Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə152/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   148   149   150   151   152   153   154   155   ...   164

310 
həcmlərdə məhsul həcmlərinə  malik  olmaqla  yanaşı, onları mərkəzi bazarlara çatdırmaqda  nisbi böyük 
malik yükünü üstlənmiş olurlar. Bu isə məhsulların maya dəyərində səviyyənin artımı ilə nəticələnir. Bəhs 
olunan xərc maddəsi ən minimal halda satışdan əldə olunacaq gəlirin 8-12%-i, bəzi halarda isə 25-30%-nə 
bərabər olur. Bu işlərin sistemləşdirilməsi və müvafiq tənzimləyici addımların atılması kənddəki sahibkar-
ların gəlirlərinin artmasına, onların fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaqdır. Digər tərəfdən, 
dövlət  və  ya  digər  mülkiyyət  formasına  satınalma  sisteminin  formalaşmaması,  elektron  ticarətin  təşkili 
(elektron sifariş, elektron ödəmə və s.) sahəsində mövcud olan çatışmazlıqlar da bəhs olunan istiqamətdə 
mövcud olan maneələrdən qəbul edilməlidir. Bu sahədə fəaliyyət göstərən iri subyektlərin ixracata meyl 
etməsi  sahəsində  ortaya  çıxan  və  vaxt  itkisinə  səbəb  olan  əsas  maneələr  sırasında  məhsulların 
sertifikatların (mənşə və d.) verilməsi çıxış edir.       
Aqrar sahənin inkişafı, onun istehsalının genişləndirilməsi digər şərtlərlə yanaşı onun maddi-texniki 
təchizatında formalaşan vəziyyətlə də əlaqəlidir. Belə ki, istənilən sahənin tammənalı fəaliyyətinin təmin 
edilməsi üçün əsas və dövriyyə fondlarının mövcudluğu, xidmətlərdən qarşılıqlı istifadə zəruridir. Aqrar 
sahədə  xərclərin  strukturuna  diqqət  yetirməklə  aydın  olur  ki,  material  xərcləri  xüsusi  çəki  etibarı  ilə 
44,8%-ə, kənd təsərrüfatı subyektlərinin kənar təşkilatların xidmətlərindən istifadəsinin çəkisi isə 57,2%-ə 
bərabərdir. Böyük həcmə malik xüsusi çəki həmçinin əsa fondların tərkibində özünü biruzə verir. Belə ki, 
təkcə iki maddənin tərkibində (“binalar, tikililər və ötürücü qurğular” və “maşın və avadanlıqlar”) cəmi 
kənd təsərrüfatı təyinatlı əsas fondların 91,9%-i cəmlənmişdir ki, bunlar da əsasən  kənar subyektlərdən 
əldə olunan obyekt və xidmətlərdən ibarətdir.  
Məsələnin  belə  qoyuluşu  kənd  təsərrüfatı  məhsullarının  qiymətləri  ilə  bu  sahənin  ehtiyaclarını 
ödəyəcək  digər  maddi-istehsal  və  xidmət  sahələrinin  təklif  etdiyi  mal,  iş  və  xidmətlərə  görə  qiymətlər 
arasındakı  qeyri-bərabərliyin  tarazlanması  üzrə  tənzimləyici  fəaliyyətin  aparılması  ilə  fikirləri  doğurur. 
Düzdür,  dövlətin  bu  sahədə  atılan  addımlarının  sırasında  “Aqrolizinq”  MMC  vasitəsilə  reallaşdırdığı 
texnika  və  vasitələrin  dəyərinə  müəyyən  köməkliklərin  göstərilməsi,  yanacaq  və  motor  yağlarının 
imtiyazlı şərtlərlə aqrar subyektlərə verilməsi, suvarma sistemlərində ödənişin 40%-nin dövlət tərəfindən 
üstlənməsi,  cins  mal-qaranın  təsərrüfatlara  verilməsi  zamanı  müəyyən  hissənin  dövlət  tərəfindən 
ödənilməsi,  hər  hektar  əkinlərə  görə  sahibkarlara  bəlli  məbləğlərin  birbaşa  hesablarına  köçürülməsi 
kənddəki  istehsalçıların  maliyyə  yükünün  yüngülləşdrilməsinə  yönələn  adımlardan  hesab  olunmalıdır. 
Bununla belə, məsələn buğda, meyvə və ya tərəvəz istehsalçısının əldə etdiyi gəlirlər hesabına illərlə heç 
bir genişləndirici işləri aparmadan traktor, kombayn və ya digər kənd təsərrüfatı texnikasına və ya texniki 
vasitəsinə  görə  ödəmələr  etməsi  də  mövcud  olan  reallıqlardandır.  Yaxud  elə  həmin  texnikalarda  olan 
qüsurların  aradan  qaldırılmasına  görə  göstərilən  xidmət  zamanı  yaranan  ödəniş  məbləğləri  həmin 
sahibkarlın hasil etdiyi məhsulların reallaşdırılmasından əldə olunan vəsaitdə əksər halarda kifayət qədər 
böyük xüsusi çəkiyə malik olur. Sadalananlar aqrar sahənin qarşılıqlı hesablaşma apardığı tərəflər arasın-
dakı qiymət disparitetindən xəbər verir. Deyilənlər müvafiq istiqamətdə sistemli və çoxtərəfli tənzimləmə 
fəaliyyətinin həyata keçirilməsinə ehtiyacın olduğunu göstərir.  
Aqrar  sahədə  tənzimləməndə  subsidiya  və  investisiya  proseslərinin  həyata  keçirilməsi  mühüm 
istiqamətlərdən hesab olunur. Bu fəaliyyətlərin əsas məqsədi kənd təsərrüfatında fəaliyyət göstərən işgüzar 
“kütlənin” ahəngdar işləməsini təmin etməkdən ibarətdir.  
Subsidiyalar  kənd  istehsalçılarına  qaytarılmamaq  şərtilə  ödənilən  məbləğləri  özündə  əks  etdirir. 
Onlar  ilk  növbədə  bitkiçilik  istehsalında  məşğul  olanlar  üçün  əkilən  hər  hektar  hesabı  ilə  ödənilən 
məbləğləri özündə əks etdirir. Bununla müxtəlif xarakterli işlərin icrasına kömək məqsədilə (texnikanın, 
texniki qurğuların, yanacağın, cins heyvanların, gübrələrin, toxumların və s. dəyərinin müəyyən hissəsinin 
dövlət tərəfindən ödənilməsi) aparılan subsidiya fəaliyyətinə də təcrübədə geniş rast gəlinir. Bununla belə 
subsidiylaşma proseslərinin istər respublika, istərsə də muxtar respublika miqyasında obyektlərinin dəqiq 
müəyyən edilməsi, onların xüsusiyətləri əsasında subsidiyaların icra mexanizmlərinin işlənilməsi və tətbiq 
imkanlarının qiymətləndirilməsi sahəvi tənzimləmə qarşısında duran mühüm məsələlərdən hesab olunur.  
Subsidiyalaşma  prosesləri  ilə  yanaşı  muxtar  respublikada  məqsədyönlü  investisiya  siyasətinin  və 
fəaliyyətinin  təşkili  və  həyata  keçirilməsi  sahəvi  tənzimləmə  baxımından  mühüm  məsələlərdən  hesab 
olunur. 2016-cı ildə Naxçıvanda əsas kapitala yönəldilən investisiyalar 921,6 milyon manat təşkil etmişdir. 
Bu  fəaliyyətin  bir  istiqaməti  də  aqrar  sahəni  əhatə  etməkdədir.  Bu  əsasda  vəsaitlərin  bir  hissəsi  6 
heyvandarlıq təsərrüfatının, 4 soyuducu anbarın yaradılmasına, “Aqrolizinq” xətti ilə gətirilərək kəndli sa-


311 
hibkarlara verilən 66 texnika vahidinə, torpaqların aktiv əkin dövriyyəsinə qaytarılmasına (217 ha) və ya 
keyfiyət göstəricilərinin yaxşılaşdırılmasına (706 ha) yönəldilmişdir.  
İnvestisiyaların  bir  hissəsi  də  cins  heyvanların  (155  baş),  barama  qurdları  və  tinglərin  alınaraq 
gətirilib və kənd istehsalçıları arasında paylanmasına yönəldilmişdir. Bu vəsaitlərin bir hissəsi də dövriyyə 
vəsaitlərinin alınaraq istehsal sahələrinin ehtiyaclarına istifadə olunması şəklində reallaşdırılmışdır. Muxtar 
Respublika  üzrə  investisiyalaşma  strategiyası  və  proqramının  hazırlanması  bu  sahədə  işlərin  daha 
məqsədyönlü, mərhələli və plana uyğun təşkilinə şərait yaradacaqdır.  
Aqrar sahə üzrə fəaliyyətin tənzimlənməsinin təkcə lokal qaydada, ancaq özünün daxilində yaxud 
“kənd  təsərrüfatı  –  maddi  istehsalın  digər  sahələrinin  qarşılıqlı  əlaqələri”  tandemində  deyil,  həmçinin 
sosial sfera ilə əlaqəli şəkildə həyata keçirilməsi məqsədəuyğundur. Bu baxımından kifayət qədər zərurəti 
ilə seçilən məsələlərdən biri aqrar sahənin peşəkar kadrlara olan tələbatının təhsil müəssisələri vasitəsilə 
ödənilməsi  özünün  aktuallığını  qorumaqdadır.  Bəhs  olunanlar  istər  aqrar  sfera  üzrə  ölkə  miqyasında 
ixtisaslaşan  Azərbaycan  Aqrar  Universitetinin,  istər  uyğun  təmayüldə  kadr  hazırlayan  digər  ali  təhsil 
ocaqlarının,  istərsə  də  muxtar  respublikada  yerləşən  Naxçıvan  Aqrar  Kollecinin  öhdəsinə  müəyyən 
vəzifələr qoyur. Günümüzün elmi və təcrübi tələblərinə cavab verən, müasir beynəlxalq aqrar mühitdə baş 
verən  proseslərdən  məlumatlı  olan  və  onların  praktiki  tətbiqini  mümkün  edə  bilən  kadrların 
(aqronomların,  zootexniklərin  və  s.)  hazırlanaraq  yerlərə  göndərilməsi,  onların  bilik  və  bacarıqlarından 
maksimal  istifadə  olunması  sahəsində  işlərin  görülməsi  də  sahəvi  tənzimləmə  prosesinin  vacib 
ünsürlərindən hesab olunmalıdır. 
Birbaşa tənzimləmə istiqamətləri ilə yanaşı bu sahədə mövcud olan dolayı amillərin nəzərə alınması 
və qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Buna misallardan biri kimi sahə 
daxilində fəaliyyət göstərən istiqamətlərin birbaşa və dolayı maliyyə ehtiyaclarının ödənilməsi sahəsində 
işlərin görülməsidir. Məsələn, təkcə 2016-cı ildə heyvandarlığın inkişafı məqsədilə muxtar respublikada 
ayrılmış  birbaşa imtiyazlı  kredit həcmi 8,27 milyon  manatdan  çoxdur  ki, bu da  ümumiyyətlə Naxçıvan 
regionu üzrə hüquqi və fiziki şəxslərə verilən kreditlərin 19,1%-ni təşkil edir.  
Tənzimləmənin mühüm istiqamətlərindən biri kimi zəruri məsləhət xidmətlərinin təşkili çıxış edir. 
Bəhs olunan məsələdə muxtar respublikanın inzibati regionları daxilində müvafiq qurumların yaradılması, 
onların səyyari qaydada fəaliyyətinin təşkili mühüm əhəmiyyət kəsb edir. Həmin fəaliyyətin mütəşəkkil 
qaydada  təşkili  xidmətləri  göstərəcək  mütəxəssislərin  saytərkib  ifadəsindən  xeyli  dərəcədə  asılıdır. 
Əfsuslar olsun ki, bu sahədə həyata keçirilən işlər heç də bütün hallarda lazımi səviyyədə deyildir, zəif 
şəkildə təşkil olunmuşdur.   
Sadalanan və bir çox digər amillər  (məsələn, aqrar məhsulların reallaşdırılması, elektron ticarətin 
təşkili  və  s.  üzrə)  muxtar  respublikda  aqrar  sahə  üzrə  tənzimləmə  işlərinin  hansı  vəziyyətdə  olması 
haqqında  təsəvvür  yaradır.  Haqq  naminə  qeyd  etmək  lazımdır  ki,  istər  2010-2015-ci  illərdə,  istərsə  də 
2016-cı ildə əksər istiqamətlər üzrə muxtar respublikanın imkanları daxilində kifayət qədər işlər görülsə 
də, lakin icrasını gözləyən, o cümlədən tənzimləmə müstəvisində olan işlərin icrası da az deyildir. Belə 
işlərə sistemli və kompleks yanaşma istər istehsal, istər infrastruktur, istərsə də sosial mühitlərdə həyata 
keçirilən  fəaliyyət  növləri  aid  edilməlidir.  Fikrimizcə,  perspektiv  dövrdə  proseslərin  xüsusiyyətlərindən 
asılı olaraq tənzimləməyə məruz qalacaq hər bir obyekt özünün tərkib elementlərinin xüsusiyyətlərindən 
asılı olaraq daha ətraflı öyrənilməli, bu zaman baş verə biləcək təsir - əkstəsir halları qiymətləndirilməli, 
tənzimləmədə istifadə olunacaq metodlar əsaslandırma prosesinə məruz qalmaqla seçilməlidir.    
 
ABSTRACT 
Hasan Abbasov 
 
DESCRIPTION OF AQRAR REGULATION ACTIVITIES COMPLIANCE WITH SUBJECTS 
REQUIREMENTS AND POSSIBLE OPPORTUNITIES 
 
In the article, as the main research objects, farmers operating in the agrarian sphere were selected. 
The  regulatory  activity  implemented in  the  country, the  regulatory  mechanisms involved in  agriculture, 
contributed to the advancement of various aspects of its activities. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə