Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə154/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   150   151   152   153   154   155   156   157   ...   164

314 
Qeyd  etmək  lazımdır  ki,  kredit  qoyuluşlarında  əsas  məqsəd  özəl  sektorun  inkişafına  nail 
olmaq,  kiçik  və  orta  sahibkarlığı  inkişaf  etdirmək,  qəbul  olunmuş  mühüm  dövlət  proqramlarının 
işini  stimullaşdırmaq,  yeni  iş  yerləri  yaratmaqdan və s. ibarətdir. Muxtar Respublikadakı  bank və 
kredit  təşkilatları  tərəfindən  iqtisadiyyata  kredit  qoyuluşuna  nəzər  salsaq  görərik  ki,  01  yanvar 
2017-ci  il tarixə cəmi kredit qoyuluşu 109.195.000 manat  olmuşdur. 2016-ci  ildə isə bu rəqəm  43 
milyon  355  min  manat  olmuşdur.  Ayrı-ayrı  sahələr  üzrə  bunu  nəzərdən  keçirdikdə  görərik  ki,  bu 
vəsaitlərin 9 milyon 911 min manatı kənd təsərrüfatına, 10 milyon 322 min manatı sənaye, 260 min 
manatı  tikinti,  20  min  manatı  balıqçılıq  təsərrüfatı  üzrə  yönəldilmişdir.  3  milyon  854  min  manat 
kommersiya, 4 milyon 435 min manat nəqliyyat, 2 milyon 78 min manat ipoteka kreditləri verilib. 
12 milyon 475 min manat vəsait isə kommunal və istehlak kimi sahələrə ayrılmışdır [4]. 
Yuxarıda fəaliyyətdə olan kredit növləri haqqında məlumat verildi. Muxtar Respublikada ən 
geniş  yayılmış  kredit  növlərindən  biri  kimi  kənd  təsərrüfatı  kreditini  göstərmək  olar.  Xüsusilə 
vurğulanmalıdır  ki,  kənd  təsərrüfatı  sahələrinə  verilən  kreditlər  digər  kreditlərlə  nisbətdə  xeyli 
üstünlük  təşkil  edir.  Bu  da  əsasən  son  illər  ərzində  kənd  təsərrüfatı  üzrə  qəbul  olunmuş  dövlət 
proqramları ilə sıx bağlıdır. 
Əsas inkişaf  etmiş  kənd  təsərrüfatı sahələrinə heyvandarlıq, meyvəçilik,  arıçılıq,  taxılçılıq, 
kartofçuluq  və  tərəvəz  məhsulları  istehsalını  misal  göstərmək  olar.  Bu  sahələr  üzrə  kredit 
göstəricilərinə nəzər saldıqda, hər il kredit vəsaitlərinin xərcləndiyinin şahidi olarıq. Еlə sahələr var 
ki,  bu  sahələr  üzrə  kreditlərin  verilməsi  bəzən  mümkün  olur,  bəzən  isə  yox.  Bu  torpaq,  hava  və 
iqlim şəraitindən asılı olaraq dəyişir. Belə sahələrə sarımsaq, bostan-tərəvəz, qarğıdalı əkini və bəzi 
çoxillik bitkilərin əkilib becərilməsi aiddir. 
Kənd  təsərrüfatına  yönəldilən  kreditlər  bir  sıra  banklar,  kredit  təşkilatları  və  Sahibkarlığa 
Kömək Milli Fondunun vəsaitləri hesabına ödənilir. 2016-cı ilin yekunlarına nəzər salsaq görərik ki
bu il ərzində “Sahibkarlığa Kömək Fondu tərəfindən özəl bölmənin inkişafına 15 milyon manatdan 
artıq kredit verilmişdir və ümumi  olaraq sahibkarlara verilmiş kreditlərin  79 faizi  sənaye və kənd 
təsərrüfatı olmaqla real sektorun, 21 faizi isə xidmət sektorunun payına düşmüş, 6 heyvandarlıq, bir 
quşçuluq,  bir  balıqçılıq,  6  soyuducu  anbar  və  3  istixana  təsərrüfatı  fəaliyyətə  başlamışdır.  Fondu 
tərəfindən  arıçılıqla  məşğul  olan  102  sahibkarlıq  subyektinə  727  min  manat  həcmində  kreditlər 
verilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılmışdır [3]. 
Hər şeydən önəmli onu qeyd etmək lazımdır ki, muxtar respublikada təklif olunan kreditlər 
üzrə faiz dərəcələri hazırkı dövr üçün 12,6% təşkil edir ki, bu da ölkə üzrə ən aşağı faiz dərəcəsidir. 
Muxtar respublikada illər üzrə kredit qoyuluşunu aşağıdakı cədvəldə ümumiləşdirə bilərik. 
 
İqtisadiyyata kredit qoyuluşu 
(min manatla) 
İllər üzrə 
Qısamüddətli 
Uzunmüddətli 
Cəmi 
2005 
559,8 
2384,3 
2944,1 
2006 
507,2 
7306,2 
7813,4 
2007 
6208,9 
7593,9 
13802,8 
2008 
7805,6 
11078,9 
18884,5 
2009 
18900,9 
24044,9 
42945,8 
2010 
17962,1 
17947,3 
35909,4 
2011 
28192,2 
19036,5 
47228,7 
2012 
33141,3 
25538,9 
58680,2 
2013 
18647,5 
31118,1 
49765,6 
2014 
21362,1 
33095 
54457,1 
2015 
26627,3 
43594,2 
70221,5 
2016 
10512,3 
32842,6 
43354,9 
 
Əvvəlki illərə nəzər salsaq, təkcə 2015-ci il və 1995-ci ili bir-biri ilə müqayisə etdikdə, cəmi 
kredit qoyuluşu üzrə anoloji nisbətin 280 dəfə olduğunun şahidi olarıq.  Belə ki, əgər 1995-ci ildə 


315 
cəmi  kredit  qoyuluşu  250.8  min  manat  olmuşdursa,  2015-ci  ildə  bu  rəqəm  70221.5  min  manata 
çatmışdır. 
Son vaxtlar əhali ilə banklar arasında qurulan münasibətlər kiçik biznesin  böyüdülməsi  və 
bir  sıra  ehtiyacların  ödənilməsi  baxımından  mühüm  aktuallıq  kəsb  edir.  Bu  münasibətlər  həm 
individual  kreditləşmə,  həm  də  qrup  və  biznes  kreditlərinin  verilməsi  üçün  geniş  imkanlar 
yaratmışdır. Kreditlərin verilməsi müəyyən şərtlər, müddət və təyinat baxımından tam şəffaqlıq və 
dəqiqlik şəraitində həyata keçirilir. Banklar çalışır ki, öz işlərini sağlam bank fəaliyyəti prinsiplərini 
əks etdirən strateji plan üzrə həyata keçirisinlər. Müştərilər kredit götürmək banklara gəlməli, lazım 
olan  prosedurlar  və  sənədləşmə  işləri  həyata  keçirilməli,  kreditin  bütün  prinsipləri  gözlənilməli, 
götürülmüş kreditlər vaxtlı-vaxtında monitorinq olunmalıdır.  
Beləliklə,  kredit  resursları  hesabına  bir  sıra  mühüm  proseslər  və  layihələr  həyata  keçirilir. 
Bu baxımdan muxtar respublikada kredit islahatlarının əsasını kreditin forma və növlərini daha da 
təkmilləşdirmək, və kreditləşmə proseslərini daha da səmərəli etmək təşkil edir.  Hesab edirəm ki, 
kredit növlərinindən istifadə etmək və fəaliyyəti zəif olan kredit formalarını canlandırmaq muxtar 
respublikada  biznes  və  sahibkarlıq  iqtisadiyyatını  daha  da  inkişaf  etdirəcək,  investisiya  mühitini 
yaxşılaşdıracaq, sosial rifah halının yaxşılaşmasına köməklik edəcəkdir. 
 
ƏDƏBİYYAT 
1. Bağırov M.M. Banklar və bank əməliyyatları, Bakı, Nurlan, 2003, 511 s. 
2. Bank statistik bülleten 01/2014. Mərkəzi Bank Naxçıvan MR idarəsi, Naxçıvan, 2014, 35s 
3. Naxçıvanda sahibkarlarla görüş keçirilmişdir Şərq qapısı qəzeti, 11 fevral 2017-ci il. 
4.  Naxçıvan  Muxtar  Respublikasının  ümumi  inkişafında  bank  sektoru  mühüm  rol  oynayır.,  Şərq 
qapısı qəzeti, 02 fevral 2017-ci il. 
5. Şəkərəliyev A.Ş. Dövlətin iqtisadi siyasəti, Reallıqlar və perspektivlər, Bakı, İqtisad Universiteti 
2009, 414 s. 
6. http://www.statistika.nmr.az 
ABSTRACT 
Eltun Ibrahimov 
LENDİNG PROCESS AND TYPES OF LOANS İN NAKHCHİVAN  
AUTONOMOUS REPUBLİC 
 
When analyzing economy, one of the most important key indicator is the loan policy of the 
banks and its features. Being a vital part of banking activity, lending is considered as a critical case 
to achieve economic growth. At present, to preserve existing facilities and organize effective use of 
financial resources, lending processes, opportunities must be appreciated in all details.  
 
РЕЗЮМЕ 
Елтун Ибрагимов 
ФОРМЫ КРЕДИТА И ОРГАНИЗАЦИЯ КРЕДИТОВАНИЯ В  
АВТОНОМНОЙ РЕСПУБЛИКЕ 
 
Кредитная  политика  банков  и  ее  особенности  являются  основным  показателем  при 
исследовании  экономики.  Кредитование  как  основная  часть  банковской  деятельности, 
является  важным  процессом  экономического  развития.  В  настоящих  условиях  важна 
всесторонняя  защита  существующих  возможностей,  а  также  внимание  к  процессу 
кредитования  и  видам  кредитов  для  организации  эффективного  использования  кредитных 
ресурсов в автономной республике. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə