Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   136   137   138   139   140   141   142   143   ...   164

285 
sahələrinin  ayrılması,  regionun  ili-ildən  kəskim  dəyişən  iqlim  şəraiti  və  s.  əlaqəli  amillər  resurslardan 
istifadənin  səviyyələrinə  müəyyən  məhdudlaşdırmalar  gətirmiş  olur  ki,  bu  da  müvafiq  işlərdə  təsirsiz 
ötüşmür.   
 Bəllidir  ki,  mövcud  zaman  kəsiyində  ölkəmizdə  olduğu  kimi,  muxtar  respublikada  da  aqrar 
sahibkarlığın inkişafına xüsusi diqqətin ayrılması ən ümdə vəzifələrdən hesab olunur. O, təcrübi tətbiqlə 
yanaşı  elmi  və  nəzəri-metodoloji  baxımdan  da  böyük  əhəmiyyətə  malikdir.  İstehsalın  və  sonrakı  satış 
proseslərinin elmi müstəviyə daşınması yolu ilə:  

 
bəhs olunan istiqamətlərdə daha mütərəqqi texnologiyaların hazırlanması, 

 
yüksək məhsuldarlığa malik bitkiçilik və heyvandarlıq növlərinin seleksiya və digər yollarla 
müəyyən edilməsi və istehsalata tətbiqi üzrə ekspimental-sınaq işlərin həyata keçirilməsi,  

 
torpaqların növ-keyfiyyət ifadələri (Ordubad və Şahbuz rayonlarında dağlıq ərazilərin, Şərur 
və Babək rayonlarında düzənliklərin ümumi torpaq həcmində üstünlük təşkil etməsi və s.), iqlim imkanları 
nəzərə alınmaqla iqtisadi və inzibati rayonların məhsul istehsalı üzrə ixtisaslaşdırılmasının təmin edilməsi 
və bu yolla daha yüksək istehsal nəticələrinin əldə olunması,  

 
satış  proseslərinin  təşkilində  müxtəlif  üsullardan  və  elektron-informasiya  vasitələrinin  im-
kanlarından geniş istifadə edilməsi və özünün əhəmiyyətliliyi ilə seçilən digər əlaqəli işlərin həyata keçiril-
məsi zəruridir.   
Əsas  araşdırmanın  Naxçıvan  MR-in  aqrar  sektorunun  məlumatları  üzərində  qurulması  tərəfi-
mizdən “region” problemlərinin daha dərindən araşdırılmasına yol açır. Deyilənləri nəzərə alaraq regionda 
respublikda aqrar sahədə mövcud vəziyyət və onun yaxşılaşdırılması yönündə atılan addımların sistemliyi, 
ardıcıllığı və kompleks şəklə malik olması araşdırmaların əsas qayəsini təşkil etməlidir. Öncəki dövrlərdən 
də  iqtisadi,  coğrafi,  ərazi  yerləşməsi  və  digər  yönlərdə  aparılan  tədqiqatlardan  Naxçıvan  regionun,  o 
cümlədən onun aqrar sferanın kifayət qədər seçilən inzibati vahidlərdən olduğu bilinməkdədir. Deyilənlər 
əsasında nəzəri təməllər əhatə edən əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, onların istehsal və 
sonrakı  satış  prosesləri  əsasında  əhatə  dairələrinin  dəqiqləşdirilməsi  kimi  işlər  regionda  əlverişli  icra 
rejimin formalaşmasına şərait yaratmalıdır. Digər tərəfdən, regionun istehsal potensialının xüsusiyyətləri-
nin  xarakterizə  edilməsi,  onun  peşəkar  kadrlarla  təmin  olunması  məsələsi  də  gözlər  önünə  gətirilərək 
(nəzərə alınmalıdır ki, muxtar respublika əhalisinin 70%-dən çoxu kəndlərdə məskunlaşıb) ümumi fəaliy-
yət  üzrə  müxtəlif  variantların  işlənilməsi  də  zəruridir.  Bu  məqsədlə  tərəfimizdən  region  üzrə  nümunəvi 
qaydada tərtib olunan və özündə əsas icra yönlərini birləşdirən sxem 2 əsas kimi qəbul oluna bilər.  
Sxem  2-də  ifadə  edilən  təsnifatdan  da  göründüyü  kimi,  region  miqyasında  aqrar  istehsal 
subyektlərində kompleks fəaliyyətin həyata keçirilməsi üçün kifayət qədər fərqliliyi və geniş əhatəliliyi ilə 
seçilən  komponentlər  vahid  halda  ifadə  edilmişdir.  Bununla  hər  bir  maddənin  arxasında  dövlətimiz 
tərəfindən ölkənin aqrar siyasətində həyata keçirilən hüquqi-tənzimləyici, təşkilati, stimullaşdırıcı, inzibati 
tədbirlər  də  nəzərə  alınmaqdadır.  Heç  də  təsadüfi  deyil  ki,  tanınmış  iqtisadçı-alim,  professor  S.Salahov 
“Aqrar  sahənin  dövlət  tənzimlənməsinin  problemləri”  əsərində  qeyd  edir  ki,  “Ümumiyyətlə,  iqtisadi 
sistemin tipindən və xarakterindən asılı olmayaraq bütün ölkələrdə, o camlədən Azərbaycanda dövlətin 
aqrar  siyasəti özünəməxsus məqsəd və vəzifələri və eləcə də prioritet istiqamətləri ilə xarakterizə edilir. 
Bütün  hallarda  dövlətin  aqrar  siyasətini  ümumiləşdirən  ən  mühüm  cəhətlərdən  biri,  əslində  bütövlükdə 
aqrar sahənin davamlı inkişafını təmin etmək və onu iqtisadi böhranın zərərli təsirlərinə məruz qalmasını 
neytrallaşdırmaqdan  ibarətdir.  Bütövlükdə  götürdükdə,  müasir  şəraitdə,  xüsusilə  dünya  miqyasında 
maliyyə böhranlarının zərərli təsirlərinin neytrallaşdırılması aspekti ilə yanaşdıqda, ölkəmizdə də dövlətin 
aqrar siyasətinin başlıca məqsədini ərzaq bazarının sabitləşdirilməsi və eləcə də sənaye sektorunun kənd 
təsərrüfatı  xammalı  ilə  etibarlı  şəkildə  və  sərfəli  qiymətlərlə  təmin  edilməsini  həyata  keçirməkdən 
ibarətdir.  
 
 


286 
Sxem 2. Regionun aqrar sferasının subyektlərində kompleks fəaliyyətin 
 təmin olunması üzrə mühüm komponentlər  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
Hüquqi-tənzimləyici bazanın formalaşdırılması ilə yanaşı stimullaşdırıcı və təşkilati  
addımların mütəmadi şəkildə diqqət mərkəzində olması da aqrar sahənin inkişafında spesifik təsirə 
malikdir. Hələ 1994-cü ildə kənd təsərrüfstı istehsalçılarının 9 vergi növünün 8-dən (torpaq vergisi 
istisna  olmaqla)  müxtəlif  mərhələlərlə  azad  olunması,  əkin  sahələrinin  hər  hektarı  üçün  elektron 
formada  ödənişlərin  həyata  keçirilməsi,  cins  heyvanların,  yanacaq  və  sürtkü  materiallarının, 
texnikanın, gübrələrin, suvarma sistemlərinin əldə olunmasına görə sadələşdirmələrin aparılması və 
imtiyazlı şərtlərin nəzərdə tutulması (bəzi istiqamətlərdə ödəniş məbləğlərinin bir hissəsinin dövlət 
tərəfindən  üstlənməsi)  əyani  nümunələr  şəklində  göstərilə  bilər  ki,  bu  da  aqrar  sahənin  inkişafına 
yönələn işlərdəndir. 
Regionun aqrar sferasının subyektlərində kompleks fəaliyyətin təmin olunması  
üzrə mühüm komponentlər  
Regionun əsas aqrar istehsal sahələri  
üzrə ixtisaslaşma istiqamətlərinin  
müəyyən edilməsi, onlar üzrə zəruri nisbətlərin 
hesablanması 
Regionda bərqərar olmuş aqrar sahələr  
üzrə perspektiv strateji kursun müəyyən edilməsi 
və mərhələli şəkildə onun  
icrasına nail olunması 
Subyektlərin əsas məhsulları üzrə müəyyən 
olunmuş norma və normativlər əsasında zəruri 
istehsalat ehtiyatları həcmlərinin müəyyən 
edilməsi 
Maliyyə resursları üzrə həcmlərin dəqiqləşdi-
rilməsi, xüsusi və borc vəsaitləri hesabına gö-
rüləcək işlərin istiqamətləri və həcmləri üzrə 
hesablamaların aparılması 
Regionun ümumi və aqrar məqsədlər üçün 
istifadə edilə bilən torpaq resursları, onların kənd 
təsərrüfatı sahələri üzrə bölgüsünün həcmləri və 
keyfiyyət tərkibi haqqında dəqiq məlumatın əldə 
edilməsi 
Aqrar fəaliyyətin təşkilində ölkənin və regionun 
bazalarının qorunmasına yönələn, xarici ölkələrdə 
müvəffəqiyyətlə sınaqdan çıxarılmış nəzəri və təcrübi 
üsulların regiona transformativ şəkildə tətbiqi  
Aqrar istehsalın və sonrakı proseslərin tələblərə 
uyğun səviyyədə təşkili məqsədilə zəruri işçi 
heyyətinin toplanılması, onların ixtisas 
səviyyəsinin artırılması yönündə işlərin icrası 
Aqrar fəaliyyətin məqsədyönlü həyata keçirilməsi 
məqsədilə suvarma və digər kommunikasiya 
sistemlərinin yaradılması, onların mütəmadi 
yenilənməsi 
Aqrar sfera üzrə regionun daxili şərtləri  
ilə səciyyələnən fəaliyyət sistemlərinin 
yaradılması, onların yenilənməsi istiqamətində 
işlərin davamlı icrası 
Əsas istehsal komponentləri ilə (texnika, gübrə, 
toxum, tinglər, cins heyvanlar və s.) təmin olunma 
səviyyəsinin yüksəldilməsi əsasında daha 
məhsuldar fəaliyyətin təşkili 
Maliyyə resuslarının istifadəsinin optimallığı və 
səmərəliliyinin təmin olunması məqsədilə zəruri 
nəzəri təməllər üzrə işlərin aparılması 
İşlərin kompleks şəkildə icrası məqsədilə 
fitosanitariya, baytarlıq, seleksiya s. analoji 
fəaliyyətinin həyata keçirilməsi 
Hasil edilmiş aqrar məhsulların reallaşdırılması 
məqsədilə yerli və beyənlxalq təcrübədə mövcud olan 
üsul və vasitələrdən istifadə olunmasına nail olunması 
İstehsal olunmuş məhsulların satış və şəxsi istifadə 
üzrə optimal bolgülərinin müəyyən edilməsi, 
onların zay olmadan, reallaşdırılmasının maksimal 
səviyyəyə çatdırılması 
Regional müstəvidə aqrar sahə subyektlərində təchizatının, məhsul istehsalı və satışının həyata keçirilməsi 
məqsədilə digər istiqamətlərdə işlərin görülməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə