278
bilmir. Naxçıvan Muxtar Respublikasının gözəlliyi təkcə onun təbii şəraitilə, binaları ilə deyil, həm
də tarixi ab-havası ilə bağlıdır. Bakı şəhərində İslam Əməkdaşlıq təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyəti
paytaxtı elan olunmuşdur
11
.
Unutmaq olmaz ki, bu gün Naxçıvan Muxtar Respubliksında milli təhlükəsizliyin əsas tərkib
hissəsi olan enerji təhlükəsizliyi həll edilmişdir. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri
Araz SES və günəş elektrik stansiyalarıdır. Enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi
Naxçıvan Muxtar Respublikası kimi istehsalçı və ixracatçı ölkə üçün olduqca vacibdir. İqtisadi
inkişaf limitsiz bir vasitə olub insanlara xidmət etmək, inkişafı təşviq etmək və yoxsulluğu azaltmaq
üçün nəzərdə tutulmuşdur. Beləliklə, dövlətimiz Naxçıvan Muxtar Respublikasında iqtisadi, sosial
və ekoloji aspektlərin təşviqatını hədəfləyən keyfiyyətli inkişafa dəstək verir. Son illərdə Naxçıvan
Muxtar Respublikasında innovasiyalı iqtisadiyyatın qurulması istiqamətində çox mühüm addımlar
atılmış, təkmil qanunvericilik bazası yaradılmış, texnoparklar, sənaye zonalarının formalaşması
prosesi sürətlənmişdir. Naxçıvan Muxtar Respublikasının dinamik inkişafını təmin edən amillərdən
biri də sahibkarlıq sahələrinin mövcuddluğudur. Demək olar ki, sahibkarlıq formaları muxtar
respublikanın strateji resursu hesab edilir. Bir çox ölkələrin “bazar hər şeyi həll edir” şüarını qərbdə
olan hakim ideologiyanın ön plana çəkməsi, həmin dövlətlərin strateji vəzifələrdən uzaqlaşdırılma-
sına, iqtisadiyyatında zəifləməyə və həmin cəmiyyətdə sosial gərginliklərin artamsına səbəb
olmuşdur. Həmin ölkələrdən fərqli olaraq Naxçıvan Muxtar Respublikası iqtisadi inkişafa təsir edən
xarici və daxili amilləri ölkənin spesfik xüsusiyyətlərini, milli maraqlarını, malik olduğu strateji
resursları nəzərə alaraq qiymətləndirdi və nəticədə özünün müstəqil inkişaf modelini seçdi.
Naxçıvan Muxtar Respublikasında iqtisadi imkanlar əhalinin artımını daim üstələmiş eləcədə
iqtisadi inkişafda və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı inkişafın
məqsədləri, inkişafı aktiv əhalinin artması meyilləri nəzərə alınmışdır. Bununla əlaqədar olaraq
Naxçıvan Muxtar Respublikasında vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə
lazımı kadrların seçilməsində köməklik göstərmək, işsiz və iş axtaran vətəndaşların peşə hazırlığı,
yenidən hazırlığı və ixtisaslarının artırılması, əmək yarmarkalarının təşkili, işsiz statusunun
verilməsi, işsizlik müavinətinin təyin edilməsi, ödənilməsi və.s bu kimi vəzifələrin icrası məqsədilə
Dövlət məşğulluq xidməti idarəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respub-
likası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli 14-05/S nömrəli sərəncamı ilə təsdiq edilmiş
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı”-nın artıq icrasına başlanmışdır. 2016-2020-ci illərdə Naxçıvan Muxtar
Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının əsas məqsədi muxtar
respublikada məşğulluq səviyyəsinin daha da artırılması və yeni iş yerlərinin açılması üçün
sahibkarlığın inkişaf etdirilməsinə dövlət maliyyə dəstəyinin davam etdirilməsi, qeyri-məşğul
əhalinin peşə hazırlığının yüksəldilməsi, müstəqil məşğulluğun inkişafını təmin edən tədbirlərin
həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsi sahəsində səmərəliliyin artırılması, idarə,
müəssisə və təşkilatların işçilərə olan tələbatının müntəzəm öyrənilməsi və boş iş yerlərinə işaxtaran
vətəndaşların göndərilməsinin təmin edilməsi, məşğulluq xidməti orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın əsas məqsədi real sektorun inkişafı, iqtisadiyyatın diversifikasiyası, surətli
inkişaf istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı
infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.
Dünyada gərginliyin, işsizliyin və yoxsulluğun artdığı bir dövrdə Naxçıvan Muxtar
Respublikasında tamamilə fərqli proseslər–sürətli inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və
siyasi sabitliyin, milli birliyin və.s yüksəlməsi müşahidə edilmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial inkişafında əldə edilən bütün bu
uğurlar, qarşıya qoyulan inkişaf hədəfləri Azərbaycan Respublikasının Konstitusiyasının ma-
hiyyətindən irəli gəlir: sosialyönümlü bazar iqtisadiyyatının qurulması Azərbaycan dövlətinin
ali məqsədlərindən biridir ki, bu ali məqsədə nail olmağın ən güclü amili Azərbaycan
Dövlətinin müstəqilliyinin dönməz xarakter alması və iqtisadi müstəqilliyin təmin edilməsidir.
279
ƏDƏBİYYAT
1.
Əhmədov N.H. Naxçıvan iqtisadiyyatının prioritetləri, iqtisadi artım, dinamik inkişaf, Bakı,
Sabah, 2008, 452 səh.
2.
Əhmədov N.H. Heydər Əliyevin uğurlu inkişaf modeli Naxçıvanda dinamik inkişafı təmin edir.
Naxçıvan, NDU, Elmi əsərlər №2 (67), Qeyrət, 2015.
3.
Azərbaycan Respublikasının Konstitusiyası
4.
Abutalıbov R.R. İdarəetmənin əsasları. Dərs vəsaiti, YK Production şirkətinin mətbəəsi, 225 s.
5.
Aren Sadun. İstihdam Para ve İktisadi Politika, Ankara, İmge kitabevi, 2008, 203 s.
6.
Ülgener F.S. Milli gelir istihdam ve iktisadi büyüme, İstambul, Der Yayınevi, 1980, 219 s.
7.
Özsağır Arif M. Dünden Bügüne Büyümenin Dinamiği 2008, 347 s.
8.
Atamtürk Burak. İktisadi Büyüme Teorileri ve İstihdam Politikaları, Marmara Universitesi, İBF
Yayınevi, 203 s.
9.
Muradov Rövşən, Müasir mərhələdə əhalinin məşğulluq quruluşunun formalaşması və təkmil-
ləşdirilməsi problemləri. Bakı, Elm, 2006, 216 s.
10.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi.
http://statistika.nmr.az/macroeconomy/index.php?estat=archive&topic=30
11.
Səməd Canbaxşıyev, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyəti paytaxtı elan olun-
muşdur. Şərq qapısı, Naxçıvan, 11 iyul 2017
12.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”.
13.
2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması
üzrə Dövlət Proqramı.
ABSTRACT
Zaur Aliyev
RELATIONSHIP BETWEEN ECONOMIC GROWTH AND EMPLOYMENT
The main objective of the state is to improve the welfare of people by developing the economy.
Politicians apply many policies to increase employment. One of the most important of these policies is
to increase economic growth by providing economic growth and boosting employment.
This research analyzes economic growth and employment. Statistical GDP is used to
indicate economic growth and employment levels. The first kind of employment is explained, then
the growth models are discussed. Different approaches have been analyzed on the main factors
causing economic growth. The role and importance of state regulation in economic development,
employment and improving the welfare of the population were emphasized. In the world practice,
active and passive forms of state employment policy have been widely interpreted. It was noted the
importance of continuing state financial support for entrepreneurship development.
The external and internal factors affecting the economic development in the Nakhchivan
Autonomous Republic were assessed taking into account the country's specifics, national interests,
and strategic resources.
The relevance of the research topic is conditioned precisely in the context of the above
problems.
РЕЗЮМЕ
Заур Алиев
ОТНОШЕНИЯ МЕЖДУ ЭКОНОМИЧЕСКИМ РОСТОМ И ЗАНЯТОСТЬЮ
Главная цель государства - улучшить благосостояние людей путем развития
экономики. Политики применяют много стратегий для увеличения занятости. Одной из
наиболее важных из этих стратегий является увеличение экономического роста путем
обеспечения экономического роста и повышения занятости.
В этих исследованиях анализируется экономический рост и занятость. Статистический
ВВП используется для обозначения экономического роста и уровня занятости. Объясняется
первый вид занятости, затем обсуждаются модели роста. Были проанализированы различные
Dostları ilə paylaş: |