Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə138/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   134   135   136   137   138   139   140   141   ...   164

280 
подходы  к  основным  факторам,  вызывающим  экономический  рост.  Подчеркивалась  роль  и 
значение государственного регулирования в экономическом развитии, занятости и повышении 
благосостояния населения. В мировой практике широкое распространение получили активные и 
пассивные  формы  государственной  политики  занятости.  Было  отмечено  важное  значение 
продолжения государственной финансовой поддержки развития предпринимательства. 
Внешние  и  внутренние  факторы,  влияющие  на  экономическое  развитие 
Нахчыванской  Автономной  Республики,  оценивались  с  учетом  специфики,  национальных 
интересов и стратегических ресурсов страны. 
Актуальность  темы  исследования  обусловлена  именно  в  контексте  вышеуказанных 
проблем. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 
 


281 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
NAZİM ABIYEV  
Naxçıvan Dövlət Universiteti 
UOT:9/47.924 
AQRAR SAHƏDƏ SUBYEKTLƏRİN FƏALİYYƏTİNİN 
MAHİYYƏTİ VƏ SPESİFİK CƏHƏTLƏRİ 
 
Açar sözlər: aqrar sahə, aqrar subyekt, fəaliyyətin təşkili, region, fəaliyyət tsikli 
Key wordsagriculture sector, agriculture subject, activity organization, region, activity cycle 
Ключевые слова: аграрная отрасль, аграрный субъект, организация деятельности, 
регион, цикл деятельности 
XX  əsrin  sonunda  ölkəmiz  tərəfindən  müstəqilliyin  əldə  edilməsi,  suveren  təməllərin 
formalaşdırılması  onun  ümumi,  o  cümlədən  iqtisadi  təkamülündə  öz  sözünü  demiş,  onun  müasir 
dövrdə strateji inkişaf hədələrini müəyyən etmişdir. Mövcud təbii ehtiyatlardan, əmək və maliyyə 
resurslarından  kompleks  və  məqsədyönlü  şəkildə  istifadə  olunması  respublikamızın  kiçik  zaman 
kəsiyində  inkişaf  etməkdə  olan  dövlətlər  sırasında  möhkəmlənməsinə  və  perspektiv  dövrlərdə 
inkişaf  etmiş  ölkələr  sırasına  keçidinin  mümkünlüyünə  şərait  yaratmışdır.  XXI  əsrin  əvvəllərində 
dünyanı  bürüyən  iqtisadi  böhran  heç  bir  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkəni  kənarda 
qoymadığı kimi, Azərbaycandan da yan keçməmişdir. Lakin aparılan monitorinqlər onu da göstərir 
ki,  aparılan  məqsədyönlü  və  ardıcıl  siyasət  nəticəsində  respublikamız  bu  çətinliklərdən  ən  az 
zərərlərlə çıxan dünya “vahidlərindən” biri olmuşdur. Özünün iqtisadi siyasətini ilk növbədə daxili 
tələbatın özünün istehsal potensialı hesabına mümkün qədər yüksək səviyyədə ödənilməsi, xaricdən 
idxal asılılığının minimallaşdırılması, maliyyə şəffaflığının təmin edilməsi və maliyyə resurlarından 
qənaətlə,  məqsəduyğun,  ilk  növbədə  prioritet  sahələrin  tələblərinin  ödənilməsi  yönündə  istifadə 
olunması,  əmək  resurslarından  səmərəli  istifadə  kimi  prinsiplər  əsasında  quran  ölkəmiz  mövcud 
“tənəzzül”  meyllərini  azaltmaqla  yanaşı  kifayət  qədər  maliyyə  (o  cümlədən  qızıl)  ehtiyatlarını 
formalaşdırmış oldu.  
Son  dövrlərdə  qəbul  olunmuş  ümumi  və  xüsusi  təyinata  malik  Dövlət  Proqramları,  maddi 
istehsal  sahələrinin  ayrı-ayrı  fəaliyyət  istiqamətlərinin  inkişafına  yönələn  Azərbaycan  Respublika-
sının  Qanunları,  digər  müxtəlif  təyinatlı  və  səviyyəli  hüquqi-normativ  aktlar  respublikamızda 
iqtisadi təkamülü şərtləndirməklə, onun tənzimləyici bazasını hazırlamaqla yanaşı, aparısı sahə və 
sferaların “simasının” dəyişilməsinə, onların daha mütərəqqi şəkildə təzahürünə şərait yaratmışdır. 
Azad  sahibkarlıq  üçün  münbit  şəraitin  bərqərar  olması  nəticəsində  ölkənin  aparıcı  sahələrinin 
potensialı  dəfələrlə  artmışdır  ki,  bu  da  istər  fərdlərin,  istər  sosial  sferanın,  istərsə  də  istehsal  sa-
hələrinin tələbatının  ödənilməsində  yeni  mərhələlərə, fazalara keçidin zəminini formalaşdırmışdır. 
Əyani misallara müraciət etsək görərik ki, məsələn Naxçıvan MR-də Sovet dövründə 50-yə yaxın 
müxtəlif ölçülü sənaye müəssisəsi fəaliyyət göstərdiyi halda, 2017-ci ilin nəticələrinə görə onların 
sayı 500-ü keçmişdir. Yaxud, haliyədə regionda 371 adda məhsul istehsal olunur ki, onlardan 344 
üzrə istehsal həcmləri onun əhalisinin tələbatını ödəmək iqtidarındadır.  
1993-2003-cü illərdə müstəqil ölkəyə kifayət qədər peşəkar təcrübəsi və bacarığı ilə seçilən 
görkəmli xadimin, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi respublikanın iqtisadi inkişaf kursu 
üzrə çevik, sistemli mütərəqqi strateji xəttinin müəyyən edilməsi və onun üzərində dövri olaraq də-
qiqləşdirmələrin  aparılmasına  səbəb  olmuşdur.  Məhz  həmin  şəxsiyyətin  dövründə  ölkədə 
irimiqyaslı  islahatların  təməli  qoyulur.  Aqrar  sahənin  inkişafının  başlanılması  da  Heydər  Əliyevin 
adı  ilə  bağlıdır.  Onun  müstəqil  Azərbaycan  Respublikasında  hakimiyyətə  gəlişi  dövründə  biri-
digərini  əvəzləyən  “Kəndli  (fermer  təsərrüfatları  haqqında)”,  “Torpaq  islahatı  haqqında”, 
“Mülkiyyət haqqında” və digər əhəmiyyətli Azərbaycan Respublikası Qanunları, regionların sosial-
iqtisadi inkişafına şərtləndirən 2 Dövlət Proqramı (haliyədə üçüncüsü icra edilməkdə olan) və digər 


282 
normativ aktlar qəbul olunur. Məhz onun mütərəqqi fikir və düşüncələri əsasında ölkədə yenilənmə 
proseslərinin  təməli  qoyulur.  Hələ  1994-cü  ildə  Bakı  şəhərində  keçirilən  “Aqrar  islahatlar: 
problemlər və onların həlli  yolları” adlı beynəlxalq elmi tədbirdə müdrik ağsaqqal söyləmişdir ki, 
“Son illər Azərbaycanda iqtisadi istehsalın ilbəil aşağı düşməsi və iqtisadiyyatın getdikcə dağılması 
sübut edir ki, biz köhnəlmiş prinsiplər, köhnə sistem əsasında daha nəaliyyət qazana bilmərik. Bu 
prinsiplərdən möhkəm yapışıb qalsaq, böyük çətinliklərlə rastlaşacağıq və şübhəsiz ki, ümumilikdə 
iqtisadiyyatda,  o  cümlədən  aqrar  sahədə  istehsal  yenə  aşağı  düşəcəkdir.  Ona  görə  də  islahatların 
aparılması zəruri bir vəzifədir. Nə qədər çətin olsa da, biz bu islahatları həyata keçirməli və həmişə 
nəzərə  almalıyıq  ki,  Azərbaycan  Respublikasının  təbiəti,  torpağı,  iqlimi  ölkəmizdə  bol  kənd 
təsərrüfatı məhsulları istehsal etməyə, aqrar sektoru yüksək səviyyəyə qaldırmağa imkan verir.”         
Tədricən  kənd  mühitində  istehsal  imkanları  və  münasibətlərinin,  adət  və  ənənələrinin 
bərpası  prioritet  fəaliyyət  istiqamətlərindən  birinə  çevrilir.  Aqrar  islahatların  birinci  mərhələsində 
dövlət  mülkiyyətində  olan  torpaqların  özələşdirilməsi,  kənddə  yaşayan  əhalinin  mülkiyyətinə 
verilməsi  üzrə  əməliyyatlar  aparılır,  dövlətin  aqrar  subyektlərində  olan  heyvanların  və  kənd 
təsərrüfatı texnikasının fərdi təsərrüfatlar arasında bölgüsü həyata keçirilir. Torpaq, texnika və kənd 
təsərrüfatı heyvanları sahibinə - mülkiyyətçiyə çevrilən kənd insanı islahatların ilk dövrlərində bəzi 
çaşqınlıq  hissləri  keçirsə  də  (uzunmüddətli  etibarın  olmaması,  maliyyə  resurslarının  çatışmazlığı, 
istehsalın  təşkili  forma  və  qaydalarının  seçilməsi  və  s.  üzrə)  zamanla  hökumət  tərəfindən  aparılan 
maarifləndirici, təşkilati, hüquqi və s. sahələrdəki işlər aqrar istehsalın təşkili və həyata keçirilmə-
sində sistemlilik, komplekslilik, səmərəlilik, qənaətcillik, aparıcı təcrübənin tətbiqi kimi prinsipləri 
üzrə işlərin icrasına geniş “üfüqlər” açmışdır.  
Kənd  insanını  torpağa  bağlayan  amillərin  forma  və  səviyyələrinin  zamanla  təkmilləşdirilməsi, 
təbii-iqlim  şəraiti, torpaq  resurslarının keyfiyyəti və sair  istiqamətləri  üzrə  aparılan müşahidələr,  hasilat 
imkanların sistemli, tammənalı qiymətləndirilməsi nəinki fərdi təsərrüfatların, həmçinin bütöv rayonların 
ayrı-ayrı kənd təsərrüfatı məhsulları istehsalının ixtisaslaşmasına gətirib çıxarmışdır.  
Ölkənin regionları sırasında özünəməxsus cəhətləri ilə seçilən Naxçıvan MR özünün tarixən 
öncül  yerdə  məskunlaşmış  aqrar  istehsal  ənənələri  ilə  məşhurdur.  Yerli  şəraitin  imkanlarından 
mümkün  qədər  yüksək  səviyyədə  istifadə  edilməsi  kənd  təsərrüfatının  tərkib  hissələri  olan 
bitkiçiliyin  və  heyvandarlığın  əsaslı  surətdə  bərqərar  olmasına  şərait  yaratmışdır.  Regionda  aqrar 
məhsulların  istehsalı  və  reallaşdırılması  səviyyələrində  dinamik  artımlar  müşahidə  olunmaqdadır. 
Buna  təsir  edən  çoxsaylı  amillər  mövcuddur.  Region  əhalisinin  sayının  artması,  onun  tələbatının 
milli,  dini  və  digər  tələblər  baxımından  dəyişilməsi,  yerli  istehsalın,  xüsusilə  də  emal  sənayesi 
subyektlərinin  say-tərkib  ifadəsinin  artması,  bu  əsasda  isə  kənd  təsərrüfatı  xammalına  olan 
ehtiyaclarının  müsbət  yöndə  dəyişilməsi  kimi  faktorların  təsir  dərəcəsinin  artması  aqrar  sahədə 
işlərin kəmiyyət-keyfiyyət ifadələrinin yüksəlməsinə təsir etməkdədir.     
Aqrar sfera üzrə fəaliyyət özündə çoxsaylı vəzifə və öhdəlikləri cəmləməkdədir. Bu sırada 
ilk növbədə ümumilikdə ölkədə, o cümlədən onun regionlarında ərzaq bolluğunun yaradılması isti-
qamətində  işlərin  icrası  yolu  ilə  əhalinin  qida  təyinatlı  məhsullarla  təmin  olunması  səviyyəsinin 
yüksəldilməsi,  onun  növ-çeşid  tərkibinin  genişləndirilməsi  kimi  vəzifələri  qeyd  etmək  yerinə 
düşərdi.  Bununla  yanaşı  ərzaq  yönümlü  emal  sənayesinin  aqrar  xammalla  təmin  olunması  da  öz 
əhəmiyyətini  qorumaqdadır.  Müvafiq  sənaye  sahəsi  öz  fəaliyyətini  əsasən  iki  istiqaməti  əhatə 
etməklə qurmalıdır: 1.qida məhsulları təminatında tələbatın daha geniş məhsul növləri və çeşidləri 
ilə  iştirak  etmək;  2.tələbatın  fasiləsiz  olaraq  (mövsümlər  nəzərə  alınmadan)  ödənilməsi  sahəsində 
işlərin  görülməsi.  Bəndlərin  hər  biri  özünəməxsus  xassələrlə  fərqlənməklə  yanaşı  ilk  növbədə  re-
gion  üzrə  ərzaq  bolluğunun  yaradılmasında,  həmçinin  onun  ixrac  potensialının  artırılmasında 
mühüm  rol  oynayır.  Heç  də  təsadüfi  deyil  ki,  15  dekabr  2016-cı  il  tarixində  Türkiyə  Cümhuriy-
yətinin  səlahiyyətli  hökumət  nümayəndələrinin  Naxçıvana  səfəri  zamanı  bu  ölkəyə  150  milyon 
ABŞ  dolları  həcmində  aqrar  məhsulların  və  onların  emalından  əldə  olunan  əmtəələrin  ixracı  ilə 
bağlı razılaşma əldə olunmuşdur. Bununla yanaşı regionda istehsal olunan məhsulların 2016-2017-
ci illərdə AFR-də, Polşa və digər dövlətlərdə sərgilərdə təmsil olunması və aqrar məhsulların ixracı 
ilə  bağlı  müqavilələrin  imzalanması  muxtar  respublikanın  ixrac  potensialının  səviyyəsinə  müsbət 
təsir  etməklə  yanaşı,  onun  kənd  təsərrüfatı  sektorunda  da  canlanmaya  səbəb  olmuş,  məhsulların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə