Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   111   112   113   114   115   116   117   118   ...   164

234 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
  TEYMUR ABBASOV                                                                                                  
                                                                                                  Naxçıvan Dövlət Universiteti 
UOT: 336 
NAXÇIVAN  MUXTAR  RESPUBLİKASINDA  AQRAR  SAHƏNİN 
RƏQABƏT  DAVAMLI  İNKİŞAFININ  ƏSAS  MƏSƏLƏLƏRİ 
 
Açar  sözlər:  təsərrüfatçılıq  subyektləri,  aqrar  islahatlar,  təbii  resurslar,  ekoloji 
təhlükəsizlik,  ərzaq  təhlükəsizliyi,  investisiya,  idarəetmə  mexanizmi,  torpağın  münbitliyi,  fermer 
təsərrüfatları  
Ключевые слова: хозяйственные субъекты,  аграрные реформы, природные ресурсы, 
экологическая  безопасность,  продовольственная  безопасность,  инвестиции,  механизм 
управления, плодородие земли, фермерские хозяйства 
Yaxın  müddətdə  aqrar  islahatların  əsas  məqsədi  kənd  təsərrüfatı  istehsalının  həcminin 
artırılmasına  səbəb  olmaq  və  əhalinin  kənd  təsərrüfatı  məhsuluna  olan  tələbatının  ödənilməsidir. 
Aqrar  sektorun  daha  səmərəli  təşkili  yolu  ilə  iqtisadfi  artımda  onun  rolu  artmalı,    tələbatın 
ödənilməsində yerli istehsalın rolu  xeyli dərəcədə yüksəlməlidir. 
Bazar  münasibətləri  şəraitində  aqrar  sahədə  konsepsiyanın  məqsədi  aşağıdakılardan 
ibarətdir: 
 -  aqrar  bölməni  iqtisadi  böhran  vəziyyətindən  çıxarmaq,  kənd  təsərrüfatı  və  ərzaq 
məhsulları  istehsalını  artırmaqla  əhalinin  tələbatının  ödənilməsi  dərəcəsində  respublika  aqrar 
sektorunun  payını  daima  artırmaq,  aqrar  sektorun  ayrı-ayrı  sahələrini  və  inteqral  effektliyini 
artırmaq;   
- kəndin sosial inkişafını və kənd əhalisinin həhat səviyyəsini yüksəltmək. 
Aqrar bölmədə böhranın qarşısını alan cari vəzifələrə aşağıdakıları aid etmək olar: 
- torpaq üzərində səmərəli təsərrüfatçılıq subyektlərini formalaşdırmaq məqsədi ilə torpaq və 
aqrar islahatların sürətlənməsinə təminat yaraymaq; 
-  torpaqların  münbitliyini  artırmaq,  toxumçuluğu  və  cins  heyvandarlığı  inkişaf  etdirmək, 
mütərəqqi  texnologiyanın  tətbiqi  imkanlarını  artırmaq,  elmi-texniki  potensialdan  və  resurslardan 
səmərəli istifadə etmək; 
- rəqabətqabiliyyətli və ixracyönlü yeni strukturlara nail olmaq üçün investisiyanın artımı və 
strukturunun təkmilləşdirilməsi yolu ilə aqrar istehsalın sahə strukturunu təkmilləşdirmək; 
-  aqrar  sektorun  təsərrüfat  formalarının  və  sahibkarlığın  iqtisadi  mənafeyini  stimullaşdıran 
və iqtisadi artımın sürətlənməsinə səbəb olan dövlət tənzimləmə mexanizmini işləmək; 
- kənd yerlərinin sosial inkişafı, kənd əhalisinin sosial müdafiəsi tədbirlərini həyata keçirən 
iqtisadi, təşkilati, maliyyə və kredit mexanizmlərini işləmək; 
-  özəlləşdirmə  prosesini  kənd  yerlərində  sürətləndirməklə,  toqpaqdan  istifadə  yollarını  və 
torpağın təkrar istehsalı mexanizmlərinin əlverişli əlaqələndirmə yollarını tətbiq etmək [3]. 
Azərbaycanın  öz  daxili  tələbatının  ödənilməsinə  xidmət  edən  kənd  təsərrüfatı  və  emal 
sənaye  sahələri  zəif  inkişaf  etmişdir.  Bu  səbəbdən  də  əhalinin  istehlak  mallarına  olan  tələbatının 
ödənilməsində  ciddi  çətinliklər  yaranmış,  respublika  xarici  ölkələrdən  asılı  vəziyyətə  düşmüşdür. 
Yaxın  dövrədək  Azərbaycanın  ərzaq  məhsullarına  olan  tələbatı,  onun  istehsal  potensialından  çox 
olub. Belə ki, 1995-ci ildə Azərbaycan əhalisinin tələbatını ödəmək üçün təqribən 1,5 milyard ABŞ 
dolları həcmində ərzaq məhsulları idxal etmək tələb olunmuşdur. Sonrakı illərdə ərzaq idxalı, yerli 
istehsalın  artması  hesabına  xeyli  azalmışdır.  Həm  də  idxalın  içərisində  əsas  yeri  istehlak 
baxımından  bir  növ  ikinci  dərəcəli  məhsullar  ttutrdu.  Bir  çox  ən  vacib  ərzaq  məhsulları 
respublikada  öz  imkanlarından  çox  aşağı  səviyyədə  istehsal  olunurdu.  Bu  gün  isə  Azərbaycanda 
istehlak olunan ət və ət məhsullarının çox hissəsi, kərə yağının müəyyən payı onun özündə istehsal 


235 
olunur.  Respublika  əhalisinə    lazım  olan  taxıl,  un,  yumurta,  süd,  spirtli  və  spirtsiz  içkilərin  çox 
hissəsinin xarici dövlətlərdən gətirilməsi artıq dayandırılıb. Bu kimi idxal məhsulları çoxlu xərc və 
əlavə təşkilati çətinliklər doğururdu [1]. 
Azərbaycanın  müstəqillik  əldə  etməsi  və  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq 
iqtisadiyyatın quruluşu, ixtisaslaşması istiqamətləri və ərazi təşkili formalarında əsaslı dəyişikliklər 
baş  verir.  Bunun  əsas  amili  kənd  təsərrüfatının  quruluşunun  yeni  istiqamətdə  təkmilləşməsinin 
mühüm  vasitəsi  aqrar  islahatın  özəlləşdirmə  proqramının  tələblərinə  müvafiq  olaraq  həyata 
keçirilməsi və müxtəlif mülkiyyətçiliyə söykənən təsərrüfatçılıq formalarının qarşılıqlı inkişafıdır. 
Aqrar  islahatın  başlıca  istiqamətlərindən  biri  də  torpaqdan  istifadə  münasibətlərinin 
təkmilləşdirilməsidir.  Artıq  formalaşmaqda  olan  aqrar  qanunvericiliyi  iqtisadi  və  təbii  iqlim 
potensialından  dolğun  istifadəyə  təminat  verən  torpağa  sahiblik  və  torpaqdan  istifadə  sisteminin 
meydana gəlməsi üçün hüquqi baza yaradır. Torpaq üzərində dövlət inhisarının ləğv edilməsinə və 
bununla  da  kənddə  səmərəli  təsərrüfatçılığın  təşəkkül  tapmasına  yol  açmışdır.  Tezliklə  aqrar 
münasibətlərin  əsaslı  şəkildə  yenidən  qurulması  üçün  torpaqların  özəlləşdirməsinin  miqyasının 
genişləndirilməsi ilə yanaşı sivill torpaq bazarının yaradılması üçün əməli addımlar atılmalıdır. İlk 
növbədə  real  bazar  münasibətləri  şəraitində  torpağa  sahiblik  və  torpaqdan  istifadənin  səmərəli 
tənzimlənilməsi  üçün  hüquqi  əsas  ola  biləcək  torpaq  məcəlləsi,  dəyişkən  şəraitə  uyğun  yenidən 
işlənilərək, torpaq bazarının formalaşmasına imkan yaratmalıdır. 
Aqrar islahatının mərkəzi məsələlərindən biri istehsalçının azad  yaradıcı  fəaliyyətini təmin 
edən  təsərrüfat  formalarının  təşəkkülüdür.  Bu  proses  aşağıdakı  istiqamətlər  üzrə  fermer 
təsərrüfatlarının  yaradılması,  özəl  kollektiv  təsərrüfatlarının  formalaşdırılması  yolu  ilə  həyata 
keçirilir.  İslahatın  göstərilən  istiqamətdə  dərinləşdirilməsi  kollektiv  müəssisələrin  daxili 
strukturlarının  aqrar  sferada  səmərəli  təsərrüfatçılığın  həyata  keçirilməsi  tələblərinə  müvafiq 
qurulması, eyni zamanda özəl kollektiv təsərrüfatların daha səmərəli formalarının təşkili bütövlükdə 
aqrar bölmənin inkişafına təminat yaradır [2]. 
Aqrar  islahatların  uğurları,  əhəmiyyətli  dərəcədə  onun  gedişində  yaranan,  maddi-texniki 
bazaya  malik  olan  və  könüllü  formalaşan  təsərrüfatların  real  bazar  subyektlərinə  çevrilməsinin 
təmin  edilməsi  şərtlərindən  asılıdır.  Aqrar  sənaye  sahəsində  qiymətlərin  liberallaşması  həmin 
istiqamətdə  həyata  keçirilən  əsaslı  tədbirlərdən  biri  kimi  qeyd  edilməlidir.  Bununla  belə  qiymət 
məsələsinə  yenidən  baxmaq  zərurəti  duyulmaqdadır.  Belə  ki,  əsas  istiqamətlər  üzrə  islahatın 
keçirilməsində  ardıcıllığa,  tədriciliyə  əməl  olunmaması  nəticəsində  liberallaşdırılmış  qiymətlər 
aqrar islahatçıları səmərəli təsərrüfatçılığa istiqamətləndirə bilməmişdir. Bunun bir səbəbi də kənd 
təsərrüfatının bazar strukturunun hə də ləng formalaşmasıdır. 
Problemlərin  vacibliyi  aqrar  sənaye  sferasında  təmin  edən  bazarların  yaranmasını 
sürətləndirməyi  vacib  vəzifə  olaraq  ön  sıraya  çəkir.  Torpaq  münasibətlərinin  və  istehsalın  təşkili 
formalarının 
yeniləşdirilməsi 
eyni 
zamanda 
sosialyönlü 
bazar 
infrastrukturunun 
formalaşdırılmasını,  aqrar  sferada  azad  sahibkarlıq  sisteminin  təşəkkülü  və  inkişafı  tələblərinə 
cavab  verə  bilən  maliyyə,  kredit  və  qiymət  siyasətinin  həyata  keçirilməsini  tələb  edir.  Bununla 
yanaşı kənd təsərrüfatı məhsullarının çoxkanallı satış sisteminin, sağlam rəqabət mühitinin, stimul 
doğuran dövlət sifarişi sisteminin işə salınması da kənd təsərrüfatı istehsalının və onun üçün lazım 
olan  istehsal  vasitələri  göndərən  və  istehsal-texniki  xidmətlər  göstərən  sahələrin  inhisarçılığın 
aradan qaldırılması zərurətini doğurur. 
Aqrar  islahatların  sonrakı  inkişafı  2  mərhələdə  nəzərdə  tutula  bilər:  birinci  mərhələdə  cari 
tədbirlər, ikinci mərhələdə perspektiv tədbirlər reallaşır. Cari tədbirlər: 
- kənd təsərrüfatı məhsullarının satışı təşkilində qarantiya prinsipi, emal sənayesi və istehsal 
arasında  əlaqələrin  təkmilləşdirilməsi,  istifadə  olunan  avadanlıqlara  lizinq  xidməti,  kənd 
təsərrüfatına  güzəştli  kredit,  vergi  və  maliyyə  qoyuluşunun  sığorta  sisteminin  təşkili,  ayrı-ayrı 
səmərəli məqsədli proqram üsulu ilə idarə olunması; 
- differensial kreditləşmə və vergi siyasətinin tətbiqi; 
-  kənd  təsərrüfatında  təkrar  istehsal  üçün  ekvivalent  bölgü  və  stimullar  sistemi  yaratmaq, 
təkrar istehsalı təmin edən gəlirlər səviyyəsi əldə etmək. Yeri gəldikdə bazar qiymətləri ilə təminatlı 
qiymət  arasında  əlaqənin  tənzimlənilməsi,  kənd  təsərrüfatında  məqsədli  proqramların  yerinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə