250
sərvətlərindən və iqtisadi potensialından səmərəli istifadə nəticəsində surətli iqtisadi inkişafa nail
olunmuşdur. Lakin bununla belə yoxsulluq kimi fundamental və kompleks səciyyə daşıyan mühüm
sosial problem, heç də həmin ərəfədə tam şəkildə aradan qaldırılmamışdır. Bunun əsas
səbəblərindən biri də yoxsulluğun lokal deyil, qlobal səciyyə daşıması ilə bağlıdır.
Belə ki, XXI əsrin ilk illərində beynəlxalq qurumların verdiyi məlumata görə dünya
dövlətlərinin təqribən 70%-i yoxsulluq problemindən əziyyət çəkmişdir. Həmin dövrün
statistikasına görə dünyada 1,2 mlrd. insan yoxsulluqdan əziyyət çəkmiş, təqribən 2 mlrd. insanın
gündəlik qazancı 1 ABŞ dollarından aşağı olmuşdur. Bunun əsas səbəblərindən biri dünya üzrə
gəlirlərin qeyri-bərabər bölgüsü olmuşdur. Təsadüfi deyil ki, bu ərəfədə qlobalistika çərçivəsində
bir sıra nəzəriyyələr yaranmışdır. Belə nəzəriyyələrdən biri də “Qızıl milyard” nəzəriyyəsidir. Bu
nəzəriyyənin mahiyyəti budur ki, dünya əhalisinin yalnız 20%-i maddi nemətlərdən geniş istifadə
və istehlak edir, qalan 80%-i isə müxtəlif fərqlərlə təlabatlarını tam şəkildə ödəyə bilmirlər.
Bu və buna bənzər bir çox səbəblərdən, o cümlədən Sovetlər İttifaqının dağılması ilə
sosializm təsərrüfat sisteminin böhranı nəticəsində 1991-1994-cü illərdə əhalinin həyat səviyyəsi
3,7-4 dəfə aşağı düşmüşdür. Respublikamızda əhalinin maddi və mənəvi təlabatının ödənilməsi
səviyyəsinin müqayisəli təhlili göstərir ki, həm müxtəlif əhali kateqoriyaları, həm də ayrı-ayrı
regionlar üzrə sosial-iqtisadi durum arasında kəskin disproporsiyalar mövcuddur. Bu isə
ümumdaxili məhsulun bölgü sisteminin yetkin olmaması ilə şərtlənən qeyri-harmonik
(tarazlaşdırılmamış) inkişafın bariz nəticəsi idi. Təbii ki, zəngin yeraltı və yerüstü sərvətlərə malik
olan Azərbaycanda belə vəziyyət uzun sürə bilməzdi və bütün bunlar təxirəsalınmadan
genişmiqyaslı sosial-iqtisadi islahatlara başlanmasını zərurətə çevirmişdir. Məhz bu səbəbdəndir ki,
1994-cü ildən başlayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda əsas
məqsədi ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafın təmin edilməsi olan çoxşaxəli sosial
iqtisadi islahatlar həyata keçirilməyə başladı.
Tədqiqatçıların araşdırmalarına görə, həmin dövrdə “... xüsusən 1996-cı ildən başlayaraq
ölkəmizdə uğurlu həyata keçirilən hüquqi və iqtisadi islahatlar nəticəsində insan inkişafı ilə
əlaqədar nəzərə çarpan nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərdən biri iqtisadi sahədə baş verən
dirçəlişin göstəricisi olan istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM-nin) artım dinamikası ilə
əlaqədardır. Məsələn, əvvəlki illərə nisbətən ÜDM 1996-cı ildə 1,3%, 1997-ci ildə 5,8%, 1998-ci
ildə 10%, 1999-cu ildə 7,4%, 2000-ci ildə 11,4% olmuşdur. Bu statistik göstəricilər iqtisadi artımın
son illərdə davamlı xarakter daşıdığını göstərir ki, bu da insan inkişafının əsas aspektlərindən
biridir”(5.s.17).
Qeyd edək ki, iqtisadi tədbirlərdən başqa həmin vaxtlarda Ulu Öndər Heydər Əliyevin şəxsi
təşəbbüsü ilə ölkəmizdə yoxsulluğun azaldılması ilə bağlı bir çox siyasi-hüquqi tədbirlərdə həyata
keçirilmişdir. Bu tədbirlərdən ən vacibi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət
Proqramı”nın hazırlanması ilə bağlı olan Heydər Əliyevin 2 mart 2001-ci il tarixli 636 saylı
sərəncamını göstərmək lazımdır.
Bundan başqa Yoxsulluğun azaldılması ilə bağlı digər siyasi qərar isə Ümumilli liderin
təşəbbüsü ilə Respublika Nazirlər Kabineti tərəfindən “Azərbaycanda Davamlı İnsan İnkişafı
strategiyası” nın hazırlanması haqqında 30.10.2001-ci il tarixli, 198 saylı sərəncamın verilməsi
olmuşdur. Göstərilən bu qərarlar sonrakı illərdə ölkəmizdə yoxsulluğun azaldılması sahəsində
siyasi-hüquqi cəhətdən mühüm rol oynamış və davamlı inkişafın sosial aspektlərinin inkişaf
etdirilməsində strateji cəhətdən başlanğıc rolu oynamışdır.
Ölkəmizdə davamlı inkişaf və yoxsulluğun azaldılması ilə bağlı Heydər Əliyevin başladığı
işi onun layiqli davamçısı prezident İlham Əliyev uğurla davam etdirmiş və indi də davam
etdirməkdədir.
İlk növbədə Azərbaycanda “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət
proqramında (2003-2005)” qarşıya qoyulmuş hədəflər və proqramın gerçəkləşdirilməsi nəticəsində
əldə olunmuş uğurlara diqqət yetirək.
Qeyd edək ki, yuxarıda göstərilən Dövlət Proqramda o dövrdə Azərbaycanda mövcud olan
yoxsulluq səviyyəsi və onun səbəbləri təhlil edilmiş, yoxsulluğun azaldılması məqsədilə
iqtisadiyyatda, sosial sahədə islahatların, institusional dəyişikliklərin əsas istiqamətləri
251
müəyyənləşdirilmiş, yoxsulluğa daha həssas olan əhali qruplarının, ilk növbədə qaçqın və məcburi
köçkünlərin üzləşdikləri problemlərin həllinin zəruriliyi ön plana çəkilmişdir. Yoxsulluğun
azaldılması ilə bağlı strategiya iqtisadi siyasətlə bağlı iki mühüm vəzifənin yerinə yetirilməsini
nəzərdə tutmuşdur. Birinci vəzifə, makro-iqtisadi sabitliyi qoruyub saxlamaq üçün fiskal və pul-
kredit siyasətindən çevik və ehtiyatla istifadə olunmasıdır. İkinci vəzifə, hökümət tərəfindən tarazlı
iqtisadi artıma şərait yaradılması olmuşdur. Tarazlı iqtisadi artımın təmin olunması qeyri-neft
sektorunun inkişafının təşviq edilməsində və xüsusilə, ölkənin Abşeron yarımadasından kənar
regionlarında iş yerlərinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Bunun üçün əsas görüləcək
işlər aşağıdakı müəyyənləşdirilmişdir:
-makro-iqtisadi sabitlik;
-tarazlı iqtisadi artım;
-insan resurslarının inkişafına investiya qoyuluşu;
-kənd təsərrüfatı və regional inkişaf;
-enerji sektorunda islahatlar;
-turizm; (6. s.30).
Proqramda yoxsulluğun azaldılması üzrə institutsional çərçivə aşağıdakı kimi
müəyyənləşdirilib. İnstitusional islahatların əsas strateji məqsədləri aşağıdakı kimi ümumiləşdirilə
bilər:
1)dəyişikliklərdə olan iqtisadi mühitdə, o cümlədən tənzimləmə və kommersiya funksiyaları
arasında aydın və dəqiq bölgünün aparılması;
2)dövlət idarəetmə sistemində peşəkarlığın və şəffaflığın artırılması;
3)qərarların qəbul edilməsinin əks-mərkəzləşdirilməsi və yerli səviyyədə özünümaliyyələş
dirmənin inkişaf etdirilməsi;
4)hüquq-məhkəmə sistemində islahatların aparılması;
5)bütün səviyyələrdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi.
Bütövlükdə qəbul edilmiş Proqramda onun əsas məqsədləri elmi cəhətdən əsaslandırılaraq
izah edilmiş, eləcə də bu məqsədlərə çatmaq üçün 2003-2005-ci illər ərzində həyata keçiriləcək
strateji tədbirlər müəyyən olunmuşdur. Eyni zamanda proqramda Azərbaycan Respublikasındakı
mövcud yoxsulluq səviyyəsi geniş təhlil edilmişdir. Bu məqsədlə ölkədəki demoqrafik vəziyyət,
şəhər, kənd və regionlar arasındakı mövcud statistik məlumatlar və müşahidələr əsasında tədqiq
ediləcək yoxsulluğu yaradan əsas səbəblər açıqlanmışdır. Respublikada yoxsulluq həddini dəqiq
müəyyənləşdirmək üçün ayrı-ayrı sahələrlə yanaşı, ölkənin ümumi makroiqtisadi vəziyyəti, əldə
edilən nailiyyətlər və qarşıda duran məqsədlər aydın şəkildə izah olunmuşdur. Yoxsulluğun
azaldılması istiqamətində qarşıda duran vəzifələrin icra mexanizmini, iştirakçı təşkilatları, o
cümlədən həm iqtisadi, həm sosial, həm də idarəetmə sahəsində nəzərdə tutulan islahatları, ayrı-ayrı
əhali qrupları üzrə həyata keçiriləcək tədbirləri tam əhatə edən Proqram təkmil bir sənəd idi. Ona
görə də çox keçmədi ki, Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində Proqram əsasında
həyata keçirilən tədbirlər öz bəhrəsini verdi və ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49% i
səviyyəsindən, 2007-ci ildəki 16% səviyyəsinə qədər dəyişdi (7.s.71).
Yuxarıda öz əksini tapmış statistik məlumatlardan aydın olur ki, yoxsulluğun azaldılması
istiqamətində aparılan işlər və dövlət proqramının həyata keçirilməsi kifayət qədər bəhrə vermiş,
müsbət nəticələr əldə edilmişdir. Lakin, nüfuzlu beynəlxalq təşkilatların irəli sürdüyü tələblər və
qəbul etdikləri normativ sənədlər ilə tanışlıq onu deməyə əsas verir ki, yoxsulluğun azaldılması
təkcə əhalinin gəlirlərinin artması və onların ərzaq təminatının yaxşılaşdırılmasından ibarət deyil.
Deməli, yoxsulluq probleminə beynəlxalq sənədlərdə əksini tapmış normativlərdən yanaşdıqda
yoxsulluq geniş məna kəsb edir və çoxcəhətli sosial problemlərin həll edilməsindən asılıdır. Bu
baxımdan sonrakı illərdə yəni 2003-cü ildən sonra davamlı inkişaf və yoxsulluğun azaldılması ilə
bağlı Azərbaycanda xüsusi proqram işlənilib hazırlanmışdır. Belə ki, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” adlanan
sənədi aşağıda ətraflı təhlil edəcəyik.
2008-ci il 15 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
Dostları ilə paylaş: |