284
Sxem 1.Kənd təsərrüfatı subyektlərinin təkrar fəaliyyət tsikllərinin təşkili
I M Ə R H Ə L Ə II M Ə R H Ə L Ə
Müvafiq sxem özündə kənd təsərrüfatı sahəsi üzrə mərhələlər şəklində təkrar fəaliyyətin
təşkilinin əsas məqamlarına aydınlıq gətirməkdədir. Hər bir mərhələdə işlərin səmərəli təşkili
onların növbəti mərhələyə təkrar keçidinin uğurla baş verməsinə zəmin yaradır. Digər tərəfdən,
maliyyə resurslarının bölüşdürülməsi üzrə düşünülmüş, əsaslandırılmış (riskləri də nəzərə almaqla)
strategiyanın və perspektiv fəaliyyət planlarının hazırlanması, onun diversifikasiya imkanlarının
obyektiv qiymətləndirilməsi subyektlərin gələcək dövrlərdə inkişafında mühüm rol oynayacaqdır.
Lakin yaddan çıxarılmamalıdır ki, aqrar sahibkarlıq fəaliyyətinin sistemliliyinin təmin olunması
üçün bəhs olunan istiqamətlər üzrə əhatəli təsnifatların tərtib olunması mühümdür. Bəhs olunan
sahəyə nəzər salaraq qeyd etmək yerinə düşər ki, sahibkarlıq fəaliyyəti özündə iqtisadi, təşkilati-
idarəetmə, personalla işləmək bacarığı və digər istiqamətlər üzrə icrası zəruri olan işlərin məcmusu
kimi çıxış edir. Nəzəriyyəyə müraciət etdikdə onun geniş arealı əhatə edən bir çox növünü görmək
mümkündür.
Tarixi yanaşmada dünya miqyasında sahibkarlıq fəaliyyəti haqqında ilk əhatəli məmumatlar XVI
ərsin ortalarına (Rusiya, İngiltərə, Hollandiya və s.) təsadüf etsə də, onun əsas təşəkkül etdiyi sahə ticarət
olmuşdur. Sonralar ayrı-ayrı ölkələrin ictimai-iqtisadi formasiyalarında baş verən dəyişikliklər sahibkarlıq
“hissinin” digər sahələrə siraət etməsinə şərait yaratmışdır. Səhmdar bankların yaranması, ağır sənayenin
inkişafı, dəmir yollarının tikintisi, işçi bazarlarının formalaşması kimi amillər müxtəlif mərhələlərdə
sahibkarlıq fəaliyyətinin inkişafında əvəzolunmaz “izlərini” buraxmışlar. Aqrar sahədə mütəşəkkil
sahibkarlığın formalaşması haqda ilk məlumatlar XVIII əsrin ortalarına təsadüf edir. Həmin dövrdə
yaşamış fransız iqtisadçısı J.Sey özünün “Siyasi iqtisadın traktatları” əsərində qeyd edir: “Sahibkarlıq
fəaliyyəti istehsalın üç amilinin – torpağın, kapitalın və əməyin birləşməsi ilə xarakterizə olunur. Sahibkar
– bu və ya digər məhsulu istehsal etmək və reallaşdırmaq üçün öz kapitalı və təşəbbüskarlıq qabiliyyəti ilə
riskə gedən şəxsdir. ....Həmin təzahürlər ticarətdə olduğu kimi, sənayedə və kənd təsərrüfatında da özünü
geniş, əhatəli şəkildə ifadə etməkdədir”
Haliyədə əsas növ və iqtiqamətləri üzrə tənzimləmə müddəalarını “Sahibkarlıq fəaliyyəti haq-
qında” Azərbaycan Respublikası Qanununda tapan müvafiq işlər sistemli icraat və kompleks şəkildə
yanaşma halında arzuolunan nəticələrin əldə olunmasına şərait yaradır. Digər sahələrlə müqayisədə təbii-
iqlim, ərazi quruluşu, suvarma sistemlərinin, həcm və keyfiyyət parametrləri üzrə tələblərə uyğun gələn
örüş sahələrinin mövcudluğu və digər şərtlərdən asılılığın yüksək olması aqrar sahibkarlıqda təşkilatlanma,
planlaşdırma və proqnozlaşdırma işlərinin mürəkkəbliyində də özünü biruzə verməkdədir. Məsələn, kənd
yerlərinin əhalinin təbii artımının yüksək olması nəticəsində onlara yaşayış və digər məqsədlərlə torpaq
Təchizat, tədarük
əməliyyatları
Aqrar istehsal
əməliyyatları
Reallaşdırma (satış)
əməliyyatları
Maliyyə resurslarının
əldə olunması
Təchizat - tədarükat fəaliyyətinin yenidən təşkili
və genişləndirilməsi
Sərbəst vəsaitlərin yığıma, sosial məqsədlərə, fəaliyyətin sair şərtlərinin
yaxşılaşdırılmasına və digər zəruri
istiqamətlərə yönəldilməsi
Satış əməliyyatlarının təkrar təşkili, genişləndirilməsi və
təkmilləşdirilməsi
İstehsal fəaliyyətinin bərpası, onun texniki-texnoloji və
sair təminatının yaxşılaşdırılması