Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   108   109   110   111   112   113   114   115   ...   164

228 
ölkəmizdə resursların məhdudluğunu, maliyyə köməkliyi üçün kütləvi müraciətləri və ayrılmış kre-
ditlərin qaytarılmadığı hallarının tez-tez baş verməsini nəzərə alaraq maliyyə və texniki köməyə, re-
strukturizasiyaya  ehtiyacı  olan  kiçik  və  orta  müəssisələrin  məcburi  diaqnostikasını  həyata  keçirən 
institutların yaradılması zəruridir. Bu vəsaitlərin qənaət olunmasına və onların məqsədəuyğun istifa-
də edilməsinə, həmçinin sahibkarların məsuliyyət və cavabdehliyinin yüksəldilməsinə imkan verə-
cəkdir. 
-
 
Kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin və dolayı maliyyə dəstəyinin güclü va-
sitəsi dövlət və ya regional proqramlar çərçivəsində kiçik və orta sahibkarlığın maliyyə resursları ilə 
təmin  edilməsi  məqsədilə  ayrılan  kreditlərə  dövlət  təminatının  verilməsidir.  Bu  cür  proqramlar 
ABŞ-da,  Yaponiyada,  Almaniyada  və  digər  ölkələrdə  mövcuddur.  Məsələn,  ABŞ-da  2002-ci  ildə 
kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə təminatın verilməsi üçün 17,5 mlrd dollar ayrılmış-
dır.  ABŞ-da  bu  tipli  20-dən  yuxarı  ixtisaslaşdırılmışkreditləşdirmə  proqramları  mövcuddur.  Qeyd 
edək ki, bu cür sistemin respublikamızda inkişafı xüsusi (şəxsi) kapitalın cəlb edilməsi hesabına ki-
çik və orta sahibkarlığa dəstəyin maliyyə resursları bazasını əhəmiyyətli dərəcədə genişləndirməyə 
imkan verəcəkdir.   
-
 
ABŞ, Yaponiya və İngiltərədə geniş yayılmış kiçik və orta sahibkarlıq fəaliyyətinin investisiya 
kreditləşməsi  (investisiya  yönümlü  kredit  verilməsi)  təcrübəsi  olduqca  maraqlıdır.  Bu  təcrübənin 
əsasını şəxsi kapitallarını istifadə etməklə və SBA təminatı altında  alınmış kapitalı cəlb etməklə xü-
susi  investisiya  kompaniyaları  (SmallBusinessİnvestmentCompanies  –  SBİC)  şəbəkəsinin  yaradıl-
ması təşkil edir.  SBİC şəbəkəsi kiçik və orta sahibkarlıq fəaliyyətinə müxtəlif yönümlü investisiya 
qoyuluşu həyata keçirir. Bu kompaniyalar səhm kapitalı, istiqraz vərəqəsi, uzunmüddətli borc verir, 
həmçinin  maliyyə  resurslarının  idarə  edilməsi  üzrə  xidmətlər  göstərirlər.  Onların  fəaliyyəti  üçün 
sövqedici stimul kiçik müəssisələrin uğurlu inkişafı və gələcək çiçəklənməsi halında SBİC-in mən-
fəətin bölüşdürülməsi prosesinin iştirakçısı olması ehtimalıdır.     
-
 
Kəskin rəqabətli qloballaşan iqtisadiyyata daxilolma Azərbaycandan mövcud resursları iqtisadi 
fəaliyyətin daha səmərəli istiqamətlərində təmərküzləşdirilməsini tələb edir. Qeyd edək ki, innova-
siya fəaliyyəti ölkəmizdə mövcud olan və kifayət qədər istifadə edilməyən yaradıcı və elmi-texniki 
potensialdan daha tam istifadə olunmasına imkan verir. Kiçik və orta sahibkarlıq sektorunda inno-
vasiya fəaliyyətinin intensiv inkişafının və himayə edilməsinin vacibliyi elmi araşdırma institutları, 
universitetlər və sınaq laboratoriyaları arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi və bu işlərin 
maliyyələşdirilməsi vəzifəsini qarşıya qoyur. Dünya praktikasında elmi tədqiqat və araşdırma işləri-
nin yerinə yetirilməsi məqsədilə müxtəlif idarələrin maliyyə resurslarının birləşdirilməsi təcrübəsinə 
rast  gəlinir.  Məsələn,  ABŞ-da  innovasiya  fəaliyyətinin  himayə  edilməsi  məqsədilə  “Kiçik  və  orta 
sahibkarlıqda  innovasiya  araşdırmaları  (SmallBusinessİnnovationResearch  –  SBİR)”  və  “Kiçik  və 
orta sahibkarlıq texnologiyalarının  yayılması (SmallBusinessTechnology  Transfer – STTR)” proq-
ramları yaradılmışdır. Bu proqramlar aparıcı federal idarələrin (məsələn, NASA) tematikası üzrə ki-
çik və orta sahibkarlıq sektorundakı müəssisələr tərəfindən həyata keçirilən elmi tədqiqat və araşdır-
ma işlərinin müsabiqə əsasında büdcə maliyyələşdirilməsini təmin edir. Texnologiyaların inkişaf et-
dirilməsi  və  təkmilləşdirilməsi  STTR  proqramı  vasitəsilə  həyata  keçirilir  ki,  bu  proqram  kiçik 
müəssisələrin  qeyri-kommersiya  araşdırma  institutları  ilə  qarşılıqlı  əlaqə  qurmasını  stimullaşdırır. 
Fikrimizcə, bu təcrübəni nəzərə alaraq respublikamızda istər dövlət, istərsə də özəl sektor sahəsində 
fəaliyyət göstərən kiçik və orta müəssisələrin elmi tədqiqat və araşdırma işləri üçün nəzərdə tutul-
muş maliyyə vəsaitlərinin birləşdirilməsi mümkünlüyünü gözdən keçirmək olar. Digər bir tərəfdən 
ölkəmizdə kiçik və orta müəssisələrin elmi tədqiqat və araşdırma işlərinə marağını artırmaq məqsə-
dilə xüsusi fondların təsis edilməsi, fond və onun iştirakçıları tərəfindən elmi araşdırmanın temati-
kasının müəyyənləşdirilməsi, fikrimizcə, olduqca vacibdir.   
-
 
 Kiçik və orta sahibkarlıq sektorunun innovasiya fəaliyyəti ilə məşğul olan müəssisələrinin cid-
di problemlərindən biri intellektual mülkiyyətin hüquqlarının müdafiəsidir. Bununla əlaqədar olaraq 
Yapon  hökuməti  intellektual  mülkiyyətin  müdafiəsini,  yayılmasını  və  intellektual  mülkiyyətin  hü-
quqlarının milli qeydiyyat sisteminin təkmilləşdirilməsini təmin edən bir sıra təşkilati və qanunveri-
ci  tədbirlər həyata keçirmişdir. Fikrimizcə, ölkəmiz reallığında kiçik müəssisələrin innovasiyaişlə-
mələrininpatentləşdirilməsi  və  başqa  ölkələrdə  yeni  məhsullarının  sertifikatlaşdırılması  məsrəfləri-


229 
nin  maliyyələşdirilməsininməqsəduyğunluğu  haqqında  rəy  vermək  hüququna  malik  ekspert  şurası 
yaratmaq  məqsədəuyğundur.  Bu  məsrəflərin  maliyyələşdirilməsi  üçün  dövlət  təminatı  və  güzəştli 
kreditləşdirmə mexanizmindən istifadə etmək olar. Bu innovasiya fəaliyyəti ilə məşğul olan bir çox 
müəssisələrə dünyəvi yeniliyə və rəqabət qabiliyyətliliyə malik işləmələrinpatentləşdirilməsi və ser-
tifikatlaşdırılması üçün vəsait  əldə etməyə imkan verəcək, eyni  zamanda, bu müəssisələrin dünya 
bazarına çıxma imkanlarını asanlaşdıracaqdır. 
-
 
 Kiçik və orta sahibkarlığın gələcək inkişafına yönəldilə biləcək maddi və maliyyə resurslarının 
məhdud olmasından çıxaraq Yaponiya və Böyük Britaniyanın təcrübəsinə müraciət etmək, fikrimiz-
cə, məqsədəuyğundur. Yaponiya və Böyük Britaniyanın təcrübəsi kiçik və orta sahibkarlığın inkişa-
fının prioritet istiqamətlərinin müəyyənləşdirilməsinə əsaslanır. Məsələn, Böyük Britaniyada 2000-
ci  ildə  maliyyə resurslarının  istifadə  edilməsininoptimallaşdırılması  məqsədilə kiçik  və orta sahib-
karlığın tənzimlənməsininikisəviyyəli prioritetlər sistemi qəbul edilmişdir. Bu sistemin analoji ola-
raq respublikamızda tətbiq edilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirək. Prioritetliyin birinci 
səviyyəsi ümumdövlət tətbiq miqyasına uyğun olmalıdır və sosial-iqtisadi islahatlar üçün zəruri re-
sursların sürətli toplanmasına imkan yaratmalıdır. Prioritetliyin birinci səviyyəsi ölkənin sosial-iqti-
sadi inkişafı üçün strateji əhəmiyyətə malik konkret müəssisələr qrupunun inkişaf və himayə  edil-
məsinin yüksək nəticəliliyini təmin edir. Prioritetliyin ikinci səviyyəsi sosial-iqtisadi inkişafın yerli 
və  regional  məqsədlərinə  uyğun  gəlməlidir  və  daha  effektiv,  sürətlə  inkişaf  edən  müəssisələrin, 
həmçinin yüksək sosial əhəmiyyət kəsb edən müəssisələrin himayə edilməsi yolu ilə regionların so-
sial-iqtisadi inkişafına nail olmaq üçün kifayət qədər resurs toplamaqdır. Qeyd edək ki, müəssisələ-
rin bir neçə məqsədli prioritetlərə cavab verməsi halında, onlar bir neçə mənbədən maliyyə dəstəyi-
nin verilməsinə və əlavə güzəştlərin əldə edilməsinə ümid edə bilərlər.  
Kiçik və orta sahibkarlıq fəaliyyətinin himayə edilməsi üzrə həyata keçirilən dövlət siyasəti-
nin inkişaf etmiş ölkələrdə istifadə edilən 5 əsas istiqamətini ayırmaq olar: 
1.
 
vergi stimullaşdırılması; 
2.
 
dövlət tədatükü; 
3.
 
gömrük-tarif tənzimlənməsi; 
4.
 
dövlət subsidiyalaşdırılması; 
5.
 
standartlaşdırma. 
Eyni alətlər dövlətlər tərəfindən sahədəki mövcud vəziyyətdən asılı olaraq müxtəlif məqsədlə-
rə nail olmaq üçün istifadə oluna bilər. Qeyd edək ki, istifadə olunan bu alətlər müxətlif təsirlər do-
ğura bilər. Məsələn, aşağı idxal paylı seqmentlərdə daxili istehsal həcminin artırılması və kompani-
yaların dünya bazarlarına çıxmasına köməklik göstərilməsi, müəssisələrin rəqabət qabiliyyətlilik sə-
viyyəsinin  saxlanılması  məqsədilə  modernləşdirilməsi  üçün  vergi  güzəştləri  və  ya  subsidiyalaşdır-
ma kimi tənzimləmə alətlərindən istifadə edilə bilər. İdxal bu zaman stabil olmaqla aşağı səviyyədə 
qalacaqdır və onun stabilliyi logistik (maddi-texniki) mülahizələrlə, ayrı-ayrı istehlakçıların istehlak 
prioritetləri ilə, texnoloji asılılığın hakim olması ilə izah olunur. İdxaldan asılı olan sektorlarda ver-
gi  güzəştləri  və  ya  subsidiyalaşdırma  kimi  tənzimləmə  alətlərindən  istifadə  müəssisələrin  rəqabət 
qabiliyyətliliyini yüksəldir və idxalı əvəzetməni stimullaşdıran mexanizm olur [7,8]. 
İnkişaf etmiş xarici ölkələr kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılma-
sı üçün vergi güzəştləri mexanizmini fəal surətdə tətbiq edirlər. Məsələn, İsveçdə ötən ilin səviyyəsi 
ilə  müqayisədə  cari  ildə  (2016-cı  ildə)  firmalar  araşdırma  işlərinə  sərf  etdikləri  məsrəflərin  10% 
həcmində vergi məbləğindən azad edilmişlər. Fransa və Almaniyada araşdırma işlərinə və işləmələ-
rə sərf edilən cari məsrəflər hesabdan silinə bilər. Vergi araşdırma krediti Böyük Britaniya, Belçika, 
Danimarka, Avstraliya, Avstriya, Macarıstan, İspaniya, Portuqaliya, Kanada, Fransa, Norveç, ABŞ, 
Yaponiya, Meksika və Cənubi Koreya kimi ölkələrdə tətbiq edilir. İspaniya, Böyük Britaniya, Al-
maniya və İsveç kimi ölkələr kiçik və orta sahibkarlığın innovasiyayönümlü fəaliyyətini stimullaş-
dırmaq üçün dolayı vergilərdən istifadə edirlər. Qeyd edək ki, hazırda bu ölkələrdə innovasiya təyi-
natlı əmtəələr üzrə ƏDV normasının diferensiallaşdırılmasının tətbiq edilmə mümkünlüyü nəzərdən 
keçirilir.  
Bir  çox  tədqiqatçılar  və  kompaniyalar  səhm  satışından  əldə  edilən  mənfəətdən  alınan  vergi 
normasının  azaldılmasını vergi  stimullaşdırılmasının ən perspektiv növü adlandırırlar.  Bu təcrübə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə