298
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
NURİYYƏ İBRAHİMOVA
Naxçıvan Dövlət Universiteti
nuriyyeibrahimova@mail.ru
UOT: 338.43
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA
AQRAR SAHƏNİN UĞURLU İNKİŞAFI
Açar sözlər: aqrar sahə, insan amili, uğurlu layihələr, zəruri, lizinq, ərzaq məhsulları,
inkişaf, nəaliyyət
Key words: agrar side, lucky projekts, lizing, food products, development, achievment
Ключевые слова: аграрная отрасль, человеческий фактор, успешные проекты,
необходимый, лизинг, продовольственные продукты, развитие, достижени
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə və onun
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Həyata
keçirilən məqsədyönlü və sistemli islahatlar bitkiçiliyin və heyvandarlığın, eləcə də emal
sənayesinin inkişafına yol açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş
“Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət proqramı (2003-2010-cu
illər), 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair “Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-
iqtisadi inkişafı “Dövlət Proqramı” və 2016-2020-illərdə Naxçıvam Muxtar Respublikasında
meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının, muxtar respublikada aqrar sahənin
inkişafında mühüm rolu var.
Muxtar Respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsnifatı ilə məşğul
olması burada əkinçiliyin inkiçafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağlarının, gübrələrin
alınmasına çəkilən xərclərin 50% dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların
verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər
əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin
sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub.
Muxtar respublikada artan əhali təlabatına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi,
sosial sahənin inkişafı üzrə aparılan tədbirlər 2017-ci ilin birinci rübündə də davam etdirilmiş,
yüksək nəticələr əldə olunmuşdur.
Cari ilin yanvar-mart ayları ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili
məhsul istehsalının həcmi 505 milyon 378 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki
müvafiq göstəricidən ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 1124,3 manat olmuşdur. Ümumi
daxili məhsulun tərkibində ilk yeri 31,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı
54,8 % təşkil etmişdir.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında sənaye
məhsulunun həcmi 1,3 %, kənd təsərrüfatının ümumi məhsulu 3,3%, nəqliyyat sektorunda yük
daşınması 1,5 %, informasiya və rabitə xidmətlərinin həcmi 3,1%, pərakəndə əmtəə dövriyyəsi 1,7
%, əhaliyə göstərilən pullu xidmətlər 2%, ixracın həcmi 1,1 %, əhalinin gəlirləri 1,2 % artmışdır.
299
Makroiqtisadi göstəricilər
Müqayisə predmeti
2017-ci ilin
yanvar-mart
ayları
(min manat)
2017-2016-cı ilin
yanvar-mart
aylarına nisbətən
faizlə
Ümumi daxili məhsul
505378,6
100,9
Hər bir nəfərə düşən ümumi daxili məhsul (manat)
1124,3
104,5
Sənaye məhsulunun
ümumi həcmi
234860,6
101,3
Əsas kapitala yönəldilən investisiyalar
192060,9
96,0
Kənd təsərrüfatının ümumi məhsulu
26400,4
103,3
Nəqliyyat sektorunda yük daşınması (min ton)
3298,0
101,5
İnformasiya və rabitə xidmətlərinin həcmi
12485,7
103,1
Pərakəndə əmtəə dövriyyəsi
288918,9
101,7
Əhaliyə göstərilən pullu xidmətlər
42503,6
102,0
Xarici ticarət dövriyyəsi (min ABŞ dolları)
56334,0
87,7
O cümlədən ixracın ümumi həcmi
53260,0
101,1
İdxalın
ümumi həcmi
3074,0
26,7
əhalinin gəlirləri
358805,8
101,2
Hər bir nəfərə düşən gəlirlər (manat)
798,2
100,2
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat
413,6
103,4
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan təlabatın yerli məhsullar hesabına
ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş daxili bazarda məhsul bolluğu
yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə
təsdiq edilmiş “2016-2020- ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və
tərəvəzçiliyin inkişafı üzrə “Dövlət Proqramı”nın icrasıda muxtar respublika əhalisinin meyvə və
tərəvəz məhsullarına olan təlabatının yerli istehsal hesabına təmin edilməsinə və təlabatdan artıq
mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
2017-ci ilin ilk rübbü ərzində muxtar respublikada 12 milyon 50 min 400 ABŞ dolları dəyərində
kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Bazar iqtisadiyyatında azad sahibkarlığın fəaliyyət göstərməsi, onun stimullaşdırılması,
təşəbbüskarlığın dəstəklənməsi əsas şərtlərdəndir. 2017-ci ilin ilk yarısı, bu mənada uğurlu
layihələrin həyata keçirilməsi ilə də yadda qalıb. Bu dövrdə muxtar respublikada özəl sektora 1
milyon 814 min manat həcmində kreditlər verilib, dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif
sahələrində 23 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb. Naxçıvanda həyata keçirilən
iqtisadi layihələrlə bərabər, eyni zamanda geniş sosial infrastruktur şəbəkəsi də yaradılıb, insanların
həyat keyfiyyətinin yüksəldilməsi üçün konkret addımlar atılıb. Bu gün Muxtar respublikada 371
növdə məhsul istehsal olunması, 344 növdə məhsula olan təlabatın tamamilə yerli imkanlar
hesabına ödənilməsi məhz iqtisadiyyatın şaxələndirilməsi.sahibkarlığa göstərilən dövlət qayğısı və
yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Bu layihələr müasir iqtisadi
həyatımızın hər sahəsində-sənaye, kənd təsərrüfatı və emal sənayesi turizm, nəqliyyat və rabitə,
ekoloji təmiz məhsulların istehsalı, ticarət və məişət xidməti kimi bir çox yerlərdə uğurla
reallaşdırılmaqdadır. Bunların həyata keçirilməsi isə, şübhəsiz Naxçıvanın sənayeləşməsi və ixrac
potensialının artırılması yolunda çox mühüm addımlardır.
Güclü iqtisadiyyat müasir cəmiyyət quruculuğunun əsas şərtlərindəndir. Bu mənada,
Azərbaycanın ümumi inkişaf mənzərəsində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikası
iqtisadi və sosial həyatın bütün sahələrində qazandığı uğurlar ilə diqqətləri cəlb edir. Bütün bunların
əsası ümumilli liderimiz tərəfindən müəyyən olunmuş inkişaf strategiyasının davamlı şəkildə həyata