Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə136/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   132   133   134   135   136   137   138   139   ...   164

276 
(öz peşəsinə, ixtisasına görə iş tapa bilməyən, mövcud işini dəyişdirmək niyyətində olan və yaxud 
ikinci bir iş axtardığını bildirən şəxslərdir). 
İqtisadiyyat  ədəbiyyatlarında  bir  çox  inkişaf  nəzəriyyəsi  vardır.  Nəzəriyyədəki  ilk  inkişaf 
modeli klassik inkişaf modelidir. 
Klassik  inkişaf  modeli  çoxlu  sayda  iqtisadi  mütəfəkkürün  fikirlərinin  süzgəcdən  keçmiş 
akumlyasiyasından meydana gəlmişdir. Lakin klassik nəzəriyyəyə ən böyük yenilik David Rikardo 
tərəfindən  gətirilmişdir.Adam  Smith  də  iqtisadi  inkişaf  ilə  bağlı  dəyərli  düşüncələrini  “xalqların 
sərvətlərinin əsasları” əsərində qeyd etmişdir. 
Klassiklərin fikirlərinə görə iqtisadi inkişafı sərmayə yığımı ilə təmin etmək olar. Sərmayə 
yığımının qaynağını qənəatçillikdə görürdülər. Qənaətlər investisiyaya çevrilir və beləliklə iqtisadi 
inkişaf təmin olunur.  
David Rikardoya görə kapitalistlərin əsas məqsədi mənfəət əldə etməkdir və onlar istehsalın 
səmərəliliyini, fasiləsizliyini daim təmin etmək uğrunda səylər göstərirlər. 
İstehsalı artırmaq üçün daha çox işçi qüvvəsi məşğulluqla təmin edilməlidir ki, bu zaman da 
əmək haqqı artacaq və bunun qarşılığında da əhalinin artımına səbəb olacaqdır. 
Belə olan təqdirdə məhsullarına tələb artacaqdır və bunun nəticəsində iqtisadi artım yaranacaqdır. 
İkinci inkişaf modeli də Harrod-Domar modelidir. Harrod və Domar Keynesçi iqtisadçılar-
dır. Harrod Keynes kimi natamam məşğulluqdan tam məşğulluğa gedən yolun tətqiqatı ilə məşğul 
olmuşdur.  Lakin,  Con  Menyard  Keynes  qısa  dövrdə  makro-statistik  metodla,  Harrod  isə  makro-
dinamik metodla tədqiqat aparmışdır 

6, s.29


Harrod  -  Domar  inkişaf  modelini  məcmu  tələb,  istehsal  və  məşğulluq  arasındakı  əlaqədən 
əmələ gəldiyini demişdir. O inkişaf sürətini son qənaətlilik səviyyəsi və sərmayə qoyuluşu əmsalı 
ilə izah etmişdir. 
İqtisadi  inkişaf  sərmayə  qoyuluşu  əmsalı  dəyər  ilə  tərs  mütənasib  olduğu  halda  son 
qənaətlilik səviyyəsi ilə düz mütənasibdir. Yəni iqtisadiyyatda son qənaətlilik səviyyəsi artdıqca və 
sərmayə qoyuluşu azaldıqca iqtisadi inkişaf sürəti artacaqdır 

7, s.332 


Üçüncü  inkişaf  modeli  Neo-Klassik  inkişaf  modelidir.  1956-cı  ildə  Solow  tərəfindən 
nəzəriyyəyə  gətirilmişdir.  Bir  inkişaf  modeli  tanınmış  dünya  iqtisadçıları  tərəfindən  qəbul 
edilmişdir. Modelin əsas predmeti qənaət, investisiya və iqtisadi inkişafın xarici dəyişən olan əhali 
artımı  və  texnoloji  inkişafla  bağlı  əlaqəsinin  öyrənilməsidir.  Solow  tədqiqatında  nəticə  olaraq 
Keynesin fikirlərini də diqqətə almışdır. Solow modelində bazar iqtisadiyyatında qərarlılıq vardır. 
Uzunmüddətli  dövrdə  iqtisadiyyat  dayanıqlı  və  müvazinətli  inkişaf  tsklində  olur.  Müvazinətli 
inkişaf  dövründə  sərmayə  yığımı,  əhali  artımı  və  texnoloji  inkişafdakı  innovasiyaların  bir-biri  ilə 
əlaqələri nəzərə alınır. Əlaqələri geniş şəkildə qeyd etsək əhali artımı inkişaf səviyyəsinə təsir edər 
lakin, inkişaf səviyyəsi əhali artımına təsir etməz. Digər əlaqədə isə texnoloji inkişaf iqtisadi inkişaf 
səviyyəsinə  təsir  etdiyi  halda  iqtisadi  inkişaf  səviyyəsi  texnoloji  inkişafa  təsir  göstərmir.  Qeyd 
edilənlərdən  belə  nəticə  çıxarmaq  olar  ki,  iqtisadi  inkişaf  səviyyəsi  ilə  əhali  artımı  və  texnoloji 
inkişaf arasında tək tərəfli səbəb-nəticə əlaqəsi vardır. 
Son  inkişaf  modeli  daxili  inkişaf  nəzəriyyəsidir.  Burada  iqtisadi  inkişaf  sistemi  daxili 
amillərlə əlaqələndirilmişdir. Neo-klassik inkişaf prinsipində xüsusilə inkişaf səviyyəsinə təsir edən 
amillərin  müəyyənləşdirilməsində  kifayət  qədər  əsaslı  metodlar  mövcud  deyil.  İlk  dəfə  Romer 
tədqiqatında daxili inkişaf modellərini ətraflı şəkildə izah etmişdir 

8, s.89 


İqtisadi inkişafa səbəb olan əsas faktorlar barədə müxtəlif yanaşmalar mövcuddur. 
Bu  yanaşmalara  AK  modelini,  Arrow-Romer  modelini,  Lucas  modelini,  Ar-Ge  modelini 
misal olaraq göstərmək olar.  
İqtisadi  inkişaf,  məşğulluq  və  əhalinin  rifah  halının  yüksəldilməsində  dövlət  tənzimlən-
məsinin rolu və əhəmiyyəti olduqca çoxdur.  
Dünya  praktikasinda  dövlət  məşğulluq  siyasətinin  aktiv  və  passiv  formaları  fərqləndirilir. 
Aktiv siyasət zamanı, dövlət işsizliyin həcmini hüquqi, təşkilati və iqtisadi tədbirlər vasitəsilə aşağı 
salır.  Bu  siyasət  yeni  iş  yerlərinin  yaradılması,  iş  axtaran  vətəndaşların  yenidən  hazırlanması, 
işədüzəlmədə onlara kömək, kiçik və orta biznesin, özünə məşğulluğun inkişafı və.s nəzərdə tutulur. 
Məşğulluğun  passiv  siyasəti  isə  işsizliyin  mənfi  nəticələrinin  aradan  qaldırılmasına  yönəlmiş 


277 
tədbirlərin  həyata  keçirilməsini  nəzərdə  tutur.  Bu  zaman,  dövlət  tərəfindən  işsizliyə  maddi 
köməklərin  göstərilməsi,  vəsaitlərin  verilməsi,  zəruri  məhsulların  paylanması,  xüsusi  yeməkxana-
larda qidalanmanın təşkili və.s tədbirlər həyata keçirilir [9, s.45].  
Bu  məqalədə  rəqəm  göstəriciləri  Naxçıvan  Muxtar  Respublikasının  Dövlət  Statistika 
Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmişdir. Burada Naxçıvan Muxtar Respublikasının 
2012-2016-ci illərdəki sosial iqtisadi göstəriciləri cədvəl 1-də verilmişdir.  
Cədvəl 1. Naxçıvan Muxtar Respublikasının 2012-2016-ci illərdəki sosial iqtisadi göstəriciləri. 
 
Cədvəl  1-də  göründüyü  kimi  2016-cı  ildə  2012-ci  illə  müqayisədə  sənaye  məhsulunun 
ümumi  həcmi  1.23  dəfə,  əsas  kapitala  yönəldilən  investisiyalar  1.02  dəfə,  kənd  təsərrüfatının 
ümumi məhsulu 1.35 dəfə, nəqliyyat sektorunda yük daşınması (min ton) 1.15 dəfə, informasiya və 
rabitə  xidmətlərinin  həcmi  1.15  dəfə,  pərakəndə  əmtəə  dövriyyəsi  1.54  dəfə,  əhaliyə  göstərilmiş 
pullu xidmətlər 1.43 dəfə, əhalinin gəlirləri 1.12 dəfə, hər bir nəfərə düşən gəlirlər (manat) 1.1 dəfə, 
orta  aylıq  əməkhaqqı  (manat)  1.13  dəfə,  əhalinin  rifahının  qiymətləndirilməsində  istifadə  edilən 
ümumdaxili məhsul 1.23 dəfə artmışdır Bununla yanaşı artım iqtisadi fəaliyyət növləri üzrə muzdla 
işləyən işçilərin sayında da baş vermişdir ki, bu da düzgün düşünülmüş iqtisadi siyasət istiqamətinin 
nəticəsidir. Son illər ərzində dünyada iqtisadi cəhətdən Naxçıvan Muxtar Respublikası qədər inkişaf 
edən  ikinci  ölkə  yoxdur.  Bütün  statistik  məlumatlar  bunu  təsdiqləyir.  Yoxsulluq  şəraitində 
yaşayanların sayı kəskin şəkildə azalmış, işsizliklə bağlı məsələlər öz həllini tapmışdır. Demək olar 
ki,  2014-2016-cı  illər  üzrə  Dövlət  Proqramı  bütün  məsələləri  özündə  ehtiva  etmişdir,  bir  dənə  də 
olsun  məsələ  diqqətdən  kənarda  qalmamışdır.  İcra  edilmiş  dövlət  proqramları,  aparılan  iqtisadi 
islahatlar  Naxçıvan  Muxtar  Respublikasının  inkişafını  təmin  etmişdir.  İstənilən  istiqamət  üzrə 
böyük  naliyyətlər,  nəticələr  göz  qabağındadır.  Bu  gün  Naxçıvan  dünyanın  ən  gözəl  şəhərlərindən 
birinə çevrilmişdir. Naxçıvan şəhərinə gələn hər bir qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə 
  
2012 
2013 
2014 
2015 
2016 
Ümumi Daxili Məhsul 
2103424,3  2338927,7  2391004,2  2467422,4  2582361,4 
Sənaye məhsulunun ümumi 
həcmi 
799492,4 
862870,5 
891486,4 
916817,9 
942944,7 
Əsas kapitala yönəldilən 
investisiyalar 
982264,7  1037748,4 
924628,6 
951196,5 
997609 
Kənd təsərrüfatının ümumi 
məhsulu 
318836 
337127,2 
355156,7 
402991,8 
429448,4 
Nəqliyyat sektorunda yük 
daşınması (min ton) 
13952,4 
15280,2 
15564,1 
15898,3 
16082,7 
İnformasiya və rabitə 
xidmətlərinin həcmi 
42474,2 
45051,9 
46085,5 
46908,4 
48727,2 
Pərakəndə əmtəə 
dövriyyəsi 
975352,6  1108699,1  1144494,4  1276986,7  1506343,6 
Əhaliyə göstərilmiş pullu 
xidmətlər 
 
149734,9 
180737,6 
187086,4 
195829,5 
213651,4 
Əhalinin gəlirləri 
1623420,9  1737057,9  1775741,6  1804178,6  1825591,9 
Hər bir nəfərə düşən gəlirlər 
(manat) 
3839 
4027,5 
4058,8 
4080,9 
4085,9 
Orta aylıq əməkhaqqı 
(manat) 
365,1 
376,6 
391,3 
399,5 
413,2 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə