdə  və  örüşlərdə  mal-qaranın  otarılması,  heyvanların  sağılması,  südün  emalı  və 
saxlanılması, qoyunların və digər heyvanların qırxılması, peyinin yığılması və saxlanılması, eləcədə 
digər heyvandarlıq məhsullarınımn istehsalı, emalı, saxlanılması və s. daxildir; 
-canlı  orqanizmin  və  torpağın  mühafizəsi  ilə  əlaqədar  olaraq  insanların  və  heyvanların 
parazitlərdən (bit, birə, taxtabiti, gənə və s.), həşaratlardan və vəhşi heyvanlardan, xəstəliklərdən və 
epidemiyalardan  (yoluxucu  xəstəliklərdən),  şüalanma  və  zəhərlənmədən,  eləcə  də  bitkilərin  və 
torpağın  alaq  otlarından,  kənd  təsərrüfatı  bitkilərinin  xəstəlik  və  ziyanvericilərdən,  soyuqdan  və 
donaqlıqdan  (şaxtadan),  quraqlıqdan,  yanğından  və  ildırım  boşalmalarından,  şiddətli  yağışlardan 
(leysan) və doludan, tufandan və daşqından və s. qorunması ilə əlaqədar olan bütün işlər aid edilir
-  kənd  təsərrüfatının  istehsal  və  qeyri  istehsal  sahələrinə  xidmət  göstərilməsi  ilə  əlaqədar 
olan  bütün  işlər  (maşın-traktor  parkının  cari,  orta    və  əsaslı  təmiri,  maşın-mexanizmlərə  texniki 
qulluq, tikililərin və binaların  yenidən bərpası, tikinti materialları və su-kanalizasiya qurğularının, 
rabitə xətlərinin qurulması, və s.) daxildir; 
-  enerjinin  bir  növdən  digərinə,  yəni  elektrik  enerjisinin-  mexaniki,  istilik  və  şüa( 
işıqlandırma)  enerjisinə,  günəş  enerjisinin-  bioloji  enerjiyə,  istilik  və  elektrik  enerjisinə,  atom 
enerjisinin-  bioloji  enerjiyə,  yanacağın  kimyəvi  enerjisinin-  elektrik,  istilik  və  mexaniki  enerjisinə 
çevrilməsi ilə əlaqədar olan proseslər aid edilir.(2) 
Bu  baxımdan  “1995-1998-ci  illərdə  Azərbaycan  Respublikasında  dövlət  mülkiyyətinin 
özəlləşdirilməsinin  Dövlət  Proqramına”  uyğun  olaraq,  kənd  təsərrüfatının  texniki-təminat 
sistemində  aparılmış  islahatlar  kənd  təsərrüfatında  istehsalçıların  zəruri  ehtiyacını  nəzərə  alaraq, 
onların kənd təsərrüfatı texnikası və mexanizator kadrları ilə təchizatını yaxşılaşdırmaq, keyfiyyətli 
məhsul yetişdirməklə yanaşı, onun itkisiz yığılmasını təmin etmək nəzərdə tutulmuşdur.(5).  
Aqrar  sahədə  əldə  edilən  uğurlarda  sahibkarların  müasir  kənd  təsərrüfatı  texnikaları  ilə 
təchizatının  böyük  rolu  olub.  Hazırda  muxtar  respublikada  sahibkarlara  aqroservis  xidməti 
“Naxçıvan Aqrolizinq” Açıq  Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı maşın,  traktor və aqreqatları 
ilə  yanaşı,  həm  də  əhalidə  olan  şəxsi  texnikalar  vasitəsilə  həyata  keçirilir.  Bu  dövr  ərzində 
“Naxçıvan  Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinin  xətti  ilə  1742  ədəd  müxtəlif  təyinatlı  kənd 
təsərrüfatı  texnikası  gətirilib,  onlardan  1483-ü  nağd  hesablaşma  və  lizinq  yolu  ilə  sahibkarlara 


213 
satılıb.  Alınmış  texnika  və  aqreqatların  57-si  2016-cı  ildə  gətirilməklə  fermerlərə  lizinq  yolu  ilə 
icarəyə verilmiş və eyni zamanda güzəştli şərtlərlə satılmışdır .(4) 
Fikrimizcə  alternativ  olaraq  yeni  texniki  təçhizat  və  texniki  xidmət  müəssisələri 
yaradılarkən,  müxtəlif  mülkiyyət  və  təsərrüfatçılığa  əsaslanan  aşağıdakı  formaların  yaranmasını 
məqbul hesab etmək olar: 
-texniki xidmət kooperativləri; 
-payçı-şərikli texniki xidmət müəssisələrı; 
-texniki xidmət  və texniki təchizat kompaniyaları; 
-məhdud məsuliyyətli, yoldaşlıq texniki təchizat və texniki xidmət müəssisələri; 
-səhmdar cəmiyyətlər və onun  birlikləri və s. 
 
ƏDƏBİYYAT 
1.  A.A.Rüstəmov,D.Q.Qasımov-Aqrar  sferanın  iqtisadiyyatı  və  idarə  edilməsi.  Bakı:  Avropa-
2013.406 s. 
2.  C.C.Məmmədov-Aqrar  bölmədə  maddi-texniki  təminat  və  xidmət  işinin  təşkili.  Bakı; 
Əbilov,Zeynalov və oğulları 2004.530 s. 
3. Azərbaycan iqtisadiyyatı, Dərslik, İ.H. Alıyev, S.A. İbadovun rəhbərliyi ilə, Bakı: Ağrıdağ, 1999. 
4. Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatı. Naxçıvan  2016.  
5.  Azərbaycan  Respublikasında  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinə  dair  qanunvericilik. 
Sənədlər toplusu, I cild, Bakı; 1997. 
 
ABSTRACT 
Dilsuz Gassımov 
 
THE MATERIAL AND TECHNICAL SYSTEM OF AGRICULTURE, 
 ITS’ ORGANIZATION AND MANAGEMENT 
 
In  this  article  were  researched  the  material  and  technical  system  of  agriculture  field,  its 
function and duty, the features of technical services, the legislative base of planning of material and 
technical support and the leasing procedures of services and equipments in the agrarian sector.  
 
 
 
  
РЕЗЮМЕ 
Дилсуз Гасымов 
 
СИСТЕМА МАТЕРИАЛЬНО-ТЕХНИЧЕСКОГО  
ОБЕСПЕЧЕНИЯ СЕЛЬСКОГО  
ХОЗЯЙСТВА, ЕЁ ОРГАНИЗАЦИЯ И УПРАВЛЕНИЕ 
 
В  статье  исследована  система  материально-технического  обеспечения  аграрного 
сектора, ее функции и задачи, характеристика технического обслуживания, нормативная база 
планирования материально-технического обеспечения, передача в аграрном секторе лизингу 
работ и техники по материально-техническому обслуживанию.  
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə