Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   121   122   123   124   125   126   127   128   ...   164

254 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
MÜSLÜM CABBARZADƏ 
Naxçıvan Dövlət Universiteti 
muslum_cabbarzade@yahoo.com 
UOT 332.1 
 
QLOBALLAŞMA VƏ İQTISADİ İNTEQRASİYA ŞƏRAİTİNDƏ  
REGİONAL İQTİSADİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ 
 
Açar  sözlər:  Naxçıvan  iqtisadiyyatı,  region  iqtisadiyyatı,  iqtisadi  təhlükəsizlik,  ərzaq 
təhlükəsizliyi, xarici iqtisadi əlaqələr 
Keywords:  Nakhchivan  economy,  regional  economy,  economic  security,  food  security, 
foreign economic relations 
Ключевые  слова:  Экономика  Нахчывана,  экономика  региона,  экономическая 
безопасность, продовольственная безопасность, внешнеэкономические связи 
İqtisadi  təhlükəsizlik  sisteminin  təşkilati  aspektlərini,  onun  formalaşması  və  inkişafı 
xüsusiyyətlərini,  habelə  maliyyə-kredit,  enerji,  ərzaq  təminatı,  informasiya  və  xarici  iqtisadi 
fəaliyyət sferalarında mövcud olan iqtisadi maraqların təmin edilməsi yolu ilə muxtar respublikanın 
iqtisadi təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi aktual əhəmiyyət kəsb edir.  
Müstəqilliyimizin  ilk  illərində  Azərbaycanın  iqtisadi  təhlükəsizlik  siyasətinin  mahiyyəti, 
istiqamətləri,  mexanizmləri  haqqında  əsaslandırılmış  yanaşma  və    təsəvvürlər  olduqca  səthi 
olmuşdur.    Xalqın  tələbi  ilə  hakimiyyətə  gələn  ümummilli  liderimiz  Heydər  Əliyev  ölkənin 
təhlükəsizlik  problemlərinin  həllini  prioritet  məsələ  kimi  önə  çəkmiş,  bu  istiqamətdə  mühüm 
addımlar atmışdır. Yalnız 1993-cü ildən başlayaraq ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid 
prinsiplərə  söykənən  milli  inkişaf  və  təhlükəsizlik  siyasəti  həyata  keçirilməyə  başlanmışdır. 
Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və 
elmi  müzakirəyə  çıxarılmış,  onun  konseptual  əsasları  müəyyən  edilmişdir  (6,  s.  10).  İlk  növbədə 
ölkə  daxilində  iqtisadi  sabitliyin  yaradılması  və  inkişaf  üçün  islahatların  həyata  keçirilməsinə 
başlanmış,  xarici  ölkələrlə  və  beynəlxalq  təşkilatlarla  milli  maraqlarımıza  uyğun  olan  əməkdaşlıq 
əlaqələri yaradılmışdır.  
Enerji  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində  məqsədyönlü  və  strateji  fəaliyyətin 
əsası  1994-cü  ildə  “Əsrin  müqaviləsi”  ilə  qoyulmuş,  2003-2010-cu  illərdə  “Energetika  haqqında” 
Azərbaycan  Respublikası  Qanunu,  “Alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 
olunması”  üzrə  Dövlət  Proqramı  qəbul  edilmiş,  neft  və  qaz  ixrac  boru  kəmərləri  şəbəkəsinin 
yaradılması və şaxələndirilməsi üzrə uğurlu siyasət həyata keçirilmişdir.  
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  1995-ci  ildən  başlayaraq  aqrar  islahatların 
hüquqi  əsasları  yaradılmış  və  islahatlara  start  verilmişdir.  Ölkə  Prezidentinin  2  mart  2001-ci  il 
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”, 
25  avqust  2008-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ölkəmizin 
ərzaq təhlükəsizliyinin yüksəldilməsində mühüm rol oynamışdır. 
Bunlardan  başqa,  nəqliyyat  təhlükəsizliyinin  təmin  edilməsi  ilə  bağlı  proqramlar  qəbul 
edilmiş,  beynəlxalq  nəqliyyat  dəhlizlərində  iştirakçılıqda  ölkəmizin  milli  maraqları  yüksək 
səviyyədə  təmin  edilmişdir.  İnformasiya  təhlükəsizliyi  ilə  bağlı  bir  sıra  qanunlar  qəbul  edilməklə 
informasiya  cəmiyyətinə  keçidin  qanunvericilik  bazası  təkmilləşdirilmiş,  “Azərbaycanın  inkişafı 
naminə  informasiya  və  kommunikasiya  texnologiyalarının  inkişafı  üzrə  Milli  Strategiya  (2003-
2012-ci illər)” və bu sahənin inkişafı ilə bağlı bir neçə dövlət proqramı təsdiq edilmişdir.  
İqtisadi  təhlükəsizliyin  təmin  edilməsinin  hüquqi  əsasları  2004-cü  ilin  29  iyununda  qəbul 


255 
edilmiş  “Milli  təhlükəsizlik  haqqında”  Azərbaycan  Respublikası  Qanununda  öz  əksini  tapmışdır. 
Qanunda göstərildiyi kimi, Azərbaycan Respublikasının iqtisadi sahədə əsas milli maraqları iqtisadi 
potensialın  artırılmasından,  bazar  iqtisadiyyatının  inkişafı  və  onun  hüquqi  əsaslarının 
təkmilləşdirilməsindən, iqtisadi sabitliyin təmin olunmasından, iqtisadiyyatın inkişafı üçün daxili və 
xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılmasından, təbii və maddi sərvətlərin qorunması 
və  səmərəli  istifadə  edilməsindən,  regional  və  dünya  bazarlarının  formalaşmasında  və  fəaliyyət 
göstərməsində azad və bərabərhüquqlu inkişafın təmin edilməsindən ibarətdir (1).  
İqtisadiyyatımızın  inkişafının  müasir  mərhələsində  ölkənin  iqtisadi  təhlükəsizliyinin 
gücləndirilməsi  tədbirləri  yeni  qlobal  çağırışlar  kontekstində  davam  etdirilir.  Azərbaycan 
Respublikası  Prezidentinin  23  may  2007-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 
Respublikasının  milli  təhlükəsizlik  konsepsiyası”  dövlətin  müstəqilliyini,  ərazi  bütövlüyünü  və 
demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana inteqrasiyasını, bununla yanaşı 
tarazlaşdırılmış  xarici  siyasətinin  çoxşaxəliliyini  vurğulayan,  Azərbaycan  Respublikasında 
şəxsiyyət,  cəmiyyət  və  dövləti  xarici  və  daxili  təhdidlərdən  qorumağa  yönəlmiş  siyasət  və 
tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur (2).  
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş 
“Azərbaycan  2020:  gələcəyə  baxış”  inkişaf  konsepsiyasında  da  qloballaşmanın  müsbət  amilləri  ilə 
yanaşı  mənfi  yüklü  iqtisadi  proseslərin  də  yayılmasına  diqqət  çəkilmiş,  bu  proseslərin  ümumdünya 
təsərrüfat  inteqrasiyasına  cəlb  olunmuş  ölkəmiz  üçün  yaratdığı  təhdidlərdən  qorunmaq,  iqtisadi 
təhlükəsizliyin  daha  da  gücləndirilməsi,  yüksək  rəqabət  qabiliyyətli  iqtisadiyyatın  formalaşdırılması, 
ərzaq,  enerji,  nəqliyyat,  informasiya  təhlükəsizliyinin,  demoqrafik  və  ekoloji  təhlükəsizliyin 
yüksəldilməsi üçün gələcək fəaliyyətin konseptual istiqamətləri müəyyən edilmişdir (3). 
Naxçıvan  Muxtar  Respublikasının  inkişafın  yeni  keyfiyyət  mərhələsinə  yüksəlməsində 
regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası böyuk 
əhəmiyyət  kəsb  edir.  Regionların  hərtərəfli  tərəqqisi  sahəsində  2004-cü  ildən  başlanmış 
məqsədyönlü siyasətin davamı olaraq  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci 
il  09  iyun  tarixli  Sərəncamı  ilə  “Naxçıvan  Muxtar  Respublikasının  Regional  İnkişaf  Proqramı 
(2005-2008-ci  illər)”,  2009-cu  il  28  may  tarixli  Fərmanı  ilə  “Naxçıvan  Muxtar  Respublikasının 
2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”  və  01  sentyabr  2014-cü  il  tarixli 
Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət 
Proqramı”  təsdiq  edilmişdir.  Hər  üç  dövlət  proqramının  uğurlu  icrası  nəticəsində  muxtar 
respublikada real sektorun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı 
və davamlı inkişafa, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, yeni 
müəssisələrin və iş yerlərinin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılmasına 
və həyat səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur.  
Əldə  edilmiş  inkişaf  səviyyəsinin  qorunub  saxlanması  və  iqtisadi  təhlükəsizliyin  təmin 
edilməsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  makroiqtisadi  artım  dinamikasının  gələcəkdə  təmin 
edilməsi  üçün  muxtar  respublika  iqtisadiyyatında  aşağıdakı  istiqamətlərdə  tədbirlərin 
gücləndirilməsi müşahidə olunur: 
-
 
Ümumi Daxili Məhsul üzrə büdcəyə daxil olan gəlirlərin həcminin artırılması; 
-
 
büdcə gəlirlərinin sahə strukturunun genişləndirilməsi və yığım səviyyəsinin yüksəldilməsi; 
-
 
sosial  siyasətin  davam  etdirilməsi  və  sosial  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  xərclərin 
investisiya və sosialyönümlülüyünə üstünlük verilməsi; 
-
 
daxili  bazarın  qorunması,  ərzaq  məhsullarına  olan  tələbatın  yerli  istehsal  hesabına  tam 
ödənilməsi  və  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  yerli  istehsalçıların 
stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi; 
-
 
sosial  infrastruktur  sahələrin  inkişafına  yönəldilmiş  məqsədyönlü  tədbirlərin  davamlılığının 
təmin  edilməsi,  bu  sahələr  üzrə  müəyyənləşdirilmiş  prioritetlərin  diqqət  mərkəzində 
saxlanılması; 
-
 
qarşıya  qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsi  üçün  daxili  imkanların  səfərbər  edilməsi  və 
büdcə vəsaitindən istifadənin səmərəliliyinin təmin edilməsi. 
Muxtar  Respublikada  özəl  sektorun  inkişaf  göstəricilərinin  dinamikası  da  həyata  keçirilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə