Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   131   132   133   134   135   136   137   138   ...   164

274 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
 ZAUR ƏLİYEV 
Naxçıvan Dövlət Universitetinin  
know.howtax@gmail.com   
UOT:338 
İQTİSADİ İNKİŞAF VƏ MƏŞĞULLUQ ARASINDAKI ƏLAQƏ: 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI TİMSALINDA 
 
Açar  sözlər:  İqtisadi  inkişaf,  məşğulluq  siyasəti,  investisiya  qoyuluşları,  texnoparklar, 
sənaye zonaları, dövlət tənzimlənməsinin rolu, strateji resurs, iqtisadiyyatın diversifikasiyası 
Keywords:  Economical  development,  employment  policy,  investments,  technology  parks, 
industrial zones, role of state regulation, strategic resource, diversification of the economy 
Ключевые  слова:  Экономическое  развитие,  политика  занятости,  инвестиции, 
технологические  парки,  промышленные  зоны,  роль  государственного  регулирования, 
стратегический ресурс, диверсификация экономики 
Bu  gün  ölkələrin  qarşılaşdığı  ən  böyük  problemlərdən  biri  məşğulluq  sahələrinin  artımını 
təmin  edə  bilməməkdir.  Əməyə  tələbin  olmamasının  bir  neçə  səbəbi  vardır.  İqtisadi  baxımdan 
əməyə olan tələbi artırmağın üsullarından biri iqtisadi inkişafın təmin olunmasıdır. İqtisadi inkişafı 
təmin edən amillər xüsusi əhəmiyyətə malikdir. Lakin dünya iqtisadiyyatı təhlil edildiyində yüksək 
iqtisadi  inkişafı  göstərən  statistik  rəqəmlərlə  müqayisədə  məşğulluğun  artmaması  arasındakı 
ziddiyyətli  əlaqə  iqtisadi  inkişaf  və  məşğulluq  barədə  tədqiqatların  aparılmasına  səbəb  olmuşdur. 
Bu iki makroiqtisadi dəyişən iqtisadi inkişaf və məşğulluq əlaqəsi Naxçıvan Muxtar Respublikası-
nın iqtisadiyyatı və iqtisadi siyasəti üçün də son dərəcə əhəmiyyətlidir.  
Əsası  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  qoyulan  iqtisadi  inkişaf  strategiyasının 
uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında dinamik inkişafın möhkəm 
təməli yaradılmışdır [1, s.13]. 
Muxtar  respublikanın  Azərbaycan  Respublikasının  əsas  ərazisindən  təcrid  edilmiş  coğrafi 
məkanda  yerləşməsi  və  bununla  əlaqədar  burada  yerli  tələbatı  müvafiq  istehsal  sahələri  yaratmaq 
hesabına  təmin  etmək  zərurəti  ilə  izah  olunur.  İqtisadi  cəhətdən  inkişafda  olan  Naxçıvan  Muxtar 
Respublikası çoxsahəli sənaye və  aqrar-sənaye respublikasıdır. Naxçıvan Muxtar  Respublikasında 
artan  əhali  tələbatına  uyğun  olaraq  iqtisadiyyatın  şaxələndirilməsi,  sosial  sahənin  inkişafı  üzrə 
aparılan tədbirlər ən mühüm prinsiplərdəndir [2, s.16]. 
Naxçıvan iqtisadiyyatında baş verən dəyişiklikləri, əldə olunan nailiyyətləri ilk dəfə özünün 
“Naxçıvan iqtisadiyyatının prioritetləri: iqtisadi artım, dinamik inkişaf” adlı kitabında qələmə alan 
və  əsərini  Ulu  öndər  Heydər  Əliyevin  anadan  olmasının  85  illiyinə  həsr  edən,  prezidentimiz 
tərəfindən  tərəqqi  medalı  ilə  təltif  olunmuş  dəyərli  iqtisadçı,  professor  Əhmədov  Nazim  Hidayət 
oğlu  geniş  araşdırmalarının  və  təhlillərinin  sonunda  haqlı  olaraq  qeyd  edir  ki,  Naxçıvan 
iqtisadiyyatında  artım  baş  verir  və  dinamik  inkişaf  edir.  O,  əsərində  statistik  göstəricilərə 
əsaslanaraq  Naxçıvan  Muxtar  Respublikası  iqtisadiyyatının  bəzi  sahələri  üzrə  göstəricilərinin 
bütövlükdə ölkənin və iqtisadi rayonların iqtisadi göstəricilərinin xeyli qabaqladığını elmi cəhətdən 
əsaslandırmışdır.  
Dəyərli  iqtisadçı  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun 
Naxçıvanda yeritdiyi uğurlu iqtisadi siyasəti məhz Heydər və İlham Əliyevlərin yeritdikləri iqtisadi 
siyasətin davamı kimi qiymətləndirmişdir. 
Tədqiqatın  məqsədi  Naxçıvan  Muxtar  Respublikasının  iqtisadiyyatında  2012  –  2016-ci  il 
dövr intervalında iqtisadi inkişaf və məşğulluq arasındakı əlaqəni statistik rəqəm göstəricilərindən, 
induksiya,  deduksiya,  analiz-sintez,  tarixi,  məntiqi  metodlardan  istifadə  etməklə  qiymətlən-
dirməkdir. 


275 
Azərbaycan Respublikasının konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndində deyilir. 
Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Hər bir dövlətin 
qarşısında duran ən əsas məsələlərdən biri iqtisadiyyatın inkişafını təmin etmək, ölkə vətəndaşları-
nın bu və ya digər tələbatını ödəməkdir. İqtisadiyyatın inkişafında müəssisələrin yeri danılmazdır. 
Müəssisələrin  inkişafı  ölkə  iqtisadiyyatının  inkişafına,  işsizlik  probleminin  həllinə,  insanların 
rifahının  artmasına  gətirib  çıxarır.  Müəssisə  və  onun  rəhbərlərinin  əsas  məqsədlərindən  biri 
istehlakçıların arzularını təmin edəcək məhsullar istehsal etmək və xidmətlər göstərməkdir [4, s.9 ].  
Öz kiçik sahibkarlığını yaradanların sayı artıqca ölkəmiz də daha etibarlı bir yer olacaqdır. 
Ən  yaxşı  vətəndaşlar,  ölkənin  inkişafında  ən  çox  marağı  olanlardır.  Biz  öz  daxili  bazarımızı 
qoruyuruq, daxili istehsalçılara daha da əlverişli şərait yaradırıq və yaradacağıq.  
Dövlət başçısının bu cür prinsipial mövqeyi ona görə böyük məna daşıyır ki, real sektorun 
eləcə  də  iqtisadiyyatın  inkişafında  özünü  göstərən  meyillər  daha  da  gücləndirilsin,  məşğulluq 
strukturunun  təkmilləşdirilməsi  və  genişləndirilməsi,  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi 
istiqamətində görülən işlərin nəticələri daha yüksək olsun. 
Azərbaycan Respublikasının konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində deyilir. 
Əmək fərdi və ictimai rifahın əsasıdır. 
Məhsul istehsal etmək, xidmət göstərmək üçün şübhəsiz əməyə ehtiyac vardır. Məşğulluğun 
ilkin  göstəricisi  ölkə  daxilində  məhsul  və  xidmətə  olan  tələbdir.  İdxalat  və  ixracat  səviyyələri 
məşğulluğu  müəyyən  edən  digər  faktorlardır.  Bu  amilləri  birlikdə  göstərmək  istədikdə  aşağıdakı 
düsturu almış olarıq. 
ÜDM (ümumi daxili məhsul)=ölkə daxili tələb+(idxalat-ixracat) 
Beləliklə ümumi daxili məhsulun məşğulluğun ilkin göstəricisi olduğunu deyə bilərik. Lakin 
istehsal  zamanı  istifadə  edilən  metodlar,  işçi  əmək  haqqı  məsrəfləri,  istehsal  gücü  məşğulluğun 
digər müəyyənləşdirici amilləridir. İqtisadi artıma aşağıdakı formada tərif verə bilərik. 
Ölkədəki müəyyən bir dövrdə istehsal edilən bütün məhsulların və göstərilən xidmətlərin pul 
ifadəsi  olan  ümumi  daxili  məhsulda  əmələ  gələn  artıma  iqtisadi  artım  deyilir.  Yəni  ölkədəki 
mövcud  məşğulluq  səviyyəsinin,  iqtisadi  resursların  dəyişməz  qalması  şərtilə  istifadə  edilən 
qaynaqlara yenilərinin əlavə edilməsi yoluyla iqtisadi artıma nail olunur. 
Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  inkişaf  termini  ilə  iqtisadi  artım  termini  bir  birlərinə 
bənzəsələr  də  onlar  tamamilə  fərqli  anlayışlardır.  1903-1987-ci  illərdə  yaşamış  1947-ci  ildə  “le 
revenu  national  son  calcul  et  sa  signification–milli  gəlir,  hesablanması  və  mahiyyəti”  əsərinin 
müəllifi  fransız  iqtisadçı  Franchois  Perru  iqtisadi  artım  və  iqtisadi  inkişaf  terminlərinə  çox  yaxşı 
izah  etmişdir.  Onun  fikirincə  iqtisadi  artım  real  milli  gəlirin  müəyyən  bir  dövr  daxilində  ardıcıl 
dəyişməsidir. Bu adambaşına düşən ümum daxili məhsulla ölçülə bilər. İqtisadi inkişaf isə daha çox 
iqtisadiyyatın müxtəlif sahələrində və bütünlükdə struktural əsasında olan dəyişikliklərdir. İqtisadi 
inkişaf  artım  ilə  birlikdə  bu  struktural  dəyişiklikləri  də  özündə  cəmləşdirir  və  buna  görə  də  daha 
geniş anlayışdır. 
İqtisadi inkişafa təsir edən amillərdən biri sayılan səmərəli fəaliyyəti qeyd etməmək olmaz. 
İlkin olaraq istehlak xərcləri, investisiya qoyuluşları, məhsul istehsalındakı artım, idxalat və 
ixracat arasındakı fərq ümumi daxili məhsulu əhatə edən amillərdir. 
Məşğulluq  anlayışını  tam  məşğulluq  və  natamam  məşğulluq  olaraq  iki  hissəyə  ayırmaq 
mümkündür. 
Tam  məşğulluq  cari  əmək  haqqı  səviyyəsində  işləmək  istəyən  hər  kəsin  iş  tapa  bildiyi 
məşğulluq  formasıdır.  Əgər  işsizləri  məşğulluqla  təmin  edəcək  qədər  iş  yerləri  mövcuddursa,  bir 
miqdar insanın işsiz qalması iqtisadiyyatda tam məşğulluğunun təmin olunmaması mənasını vermir. 

5, s. 48

  
Natamam məşğulluğun özünü də iki hissəyə ayırmaq mümkündür. 
Ölçülə bilən natamam məşğulluq – iqtisadi səbəblərdən mövcud işində qırx saatdan daha az 
müddət işləyən ya da ikinci bir işdə daha çox müddət işləməyə imkanı olan şəxslərdir. 
Digər  səbəblərdən  natamam  məşğulluq  –  ölçüləbilən  natamam  məşğulluğa  aid  edilən 
müddəalar istisna olmaqla qalan digər səbəblərə görə yəni əldə etdiyi gəlirin azlığı, friksion işsizlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə