Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   129   130   131   132   133   134   135   136   ...   164

270 
Sənaye müəssisələrinin fəaliyyətinin innovativ metod və mexanizmlər əsasında qurulması kifayət 
qədər  geniş,  tərkib  etibarı  ilə  özünün  müxtəlifliyi  ilə  seçilən  arealı  əhatə  etməkdədir.  Onların 
təcrübədə  tətbiqi  və  yaranmış  situasiyalar  əsasında  daha  təkmil  hala  salınmasında  sənaye  parkla-
rının rolu əvəzolunmazdır. Heç də təsadüfi deyil ki, “Sənaye parkları haqqında Nümunəvi Əsasna-
mənin” I “Ümumi müddəalar” adlı maddəsinin 1.3.1 bəndində “sənaye parkı - .... müasir texnologi-
yaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi məqsədləri 
üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi” kimi qiy-
mətləndirilir. Əsasnamənin 2.0.1-ci bəndində “innovativ və yüksək texnologiyalar əsasında rəqabə 
qabiliyyətli  sənaye  istehsalının  inkişafı,  xidmətlərin  göstərilməsi  üçün  münbit  şəraitin  yaradılması 
və bu sahədə sahibkarlığın dəstəklənməsi” ifadəsi ilə rastlaşılır.   
Məsələnin  belə  qoyuluşu  sxem  1-in  maddələrinin  məhz  sənaye  parkları  əsasında  izahına 
şərait  yaradır.  Müvafiq  təsnifatda  ilk  bölmə  sənaye  parklarında  təmsil  olunan  subyektlərin  idarə 
olunmasında  restrukturizasiya  tədbirlərinin  tətbiqini  zəruri  şərt  kimi  ifadə  edir.  Müvafiq  tədbirlər 
özündə  nümunəvi  qaydada  aşağıdakı  istiqamətləri  əhatə  etməlidir:  1.Subyektin  ümumi  optimal 
quruluşunun,  həmçinin  idarəetmə,  istehsal,  infrastruktur  və  digər  komponentlərinin  səmərəli 
kəmiyyət ifadələrinin müəyyən edilməsi, onların tabeçilik, ardıcıllıq, qarşılıqlı əlaqələndirmə prin-
sipləri  əsasında  əlverişli  təşkilinin  təmin  olunması;  2.İdarəetmə  strukturunun  qabardılmaması 
hesabına işçi personalının məqbul ifadələrinin müəyyən edilməsi, onların peşəkar qabiliyyətlərinin 
artırılması  yönündə  mütəmadi  tədbirlərin  həyata  keçirilməsi;  3.İstehsal  prosesinin  ixtisaslaşma 
profilinə uyğun təşkili,  müasir texniki vasitələrə və texnologiyalara malikolma əsasında istehlakçı 
ehtiyacları  nəzərə  alınmaqla  fərdi  sifarişlərin  də  yerinə  yetirilməsinin  təmin  olunması;  4.İstehsal 
ehtiyatları üzrə planlaşdırma işlərinin düzgün həyata keçirilməsi, bu əsasda ekstremal hallarda fasi-
ləsiz  istehsal  fəaliyyətinin  təmin  olunması;  5.Sənaye  parkları  subyektləri  üçün  nəzərdə  tutulan 
imtiyazlı şərtlərdən, stimullaşdırıcı addım və mexanizmlərdən istifadə olunması əsasında fəaliyyətin 
maliyyə və digər göstəricilərini yaxşılaşdırılması; 6.Sənəd dövriyyəsinin qanunvericiliyin tələbləri 
əsasında təşkili ilə yanaşı müasir elektron informasiya vasitələrindən geniş istifadəyə nail olunması; 
7.Elektron  məlumatlandırma  sisteminin  nəaliyyətlərindən  geniş  istifadə  əsasında  özündə  istehsal 
olunan  məhsulların  satış  bazarlarındakı  bərqərar  olmuş  qiymətləri  və  digər  şərtləri  haqqında  ope-
rativ  məlumatların  əldə  olunması;  8.Məhsul  istehlakçıları  ilə  intensiv  əlaqələrin  qurulması, 
reallaşdırma məkanlarında təbliğat xarakterli işlərin (reklam və s.) aparılması yolu ilə yeni alıcıların 
cəlb  edilməsi,  perspektiv  dövrlər  üçün  müqavilələrin  bağlanılması,  bu  zaman  “elektron  ticarət”, 
“məhsulların  istehlakçının  qapısında  təslim  edilməsi”,  “satışdan  sonra  ödəmə”,  “kreditə  satış” 
variantları üzrə imkanların qiymətləndirilməsi və onlardan səmərəli istifadə edilməsi və s.     
Sənaye parkları və orada təmsil olunan subyektlərin yerinə yetirdiyi idarəetmə təyinatlı işlər 
məcmusu  özünün  müxtəlif  növlülüyü  ilə  fərqlənməkdədir.  Reallığa  gəldikdə  qeyd  etmək  yerinə 
düşər ki, sənaye müəssisələrinin idarə edilməsi özü-özlüyündə artıq formalaşmış, nümunəvi şəkilə 
salınmış bəlli  mexanizmlər əsasında həyata keçirilməkdədir. Bununla belə operativlik, optimallıq, 
çeviklik,  ixtisaslaşma  profili,  məhsuldar  fəaliyyətin  təşkili  və  digər  əlaqəli  prinsiplərdən  istifadə 
subyektlərin  quruluşunda  bir  sıra  dəyişikliklər  etməyə,  onu  daha  işlək  hala  salmağa  imkan  verir. 
Həmin  işlərin  icrası  istər  sənaye  parkının  subyekti  ilə  iqtisadi  və  sair  əlaqələrdə  olan  digər  sub-
yektlər, istər subyektdaxili “manqalar”, istərsə də subyektlə parkın idarəedici təşkilatı və operatoru 
arasında  yaranan  qarşılıqlı  əlaqələrin  formalaşması  üsuluna,  səviyyəsinə,  intensivliyinə  və  digər 
cəhətlər təsirsiz ötüşmür, onları mütərəqqilik baxımından irəli aparmış olur.  
Təsnifatda ikinci bənd olaraq yeni texnika və texnologiyaların tətbiqi ilə əlaqədar olan inno-
vasiyalar yer almışdır. Özünün səbəbləri sırasında müasir tələblərə cavab verən məhsulları istehsal 
etmək  qabiliyyətinin  zəifləməsi,  müasir  dövrün  tələbləri  ilə  uyğunlaşma,  artan  tələbatın  istehsal 
tərəfindən qarşılanması kimi maddələri ifadə edən maddə öz növbəsində yaranan vəziyyətdən mü-
hüm çıxış yollarından biri kimi də qiymətləndirilməlidir. Texniki və texnoloji yenilənmələr aparıl-
ma istiqamətləri üzrə də təsnifləşdirilməlidir.  
Təsnifatda hüquqi bazanın təkmilləşdirilməsi kimi ifadə olunan üçüncü bənd özünün spesi-
fikliyi ilə fərqlənməkdədir. İlk növbədə qeyd etmək zəruridir ki, istənilən fəaliyyətin həyata keçiril-
məsi  onun  hüquqi  tənzimlənməsini  həyata  keçirəcək  olan  birbaşa  normativ  sənədlərin  olmaması 


271 
halında mümkün deyildir. Bu baxımdan nümunə kimi “Sənaye parkları haqqında Nümunəvi Əsas-
namə”,  hər  bir  sənaye  parkının  mövcudluğunu  təsdiqləyən  Respublika  Prezidentinin  Sərəncamları 
göstərilə bilər. Lakin tammənalı fəaliyyətin təmin edilməsi sənaye parkının rezidentlərinin və onları 
təmsil  edən  subyektlərin  hüquqi  müstəvidə  məşğuliyyətinə  aydınlıq  gətirməli,  onların  çoxsaylı 
tərəflərini nizamlamalıdır. Bu baxımdan “Sahibkarlıq fəaliyyəti haqqında”, “Mülkiyyət haqqında”, 
“İcarə  haqqında”,  “Ətraf  mühitin  mühafizəsi  haqqında”  və  Azərbaycan  Respublikasının  sair 
Qanunlarının, digər hüquqi-normativ aktların mövcudluğu, onlarda təsbit olunan normaların tətbiqi 
sənaye  parkları  üzrə  işlərin  təşkili  və  həyata  keçirilməsində  mühüm  rol  oynaycaqdır.  Buraya 
həmçinin  region  və  sahə  aidiyyatı  ilə  seçilən  Dövlət  Proqramlarının,  “Strateji  Yol  Xəritəsinin”, 
“Azərbaycan–2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, Əmək Məcəlləsinin və digər normativ 
aktların  müddəalarında  təsbit  olunan  maddələrin  tələbləri  də  əlavə  olunmalıdır.  Sadalanan  və 
makrotəyinata  malik  normativ  sənədlərlə  yanaşı,  idarəetmə,  bank,  vergi  və  maliyyə  fəaliyyətinin 
tənzimlənməsinə  yönələn  hüquqi  aktlar  da  kənarda  qalmamalı,  onların  tələblərinə  sənaye  park-
larının subyektləri tərəfindən riayət edilməlidir. Qanunlar və digər hüquqi-normativ aktlar “dəyişil-
məzlik”  qaydasında  fəaliyyət  göstərmir.  Onlar  ölkə  iqtisadiyyatında  baş  verən  dəyişikliklərdən, 
beynəlxalq təcrübədə mümkün olan mütərəqqi hüquqi irəliləmələrdən asılı olaraq daim yenilənmə 
və təkmilləşdirmələrə məruz qalmalıdır. Təsadüfi deyil ki, 1991-ci ildən müstəqilliyini əldə etmiş 
ölkədə sənaye sahəsinin fəaliyyəti ardıcıl həyata keçirilsə də, daha mütərəqqi mexanizmlərə malik 
olacaq  sənaye  parklarının  yaradılması  zərurəti  2011-ci  ildə  SKSP-nin  təşkili  ilə  mümkün  olmuş, 
belə  quruluşların  fəaliyyətinin  tənzimlənməsi  məqsədilə  işlənilən  və  təsdiq  olunan  Əsasnamə  isə 
2013-cü ildə icraata verilmişdir.  
Sənaye  müəssisələrinin  infrastruktur  imkanlarını  genişləndirəcək  innovasiyalar  sırasında 
istər sənaye parkının, istərsə də orada təmsil olunan subyektlərin imkanlarından irəli gələn yenilikçi 
addımların atılması göstərilə bilər. Onun tərkibində enerji, qaz, su-kanalizasiya xidmətlərinin möv-
cudluğu, anbar təsərrüfatı, köməkçi istehsal sahələri, müxtəlif nəqliyyat növlərindən istifadə imkan-
ları öz əksini tapmaqdadır. İnnovativ tədbirlərin bəhs olunan istiqamətdə həyata keçirilməsi ilk növ-
bədə  onlarla  təminatın  təşkili  nəzərdə  tutduğu  halda,  digər  tərəfdən  səmərəli  istifadə  məsələlərini 
ortaya qoyur. Bu sırada: elektrik enerjisi, su və qaz ehtiyatlarından səmərəli istifadəyə yönələn ad-
dımların atılması, bu zaman elektron tənzimləyici qurğuların istehsalda istifadəsinin təmin olunma-
sı;  istehsal  texnologiyasının  dəyişdirilməsindən  irəli  gələrək  avadanlaıqların  istismarında,  texniki 
proseslərin qurulmasında elektrik energisinə və qaza üstünlük verilməsi; texnoloji proseslərin xüsu-
siyyətlərinin nəzərə alınması, ətraflı öyrənilməsi əsasında onlarda əlavə texniki vasitələrin və texno-
logiyaların iştirakının təmin edilməsi; yükdaşımaların vasitə, üsul və formalarının birinin digəri ilə 
əvəzlənməsi; ayrı-ayrı xidmətlər üzrə ixtisaslaşan işçilərin parkdan kənar ərazilərdə operativ hərəkət  
mobillliyinin təmini məqsədilə qarışıq təyinalı avtonəqliyyat vasitələrindən istifadə olunması və s.     
Yuxarıda  qruplar  şəklində  ifadə  edilmiş  hər  bir  infrastruktur  ünsürü  istehsalın  təşkili  və 
həyata keçirilməsinə birbaşa və dolayı təsiri ilə seçilməkdədir. Yaranmış situasiyalardan asılı olaraq 
innovativ  tədbir  obyekti  kimi  onların  hansına  müraciət  olunması  ilə  bağlı  qərar  ilk  növbədə  park 
subyektinin özü tərəfindən qəbul olunmalıdır. İnnovativ tədbirlər sırasında sənaye parkları subyekt-
lərinin maliyyə-hesablaşma fəaliyyətinin  təkmilləşdirilməsi  ilə müşayət  olunan  yeniliklərin tətbiqi 
spesifik  xüsusiyyətlərlə  seçilməkdədir.  Sənaye  parkında  maliyyə-hesablaşma  fəaliyyətinin  təşkili 
üzrə innovativ tədbirlər istər onun subyektlərini, istərsə də parkın operatorunu əhatə etməlidir. Belə 
ki, parkda fəaliyyət göstərən hər bir “iştirakçı” dövri olaraq özünün maliyyə-təsərrüfat fəaliyyətinə 
aydınlıq  gətirməli,  onun  parametrlərini  dəqiqləşdirməlidir.  Park  subyektinin  maliyyə  vəziyyətinin 
qiymətləndirilməsinin  asanlaşmasının  əsasını  onda  olan  kargüzarlıq  və  uçot  işlərinin  avtomatlaş-
dırılması  səviyyəsi  müəyyən  edir.  Belə  ki:  subyekt  üzrə  bütün  sənədləşmə  işlərinin  elektron-he-
sablama sistemi və vahid proqram əsasında həyata keçirilməsi, maliyyə və idarəetmə uçotunun də-
qiq  sərhədlərinin  müəyyən edilməsi, kənar subyektlərlə hesablaşmaların  vəziyyətinin  əks olunma-
sında  aydınlığın  və  dürüstlüyün  qorunması;  nağd  və  nağdsız  hesablaşmaların  həcm  və  tərkib  ele-
mentlərinin dəqiqləşdirilməsi; məcburi maliyyə ödənişlərinin həyata keçirilməsi üzrə optimal ölçü-
lərin müəyyən olunması; kalkulyasiya maddələri üzrə işlərin maliyyə qanunvericiliyinin tələblərinə 
uyğun təşkili və sair istiqamətlərdə innovativ addımların atılması mümkündür.    


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə