Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə151/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   147   148   149   150   151   152   153   154   ...   164

308 

 
Kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bu sahənin ehtiyacını qarşılayacaq digər maddi-istehsal 
və xidmət sahələrinin təklif etdiyi mallar arasındakı qeyri-bərabərliyin tarazlanması üzrə fəaliyyətin 
təşkili; 

 
Subsidiyalaşma və investisiya təynatlı işlər üzrə dəqiq mexanizmlərin hazırlanması;  

 
Aqrar  sahənin  tələbatını  ödəyəcək  zəruri  kadr  potensialının  formalaşdırılması,  onların  mütəmadi 
şəkildə peşəkarlıq səviyyələrinin artırılması üzrə işlərin icrası və s.  
İfadə  etdiyimiz  bəndlərin  fərdi  qaydada  nəzərdən  keçirilməsi  aqrar  sahədə  tənzimləmə  fəaliyyəti 
baxımından görülən işlərin vəziyyətini dəqiqləşdirməli, ona konkret qiymət verməyə imkan yaratmalıdır.  
Hər  bir  sivil,  bazar  iqtisadiyyatına  keçmiş  ölkədə  tənzimləmə  fəaliyyəti  iqtisadiyyatın  inkişafının 
əsas iştirakçı komponentlərindən hesab olunur. Real vəziyyətin qiymətləndirilməsi və perspektiv dövrlər 
üzrə  iqtisadi  vəziyyətin  inkişaf  meyllərinin  proqnozlaşdırılmasına  əsaslanan  vahid  tənzimləmə 
konsepsiyaları və əsasən fərdiliyi ilə seçilən proqramları istər ölkə, istərsə də regional müstəvidə sahələrin 
təkamülü  və  transformasiyasına  əsaslanmaqla  yanaşı,  son  nəticədə  istehlakın  ödənilmə  səviyyəsinin 
müsbət dinamika üzrə hərəkətini təmin etmək məqsədini güdür.   
İstər  Azərbaycan  Respublikasında,  istərsə  də  Naxçıvan  Muxtar  Respublikasında  tənzimləmə 
sahəsində  bəlli  zaman  kəsiklərini  əhatə  edən  Dövlət  Proqramlarının  və  digər  hüquqi-normativ  aktların 
(taxılçılıq, kartofçuluq, meyvəçilik, əsas fondlarla təmin olunma, yanacağın güzəştlə verilməsi, vergilərdən 
azad  olunma,  məqsədyönlü  gömrük  fəaliyyətinin  təmin  edilməsi  və  s.)  qəbul  edilməsi  və  icrasına 
baxmayaraq, vahid tənzimləmə konsepsiyası qəbul edilməmişdir. Düşünürük ki, belə vəziyyət mütəşəkkil 
tənzimləmə fəaliyyətinin həyata keçirilməsinə tammənalı şərait yaratmır, bəzi hallarda isə dolayı maneə 
effekləri də müşahidə oluna bilər. 
Ölkənin  ərzaq  təhlükəsizliyinin  qorunması  dövlətimiz  qarşısında  qoyulan  mühüm  vəzifələrdən 
hesab olunur. Bu proseslər muxtar respublikada da öz əhəmiyyətini və aktuallığını daim qorumaqdadır. 
Məsələnin zəruriliyi onun ilk növbədə “əhalinin saytərkib ifadəsi – istehlakın fizioloji normaları və həqiqi 
göstəriciləri” tandemində nəzərdən keçirilməsini diktə edir. Haliyədə sayı 10 milyona yaxınlaşan əhalinin 
sayı  yaş  və  cins  qrupları,  milli,  regional  və  digər  xüsusiyyətlər  nəzərə  alınmaqla  müxtəlif  istehlak  təs-
nifləşdirilməsinə məruz qalır. Digər tərəfdən, əhalinin fizioloji normalarını xarakterizə edən, Azərbaycan 
Respublikasının  Nazirlər  Kabinetinin  06  iyul  2014-cü  tarixli  182  nömrəli  qərarı  ilə  qüvvəyə  minmiş 
“Minimum  istehlak  səbəti  üzrə  əsas  növ  ərzaq  məhsullarının  istehlak  normaları”  əsasında 
proqnozlaşdırılan  həcmlər  dəqiqləşdirilməlidir.  Alınan  nəticələr  aqrar  istehsalın  faktiki  nəticələri  ilə 
müqayisə edilməli, bu əsasda idxaldan asılılıq həcmləri hesablanmalıdır. Haliyədə bir muxtar respublikada 
neçə məhsul növü istisna olmaqla (bir sıra meyvə və tərəvəz növləri, ərzaqlıq bostan məh-sulları, süd və 
s.) digər məhsullarda üzrə orta hesabla illik 4,0 - 46,2%-lik tərəddüdə malik idxaldan asılılıq səviyyələri 
hələ də mövcudluğunu qorumaqdadır. Burada həmçinin muxtar respublikda müəyyən səbəblərdən (təbii-
iqlim, torpaq quruluşu və keyfiyyəti və s.) tamamilə istehsal olunmayan, lakin əhali və emal sənayesinin 
istehlakında  bəlli  xüsusi  çəkiyə  məhsullar  (şirələrin  istehsalı  üçün  sitrus  meyvələri  və  s.)  da  əlavə 
olunmalıdır.  Müvafiq  işlər  eyni  zamanda  “kəsirlə”  müşayət  olunan  məhsullar  üzrə  ölkə  və  regional 
imkanların  qiymətləndirilməsi,  sonrakı  mümkün  tənzimləmə  adımlarının  atılması  üçün  əsası  təşkil 
edəcəkdir. 
Bəllidir ki, Naxçıvan Muxtar Respublikasında may ayının ortalarından başlayaraq aqrar istehsalın 
kütləviliyi  surətli  artım  meyli  ilə  irəliləməkdədir.  İyun-sentyabr  aylarında  əsas  ərzaq  məhsulları  üzrə 
tələbatın  ödənilməsi  dərəcəsində  ayrı-ayrı  məhsullar  üzrə  (idxal  göstəriciləri  nəzərə  alınmaqla)  orta 
hesabla  80%-dən  12  dəfəyədək  olan  amplitudada  artım  müşahidə  olunmaqdadır.  Bu  xüsusilə  özünün 
meyvə və giləmeyvəlilərdə, ərzaqlıq bostan məhsullarında, ət və süd məhsullarında özünü biruzə vermək-
dədir.  Bununla  belə  ilin  digər  zaman  kəsiklərində  daxili  istehsalın  məhdudlaşması  (ancaq  istixana 
təsərrüfatlarında aparılması) və rayonlarda saxlama imkanlarının həm həcm, həm də qiymət baxımından 
bir çox halda səmərəli olmaması bu məhsul növləri üzrə ehtiyatların azalması, onlar üzrə pərakəndə satış 
qiymətlərinin artması ilə nəticələnir.  
Qeyd  olunanlara  rəsmi  statistik  məlumatlarında  öz  əksini  tapmış  və  2015-ci  ilin  nəticələrini 
xarakterizə edən idxal göstəriciləri haqqında bəzi informasiyaları da əlavə etmək yerinə düşərdi. Məsələn, 
baxılan  dövrdə  cəmi  dənlilərdə  41,8%-lik,  buğda  üzrə  49,4%-lik,  arpa  üzrə  50,1%-lik,  qarğıdalı  üzrə 
38,6%-lik, vələmir üzrə 39,0%-lik, sair növ dənlilər üzrə 97,2%-lik, paxlalılar üzrə 26,5%-lik, kartof üzrə 


309 
11,9%-lik, üzüm üzrə 16,9%-lik həcmlər məhz idxalın payına düşmüşdür. Sadalanan bu bitkiçilik məh-
sullarının muxtar respublikada istehsalının daha mütəşəkkil təşkili idxaldan asılılıq səviyyəsini ən azı orta 
hesabla 8-19,2% səviyyəsinə endirə bilər ki, bu da mütəşəkkil qaydada həyata keçirilən çoxtərəfli təşkilati 
və  tənzimləmə  fəaliyyətinin  nəticəsində  mümkündür.  Göstərilməlidir  ki,  muxtar  respublikada  qəbul 
olunan  “2012-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  kartofçuluğun  inkişafı  üzrə  Dövlət 
Proqramı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin inkişafı üzrə Dövlət 
Proqramı”nın  qəbulu  nəticəsində  kartof  istehsalında  3  dəfəlik,  meyvə  istehsalında  2,1  dəfəlik  irəliləmə 
müşahidə olunmuşdur. Lakin, düşünürük ki, bu son hədd deyil, bəhs olunan istiqamətlərdə kifayət qədər 
ehtiyat mənbələri və görüləcək işlər (o cümlədən tənzimləyici xarakterə malik) mövcuddur. 
Torpaq  və  digər  resursların  istifadəsində  səmərəliliyin  qorunması,  onların  sıradan  çıxmasının 
minimallaşdırılması  üzrə  tədbirlərin  görülməsi  digər  istiqamətlərlə  yanaşı  tənzimləmə  sahəsində  də 
mühüm  vəzifələrin  qoyulmasını  zəruriləşdirir.  Naxçıvan  Muxtar  Respublikası  üzrə  suvarılan  əkin 
sahələrinin  həcmində  2010-cu  ildə  39199  hektardan  2015-ci  ildə  61414  hektara  çatdırılmışdır.  Lakin 
aparılan  müşahidələr  göstərir  ki,  regionda  əkinçilik  məqsədləri  üçün  istifadə  edilə  biləcək,  amma  aktiv 
iqtisadi dövriyyəyə cəlb olunmamış torpaqların həcmi şoranlaşmış və şorakətlənmiş torpaq həcmləri ilə 
birlikdə 13 min hektar səviyyəsində qiymətləndirilir. Qeyd etmək yerinə düşər ki, 2015-ci ildə və 2016-cı 
ilin I yarısında 0,8 min hektarda müvafiq təmizləyici işlər aparılsa da, bu rəqəm aktiv iqtisadi dövriyyəyə 
qaytarılması  mümkün  olan  torpaqların  cüzi  hissəsidir.  Vəziyyətin  belə  qaydada  olmasının  çoxsaylı 
səbəbləri  mövcuddur  ki,  burada  da  ilk  növbədə  dövlət  tərəfindən  torpaqların  təmizlənməsinə  yönələn 
meliorasiya  tədbirlərinin  həyata  keçirilməməsi,  sahibkarlarda  əlavə  maliyyə  və  texniki  vəsaitlərin 
olmaması, həmçinin bəzi hallarda bürokratik əngəllər göstərilə bilər.  
Su ehtiyatları və onlardan istifadə sahəsində görülən işlər də özünəməxsusluğu ilə fərqlənir. Belə ki, 
2015-ci  ildə  H.Əliyev  adına  Vayxır  su  anbarı,  Uzunoba  və  Arpaçay  su  tutarları  vasitəsilə  muxtar 
respublikanın  su  resurslarına  olan  tələbatının  89,2%-i  ödənmişdir.  Bu  ilk  növbədə  həmin  ilin  yağıntı 
normasının faktiki tələbata müvafiq zəif olması ilə əlaqəlidir. Bununla belə su infrastrukturnun yaradılması 
və bərpası sahəsində bir çox işlər görülmüşdür ki, burada da əsas məqsəd adı çəkilən resursların israfının 
qarşısının alınmasıdır. 2015-ci ildə 67 km həcmində su bölüşdürücü xəttlər istismara verilmişdir. 
2016-cı ilin 1 dekabr tarixinə Babək rayonunun Kültəpə və Kərimbərli kəndlərini əhatə edən yeni 
suvarma  səbəkəsinin  (9  km),  Nəcəfəlidizə  kəndində  suvarma  məqsədinə  xidmət  edəcək  açıq  drenaj 
kanalının  (1,8km),  Kültəpə  kəndində  su  kanalının  (2,8  km),  Badaşqan  kəndində  nasos  stansiyasının 
tikintisi başa çatmış, Nehrəm kəndində kollektorun, Güznüt kəndində drenaj xəttinin yenidən qurulması 
həyata keçirilmiş, Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma sisteminin 
(8,6  km)  tikintisi  başa  çatdırılmişdir.  Babək  rayonun  Sirab  kəndində  qapalı  suvarma  xəttinin  (3,3km), 
Culfa rayonunun Ərəzin kəndində drenaj kanalının, Şərur rayonunda kollektor-drenaj şəbəkəsinin (ümumi 
uzunluğu  21,5  km),  həmin  rayonun  Ələkli  və  Məmmədsabir  kəndlərinə  suvarma  xəttinin  (2,7km), 
Naxçıvan  şəhərinin  Qaraçuq,  Babək  rayonnun  Çeşməbasar  kəndlərində  kollektorların,  Araz  çayından 
sugətirici kanalların təmizlənməsi davam etdirilmişdir. Təməli Ordubad rayonunda Cənab Prezident İlham 
Əliyev tərəfindən 2016-cı ilin dekabrinda atılan “Kaskad” tipli hidroelektrik stasiyasının su resurslarının 
bir  hissəsinin  bu  rayonun  suvarma  suyuna  olan  ehtiyacının  ödənilməsinə  yönəldilməsi  də  nəzərdə 
tutulmuşdur. 
Enerji ehtiyatlarına gəldikdə qeyd etmək lazımdır ki, muxtar respublikanın aqrar sahəsi bu resurs 
növünün  inkanlarından  tam  istifadə  etməkdədir.  2016-ci  ilin  1  dekabr  vəziyyətinə  muxtar  respublikda 
istehsal  edilən  405330,7  min  kVt-saat  elektrik  enerjisinin  1,9%-i  (7701,3  min  kVt-saat)  birbaşa  və  ya 
dolayı olaraq aqrar məqsədlər üçün istifadə edilmişdir. Haliyədə muxtar respublika elektrik enerjisini idxal 
edən məkandan ixrac edən məkana çevrilmişdir.  
Aqrar  istehsalın  nəticələrinin  optimal  reallaşdırılması  bu  sahə  üzrə  təşkilatlanma  və  tənzimləmə 
baxımından görülən işlərin mühüm hissəsini təşkil edir. İlk növbədə qeyd olunmalıdır ki, bu istiqamətdə 
artıq  5  ilə  yaxındır  ki,  muxtar  respublikada  kənd  təsərrüfatı  məhsullarının  satış  yarmarkaların  təşkil 
olunması, birbaşa istehsalçı – istehlakçı əlaqələrinin yaradılması təmin edilmişdir. Bununla yanaşı, istər 
muxtar  respublikanın  mərkəzi  Naxçıvan  şəhərində,  istərsə  də  rayonlarda  sərgi-satış  yarmarkalarının 
keçirilməsi ənənə halını almışdır. Düşünürük ki, bu sahədə əsas problem yaradacaq məsələlər sırasında ilk 
yeri  məhsulların  daşınması  məsələləri  tutur.  Belə  ki,  Naxçıvandakı  aqrar  istehsalçılar  əsasən  kiçik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə